Məhkəmə qərarları › İş №2-2(103)-53/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-53/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-53/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, ilk iddia üzrə cavabdehin nümayəndəsi (direktoru) Qanuni nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı Cavabdeh MMC-yə qarşı tezlik və radioelektron vasitələrinə istismar haqqı borcunun tutulmasına dair ilkin, Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçınə qarşı “tariflərin aylıq deyil, illik götürülməklə yeni hesabların tərtib edilməsi vəzifəsinin qoyulması və digər tələblərinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-64/2020 saylı qətnaməsindən (hakim Səbinə Nuriyeva) Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli 38 saylı müqavilə üzrə 38- M-16 və 36M-17 saylı hesablara əsasən 2016 və 2017-ci illər üçün hesablanmış 106 680,00 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Cəmiyyətə təqdim olunmuş 38-M-16 və 36M-17 saylı hesabların ləğv olunması və qarşılıqlı iddia üzrə cavabdehin üzərinə 38- M-16 və 36M-17 saylı hesabların əvəzinə Preyskurantın Cəmiyyətdə istifadə olunan radiorabitə vericilərinin çıxış gücünə uyğun gələn 43 və 44-cü bənddə təsbit edilmiş tariflər tətbiq edilməklə və tezlik sayı düzgün tətbiq olunmaqla, tariflər aylıq deyil, illik götürülməklə yeni hesabların tərtib edilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-64/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, xx.xx.2015-ci il il tarixli 38 saylı müqavilə üzrə Cavabdeh MMC-dən 106 680 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutularaq İddiaçı hesabına köçürülməsi qət edilmiş, qarşılıqlı iddia edilməmişdir. Həmin qətnamədən Cavabdeh MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-64/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia üzrə iddiaçının iddia tələbinin qismən, yəni ekspert rəyi ilə müəyyən edilmiş 26212,4 manat hissəsinin, eləcə də qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına, əsassız və ədalətsiz olduğuna görə ləğv edilməlidir. Məhkəmə hesab etmişdir ki, iş üzrə verilmiş xx.xx.2019-cu il tarixli, 8934/11359 saylı ekspert rəyi iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirməmiş, qarşılıqlı iddia tələbi üzrə heç bir araşdırma aparmadan təmin etməmişdir. Məhkəmə qətnamədə sadəcə qeyd etmişdir ki, hesabların ləğvi üçün əsas müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Lakin məhkəmə səhv nəticəyə gəlmiş, sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual normaları düzgün tətbiq etməmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən istifadə olunan avadanlıqlar santimetrik diapazonda (4 Ghz – 4.2 Ghz) işləyir, yəni müvafiq siqnalları həmin diapazonda ötürür. Cavabdeh MMC-nin müvafiq avadanlıqlarının yerləşdiyi yerdə onların siqnallarının ötürülmə diapazonu ekspertlər tərəfindən tədqiq edilmiş və həmin diapazonun 4 Ghz – 4.2 Ghz (santimetrlik diapazon) olduğu müəyyən edilmişdir. Ekspertlərin qeyd olunmuş tədqiqatında İddiaçı nümayəndəsi də iştirak etmişdir. Bu günədək İddiaçınə təqdim olunmuş bütün “Baza radiostansiyasının anketi” məlumatlarında da tezlik zolağı 4000 Mhz – 4200 Mhz (4 Ghz – 4.2 Ghz) göstərilmiş və İddiaçı tərəfindən həmin məlumatlar təsdiq olunmuşdur. Ekspertiza haqlı və əsaslı olaraq Cavabdeh MMC və DRİ arasında bağlanılmış 38 saylı müqavilənin predmetinə əsasən tezliklərin MMDS avadanlıqları üçün təyin edilməsini, Cavabdeh MMCyə ayrılmış tezliklərin Desimetrik və metrik deyil, məhz Santimetrik diapazonda işləməsini və İddiaçınə təqdim edilmiş bütün Baza radiostansiyasının Anketlərində radiostansiyaların çıxış gücünün göstərildiyini nəzərə almış və buna uyğun bir dəfəlik ödəniş kimi Tarif şurasının qərarının “SİMSİZ RADİO RABİTƏ SİSTEMLƏRİNİN HƏR BAZA STANSİYASİ ÜÇÜN” bölümünün “Simsiz məlumat ötürmə sistemlərinin (CDMA, TDMA, MMDS və s.)”(40-cı bənd) bəndindəki tarifi (1000 manat) və illik ödəniş (istismar haqqı) kimi “Radiotezliklərə nəzarət və istismar haqları (illik ödəniş)” bölümünün “Bir ədəd radiorabitə vericisinin çıxış gücündən asılı olaraq bir tezliyin istismarı üçün” yarımbölümünün “3 Vt-a qədər, 3 Vt daxil olmaqla”(43-cü bənd), “3 Vt-dan 30 Vt-a qədər, 30 Vt daxil olmaqla”(44cü bənd) və “30 Vt-dan 300 Vt-a qədər, 300 Vt daxil olmaqla”(45-ci bənd) bəndlərindəki tarifləri tətbiq etmişdir. Lakin İddiaçı Cavabdeh MMC-yə təqdim etdiyi bütün hesablarda isə illik ödəniş (istismar haqqı) kimi Azərbaycan Respublikası Tarif Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantının “Desimetrik diapazonunda televiziya vericilərində gücündən asılı olaraq bir televiziya kanalının (tezlik zolağının) istismarı üçün illik ödəniş” bəndlərinə aid tariflər tətbiq olunmuşdur (75-ci bənd). İddiaçı tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinə ünvanlanmış 31.010.2019-cu il tarixli, DRİ-HKŞ-9/1718 saylı məktubda da 75-ci bənddə nəzərdə tutulmuş tariflərin tətbiq edildiyi göstərilmişdir. Bununla yanaşı, Tarif şurasının qərarının 75-ci bəndində göstərilmiş tariflər illik ödəniş kimi, yəni bir ildə (12 ay ərzində) bir dəfə ödənişin edilməsi kimi nəzərdə tutulsa da, hər hesabda iki dəfə eyni dövrü əhatə edən illik ödənişlər tətbiq edilmişdir. Digər tərəfdən, Cəmiyyətin tezlik zolağının olmasına və həmin zolaqların Santimetrik diapazonda işləməsinə (qeyd olunanlar anket məlumatları, İddiaçı tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinə ünvanlanmış 31.010.2019-cu il tarixli, DRİ-HKŞ-9/1718 saylı məktubla və ekspert rəyi ilə təsdiq olunur) baxmayaraq İddiaçı hesablarda səhvən 75-ci bəndi (desimetrik tezliklərə dair tarifləri) tətbiq etməklə yanaşı tezlik sayını 12 və 24 ədəd qeyd etmiş və bu da azmış kimi bir tezliyin istismarı məbləğini hesablayarkən REV saylarını da tətbiq etmiş və nəticədə əsassız şişirdilmiş rəqəmlər yaranmışdır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2021-ci il tarixə təxirə salınmış, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi (direktoru) Qanuni nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixdə keçirilən iclasında iştirak edən ilk iddia üzrə iddiaçı Nümayəndə apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-64/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı (İcraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 38 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə əsasında iddiaçı cavabdehin rəsmi müraciətini nəzərə alaraq simsiz internet şəbəkəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə vermişdir. İşin hallarından görünür ki, Cavabdeh MMC efir kabel televiziya yayıcı ilə məşğul olur. iddiaçı müqavilə ilə razılaşdırılmış qaydada radioelektron vasitələrindən istifadəyə görə 2016 və 2017-ci illər üçün 106.680 manat məbləğində istismar haqqının ödənilməsi üçün cavabdehə 38-M-16 və 36M-17 saylı hesablar göndərmiş, cavabdeh tərəfindən isə həmin borcun ödənilməsi təmin edilməmişdir. Cavabdeh MMC-nin qarşılıqlı iddia ərizəsinin və apelyasiya şikayətinin məzmunundan aydın olur ki, tələb olunan borc 26212,4 manat hissədə qəbul edilir. Qalan hissədə borc məbləği bu əsasla mübahisələndirilir ki, İddiaçı müqavilə üzrə cəmiyyətə təqdim etdiyi 38-M-16 və 36M-17 saylı hesablarda həqiqətə uyğun olmayan, preyskurantın cəmiyyətdə istifadə olunan kanalların, tezliklərin diapazonuna uyğun gəlməyən tarifləri və düzgün olmayan hesablanma qaydası tətbiq edilmişdir. Cəmiyyətdə istifadə olunan avadanlıqların ötürdüyü siqnalıq tezliyi 4-4.2 Ghz olmaqla “C” (santimetrlik) diapazonuna aid olduğu halda iddiaçı tərəfindən tezliklərin diapazonuna uyğun gəlməyən desimetrlik tarifləri tətbiq olunmuş, tezlik sayları səhv yazılmış, bir dəfəlik ödəniş əvəzinə, illik ödənişlər tətbiq edilmişdir. İddiaçının iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmiri və istismarına nəzarət tarifləri” preyskurantına uyğun olaraq aşağıdakı tariflər tətbiq edilmişdir:

1. Tele və radioyayım paylayıcı şəbəkələrə (efir-kabel), bir tezliyin (kanalın) ayrılması 26-cı bənd (birdəfəlik) 2.Tele və radioyayım paylayıcı şəbəkələrə (efir-kabel) hər bir şəbəkə üçün qeydiyyat haqqı-35-ci bənd (birdəfəlik) 3.Tele və radioyayım paylayıcı şəbəkələr (efir-kabel) bir tezliyin (kanalın) istismarı üçün-75-ci bənd (bir il üçün illik)

4. Kommersiya məqsədi ilə istifadə olunan və qəbul rejimində işləyən hər bir yerüstü peyk stansiyası üçün illik istismar haqqı –Qeydlər birinci bənd (bir il üçün illik) Məktubda eyni zamanda qeyd olunmuşdur ki, tələb olunan borcun 53520 manatı 2016-cı il üçün, 53160 manatı 2017-ci il üçün hesablanmışdır. Desimetrlik tezlik diapazonuna ***-**** MHs tezlik zolağının aid olduğu, Cavabdeh MMC-yə ayrılmış 4000- 4096 MHs, 4100-4200 MHs tezlik zolağı santimetrlik diapazona aiddir. Cavabdeh MMCnin bütün yayım stansiyaları və kabel təsərrüfatı bir şəbəkə deyil, Cavabdeh MMC-yə ayrılmış tezlik zolağında müxtəlif ərazilərdə quraşdırılmış hər bir yayım (ötürücü) stansiyası kabel təsərrüfatı ilə birgə ayrı-ayrı efir-kabel şəbəkəsi təşkil edir. Radiotezliklər üzrə Dövlət Komissiyasının xx.xx.2010-cu il tarixli 60 saylı iclas protokolunun qərarı ilə Cavabdeh MMC-yə MMDS standartlı rəqəmsal televiziya yayımının təşkili üçün 4000- 4096 MHs, xx.xx.2012-ci il tarixli 69 saylı iclas qərarı ilə əlavə 4100-4200 MHs tezlik diapazonlarının ayrılmasına icazə verilmişdir. Mövcud normativ sənədlərə əsasən MMDS texnologiyasında tezlik kanalının eni 8 MHs qəbul edilmişdir. Yəni 4000-4096 MHs zolağında faktiki 12 tezlik kanalı, 4100-4200 MHs zolağında faktiki 12 tezlik kanalı vardır. Bu fakt efir-kabel yayım stansiyasının spektoqramasında da öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli 8934/11359 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, dördüncü, beşinci və altıncı suallar üzrə aparılmış tədqiqatlar, cihazlar üzərində keçirilmiş yerli baxışlar nəticəsində aparılmış ölçmələr və işin materiallarında aşkar olunmuş məlumatlar əsasında müəyyən olundu ki, Cavabdeh MMC-yə məxsus ötürücü avadanlıqları, məlumatları santimetrik “C” diapozonuna aid 4 Ghz-4.2 Ghz tezlikdə ötürür. Cavabdeh MMC-yə məxsus radio elektron vericilərin sayı 12 ədədə bərabərdir. REV-in siqnalın ötürmə tezliyi 4000-4200 Mhz, yəni ki 4-4.2 Ghz tezlikdə iki zolaqda 16 kanallara bölünmüş halda “C” kateqoriyalı santimetrik diapozonunda məlumatları ötürür. REV-lər eyni tezlik diapozonunda işləyir. REV-lərdən alınan siqnal sonradan xüsusi qurğularla kabeldə eyni kontingenti eyni kəmiyyətdə vahid bir şəbəkədə yayımlanır. Birinci, ikinci və üçüncü suallar üzrə beləliklə, bütün yuxarıda göstərilənlərə, tərəflər arasında İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx xxxx 2015-ci il tarixli Radiotezlikıərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında 38 saylı müqavilənin 1-ci bəndinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2004- cü il tarixli iclasına əsasən 9 nömrəli protokolla təsdiq edilmiş “Radiotezlikıərin qeydiyyatı, elektromaqnit uzlaşmanın təmini və istismarına nəzarət tarifləri” nə uyğun olaraq müvafiq tarif əsasında Cavabdeh MMC-yə hesablanmalı olan məbləğ 26212,4 manat təşkil edir. Cavabdeh MMC-yə məxsus 12 ədəd radio elektron vericilər üzrə ümumilikdə 12.000 manat məbləğində birdəfəlik ödəniş, Cavabdeh MMC-yə məxsus 5 ədəd peyk stansiyası üzrə illik istismar haqqı 6000 manat, 2016-cı il üzrə 6000 manat, 2017-ci il üzrə 6000 manat, ümumilikdı 12000 manat. Cavabdeh MMC-yə 2 tezlik ayrılmışdır, hər bir tezlik üçün 1000 manat, ümumilikdə 2000 manat məbləğində birdəfəlik ödəniş hesablanmalıdır. Radirabitə vericilərin sayının 12 olması nəzərə alınmaqla, radiostansiyanın çıxış gücünə uyğun olaraq Cavabdeh MMC-yə hesablanmalı olan məbləğ 2016-cı il üçün 106,4 manat, 2017-ci il üçün 106 manat təşkil edir. Ekspertiza tədqiqatı zamanı Cavabdeh MMC-yə məxsus çevirici verici cihazın santimetrlik “C” diapozonuna aid olması səbəbindən müəssisəyə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2004-cü il tarixli iclasına əsasən 9 nömrəli protokolla təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”-nin 75-ci bəndinə əsasən hesablanmış 94680 manat məbləğində istismar haqqının əsassız hesablandığı müəyyən edilir. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi qarşılıqlı iddia ərizəsinin dəlillərini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı Cavabdeh MMCyə tezlik və radioelektron vasitələrindən istifadəyə görə 2013, 2014, 2015-ci illər üçün hesablanmış 91160 manat istismar haqqının tutulması barədə mübahisəyə baxılmış, həmin iş üzrə Cavabdeh MMC tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2010-cu il və xx.xx.2015-ci il tarixli müqavilələrin, həmin müqavilələr əsasında tərtib edilmiş hesabların etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia irəli sürülmüşdür. Həmin işdə irəli sürülmüş qarşılıqlı iddianın predmeti fərqli olsa da, əsası hazırda irəli sürülmüş qarşılıqlı iddianın əsası ilə eyni olmuş, əvvəlki işdə də tezlik diapazonunun və tariflərin düzgün tətbiq edilmədiyi göstərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)—5/2020-ci il tarixli xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Cavabdeh MMC-nin tezlik diapazonunun və tariflərin düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri məhkəmə tərəfindən əvvəl baxılmış iş üzrə araşdırılaraq hüquqi qiymət verilmiş və əsassız olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 13.6-cı maddəsinə əsasən, radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədə tezliklərin təyin edilməsi səlahiyyəti iddiaçıya aid edilmiş, radiorabitə avadanlıqlarının istismarı üçün haqqın hansı tarif əsasında ödəniləcəyi konkret olaraq qeyd edilməsə də müqavilənin 2-ci bəndində ödənişin Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən xx.xx.2004cü il tarixdə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmiri və istismarına nəzarət tarifləri” preyskurantına uyğun aparılması nəzərdə tutulmuşdur. Müqavilənin 3-cü bəndinə əsasən, sifarişçi rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda “İcraçı” hər gecikdirilmiş aya görə 0,1 % penya ödənilməsini “Sifarişçi”dən tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması” Qaydalarının 1.3-cü bəndinə əsasən radiotezlik zolaqları Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən sifarişçilərin müraciəti əsasında ayrılır. Qaydaların 2.15-ci bəndinə əsasən Komissiyanın iclasında hər bir müraciət müzakirə edilərək bu barədə qərar qəbul olunur. Qaydaların 3.1-ci bəndinə əsasən mülki məqsədlər üçün istifadə edilən radiotezliklərə onların istifadə təyinatı, sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla, birdəfəlik və müddətli (aylıq və ya illik) tariflər müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən Qaydaların tələblərindən göründüyü kimi, radiotezlik zolaqları sifarişçinin müraciəti əsasında inzibati orqanın- Radiotezliklər üzrə Dövlət Komissiyasının müvafiq qərarı (inzibati akt) əsasında ayrılır. Göründüyü kimi, qanuna əsasən radiotezlik zolaqlarının təyin edilməsi həmin orqanın diskresion səlahiyyətlərinə aid edilmişdir. Cavabdehin Komissiyanın qərarlarını mübahisələndirmək hüququ olduğu halda müqavilə bağlanarkən Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən müəyyənləşdirilmiş radiotezlik diapazonlarına hər hansı etiraz bildirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının təqdim etdiyi hər bir hesab üzrə ödənişlərin həyata keçirilməsindən radiotezlik zolaqlarının düzgün təyin edilməməsi əsası ilə imtina etməsi və istismar edilmiş radioelektron vasitələrin tezlik diapazonunun məhkəmə tərəfindən ekspertiza keçirilməsi ilə müəyyənləşdirilərək tətbiq edilmiş tariflərin dəyişdirilməsi barədə tələbi əsassızdır. İddiaçı tərəfindən cavabdehdən tələb edilən istismar haqqı müqavilə şərtlərinə, Qaydaların tələblərinə və Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən müqavilə bağlanarkən təyin edilmiş radiotezlik diapazonlarına uyğun hesablandığından ilkin iddianın qismən rədd edilməsi üçün qanuni əsas mövcud deyil. Eyni zamanda məhkəmə hesab edir ki, Qaydalarda radiotezliklərdən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və illik) ödənişlərin həyata keçirilməsi nəzərdə tutulduğundan Cavabdeh MMC-nin ödənişin yalnız birdəfəlik həyata keçirilməli olduğuna dair mülahizəsi də əsassız hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 64/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İlk iddia üzrə Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-64/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar