Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-523/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Global Supply Service Limited» cavabdeh “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1182/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X4 Service Limited» cavabdeh “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx xxx 2019-cu il tarixli PO000002497 saylı spesifikasiya üzrə 12765 avro əsas borc və 1276,50 avro cərimə məbləği, cəmi -14041,50 avro, o cümlədən, 1000 manat həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək iddianı təmin etmə tədbiri qismində, işə mahiyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək, cavabdehin «xxxxxxxxxxxx» ASC-də olan H/h:AZ22AZEG******************** USD və AZ37AZEG******************** AZN - bank hesabları üzərinə 14041,50 avro və 10130 manat iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1182/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi qismən təmin edilmiş və cavabdehin qeyd olunan bank hesabları üzərinə, işçilərin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s) və kommunal xərgləri ilə bağlı ödənişlərin (qaz, işıq və su) aparılmasına məhdudiyyət qoyulmadan 14041,50 avro və 1030 manat məbləğində həbs qoyulmuşdur. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “X3” Şirkəti və SOCAR-ın X6» arasında Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş ("Saziş") imzalanmış və həmin Saziş Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli Qanunu ilə təsdiq olunmuşdur. Həmin Qanunun 4-cü bəndinə əsasən Sazişə uyğun gəlməyən və ona zidd olan mövcud və qəbul edilə biləcək qanunların, fərmanların yaxud inzibati sərəncamların müddəalarından tutulur. Şirkətin heç bir aktivi və avadanlığı yoxdur. İstifadə etdiyi vəsait Saziş üzrə dövlət maraqlarını təmsil edən SOCARA-a məxsusdur. İstifadə olunan vəsaitlər üzərində sərənca vermək podratçıların idaretmə koomitəsinin qətnaməsinə əsasən mümkündür. Cavabdehin bank hesablarının üzərinə həbs qoyulması podratçıların maraqlarına ziddir. Cavabdehin fəaliyyətinə hökumətin təminatı olduğundan həmin fəaliyyətlə bağlı qətnamənin gələcək icrası üçün hər hansı bir çətinlik yaratmır. Belə olan halda iddianı təmini tətbiqinə ehtiyac duyulmur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Əsədova şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi (vəkili) Vəkil isə onunla razılaşmamış, cavabdehin müqavilə öhdəliklərinə əməl etmədiyi və borcunu ödəmədiyi halda tətbiq olunan iddianı təmin etmə tədbirinin əsaslı olduğunu bildirərək, qərardadın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2)bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ərizəsinə əsasən tətbiq edilən iddianı təmin etmə tədbiri Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında sadalanan meyarlara cavab verir. Belə ki, iş materialarına əsasən tərəflər arasında xx.xx.2015-ci il tarixdə malların alqı-satqısına dair müqavilə imzalanması və xx xxx 2019-cu il tarixli Spesifikasiyanın razılaşdırılması işin mübahisələndirilməyən hallarını təşkil etməsi və iddiaçının hazırkı pul tələbinin həmin əqdlərdən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi tələbi ilə bağlılığı baxımından, bütün bu hallar – hazırkı iddianı təmin etmə tədbirinin görülməsini zəruri edən şərtlər kimi qiymətləndirilməyə bilməz. MPM-in 158.3.1-ci maddəsinin tələblərindən görünür ki, birinci növbədə cavabdehin bilavasitə istehsalda iştik etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulmalıdır. Belə olan halda, iddiaçının ərizəsinin qismən təmin edilərək cavabdehin «xxxxxxxxxxxx» ASC-də olan, qeyd olunan bank hesablarındakı pul vəsaiti üzərinə - əmək haqqına, vergi və digər məcburi ödənişlərə, kommunal xərclərə məhdudiyyət qoyulmadan, iddia tələbi həcmində həbs qoyulması prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. Bu baxımdan, cavabdehin şikayətinin Sazişə istinadən, ona münasibətdə iddianı təmini tədbirinin tətbiq edilməsinin mümkünsüz olduğunu və buna ehtiyac olmadığını mübahisələndirən dəlilləri ilə qətiyyən razılaşmaq mümkün deyil. Ən azından ona görə ki, cavabdehin Saziş üzrə üzərinə düşən öhdəlikləri daxilində iddiaçı ilə alqı- satqı müqaviləsi bağlaması və həmin müqavilənin tərəfi olan satıcının müqivilədən irəli gələn hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsi və prosessual qanunvericitliyin tələbləri qaydasında borclusuna münasibətdə hazrıkı iddianın təmin etmə tədbirinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etməsi, nə həmin Sazişə, nə də Azərbaycan Respublikası Konstitusiyasına zidd olması kimi təfsir oluna bilməz. Ən azından ona görə ki, Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin qeyd edilməlidir ki, MPM-in 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə də, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1182/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə görülməsi qərara alınan iddianı təmini tədbirinin faktiki şərtlərinin mövcudluğu sübuta yetirilir. Ona görə də məhkəmə kollegiyası cavabdehin şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1182/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-523/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-523/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver