Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-536/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2246/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 101,34 manat, İcbari Tibbi Sığorta Fonduna 16,22 manat, İşsizlikdən sığorta fonduna 7,88 manat, dövlət büdcəsinə 3444,04 manat məbləğində (o cümlədən, vergilər üzrə 3093,23 manat, faizlər üzrə 350,81 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 17,31 manat, Dövlət Sosial Müdafiə Fonduna 80,65 manat, dövlət büdcəsinə 6732,88 manat məbləğində (o cümlədən, vergilər üzrə 6054,55 manat, faizlər üzrə 678,33 manat) , İşsizlikdən sığorta fonduna 11,84 manat,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 42,67 manat, dövlət büdcəsinə 13981 manat məbləğində (o cümlədən, vergilər üzrə 12320,58 manat, faizlər üzrə 1660,42 manat) , İşsizlikdən sığorta fonduna 14,15 manat, Dövlət Sosial Müdafiə Fonduna 167,33 manat olmaqla, ümumilikdə 24617,31 manat borcu vardır.
2. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********385800, xx.xx.2023-cü il tarixli, **********907500, xx.xx.2023-cü il tarixli **********448600, xx.xx.2023-cü il tarixli, **********152300, xx.xx.2023-cü il tarixli. **********153000, xx.xx.2023-cü il tarixli, **********438900, xx.xx.2023-cü il tarixli, **********422700, xx.xx.2023-cü il tarixli, **********047400, xx.xx.2022-ci il tarixli, **********411800, xx.xx.2023-cü il tarixli, **********421000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyiciləri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 101,34 manat, İcbari Tibbi Sığorta Fonduna 16,22 manat, İşsizlikdən sığorta fonduna 7,88 manat, dövlət büdcəsinə 3444,04 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 17,31 manat, Dövlət Sosial Müdafiə Fonduna 80,65 manat, dövlət büdcəsinə 6732,88 manat, İşsizlikdən sığorta fonduna 11,84 manat,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 42,67 manat, dövlət büdcəsinə 13981 manat, İşsizlikdən sığorta fonduna 14,15 manat, Dövlət Sosial Müdafiə Fonduna 167,33 manat olmaqla, ümumilikdə 24617,31 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onların icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 101,34 manat, İcbari Tibbi Sığorta Fonduna 16,22 manat, İşsizlikdən sığorta fonduna 7,88 manat, dövlət büdcəsinə 3444,04 manat məbləğində (o cümlədən, vergilər üzrə 3093,23 manat, faizlər üzrə 350,81 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 17,31 manat, Dövlət Sosial Müdafiə Fonduna 80,65 manat, dövlət büdcəsinə 6732,88 manat məbləğində (o cümlədən, vergilər üzrə 6054,55 manat, faizlər üzrə 678,33 manat) , İşsizlikdən sığorta fonduna 11,84 manat,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 42,67 manat, dövlət büdcəsinə 13981 manat məbləğində (o cümlədən, vergilər üzrə 12320,58 manat, faizlər üzrə 1660,42 manat) , İşsizlikdən sığorta fonduna 14,15 manat, Dövlət Sosial Müdafiə Fonduna 167,33 manat olmaqla, ümumilikdə 24617,31 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2246/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) ərizə təmin edilmişdir.
6. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi vergi öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış vergi borcunun ödənilməsini təmin etməmiş, nəticədə ərizəçinin vergi borcunun təmin edilməsi məqsədilə fiziki şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2246/2024 nömrəli qətnaməsinin ləğv edilərək ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizədə adları qeyd edilmiş hüquqi şəxslərin rəhbəri o olmadığından qeyd edilən qətnamə əsassız olduğu üçün ləğv edilməli, ərizə rədd edilməlidir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 78.4-cü maddəsinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Məhkəmə tərəfindən ərizə təmin edilməklə qeyd edilən müəssisələrin rəhbəri olmadığı halda həmin müəssisələrin borcuna görə onun ölkədən getmə hüququmun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul etməklə VM-nin qeyd edilən maddələrinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsi kimi təsbit edilmişdir. Lakin qeyd edilən müəssisələrin rəhbəri kimi təsisçinin müvafiq qərarlarına əsasən rəhbər vəzifəsindən azad edilməyinə baxmayaraq vergi orqanı tərəfindən qeyd edilən maddənin tələbləri pozulmuş, məhdudiyyətin qoyulmasına səbəb olmuş hal aradan qalxdığı halda məhdudiyyətin götürülməsi üçün hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan RespublikasıKonstitusiyasının 71-ci maddəsinin İİ hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamə ilə Konstitusiyanın qeyd edilən maddələrinin tələbləri pozulmuşdur. Yuxarıda adları qeyd edilən müəssisələrin rəhbəri olmadığı üçün və həmin müəssisələrin borclarına görə hər hansı məsuliyyət daşımamağına görə qeyd edilən qətnaməyə əsasən ona məhdudiyyətin qoyulması gözlənilən nəticəyə mütənasib deyildir və həmin borcun ödənilməsi üçün hər hansı təsirə imkanları yoxdur. Odur ki, məhdudiyyətin qoyulması barədə çıxarılmış qətnamə mütənasiblik meyarına cavab vermədiyi üçün ləğv edilməli və ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Təsis payının alqı-satqısına dair xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMCdə 100 %-lik təsisçilik hüququ üzrə paylar X1. Bundan başqa təsisçinin xx.xx.2024-cü il tarixli qərarları ilə adları yuxarıda qeyd edilən müəssisələrin direktoru vəzifəsindən azad edilmiş və həmin qərarlarla X7 müəssisələrin direkoru vəzifəsinə təyin edilmişdir. Bundan başqa müvafiq dəyişikliyin dövlət qeydiyyatına alınması üçün xx.xx.2024-cü il tarixdə vergi orqanına rəsmi müraciət edilmiş və müvafiq dəyişiklik dövlət reyestrində qeydə alınmışdır. Ərizədə göstərilən hər üç müəssisənin rəhbəri vəzifəsindən azad olunmuş, müvafiq dəyişikliklər reyestr məlumatlarında öz əksini tapmışdır. Odur ki, qeyd dilən hüququ şəxslərlə hər hansı bqağlılığı olmadlğı üçün həmin müəssisələrin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsi üçün cavabdehlik daşımır. Məhkəmənin gəldiyi nəticə halhazırda mütənasiblik prinsipinə zidd olmaqla gözlənilən nəticəyə mütənasib deyildir. Təsis payının alqı-satqısına dair xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən yuxarıda adarı qeyd edilən müəssisələrin 100% lik təsis payları X1. Həmçinin təsisçinin eyni tarixli qərarları ilə X7 həmin müəssisələrin direktoru vəzifəsinə təyin edilmişdir. Ərizəçinin məhkəməyə ərizə ilə müraciətindən məlumatsız olmuş, birinci instansiyada keçirilmiş məhkəmə prosesindən xəbərsiz olmuşdur və bu barədə hər hansı bildiriş ona daxil olmamışdır. Ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamədən təsadüf nəticəsində Dövlət Vergi Xidmətinin rəsmi saytından məhdudiyyətin olub olmaması barədə yoxlayarkən məlumatlı olmuşdur. Reyetrdə müvafiq dəyişikliklərin edilməsi üçün 2024-cü ilin əvvəllərindən tədbirlər görülməyə başlanmış və yalnız işləri xx.xx.2024-cü il tarixdə yekunlaşdırmaq mümkün omuşdur ki, artıq həmin vaxt xx.xx.2024-cü il tarixli qətnamə ilə onun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar çıxarılmışdı. Buna görə də müvafiq alqı satqı müqavilələrini, təsisçinin yeni direktorun təyin edilməsi barədə qərarlarını məhkəməyə təqdim etmək imkan xaricində olmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində yaranan problemlərlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılıb yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. 10.Ərizəçiyə məhkəmə iclasını yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
11. Tətbiq edilən hüquq
“Avropa İnsan hüquqları Konvensiyası” 4 saylı Protokolunun 2-ci maddəsi - hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiyası 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddə - vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. 77.3-cü maddə - vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddə - vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
12. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
13. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2246/2024 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.
14. Apellyasiya şikayətinə əlavə edilmiş, notarial qaydada təsdiq edilmiş 29 mart 2024-cü il tarixli təsis payının alqı-satqı müqavilələrindən görünür ki, Maraqlı şəxs hüquqi şəxslər "xxxx", "EVOSERVİS“, “KAVİDA BAU" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin nizamnamə kapitalındakı ona məxsus hər biri 1 paydan ibarət olmaqla 100%-lik təsisçilik hüququ üzrə payını X2.
15. Eyni zamanda apellyasiya şikayətinə əlavə edilmiş “EVOSERVİS", "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, X4 həmin cəmiyyətlərə direktor təyin edilməsi, Cəmiyyətlərin 2-ci redaksiyada nizamnamələrinin təsdiq edilməsi və rəhbər dəyişikliyi ilə bağlı olaraq vergi orqanına ərizə ilə müraciət olunması qərara alınmışdır.
16. Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində X3 Reyestr məlumatları haqqında məlumat qeydindən görünür ki, hər üç müəssinənin qanuni təmsilçisi xx.xx.2024-cü il tarixdən qeydə alınmış dəyişikliyə əsasən X6r.
17. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs hazırda “EVOSERVİS", "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin qanuni təmsilçisi olmadığından həmin hüquqi şəxslərin dövlət büdcəsinə olan borcları ilə əlaqədar onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz.
18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2246/2024 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.
19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2246/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.