Məhkəmə qərarları › İş №2-2(103)-527/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-527/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-527/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızının sədrliyi və məruzəsi ilə, Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibаrət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X4” MMC-nə qarşı pul və zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-1110/2020 saylı qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul və zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh “X4” MMC “X3, Dubay, P.O.Box 95901 Shaikha Mhara AlQusais BLDGoffice 213” ünvanda yerləşdiyindən və həmin hüquqi şəxsin idarəçilik orqanı, filialı və nümayəndəliyin Azərbaycan Respublikasının ərazisində olmasına, Azərbaycan Respublikasının ərazisində əmlaka malik olmasına dair sənədlər təqdim olunmadığına görə Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2- 2(113)-1727/2020 saylı qərardadına əsasən iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Vəkil həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, e-2-2(113)-1727/2020 saylı qərardadına əsasən şikayətin təmin olunmaması və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)-320/2020 saylı qərardadına əsasən şikayət qismən təmin olunmuş, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-1727/2020 saylı qərardadı ləğv edilərək, iddianın mümkünlük məsələsinə yenidən qiymət verilməsi üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-1110/2020 saylı qərardadı ilə iddia ərizəainin icraata qəbulundan imtina edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasında olduğu yer və yaxud adətən gəldiyi yerin mövcud olması ilə bağlı sübutların təqdim olunduğu təqdirdə mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxıla bilməsi, belə sübutların olmadığı təqdirdə hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə müraciət etməsi hüququnun olduğu izah edilmişdir (hakim F.Qasımov). Həmin qərardadından iddiaçının nümayəndəsi Vəkil şikayət vermiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi Vəkil verdiyi şikayəti müdafiə edərək, izahatında göstərmişdir ki, iddia icrası Azərbaycan Respublikası ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilələrdən əmələ gəldiyinə görə iddiaya Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan qərardadın ləğv edilməsini, və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “X4” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, şikayətin dəlillərini müzakirə edərək, şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Lakin iddia ərizəsinin məzmununda və əlavə olunmuş sənədlərdə qeyd olunan hallar mövcud olmadığından birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul etməkdən imtina edilməsi nəticəsinə gəlmişdir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh xarici hüquqi şəxs «X4» MMC-nin Azərbaycan Respublikasında olduğu yer və yaxud adətən gəldiyi yer mövcud olmadığına, bu barədə sübut iddia ərizəsinə əlavə olunmadığına görə hazırkı mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxılması mümkün deyildir və birinci instansiya məhkəməsi haqlı olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina etmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüquq vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268, 365, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-1110/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar