Məhkəmə qərarları › İş №2-2(103)-529/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-529/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-529/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə pulun tutulması . Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-433/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 08 yanvar 2020-ci il tarixli, KTTA 01/0120 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Spesifikasiya və xüsusi şərtlər adlı 01 nömrəli Əlavədən görünür ki, tərəflər sözügedən əlavədə qeyd edilən satın alınacaq malın adı, ölçü vahidi və qiymətini razılaşdırmışlar.

2. Satlan mallarla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 101816 nömrəli (47200 manat (ƏDV daxil), xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 713268 nömrəli (43660 manat (ƏDV daxil), xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 502558 nömrəli (50150 manat (ƏDV daxil), xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 264032 nömrəli (35400 manat (ƏDV daxil), xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 349613 nömrəli (59000 manat (ƏDV daxil), xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 943872 nömrəli elektron qaimədən (147500,01 manat (ƏDV daxil), xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 261353 nömrəli elektron qaimədən (40120,01 manat (ƏDV daxil), xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 779734 nömrəli elektron qaimədən (2360 manat (ƏDV daxil), xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 794384 nömrəli elektron qaimə (94400,01 manat (ƏDV daxil), xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 036098 nömrəli elektron qaimə (19942 manat (ƏDV daxil), xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 221441 nömrəli elektron qaimədən (70800 manat (ƏDV daxil), xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 594169 nömrəli elektron qaimə (47200 manat (ƏDV daxil), xx.xx.2020ci il tarixli, EBAR seriyalı, 732587 nömrəli elektron qaimə (153400 manat (ƏDV daxil) xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 155584 nömrəli elektron qaimə (141600 manat (ƏDV daxil)) göndərilmişdir.

3. İddiaçı MMC və Cavabdeh MMC arasında tətib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixi arasında dövrə aid Cavabdeh MMC-nin İddiaçı MMC-yə 17103 (on yeddi min yüz üç) manat, ƏDV borcu qismində 3078,54 manat (üç min yetmiş səkkiz manat əlli dörd qəpik) olmaqla, cəmi 20181,54 (iyirmi min yüz səksən bir manat əlli dörd qəpik) manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021- ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Məhdud Məhdud Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 08 yanvar 2020-ci il tarixli KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinə və 27 noyabr 2020-ci il tarixli üzləşmə aktına əsasən satılan mallara görə yaranan 17103 manat, ƏDV borcu qismində 3078,54 manat olmaqla, cəmi 20181,54 manat , pul vəsaitinin ödənilməsi gecikdirildiyi üçün 2018 manat faiz borcu və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslanmışdır ki, xx.xx.2020-ci il tarixdə bir tərəfdən "xxxx" MMC (satıcı), digər tərəfdən Cavabdeh MMC (alıcı) arasında KTTA 01/0120 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. 27 noyabr 2020-ci il tarixdə 08 yanvar 2020-ci il tarixli, KTTA 010120 saylı müqavilə üzrə 08 yanvar 2020-ci il tarixindən 27 noyabr 2020-ci il tarixi arasında dövrə aid üzləşmə aktı tərtib edilmişdir, həmin akt İddiaçı MMC-nin mühasibi, Cavabdeh MMC-nin baş mühasibi, Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq təsdiqlənmişdir və cəmiyyətlər tərəfindən möhürlənmişdir. Həmin akta əsasən Cavabdeh MMCnin İddiaçı MMC-yə 27 noyabr 2020-ci il tarixinə olan ümumi əsas borc məbləği 17103 (on yeddi min bir yüz üç) manat, o cümlədən ƏDV borc məbləği 3078,54 manat təşkil edir. ƏDV daxil ümumi borc məbləği 20181,54 manat olaraq təsdiq olunur. Cavabdeh MMC sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və yuxarıda qeyd olunan məbləği ödəmir. 16 avqust 2022-ci il tarixdə elektron məhkəmə portalı və Dövlət Vergi Xidmətinin elektron kabineti vasitəsi ilə Cavabdeh MMCyə pretenziya məktubu göndərilmiş və müqavilə üzrə öhdəliklərin icrası üçün 3 gün vaxt verilmişdir. Buna baxmayaraq, cavabdeh həmin məbləği ödəməmişdir. 31 avqust 2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin elektron kabineti vasitəsi ilə Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. 7.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-433/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia tələbi qismən təmin edilərək Cavabdehndən 08 yanvar 2020- ci il tarixli, KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinə əsasən 17103 manat əsas borc, 3078,54 manat ƏDV olmaqla, cəmi 20181,54 manat, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1317,40 manat, 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 21698,94 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları və tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. Buna görə məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən 08 yanvar 2020-ci il tarixli KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinə əsasən yaranan 17103 manat və ƏDV borcu qismində 3078,54 manat, cəmi 20181,54 manat əsas borcun tutulması hissəsində təmin edilməlidir.

9. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul vəsaitinin ödənilməsi gecikdirildiyi üçün 2018 (iki min on səkkiz) manat məbləğin cavabdehdən tutulmasına dair iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Həmin hissədə məhkəmə iddia qismən cavabdehdən 1 il 3 ay 20 gün müddətində gecikdirməyə görə (qeyd: xx.xx.2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehə 20181,54 manat ƏDV daxil borc məbləğinin ödənişi üzrə 10 gün müddət verilmiş, məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir) 1317,40 manat (1) 20181,54 manat əsas borcun 5%-i = 1009,077 manat : 12 ay = 84,089 manat x 15 ay = 1261,346 ~ 1,261,35 manat; 2) 20181,54 manat əsas borcun 5%-i = 1009,077 manat : 12 ay = 84,089 manat : 30 gün = 2,80 manat x 20 gün = 56,05 manat; cəmi: 1,261,35 manat + 56,05 manat = 1317,40 manat) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

10. Məhkəmə hesab etmişdir ki, mediasiyaya ödənilmiş 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-433/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəməyə çağırılmamış, o məhkəmə prosesində iştirak edə bilmədiyi üçün, məhkəmə müdafiəsindən məhrum olmuş, məhkəmə cavabdehin iştirakı olmadan, qanunvericiliyin çəkişmə prinsipini pozaraq işə birtərəfli baxmış və nəticədə əsassız qətnamə çıxarılmışdır. Məhkəmə tərəflər arasında bağlanılmış 8 yanvar 2020-ci il tarixli, KTTA 01/0120 saylı müqavilənin şərtlərini qətnamədə sadalamaqla kifayətlənmiş, iddiaçı tərəfindən müqavilənin 3.3-cü bəndinin tələblərinə uyğun məhkəməyə satılmış malların təhvil-təslim aktlarının təqdim edilmədiyinə əhəmiyyət verməmişdir. Qeyd olunan müqavilənin 3.3-cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayırlar. Məhkəmə tərəflər arasında bağlanılmış üzləşmə aktından sonra cavabdeh tərəfindən ödənişlərin edilib-edilməməsini də aydınlaşdırmamışdır. Məhkəmə gecikdirmələrə görə faiz borcunu müəyyən edərkən mühasibatlıq ekspertizası keçirmədən özü həmin məbləği müəyyən etmişdir. Hesab etmişdir ki, faiz borcunun müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası keçirilməli idi. Beləliklə, məhkəmə işə cavabdehin iştirakı olmadan birtərəfli, tərəflərin çəkişmə prinsipinə riayət etmədən baxaraq, işi tam, ətraflı, obyektiv araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən tez-tələsik əsassız qətnamə çıxarmışdır. Məhkəmə ədalətin bərqərar edilməsi üçün işə ədalətli, hərtərəfli, tam obyektiv baxmağa borclu olduğu halda, işi tam araşdırmadan, əsassız qətnamə çıxarmışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi və vəkili M.İsrafil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq (elektron kabinetə bildiriş yerləşdirməklə) nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir.

15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddə- icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddə- öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddə- borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə-borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 567-ci maddə-alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddə-alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddə- əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddə- əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddə-alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə-əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi: 10-1.3-cü maddə-kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddə-bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1-1-ci maddə- “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. 217.5-ci maddə- bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Apellyasiya baxışının predmetini iddianın təmin edildiyi hissə təşkil edir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-433/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında sement məhsulunun alqı-satqısı ilə bağlı 08 yanvar 2020-ci il tarixli, KTTA 01/0120 saylı alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilə əsasında iddiaçıdan aldığı mallara görə xx.xx.2020-ci il tarixə ƏDV daxil 20181,54 manat borcu olduğunu təsdiq etmişdir.

19. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri budur ki, məhkəmə çəkişmə prinsipini pozaraq məhkəmə iclaslarında cavabdehin iştirakını təmin etməmişdir. Bu dəlillə bağlı araşdırma aparılaraq müəyyən edilmişdir ki, cavabdehin hüquqi ünvanına məhkəmə tərəfindən kağız daşıyıcıda göndilmiş bildirişlər həmin ünvanda olmadığına görə çatmamışdır. xx.xx.2022-ci ildə "xxxx" MMC-nin qanuni nümayəndəsi C.Talıbovun elektron kabineti işə əlavə edilərək bütün bildirişlər qanuni nümayəndənin elektron kabinetinə yerləşdiyindən cavabdehin məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada xəbərdar edilmədiyinə dair dəlili əsassızdır.

20. Apellyasiya şikayətində tərəflər arasında bağlanılmış üzləşmə aktından sonra cavabdeh tərəfindən ödənişlərin edilib-edilmədiyinin məhkəmə tərəfindən aydınlaşdırılmalı olduğu qeyd edilsə də ödənişlərlə bağlı nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmişdir. Buna görə də üzləşmə aktında qeyd edilmi borcun cavabdehdən tutulması barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır.

21. Cavabdehin digər bir dəlili ondan ibarətdir ki, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsinə əsasən tələb olunan faiz borcunun hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməmişdir.

22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdən görünür ki, məhkəmə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizi pretenziya məktubu ilə öhdəliyin icrasının tələb edildiyi tarixdən iddia qaldırılan tarixədək 1 il 3 ay 20 gün hesablamışdır. Adi rayiza hesablama ilə ƏDV daxil 20181,54 manat borc məbləğinin 5 faizi hesablanmış (1009,077 manat), bu məbləğ 12 aya bölünəək 1 ay üçün faiz müəyyən ediliş (84,089 manat), sonra 15 ay üçün (1261,346 ~ 1,261,35 manat) və 20 gün üçün (84,089 manat : 30 gün = 2,80 manat x 20 gün = 56,05 manat) faiz hesablanaraq cəmi 1317,40 manat məbləğində faiz tutulmuşdur. Məhkəmə hesab etmişdir ki, bu hesablamanın həyata keçirilməsi üçün xüsusi riyazi bilik tələb olunmadığından iş üzrə məhkəmə mühasibatlıq ekspetizası təyin edilməli olduğuna dair cavabdehin vəsatəti əsassızdır.

23. İşə baxmış məhkəmə tərəfindən qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinə əsas olan hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 433/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-433/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar