Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-536/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-256/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-256/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-256/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı cavabdehlə ilə direktoru olduğu “Urud” firması arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 14011-0932/465824 saylı kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-256/2020 nömrəli qətnaməsindən apelyasiya şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edilməsi, daha sonra ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları ilə xüsusi karantin rejiminin bir neçə dəfə uzadılması, bundan əlavə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul etməsi, eyni zamanda Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da qərarlar qəbul etməsi onun apelyasiya şikayəti vermək imkanından məhrum etmiş və nəticədə apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddət onun tərəfindən üzrlü səbəblərdən buraxılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-256/2020 nömrəli qərardadı ilə İddiaçı ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(113)-256/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi, Vəkil həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və apelyaisya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbini üzürlü hesab edərək buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, poçt xidmətinin fəaliyyətini davam etdirməsi poçt göndəriş məntəqələrində sıxlığın olmasını, infeksiya daşıyıcısı şəxslərlə kontaktın yaranması təhlükəsinin mümkünlüyünü istisna etmir, sözügedən dövrdə ölkə ərazisində infeksiyanın yayılma dalğası pik həddə çatmış, Nazirlər Kabineti yanında Operativ Qərargahın və Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyyələrinə uyğun olaraq, İddiaçı mümkün qədər insanların toplaşdığı qapalı məkanlardan uzaq olmuş, eləcə də yaşayış yerini tərk etməməyə çalışmışdır. Yalnız infeksiyaya yoluxma hallarının azalması ilə bağlı statistik rəqəmlər azaldıqdan sonra, o, buraxılmış müddətin bərpası barədə ərizə ilə birlikdə 2-2(113)-256/2020 nömrəli iş üzrə apelyasiya şikayətini məhkəməyə göndərmişdir. Karantin rejiminin mövcudluğu İddiaçı tərəfindən müvafiq prosessual hərəkətlərin edilməsinə mane olmuş və prosessual müddətin buraxılması üzürlü səbəblərdən baş vermişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (82)-256/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında səlahiyyətli nümayəndəsi iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-256/2020 nömrəli qərardadı ləğv edilməli, ərizə təmin edilərək iddiaçı tərəfindən qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1.-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarına əlavə edilmiş poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-256/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi İddiaçı xx.xx.2020-ci il tarixdə təqdim edilmiş, iddiaçının xx.xx.2020-ci il tarixədək apellyasiya şikayəti vermək hüququ olduğu halda apelyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizəni xx.xx.2020-ci il tarixində rabitə orqanına vermişdir. Məhkəmə Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən ölkədə Azərbaycan Respublikasında xüsusi və sərtləşdirilmiş xüsusi karantin rejimlərinin tətbiq edildiyini, iddiaçı tərəfindən ötürülmüş prosessual müddət ərzində və ondan sonra ölkədə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar hərəkət sərbəstlyinə məhdudiyyət qoyulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən prosessual müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərək buraxılmış müddət bərpa edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-256/2020 nömrəli qərardadı ləğv edilməli, iddiaçının ərizəsi təmin edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-256/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-256/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı ərizəsi təmin edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(113)-256/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-536/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-536/2020
14.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver