Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-529/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-835/2024 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 42/20 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” haqqında müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus avtomobilləri daşımaqla evakuasiya (təxliyyə) xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində İcraçıya bu müqavilənin 4cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı 15 gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda,müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur. 2.2-ci bəndinə əsasən icraçı bu müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bir daşımanı sifarişçinin səlahiyyətli nümayəndəsinin (səlahiyyət verilmiş məsul işçisinin - sığorta hadisələri üzrə mütəxəssisin) yazılı və ya şifahi sifarişi əsasmda həyata keçirir. 2.3-cü bəndinə əsasən İcraçı daşıdığı avtomobili sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqmda akt (Əlavə № 1) tərtib olunur, sifarişçinin və İcraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri (vəya şöbə müdiri) tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasmda hesablanır. Aktın forması bu müqavilə bağlanarkən təsdiq olunur. 2.4-cü bəndinə əsasən icraçı sifarişi qəbul etdikdən sonra daşıma obyekti Bakı və Sumqayıt şəhərləri ərazisində olduqda 6 saat, digər bölgələrdə olduqda ən çoxu 24 saat ərzində daşımanı həyata keçirməlidir.2.5. Sifarişçi sifariş olunmuş avtomobilləri, yükləmə və boşaltma yerində (adi evakuator 30 dəq, ağır tonaj 1 saat, dayman 1 saat) artıq gözlətdiyi təqdirdə aşağıdakı qaydada ödəniş etməyə borcludur: a) Adi Evakuator 1 saat üçün 10 AZN b) Ağır tonaj 1 (bir) saat üçün 20 AZN c) Dayman 1 (bir) saat üçün 50 AZN
13. Müqavilənin 3.1.3-cü bəndinə əsasən xidmətlərin göstərilməsini və təhvil verilməsini aktla rəsmiləşdirir. 3.1.5-ci bəndinə əsasən icraçı şərtləşdirilmiş keyfiyyətdə və vaxtında icra edilmiş işə görə razılaşdırılmış xidmət haqqınm ödənüməsini sifarişçidən tələb etmək hüququ vardır. 3.2.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin gecikdirmədən ona ödənilməsini təmin etməlidir. 4.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı (Əlavə № 2) ilə müəyyən edilir. 4.2-ci bəndinə əsasən daşıma zamanı xidmət haqqı nəğd şəkildə yerində və ya depozit qoymaqla köçürmə yolu ilə ödənilir. 4.3-cü bəndinə əsasən müqaviləyə icranın nəticələri təhvil verilənədək xitam verildikdə, hesablaşmalar xitam vermənin əsaslarından asılı olaraq, bu müqavilənin 6-cı bəndində göstərilən qaydada aparılır. 7.2-ci bədinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 1% əlavə hesablanacaq.
2. xx.xx.2022-ci il tarixli, EBCK332926 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 10200 manat dəyərində xidmətin göstərilməsinə dair e-qaimə tərtib edilmişdir (qeyd edilən qaimə üzrə ödənilməmiş qalıq məbləğ 2390 manat).
3. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-yə 71315 manat dəyərində xidmət göstərildiyi, bu müddət ərzində 68925 manat ödəniş edildiyi, xx.xx.2024-cü il tarixə müqavilə üzrə əsas borc 2390 manat, cərimə borcu 70584 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 966,9 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
4. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli 42/20 saylı Müqavilə üzrə 2390 manat məbləğində əsas borcun, 478 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 966,9 manat pulun və 69 manat dövlət rüsumunun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli 42/20 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2390 manat məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş elektron qaimə ilə təsdiq edilir. Bu əsasla tərəflərindən cavabdehə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində 2390 borc məbləğini tələb etməyi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq xx.xx.2020-ci il tarixli 42/20 saylı müqavilənin 7.2-ci bəndinə əsasən hər gecikən gün üçün ümumi borcun 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 70584 manat cərimə məbləği təşkil etsə də, güzəşt faizi tətbiq edilərək əsas məbləğin 20%-i həcmində, yəni cəmi 478 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atması səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, Mülki Məcəlləsinin sözügedən maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 966,9 manat pul hesablanmışdır. Həmçinin məhkəmə xərci olaraq dövlət rüsumu (İddia ərizəsi üzrə ödənilməli olan rüsum məbləği 59 AZN + müvəqqəti təminat tədbiri barədə ərizə üzrə ödənilməli olan rüsum məbləği 10 AZN = 69 AZN dövlət rüsumu) 69 manat təşkil edir.
6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-835/2024 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli 42/20 saylı müqavilə üzrə 2390 manat əsas borc, 120 manat dəbbə pulu, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 260 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 48 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 42/20 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi” haqqında müqavilə bağlanmış və müqavilənin 1.1ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus avtomobilləri daşımaqla evakuasiya (təxliyyə) xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında cavabdehə göstərilmiş xidmətlərin dəyəri tam ödənilməmiş və hazırda 2390 manat xidmət haqqı məbləğin ödənilməsi tələb olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır, əksinə, həmin mallar üzrə qismən ödənişlər də edilmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimələr, təyinatı məhz elektron qaimə göstərilməklə qismən ödənişlər və tərəflər arasında formalaşmış işgüzar adətlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 2390 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 42/20 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” haqqında müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış 478 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdəyüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 120 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla 966,9 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab etmiş və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir. Belə ki, iddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, iddiaçı bir qaimə (xx.xx.2022-ci il tarixli EBCK332926 saylı) üzrə illik 5% hesablamaqla 966,9 manat məbləğində faiz borcunun ödənilməsini tələb edir. Lakin, məhkəmə tələbi qismən əsaslı hesab etmişdir. Belə ki, iddiaçı əsassız olaraq həmin qaimə üzrə 8000 manata yaxın ödənişin edilməsini və cəmi 2390 manat borcun qalmasını nəzərə almadan, qaimə üzrə tam 10200 manat məbləğinə faiz borcunu hesablamışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək xx.xx.2022-ci il tarixindən qətnamə çıxan tarixə kimi hesablanmaqla 260 manat məbləğində faiz borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 2390 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2390 manat əsas bоrc, 120 manat dəbbə pulu, illik 5% olmaqla 260 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 59 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iş üzrə ödənilmiş 48 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
8. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəsi AR Mülki Məcəlləsinin 390.1,427.3, 850.1, 850.2, 851, 852.1, 462.1, 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":1.2, 3.1, 3.2, 3.3, 3.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
9. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən icraçı daşıdığı avtomobili sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt (əlavə№1) tərtib olunur, sifarişçinin və icraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır. Aktın forması bu müqavilənin bağlanarkən təsdiq edilir. İddiaçı ilə elektron qaimədə qeyd edilən borc məsələsi aşağıdakı kimi olmuşdur: İddiaçı bizə evakuasiya xidməti göstərmiş və onlar da həmin borcu vaxtında ödəyə bilməmişlər. Bundan sonra iddiaçı onlara əsas borcdan başqa özbaşına 2390 manat cərimə hesablayıb, 10200 manat məbləğində qaimə vurdu. Borcularını ödədilər, qanunsuz tətbiq edilmiş cəriməni isə ödəmədilər. Hazırda tələb edilən 2390 manat borc məhz həmin cərimədir. Yəni müqavilənin 2.3 bəndinə əsasən borcun yaranması üçün xidmət haqqı yalnız rəhbər şəxslər tərəfindən imzalanmış aktların əsasında hesablana bilər. Rəhbər şəxslər isə 2390 manat cərimə borcu ilə bağlı hər hansı sənəd imzalamayıb. Və ya əlavə 2390 manat xidmət göstərilməsi barədə hər hansı akt imzalanmayıb. Necə ola bilər ki, göstərilən xidmətlər tərəflərin imzaladığı aktla rəsmiləşdirildiyi halda, 2390 manatla bağlı hər hansı akt yoxdur. Axı tərəflər arasında müqavilənin 2.3-cü bəndinə uyğun işgüzar adət formalaşmışdı ki, aktlar imzalanır və borc ödənilir. Digər tərəfdən isə məhkəmə qanunsuz 2390 manat cəriməyə əlavə 120 manat cərimə və 260 manat faiz hesablamışdır. Bu isə yolverilməzdir. Eyni zamanda cavabdehin işə əlavə etdiyi xx.xx.2024 tarixli pretenziyada borcun 2390 manat təşkil etdiyi göstərildiyi halda, 4 gün sonra məhkəməyə verilərkən bu borc birdən-birə necə artdı? Zatən əsas borc kimi tələb 2390 manat cərimədir, həmin cəriməyə əlavə cərimə və əlavə faizlə bağlı hər hansı pretenziya edilməyib. İşdə olan pretenziyalarda yalnız 2390 manat vəsait göstərilir. Pretenziya olmadığı halda məhkəmənin həmin vəsaiti tutması yolverilməzdir və ümumiyyətlə mübahisə predmeti ola bilməz. Artıq kommersiya işləri üzrə təcrübə belə formalaşıb ki, nəzərdə tutulduğu halda pretenziya olmadan iddianın təminindən imtina olunur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Cavabdeh apelyasiya şikayətində iddiaçı tərəfindən tələb edilən, birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, həmçinin İddiaçı MMC-nin cavabdehə göstərdiyi xidmətin qarşılığı olaraq bu xidmətdən istifadə etmiş cavabdehin ödəmədiyi əsas borc məbləği olan 2390 manat məbləği cərimə kimi qeyd etmiş, yəni cərimə məbləği olduğunu hesab etmişdir. Bu haİ təsdiq edir ki, cavabdehə ümumiyyətlə, işin mahiyyəti aydın deyil və apelyasiya şikayəti sadəcə vaxt qazanmaq, işi uzatmaq niyyəti ilə verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından, ödəniş tapşırıqlarından, habelə açıq qalmış qaimədən görünür ki, xx.xx.2020-ci il tarixli 42/20 saylı Müqavilə üzrə ümumilikdə 71315 manat dəyərində iddiaçı tərəfindən cavabdehə xidmət göstərilmiş, bu müddət ərzində xidmət üzrə Cavabdeh MMC tərəfindən 68925 manat məbləğində ödəniş edilmişdir. Bu ödənişlərin hər biri əlbəttə ki, nəzərə alınmışdır və məbləğlərə baxdıqda aradakı fərqin tələb edilən əsas borc məbləği, yəni 2390 manat olduğu da görünür. Sonuncu, yəni xx.xx.2022-ci il tarixli. EBCK332926 saylı qaimə təsdiq edir ki, iddiaçı tərəfindən cavabdehə 10200 manat dəyərində yükdaşıma xidməti göstərilmiş və maliyyə arayışına əsasən edilən bütün ödənişlər hesablandıqda, həmin 10200 manatlıq qaimənin yalnız 2390 manatlıq hissəsi açıq qalmışdır, yəni ödənilməmişdir. Bu halla əlaqədar olaraq cavabdehə iddiaçı tərəfindən 2 dəfə - xx.xx.2024 tarixdə və xx.xx.2024 tarixdə pretenziya məktubu göndərilmiş və qalıq borcunun 2390 manat təşkil etdiyi bildirilmişdir. Əslində bunu cavabdeh öz şikayətində də etiraf etmişdir, belə ki, şikayətin maddi hüquq normaları ilə bağlı hissəsinin 3-cü cümləsində pretenziyanın əldə edilməsi etiraf edilir, daha sonra şikayətin prosessual hüquq normaları ilə bağlı hissəsində pretenziya təqdim olunmadığı bildirilir. Zamanında bu pretenziya məktubları cavabdehin ünvanına çatsa da, hər hansı geri dönüş etməməsi, qeyd edilən məbləğə etirazını bildirməməsi hal-hazırda verilən apelyasiya şikayətinin bir daha heç bir əsasının olmamasını və əlavə vaxt qazanmaq niyyətini özündə ehtiva edir. Əlavə olaraq bildirir ki, tələb edilən məbləğ o halda həqiqəti əks etdirməz və ədalətsiz olardı ki, qeyd edilmiş qaimə üzrə yalnız həmin qaimənin ödənilməmiş hissəsi (yəni 2390 manat) yox, həmin qaimə üzrə edilmiş ödənişlər nəzərə alınmadan ümumilikdə bütün qaimə üzrə məbləğ (yəni 10200 manat) tələb edilərdi. Tərəflər arasında olan müqavilənin 7.2-ci bəndinə əsasən daşıyıcının hüququ vardır ki, sifarişçi tərəfindən ödənişlərdə gecikmə olarsa, hər gecikən gün üçün gecikmiş məbləğin 1%-i həcmində cərimə məbləği hesablasın. Bu situasiyada cavabdehə iddiaçı tərəfindən güzəşt tətbiq edilmiş, hesablanmış cərimə məbləği həddindən artıq çox olduğundan yalnız əsas borcun 20%-i, yəni 478 manat cərimə məbləği olaraq cavabdehdən tələb edilmişdir (2390*20%=478). Lakin bu məbləğ də məhkəmə tərəfindən azaldılaraq 120 manat təmin edilmişdir. Belə ki, cavabdeh tərəf apelyasiya şikayətini əsaslandıraraq, 2390 manatla bağlı hər hansı aktın imzalanmadığını bildirmişdir. Əvvalə bildirir ki, yuxarıda da izah olunduğu kimi 2390 manat qalıq borcdur və məlumdur ki, hər qaimə üzrə yaranmış qalıq borclar ayrıca akt tərtib edilmir. Həmçinin bildirir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 42/20 saylı müqavilə üzrə cavabdehin 2390 manat məbləğində borcunun ödənilməmiş olduğu sənədlərə əlavə etdiyi Elektron- Qaimədən görünür. İddiaçı tərəfindən təqdim edilən sübutlar məhkəmə tərəfindən əsaslı hesab edilərək xx.xx.2022-ci il tarixli, EBCK332926 saylı e-qaiməyə əsasən İddiaçı tərəfindən 10200 manat dəyərində xidmətin göstərilməsin dair e-qaimə tərtib edilməsini və qeyd edilən Qaimə üzrə ödənilməmiş qalıq məbləğin 2390 manat olduğunu təsdiq etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla- müqavilə, elektron qaimələr, təyinatı məhz elektron qaimə göstərilməklə qismən ödənişlər və tərəflər arasında formalaşmış işgüzar adətlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 2390 manat borcunun təmin olunması üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin 33 və sonrakı hissələrində də göstərildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının” 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində əsasən elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. Həmin qaydaların 3.2ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndə əsasən cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Həmçinin birinci instansiya məhkəməsinin 39-cu hissəsində qeyd edildiyi kimi malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazır ki işdə bu hal mövcud olmadığına görə, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi xidmətin qəbul edilməsi mənasına gəlir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır, əksinə, həmin xidmətlər üzrə qismən ödənişlər də edilmişdir. Həmçinin məhkəmə iddia tələbini əsaslı hesab edərək, cavabdehin müqavilə üzrə ödənişləri gecikdirməsi işin yuxarda göstərilən hal ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı tərəf olaraq cavadehdən cərimənin ödənilməsini tələb etməklərini haqlı hesab etmişdir. Bildirmək istəyir ki, İddiaçı MMC tərəfindən cavabdehin sifarişinə uyğun olaraq müqavilə üzrə bütün xidmətlər lazımınca yerinə yetirilmiş, lakin göstərdikləri xidmətin qarşılığı olaraq xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Bu da onu göstərir ki, apelyasiya şikayəti pozulmuş hüquqların bərpası üçün yox, borcun ödənilməsini gecikdirmək, vaxt qazanmaq üçün məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin bütün norma və tələblərinə istisnasız əməl edilmişdir. Hazırkı apellyasiya şikayətində göstərilən halların heç biri həqiqəti əks etdirmir və birinci instansiya məhkəməsinin qətnaməsinin icrasını gecikdirmək məqsədi daşıyır. Bu isə son mərhələdə iddiaçının qanuni hüquqlarının, başlıca isə ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına rəvac verməkdədir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. Əlavə olaraq cavabdehin nümayəndəsi tərəflər arasında üzləşmə aktının tərtib edilməsi ilə bağlı praktikanın mövcud olmasına baxmayaraq iddianın predmeti olan borc ilə bağlı üzləşdirilmə aparılmadığını məhkəmənin nəzərinə çatdırdı.
13. Məhkəmə iclasında verdiyi izahatda iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə görə əhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
17. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli 42/20 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında”haqqında müqavilərə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır.
21. Hazırda iddiaçı həmin müqaviləyə əsasən göstərdiyi evakuasiya xidmətlərinə görə cavabdehin ona 2390 manat məbləğində borcunun olduğunu iddia edir və həmin borcun, eləcə də həmin borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faizlərin və dəbbə pulunun tutulmasını tələb edir. Cavabdeh isə iddiaçının ödənilməsini tələb etdiyi xidmətlərin göstərilmədiyini, həmin xidmətləri təsdiq edən təhvil-təslim aktlarının məhkəməyə təqdim edilmədiyini əsas göstərərək iddianın rədd edilməsini tələb edir.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsini tənzimləyən xüsusi normalar nəzərdə tutulmadığından mübahisəyə analogiya üzrə xidmət müqaviləsinə yaxın olan podrat müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir.
23. Odur ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci-ci maddəsi təşkil edir.
24. Mübahisənin mahiyyətinə gəldikdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçı tərəfindən cavabdehə 2390 manat məbləğində mübahisəli xidmətlərin göstərilməsi faktı iddiaçı tərəfindən göndərilmiş və cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün qaytarılmamış elektron qaimə, eləcə də həmin qaimə üzrə edilmiş qismən ödənişlə öz təsdiqini tapır.
25. Cavabdeh yərəflərin razılaşmasına uyğun olaraq xidmətlərin göstərilməsinin təhvil-təslim aktları imzalanmaqla rəsmiləşdirilməli olması barədə dəlillərinin əsaslılığını sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi təhvil-təslim aktlarına münasibətdə isə kollegiya qeyd edir ki, MPM-in 361.4-cü maddəsinə əsasən pellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
26. Hazırkı halda isə cavabdeh sözügedən aktların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olmasını əsaslandırmamış, odur ki, həmin sənədlərin sübut qismində nəzərə alınması üçün əsaslar yoxdur.
27. Eynilə iddiaçıdan tələb edilən 2390 manat məbləğində xidmət haqqının əslində cərimə olması barədə cavbdehin dəlillərinə münasibətdə kollegiya bir daha vurğulayır ki, sözügedən məbləğ EBCK seriyalı, 332926 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında 2022-ci ilin noyabr ayında göstərilən xidmətə görə tələb edir. Cavabdeh isə həmin məbləğin cərimə olduğunu iddia etsə də, sözügedən elektron qaimə ilə bağlı iddiaçıya və vergi orqanına hər hansı formada etiraz etməmişdir.
28. Xidmətin göstərilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin və müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun tutulması hissəsinə münasibətdə kollegiya birinci instansiya məhkəməsin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-835/2024 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın.
Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova Ziya Şirinov