Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-530/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli e-2-2(113)-6150/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mahiyyəti ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 30 iyun 2021-ci il tarixli, 12 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında cavabdehin tikinti obyektlərini beton məhsulu ilə təchiz etməyi, cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən beton məhsulunu qəbul etməyi və dəyərini “Razılaşdırma protokolu” (Əlavə № 1) göstərilən qiymətlərə əsasən vaxtında ödəməyi öhdələrinə götürmüşlər.
2. İddiaçı müqavilə üzrə borc məbləğinin 78812,20 manat təşkil etdiyini bildirir. Cavabdeh isə daha çox ödəniş həyata keçirildiyini, məhkəmə iclasları barədə məlumatlı olmadıqlarından sübutları təqdim etmədiklərini bildirir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 12 nömrəli, 30 iyun 2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə yaranmış 78812,20 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3940,61 manat illik 5 % pulun və 400 manat məbləğində mediasiya xərcinin, cəmi 83152,81 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 12 nömrəli, 30 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, tərəflər razılaşırlar ki, iddiaçı bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında və cavabdehin tikinti obyektlərini beton məhsulu ilə təchiz etməsini öz öhdəsinə götürür, cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən beton məhsulunu qəbul etməsini və dəyərini “Razılaşdırma Protokolu” (Əlavə 1) göstərilən qiymətlərə əsasən vaxtında ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 6.1-ci bəndinə görə, Malın hər partiyası “Satıcı” tərəfindən tərtib edilmiş qaimə (o cümlədən, elektron qaimə) ilə birgə “Alıcı”ya təqdim edilir. Həmin müqavilənin 6.2-ci bəndinə görə, əgər tərəflər təqdim olunan beton məhsulunun ödənişi ilə bağlı öz aralarında başqa üsul və vaxt müəyyən etməyiblərsə, hesab-faktura və ya elektron qaimə təqdim olunandan sonra məbləğ 10 iş günü müddətində bank hesabına köçürmə yolu ilə tam ödənilməlidir. Həmin müqavilənin 8.1-ci bəndinə görə, tərəflər arasında bu Müqavilənin icrası ilə bağlı yaranmış fikir ayrılıqları qarşılıqlı anlaşma və danışıqlar yolu ilə həll edilir. Həmin müqavilənin 8.2-ci bəndinə görə, tərəflər mübahisəni danışıqlar və sülh yolu ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir. Həmin müqavilənin 9.5ci bəndinə görə, hazırkı müqavilə xx.xx.2023-ci il tarixinə qədər qüvvədədir. İddiaçı ilə cavabdeh arasında 30 iyun 2021-ci il tarixində bağlanmış 12 saylı Alqı-Satqı Müqaviləsi əsasında satılmış malın dəyəri 106624,80 azn (ƏDV daxil olmaqla) olmuşdur. Göstərilən məbləğ aşağıdakı X1 üzrə təqdim edilmişdir: E/Q EBBE 281553. xx.xx.2021-ci il Əmtəə Betonu B-25-223,0 mx 90 = 20070 x18% = 23682,60 azn E/Q EBBE 630257. xx.xx.2021ci il Əmtəə Betonu B-25-781,0 m x 90 = 70290 x 18%= 82942,20 azn, cəmi ƏDV ilə birlikdə - 106624.80 AZN. Həmin məbləğdən ödənilmişdir: xx.xx.2021-ci il tarixdə - 10000 AZN, 1800,00 ƏDV, xx.xx.2021-ci il tarixdə - 2750 AZN 495,00 ƏDV, xx.xx.2021-ci il tarixdə - 2800 AZN, 504,00 ƏDV, xx.xx.2021-ci il tarixdə - 2000 AZN, 360,00 ƏDV, xx.xx.2021-ci il tarixdə - 2000 AZN, 360,00 ƏDV, xx.xx.2021-ci il tarixdə - 2020 AZN, 363,60 ƏDV, xx.xx.2022-ci il tarixdə - 2000 AZN, 360,00 ƏDV, cəmi ƏDV ilə birlikdə 27812,60 AZN. İddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdehə satılmış malın dəyəri üzrə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. İddiaçı tərəfindən satılmış malların bir hissəsinin pulu ödənilsə də, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə cəmi ƏDV ilə birlikdə (106627.80 – 27812,60 = 78812,20) 78.812,20 manat ödənilməmiş borcu qalmışdır.
5. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6150/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 78812,20 (yetmiş səkkiz min səkkiz yüz on iki manat iyirmi qəpik) manat məbləğində pul və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi cavabdehin işdə iştirakını təmin etməyərək əlehində qətnamə çıxarması hüquqi şəxsə nəzərdə çəkişmə prinsipinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Belə ki, hüquqi şəxin nümayəndəsinin məhkəmə iclaslarında iştirak edə bilməməsi onun iş üçün əhəmiyyətli olan sübutları və mübahisələndirilə biləcək digər məqamları ortaya çıxarmasında və iddiaçının iddia tələbinin haqsız olduğunu sübut etməkdə mühüm rol oynayır.
9. Yenə cavabdeh tərəf olaraq məhkəmə iclaslarında iştirakları təmin edilmədiyindən hal-hazırda təqdim etdikləri ödəniş qaimələrini də birinci instansiya məhkəməsinə təqdim edə bilməmişlər.
10. İddiaçı tərəfindən verilmiş malların dəyəri vaxtlı-vaxtında və tələb olunana uyğun formada ödənilmişdir. İddiaçının haqsız tələblərini məhkəmə araştırmamaqla yanaşı, onlara da lazımi sənəd və sübutları təqdim etmək üçün şərait yaradılmamışdır.
11. Mübahisələndirilən iş üzrə hal-hazırda təqdim edilən ödəniş tapşırıqlarından görünür ki idda tələbi haqsızdır və məhkəmə də bu halları nəzərə almadan, sorğular verərək ətraflı araştırma aparmadan nəticəyə gəlmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
20. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
27. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Mülki Prosessual Məcəllənin 380.1-ci maddəsinə əsasən tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
34. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
37. İddiaçı ilə cavabdeh arasında bağlanmış 30 iyun 2021-ci il tarixli 12 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı (iddiaçı) bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında və alıcının (cavabdeh) tikinti obyektlərini beton məhsulu ilə təchiz etməsini öz öhdəsinə götürür, alıcı isə öz növbəsində satıcı tərəfindən beton məhsulunu qəbul etməsini və dəyərini “Razılaşdırma protokolu” (Əlavə № 1) göstərilən qiymətlərə əsasən vaxtında ödənilməsini öz öhdəsinə götürür.
38. Müqavilənin 4.2.3-cü bəndinə əsasən alıcının sifarişlərində göstərilmiş vaxtda malların tikinti obyektlərinə əsas olmadan çatdırılmadığı halda satıcı çatdırılmamış mal dəyərinin mal təqdim olunan günədək malın 0,1 % məbləğində alıcıya gündəlik dəbbə pulu ödəməlidir.
39. Müqavilənin 6.1-ci bəndinə əsasən malın hər partiyası satıcı tərəfindən tərtib edilmiş qaimə (o cümlədən elektron qaimə) ilə birgə alıcıya təqdim edilir.
40. Müqavilənin 6.2-ci bəndinə əsasən əgər Tərəflər təqdim olunan beton məhsulunun ödənişi ilə bağlı öz aralarında başqa üsul və vaxt müəyyən etməyiblərsə, hesab-faktura və ya elektron qaimə təqdim olunandan sonra məbləğ 10 (on) iş günü müddətində bank hesabına köçürmə yolu ilə tam ödənilməlidir.
41. Müqaviləyə 01 nömrəli Əlavə 30 iyun 2021-ci il tarixdli qiymətlərin razılaşdırma protokolundan görünür ki, satıcı bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında tikinti obyektlərini beton məhsulu ilə təchiz etməsini öz öhdəsinə götürür. Alıcı isə öz növbəsində satıcı tərəfindən göndərilmiş beton məhsulunu qəbul etməsini və malın dəyərini qiymətlərin razılaşdırma protokolunda göstərilən qiymətlərlə əsas müqavilənin 6.2-ci maddəsinə əsasən ödənilməsini öz öhdəsinə götürür.
42. İddiaçı tərəfindən cavabdehə EBBE 281553 nömrəli xx.xx.2021-ci il tarixli 23682.60 manat dəyərində və xx.xx.2021-ci il tarixli, EBBE 630257 nömrəli 82942.2 manat dəyərində elektron qaimələr göndərilmişdir.
43. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar olunmadıqlarından iş üçün əhəmiyyətli olan sübutları da təqdim etmək imkanından məhrum olmuşlar.
44. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin hüquqi ünvanı olan ünvan 1eyd edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 117A ünvanlarına poçt vasitəsilə məhkəmə bildirişləri göndərilmiş, faktiki ünvan kimi qeyd edilmiş ünvana məhkəmə bildirişi çatdırılsa da, hüquqi ünvanına çatdırılmadan geri qaytarılmışdır.
45. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında da qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin faktiki ünvanının Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 117A olması barədə hər hansı sübut təqdim edilməmişdir. Məhz bu səbəbdəndir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinin prosessual müddəti ötürülməmiş hesab edilmişdir.
46. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş ödəniş sənədləri mötəbər sübut kimi qəbul edilməli və həmin sübutlar nəzərə alınmaqla müvafiq qərar qəbul edilməlidir. Həmin ödəniş sənədləri həmçinin iddiaçının nümayəndəsi tərəfindən də təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi ümumilikdə 32570 manat əsas, 5862 manat ƏDV məbləğinin ödənildiyini bildirmişdir.
47. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli 839198/00062 nömrəli ödəniş tapşırığı ilə 10.000 manat, xx.xx.2021-ci il tarixli 839198/00061 saylı ödəniş tapşırığa ilə 1800 manat ƏDV, xx.xx.2021-ci il tarixli 000İPX********** nömrəli ödəniş tapşırığı ilə 2750 manat, xx.xx.2021-ci il tarixli 839198/00078 saylı ödəniş tapşırığa ilə 495 manat ƏDV, xx.xx.2021ci il tarixli 839198/00112 nömrəli ödəniş tapşırığı ilə 2800 manat, xx.xx.2021-ci il tarixli 839198/00111 saylı ödəniş tapşırığa ilə 504 manat ƏDV, xx.xx.2021-ci il tarixli 839198/00167 nömrəli ödəniş tapşırığı ilə 2000 manat, xx.xx.2021-ci il tarixli 839198/00166 saylı ödəniş tapşırığa ilə 360 manat ƏDV, xx.xx.2021-ci il tarixli 839198/00194 nömrəli ödəniş tapşırığı ilə 2000 manat, xx.xx.2021-ci il tarixli 839198/00192 saylı ödəniş tapşırığa ilə 360 manat ƏDV, xx.xx.2021-ci il tarixli 839198/00238 nömrəli ödəniş tapşırığı ilə 1500 manat, xx.xx.2021-ci il tarixli 839198/00237 saylı ödəniş tapşırığa ilə 270 manat ƏDV, xx.xx.2021-ci il tarixli 839198/00236 nömrəli ödəniş tapşırığı ilə 520 manat, xx.xx.2021-ci il tarixli 839198/00235 saylı ödəniş tapşırığa ilə 93,6 manat ƏDV, xx.xx.2022-ci il tarixli 839198/00412 nömrəli ödəniş tapşırığı ilə 2000 manat xx.xx.2022-ci il tarixli 839198/00413 saylı ödəniş tapşırığa ilə 360 manat ƏDV, xx.xx.2022-ci il tarixli 839198/00601 nömrəli ödəniş tapşırığı ilə 2000 manat, xx.xx.2022-ci il tarixli 839198/00602 saylı ödəniş tapşırığa ilə 360 manat ƏDV, xx.xx.2022-ci il tarixli 839198/00621 nömrəli ödəniş tapşırığı ilə 2000 manat, xx.xx.2022-ci il tarixli 839198/00622 saylı ödəniş tapşırığa ilə 360 manat ƏDV, xx.xx.2022-ci il tarixli 839198/00682 nömrəli ödəniş tapşırığı ilə 2000 manat, xx.xx.2022-ci il tarixli 839198/00683 saylı ödəniş tapşırığa ilə 360 manat ƏDV, xx.xx.2023-cü il tarixli 839198/00738 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, xx.xx.2023-cü il tarixli 839198/00739 saylı ödəniş tapşırığa ilə 540 manat ƏDV məbləği ödənilmişdir.
48. Qeyd edilən ödəniş sənədlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 32570 manat əsas məbləğ, 5862,60 manat ƏDV məbləği, cəmi 38432,6 manat ödənilmişdir.
49. Ümumi ödənilməli olan 106624,8 manatdan 38432,6 manat çıxıldıqda borc məbləği 68192,2 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən isə ödənilməli məbləğ 78812,2 manat müəyyən edilmişdir ki, həmin məbləğlərin fərqi isə (78812,2- 68192,2) 10620 manatdır.
50. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 30 iyun 2021-ci il tarixli 12 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
51. Məhkəmə kollegiyası işin sadalanan qanunvericilik normalarını, cavabdehin 30 iyun 2021-ci il tarixli 12 nömrəli alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi 68192,20 manat məbləğində əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.
52. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi 10620 manat borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir.
53. Kollegiya qeyd edir ki, iddia qismən təmin edildiyindən birinci instansiya məhkəməsi MPM-in 119.1-ci maddəsinə 400 manat müdiasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.
54. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumunun 50 manatı iddiaçıdan tutularaq cavabdehə ödənilməli, qalan hissəsi cavabdehə aid edilməlidir.
55. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6150/2020 saylı qətnaməsi qismən, yəni Cavabdeh MMCdən 10620 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6150/2022 saylı qətnaməsi qismən, yəni Cavabdeh MMC-dən 10620 manat məbləğində pulun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 50 manatı iddiaçıdan tutularaq cavabdehə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Vüsalə Baxışova