Məhkəmə qərarları › İş №2-2(103)-54/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-54/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-54/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 MMC, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi Açar söz: pul tələbi, öhdəliklərin icrası. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Sinan Koç, iddiaçların nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 MMC, İddiaçı1 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1771/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 MMC, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçılar İddiaçı2 MMC (birinci tərəf), "xxxx" Firması (ikinci tərəf) ilə cavabdeh (üçüncü tərəf) arasında bağlanmış 12 fevral 2020-ci il tarixli BSA-01/20 nömrəli xidmət müqaviləsinə əsasən birinci tərəf və ikinci tərəfindən mikro proqamının üçüncü tərəfin ticarət sisteminə uyğunlaşdırılması ilə əlaqədar xidmətlərin göstərilməsini əhatə edir.

2. Müqavilənin 4.1.1-ci bəndinə əsasən birinci tərəf tərəfindən göstərilən xidmətin növləri və dəyəri 136.000 manat olmuşdur.

3. Müqavilənin 4.1.2-ci bəndinə əsasən birinci tərəf tərəfindən göstərilən xidmətlərə görə ödəniş şərtlərinə əsasən ümumi məbləği vergilər daxil 136000 manat olan ödəniş, hər biri 34000 manat məbləğində olmaqla 4 hissədə həyata keçiriləcəkdir. Üçüncü tərəf hissəli ödənişi müqavilə imzalandığı gündən etibarən 4 ay (fevral, mart, aprel, may ayları) ərzində, müvafiq olaraq hər ayda bir dəfə “birinci tərəf” tərəfindən təqdim olunan ödəniş sənədlərini (hesab-faktura/elektron qaimə faktura) aldıqdan 5 iş günü ərzində bank köçürmə yolu ilə həyata keçirməlidir.

4. Müqavilənin 4.2.1-ci bəndinə əsasən ikinci tərəf tərəfindən göstərilən xidmətlərin növləri və dəyəri 40.000 ABŞ dolları təşkil edir.

5. Müqavilənin 4.2.2-ci bəndinə əsasən ikinci tərəf tərəfindən göstərilən xidmətlərə görə ödəniş şərtləri layihə tam həcmdə və qüsursuz olaraq təslim edildikdən və müvafiq təhvil-təslim aktı imzalandıqdan sonra ikinci tərəf tərəfindən elektron qaimə təqdim edildikdən 10 iş günü ərzində üçüncü tərəf xidmətin dəyərini tam həcmdə 40.000 ABŞ dolları (vergilər daxil) bank köçürmə yolu ilə ödəyir.

6. İddiaçılar İddiaçı2 MMC (birinci tərəf), "xxxx" Firması (ikinci tərəf) ilə cavabdeh (üçüncü tərəf) arasında bağlanmış 12 fevral 2020-ci il tarixli BSA-01/20 nömrəli xidmət müqaviləsinə 24 dekabr 2020-ci il tarixli 02 nömrəli əlavəyə əsasən müqavilənin 6.1-ci bəndində qeyd olunmuş müqavilə müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılır.

7. İddiaçılar İddiaçı2 MMC (birinci tərəf), "xxxx" Firması (ikinci tərəf) ilə cavabdeh (üçüncü tərəf) arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli BSA-09/01 nömrəli xidmət müqaviləsinə əsasən birinci tərəf və ikinci tərəfindən mikro proqamının üçüncü tərəfin ticarət sisteminə uyğunlaşdırılması ilə əlaqədar xidmətlərin göstərilməsini əhatə edir.

8. Müqavilənin 4.1-ci bəndinə əsasən ikinci tərəfindən göstərilən xidmətlərin növləri və dəyəri ümumilikdə 120,000.000 ABŞ dolları (ƏDV daxil) təşkil etmişdir.

9. Müqavilənin 4.2.2-ci bəndinə əsasən layihə tam həcmdə və qüsursuz olaraq təslim edildikdən və müvafiq təhvil-təslim aktı imzalandıqdan sonra ikinci tərəf tərəfindən elektron qaimə təqdim edildikdən 10 iş günü ərzində üçüncü tərəf xidmətin dəyərini tam həcmdə 120.000 ABŞ dolları (vergilər daxil) bank köçürmə yolu ilə ödəyir.

10. Müqavilənin 5.1-ci bəndinə əsasən “Mikro” tərəfindən verilən proqram paketi, proqram lisenziyası və zəmanət istehsalçı (Mikro) tərəfindən verilən şərtlər çərçivəsindədir (“İstifadə Lisenziyası və Təminat Sözləşməsi”). Paketin təhvil-təslimi zamanı üçüncü tərəf qeyd olunan şərtləri qəbul etdiyi haqda akt imzalayaraq paketi təhvil alacaqdır.

11. İddiaçı2 MMC tərəfindən cavabdehə EBCD 933193 nömrəli xx.xx.2022-ci il tarixli 114410 manat məbləğində elektron qaimə göndərilmişdir. Cavabdeh (sifarişçi) ilə “Mikromaks Müh. Danışmanlı ve Yazılım Sistemləri SAN. TİC. LTD. ŞTİ” (icraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdeh (sifarişçi) ilə “Mikromaks Müh. Danışmanlı ve Yazılım Sistemləri SAN. TİC. LTD. ŞTİ” (icraçı) arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixə qədər mikro proqram yazılması xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən icraçı aktda sadalanan və sifarişçi tərəfindən sifariş edilmiş xidmətləri tam şəkildə icra edərək təhvil verir və sifarişçi də həmin xidmətləri təhvil alır.

12. Cavabdeh tərəfindən “X1 və Yazılım Sistemləri SAN. LTD-nin hesabına xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 1750,5 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 1750 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 1750,5 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 3150 ABŞ dolları, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 3501 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 3852 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 12500 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 12500 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 16192 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 16281 ABŞ dolları, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığ ilə 20.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 25000 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 81645,3 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 184900,5 ABŞ dolları, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 32677 ABŞ dolları məbləğində pul köçürülmüşdür.

13. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, hazırda fərdi sahibkarlıq fəaliyyətilə məşğul olur. Əsas fəaliyyət növü maliyyə və mühasibatlıq xidmətlərinin göstərilməsidir. İddiaçı1ı tanıyır. Onun ilə şifahi müqaviləsi olmuşdur. O, "xxxx" MMC-də modullardan istifadə qaydasını izah edirdi. 2020-ci ilin iyul ayından 2021-ci ilin əvvələrinədək texniki dəstək göstərilmişdir. 2021-ci ilin əvvələrində işlərin ona aid olan hissəsi bitmişdir. İşləri cavabdehin ofisində icra edirdilər ("xxxx"un Nəsimi metrosu yaxınlığında olan baş ofisində). O, maliyyə və mühasibatlıq modullarını yazmışdır. İT sahəsində xüsusi biliyi yoxdur. Sonuncu dəfə "xxxx"da 2021-ci ilin əvvəllərində olmuşdur.

14. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, İddiaçı1ı tanıyır. İddiaçı2 MMC-də 2020-2021-ci illər ərzində proqram təminatçısı vəzifəsində işləmişdir. İşlərin yekunlaşdırılması tarixi dəqiq yadında deyildir. "xxxx"un işçilərinə modulların istifadə qaydasına dair təlim keçmişdir. Ümumi sifariş, istehsal, mühasibatlqı modulları üzrə təlim keçmişdir. Modullar işlək vəziyyətdə idilər. Modulların işləməsində problemlər yaranırdı və yaranan problemlər tərəflərindən aradan qaldırılırdı, bəzi modullar isə təkmilləşdirilirdi.

15. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, İddiaçı1ı tanıyır. İddiaçı2 MMC-də proqram təlimçisi vəzifəsində işləmişdir. Hazırda "xxxx" MMC-də işləyir. "xxxx"da 2021-ci ilin yay aylarında 3 modulun (logistika modulları) istifadə qaydalarına dair təlim keçmişdir.

16. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Hüseyin Açıkgöz ifadəsində bildirdi ki, İddiaçı1ı tanıyır, münasibətləri normaldır. Hazırda "xxxx" Firmasında həm direktor, həm də əlavə olaraq proqramçı kimi işləyir. 2021-ci ilin oktyabr ayında Sınan bəy tərəfindən burdakı ("xxxx" MMC ilə olan) layihəsinə dəstək olmaq, modulların yazılması üçün dəvət edilmişdir. 2022-ci ilin yanvar ayına qədər İddiaçı1la birgə "xxxx" MMC-də çalışmışdır. Hazırda da "xxxx" MMC ilə çalışmağa davam edir. 2021-ci ilin oktyabr ayında İddiaçı1 tərəfindən dəvət edildikdən sonra "xxxx" MMC-də yazılmış proqramlarla bağlı nöqsanları, çatışmazlıqları aşkar edib ona bu barədə məlumat vermişdir. Lakin hər hansı tədbir alınmadı, İddiaçı1 bildirdilər ki, belə davam edərsə, layihə uğursuzluğa düçar olacaq. Sonra modullarda ciddi problemlər ortaya çıxmağa, modullar çökməyə başladığı üçün "xxxx" MMC ilə "xxxx" Firması olaraq 2022-ci ilin fevral ayında yeni bir müqavilə bağladılar. Bir qisim problemlər düzəldilib, bir qismi isə düzəldilməsi üçün çalışırlar. Onlar ilk dəfə "xxxx" MMC-yə gəldikdə orada 6 nəfər çalışırdı, onlardan dördü "xxxx" MMC-nin öz işçi-mütəxəssisləri, qalan ikisi isə İddiaçı1 işçiləri idi, modulların bəziləri elə "xxxx" MMC-nin işçiləri tərəfindən yazılmışdır (GİTHUB proqramına da baxılsa, modulların kim tərəfindən yazılması müəyyən ediləcəkdir). İddiaçı1 tərəfindən satışla bağlı modullar yazılmışdır, müəyyən problem və qüsurlar olsa da, çalışır. İddiaçı1 tərəfindən maliyyə modullarının yazıldığını aşkar etməmişdir. İddiaçılar tərəfindən qeyd edilmiş modulların ayrıca modul və ya altmodul kimi yazılması subyektiv qiymətləndirmə olmaqla, bir layihəyə daxil ola da bilər, olmaya da bilər. Müqavilə şərtlərindən asılıdır. Onlarla imzalanan müqavilənin dəyəri 870000 ABŞ dolları məbləğindədir. Həmin məbləğin içində texniki dəstək üçün də xidmət haqqı və bütün yazılmalı olan modullar ayrıca nəzərdə tutulmuşdur. Modulların qiyməti müxtəlif cür müəyyən edilə bilər, həmin modullar daha aşağı və ya yuxarı müəyyən edilə bilər. İşi icra edən şəxsin qiymət təklifindən asılıdır. İşçi qüvvələri (hazırda 70 nəfərdir) nəzərə alınmaqla qiymət müəyyən etmişlər. "xxxx" MMC ilə "xxxx" Firması arasında bağlanmış müqavilədə qeyd olunmuş modullar “sıfırdan” yazılacaqdır.

17. Apellyasiya instansiyası məhkəməsində mütəxəssis kimi X3 dindirilmiş izahatında bildirmişdir ki, araşdırmanı özüm aparmışam, rəyin hazırlanmasında özüm iştirak etmişəm. Mən mənə icazə verilən qədərini yoxlaya bilmişəm. Mən nəyi görmüşəmsə qeyd etmişəm. 7-ci sualı görməmişəm deyə qeyd etmişəm ki, yoxdur. Halhazırda istifadə olunan proqram cavabdeh tərəfindən yazılıb. Ancaq kimə yazdırıblar bilmirəm. xx.xx.2021-ci il tarixə qədər yazılan modullar iddiaçı tərəfindən yazılıb. Sonrakı dövr barədə məlumatım yoxdur. Sifarişlərin ümumi modulu var. Məlumat bazasına əsasən 21.449 məlumat daxil olunub. Bu o deməkdir ki, bu moduldan istifadə olunub. Seriya izləmə modulu isə xəta verirdi. İddiaçı bildirirdi ki, onlardan sonra dəyişiklər olduğu üçün xəta verir, cavabdeh isə ümumiyyətlə işləmədiyini qeyd edirdi. Müştəri formalaşdırma, axtarma, analiz və alt modulları işlək idi. 21 modulun 18-ə qədər olan modulları var. 18-dən sonrakı modullar yoxdur. 18-ci modul faktiki var idi, ancaq işləyirişləmir yoxlaya bilmədim. 18-ci modul Gürcüstan krediti ilə satış səhifəsi tapılsa da əlavə etmək üçün Mənbə kodları iddiaçı tərəfindən yazılıb. xx.xx.2021-ci il tarixədək üzərində işlənib. xx.xx.2021-ci ilə qədər kodlar iddiaçılara aiddir. Ondan sonra həmin control sistemində kod yoxdur. Bəli, modulları cavabdeh əvvəl işlədib. Mən cavabdehin əməkdaşlarının mənə verdiyi sistem üzərində yoxlamanı aparmışam, iddiaçıların yaratdığı kodlar orda var. Mən xx.xx.2021-ci il tarixdən sonra görülən işlərə baxmamışam. Çünki belə bir sual qoyulmamışdı. Mən cavabdehin əməkdaşlarından xahiş etdim ki, sistemi xx.xx.2021-ci il tarixli versiyasına qaytarsınlar, bundan sonra mən yoxlanış apardım. 20 və 21-ci modullar mikro sistemə bağlı olduğu üçün mən onu görə bilmədim. Mikro sistem üzərində çoxlu əməliyyatlar keçirildiyi üçün mən 2020 və 2021-ci ilə aid vəziyyəti müəyyən edə bilmədim. Kodun olması hər bir halda modulun işləməsi demək deyil. İş tələbləri sənədləri olmadığı üçün tam məlumat verə bilməmişəm. Sifariş tapılmadı və mən əməliyyatı həyata keçirə bilmədim. 19-cu modul Power Bİ üçün hazırlanmışdı. Ancaq cavabdeh öz bazasına qoşulduğu üçün Power Bİ işlədə bilmədim. Bundan əlavə 11,12-ci modlullarda məlumatlar tapılmadı. İddiaçının qeyd etdiyinə görə başqa bazada olduğu üçün məlumatlar tapılmadı. Modulların yaradılma tarixini müəyyən etmək mümkündür. 15 modul sistemdə var və işləyir. Qalanları ya tapılmadı, ya da tapılsa da yoxlanıla bilmədi.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

18. İddiaçı2 MMC, İddiaçı1 (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il, BSA-01/20 saylı və xx.xx.2021-ci il tarixli, BSA-09/01 saylı müqavilələr üzrə İddiaçı2 MMC-yə ödənilməmiş 114,410 manat borc məbləği və 7287.76 manat faiz məbləği; b) xx.xx.2020-ci il, BSA-01/20 saylı və xx.xx.2021-ci il tarixli, BSA-09/01 saylımüqavilələr üzrə "xxxx" Firmasına ödənilməmiş 202,000 USD borc məbləği və 12,867.12 USD faiz məbləği; c) iddiaçıların müəllif hüquqlarının pozulması faktının müəyyən edilməsi və pozuntuya görə cavabdehdən 15,000 manat kompensasiya; d) 1550.92 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

19. Daha sonra iddiaçılar xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçıların müəlliflik hüquqlarının pozulması faktının müəyyən edilməsi və pozuntuya görə cavabdehdən İddiaçı2 MMC-nin xeyrinə 7500 manat, “İddiaçı1” Firmasının xeyrinə isə 7500 manat, ümumilikdə 15.000 manat məbləğində kompensasiyanın tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

20. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında müxtəlif proqram modullarının hazırlanması və onların inteqrə edilməsi məqsədilə BSA-01/20 saylı, xx.xx.2020-ci il tarixli və BSA-09/01 saylı, xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Qeyd edilən müqavilələr üzrə işlər iddiaçılar tərəfindən lazımi qaydada icra edilmiş və təhvil verilmişdir, lakin işlərin müəyyən hissəsinə görə, hələ də cavabdeh ödəniş öhdəliyini icra etməmişdir. Cavabdehin nümayəndələri ilkin olaraq iddiaçıların direktoru Sinan Koça “Mebel sifariş alma, dəyərləndirmə, nəzarət etmə və idarə etmə modulları” üzrə işlərin görülməsi üçün müraciət etmişlər və iddiaçılarla cavabdeh BSA-01/20 saylı, xx.xx.2020-ci il tarixli müqaviləni bağlamışlar. Müqavilə üzrə adıçəkilən modullar iddiaçılar tərəfindən hazırlanaraq təhvil verilmiş və müvafiq ödəniş cavabdeh tərəfindən həyata keçirilmişdir. Bu iş təhvil verildikdən sonra cavabdeh iddiaçılardan əlavə proqram modullarının hazırlanması üçün müəyyən vaxtlarda tapşırıqlar vermişdir və tərəflər arasında növbəti BSA-09/01 saylı, xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır. Qeyd edilən müqavilələrdə siyahısı müəyyən olunan işlərdən əlavə cavabdeh iddiaçılara elektron rabitə vasitələri ilə müqavilələrdə yazılı qaydada razılaşdırılmayan əlavə işlər də tapşırmışdır. Hər iki müqavilə üzrə nəzərdə tutulmuş, həmçinin müqavilələrdə yazılı qaydada nəzərdə tutulmayan, lakin cavabdeh tərəfindən əlavə olaraq tapşırılmış işlər iddiaçılar tərəfindən lazımi qaydada icra edilmiş və təhvil verilmişdir. Əlavə olaraq hazırlanmış proqram modullarının cavabdehin əməkdaşları tərəfindən istifadə olunması üçün gərəkli olan dəstək xidməti də iddiaçılar tərəfindən göstərilmişdir. Tapşırılmış bütün proqram modulları hazırlanıb təhvil verildikdən və dəstək xidməti göstərildikdən sonra iddiaçılar cavabdehə müvafiq işlər qarşılığında ödənişlərin edilməsi məqsədilə qiymət siyahısını əks etdirən xx.xx.2022-ci il tarixli elektron poçtla müraciət etmişlər. Eləcə də, cavabdehin pul öhdəliyini uzun müddət ərzində gecikdirdiyini nəzərə alaraq xx.xx.2022-ci il tarixli elektron poçtla müvafiq hesab-faktura və elekton qaimə-fakturanı Cavabdehin nəzərinə çatdırmışlar. Buna baxmayaraq Cavabdeh İddiaçıların bu bildirişlərini cavabsız qoymuş və ödəniş etmək öhdəliyini icra etməmişdir. xx.xx.2022-ci il tarixində son olaraq, cavabdehə müqavilə öhdəliklərinin pozduğunu bildirmək məqsədilə pretenziya məktubu göndərilmişdir. Bütün cəhdlər cavabdeh tərəfindən cavabsız qoyulduqdan sonra məcburi ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2022-ci il tarixində Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayış verilmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1771/2023 nömrəli xx.xx.2023 tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

22. Məhkəmə müəyyən etmişdir ki, işin mübahisəsiz hallarına əsasən tərəflər arasında xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli podrat müqavilələri bağlanmış, həmin müqavilələrdə nəzərdə tutulmuş işlər iddiaçılar tərəfindən tam şəkildə icra edilərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən dəyəri ödənilmişdir. İddiaçılar həmin müqavilələr üzrə cavabdehin sifarişləri əsasında əlavə olaraq İddiaçı2 MMC tərəfindən cavabdeh üçün 6 modul, İddiaçı1 Firması tərəfindən isə 15 modul yazıldığını, lakin dəyərinin ödənilmədiyini iddia edirlər. Cavabdeh həmin iddiaya etiraz edərək, müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı əlavə sifarişin verilmədiyini, əlavə sifarişin verilmiş olduğu təqdirdə bunun müqavilə şərtlərinə əsasən mütləq rəsmiləşdirilməli və dəyərinin müəyyən edilməli olduğunu, müqavilədə razılaşdırılmış qiymətdən əlavə hər hansı muzdun iddiaçılara ödənilməli olmadığını bildirir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrin 3.2.8 və 3.4.8-ci bəndlərinə əsasən göstərilmiş xidmətlər “Birinci tərəf” və “İkinci tərəf” tərəfindən “Üçüncü tərəf”ə təhvil verilən zaman hər dəfə müvafiq təhvil-təslim aktının imzalanması iddiaçıların vəzifəsi kimi müəyyənləşdirilmişdir. Bundan əlavə, adıçəkilən müqavilələrin 3.2.5 və 3.4.5-ci bəndlərinə əsasən SRS sənədində qeyd olunmamış əlavə istəklər və proqramın təslimindən sonra veriləcək servis xidmətləri bu müqavilənin mövzusu olmayıb ayrıca qiymətləndiriləcək. Əlavə istəklər barədə ətraflı analiz aparıldıqdan sonra razılaşdırılmış şərtlərlə SRS Əlavə-1 sənədinin imzalanması iddiaçıların cavabdeh qarşısında daşıdığı öhdəlik kimi müəyyənləşdirilmişdir. Habelə, həmin müqavilələrin 9.1-ci bəndinə əsasən bu müqaviləyə edilən bütün Əlavə dəyişikliklər ancaq yazılı şəkildə tərtib edildikdə və onları hər üç tərəf imzaladıqda etibarlıdır. Təqdim edilmiş müqavilələrdə icra edilməli olan işlər, onların qiyməti, vergi və xərclər konkret olaraq müəyyən edilmişdir. İddiaçılar həmin müqavilələr üzrə müəyyənləşdirilmiş işlər icra edilərkən cavabdeh tərəfindən əlavə sifarişlərin verildiyini bildirsələr də, həmin sifarişlərin verildiyini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən elektron qaimə və hesab faktura bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz. Hüquqi şəxs olan İddiaçı2 MMC və fərdi sahibkar olan K.Sınan tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan əlavə işlərinin görülməsini (həmin işlərin görülməsinə ümumiyyətlə cavabdeh tərəfindən razılığın verilməsini) təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi, əlavə sifarişlərin verildiyi təqdirdə onların rəsmiləşdirilməməsi inandırıcı və ağlabatan deyildir. Bundan əlavə, iddiaçı K.Sınan məhkəmə iclasında verdiyi izahatında həmin əlavə sifarişlərin 2020-ci ilin 12 fevral tarixli müqavilə üzrə işlərin icrasına başlandığı ilk vaxtlardan icra edilməyə başlandığını, lakin dəyərinin həmişə şifahi qaydada tələb edildiyini, yalnız tərəflər arasında münasibətlər pisləşdikdən sonra görülmüş əlavə işlərlə bağlı cavabdehə elektron qaimə və hesab-faktura təqdim edildiyini bildirsə də, Məhkəmə onun bu arqumentini də əsaslı və ağlabatan hesab etmir. İddiaçılar iddia tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə şahid ifadələrini təqdim etmişlər. Həmin şahid ifadələri ilə bağlı məhkəmə hesab edir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə dindirilmiş və iddiaçılarla hazırkı günədək əməkdaşlıq edən şəxslərin ifadələri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən podrat müqavilələrində nəzərdə tutulmayan və yerinə yetirilməsi tələb edilməyən işlərin icra edilməsi sübut olunmur, bununla da, podrat müqavilələri üzrə cavabdehin əlavə muzd ödəmək öhdəliyi, iddiaçıların isə Mülki Məcəllənin 753.3-cü maddəsinə əsasən əlavə muzd tələb etmək hüquqları yaranmamışdır.

23. Məhkəmə hazırkı mübahisəyə AR MM 752, 753, 754-cü maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

24. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1771/2023 nömrəli xx.xx.2023 tarixli qətnaməsindən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. İşin halları və sübutlar təsdiq edir ki, podratçı-iddiaçılar sifarişçi-cavabdehin əlavə sifarişlərini də yerinə yetirmiş, lakin əks tərəf muzdu ödəməkdən imtina etmişdir. Məhkəmə həmin maddəni düzgün tətbiq edərək sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Göründüyü kimi əlavə işlərin görülməsi hətta həmin işlərin qiyməti razılaşdırılmasa və ya sübut oluna bilinməsə belə ödənilməlidir. İddiaçılar kommersiya qurumlarıdır, onların qeyri-kommersiya məqsədləri ilə iş görməsi istisna edilməlidir. Məhkəmə bu maddəni düzgün tətbiq etməmişdir. Hazırkı mübahisə üzrə əlavə işlərin görülüb-görülməməsi, kimin tərəfindən görülməsi və dəyərini texniki və əmtəəşünaslıq ekspertizası ilə müəyyən etmək mümkündür. Məhkəmə əsassız olaraq ekspertiza təyin etməkdən imtina etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. İddiaçı tərəf məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edir.

27. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş edir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. - 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. - 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. - 754.1-ci maddəsinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

31. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1771/2023 nömrəli xx.xx.2023 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, işin mübahisəsiz hallarına əsasən tərəflər arasında xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli podrat müqavilələri bağlanmış, həmin müqavilələrdə nəzərdə tutulmuş işlər iddiaçılar tərəfindən tam şəkildə icra edilərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən dəyəri ödənilmişdir. İddiaçılar həmin müqavilələr üzrə cavabdehin sifarişləri əsasında əlavə olaraq İddiaçı2 MMC tərəfindən cavabdeh üçün 6 modul, İddiaçı1 Firması tərəfindən isə 15 modul yazıldığını, lakin dəyərinin ödənilmədiyini iddia edirlər. Cavabdeh həmin iddiaya etiraz edərək, müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı əlavə sifarişin verilmədiyini, əlavə sifarişin verilmiş olduğu təqdirdə bunun müqavilə şərtlərinə əsasən mütləq rəsmiləşdirilməli və dəyərinin müəyyən edilməli olduğunu, müqavilədə razılaşdırılmış qiymətdən əlavə hər hansı muzdun iddiaçılara ödənilməli olmadığını bildirir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrin 3.2.8 və 3.4.8-ci bəndlərinə əsasən göstərilmiş xidmətlər “Birinci tərəf” və “İkinci tərəf” tərəfindən “Üçüncü tərəf”ə təhvil verilən zaman hər dəfə müvafiq təhvil-təslim aktının imzalanması iddiaçıların vəzifəsi kimi müəyyənləşdirilmişdir. Bundan əlavə, adıçəkilən müqavilələrin 3.2.5 və 3.4.5-ci bəndlərinə əsasən SRS sənədində qeyd olunmamış əlavə istəklər və proqramın təslimindən sonra veriləcək servis xidmətləri bu müqavilənin mövzusu olmayıb ayrıca qiymətləndiriləcək. Əlavə istəklər barədə ətraflı analiz aparıldıqdan sonra razılaşdırılmış şərtlərlə SRS Əlavə-1 sənədinin imzalanması iddiaçıların cavabdeh qarşısında daşıdığı öhdəlik kimi müəyyənləşdirilmişdir. Habelə, həmin müqavilələrin 9.1-ci bəndinə əsasən bu müqaviləyə edilən bütün Əlavə dəyişikliklər ancaq yazılı şəkildə tərtib edildikdə və onları hər üç tərəf imzaladıqda etibarlıdır. Təqdim edilmiş müqavilələrdə icra edilməli olan işlər, onların qiyməti, vergi və xərclər konkret olaraq müəyyən edilmişdir. İddiaçılar həmin müqavilələr üzrə müəyyənləşdirilmiş işlər icra edilərkən cavabdeh tərəfindən əlavə sifarişlərin verildiyini bildirsələr də, həmin sifarişlərin verildiyini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən elektron qaimə və hesab faktura bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz. Hüquqi şəxs olan İddiaçı2 MMC və fərdi sahibkar olan K.Sınan tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan əlavə işlərinin görülməsini (həmin işlərin görülməsinə ümumiyyətlə cavabdeh tərəfindən razılığın verilməsini) təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi, əlavə sifarişlərin verildiyi təqdirdə onların rəsmiləşdirilməməsi inandırıcı və ağlabatan deyildir. Bundan əlavə, iddiaçı K.Sınan məhkəmə iclasında verdiyi izahatında həmin əlavə sifarişlərin 2020-ci ilin 12 fevral tarixli müqavilə üzrə işlərin icrasına başlandığı ilk vaxtlardan icra edilməyə başlandığını, lakin dəyərinin həmişə şifahi qaydada tələb edildiyini, yalnız tərəflər arasında münasibətlər pisləşdikdən sonra görülmüş əlavə işlərlə bağlı cavabdehə elektron qaimə və hesabfaktura təqdim edildiyini bildirsə də, Məhkəmə onun bu arqumentini də əsaslı və ağlabatan hesab etmir. İddiaçılar iddia tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə şahid ifadələrini təqdim etmişlər. Həmin şahid ifadələri ilə bağlı məhkəmə hesab edir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə dindirilmiş və iddiaçılarla hazırkı günədək əməkdaşlıq edən şəxslərin ifadələri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən podrat müqavilələrində nəzərdə tutulmayan və yerinə yetirilməsi tələb edilməyən işlərin icra edilməsi sübut olunmur, bununla da, podrat müqavilələri üzrə cavabdehin əlavə muzd ödəmək öhdəliyi, iddiaçıların isə Mülki Məcəllənin 753.3-cü maddəsinə əsasən əlavə muzd tələb etmək hüquqları yaranmamışdır.

33. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli podrat işi ilə əlaqədar olaraq əlavə icranın və sifarişin verilməsi iş materialları ilə təsdiq edilmir. Tərəflər arasında imzalanmış müqavilələrin bəndlərində də müqaviləyə əlavə və dəyişikliklərin yazılı olması, hər üç tərəfin təsdiqləməsi şərtləndirilib. Apellyatorun digər dəlili ilə bağlı məhkəmə tərəfindən kompütertexniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdı. İşin hərtərəfli araşdırılması məqsədi ilə rəyi tərtib edən mütəxəssis məhkəmə iclasına dəvət edilmişdi. Mütəxəssis verilən suallara cavab olaraq bildirmişdir ki, 15 modul üzrə sistemdə mənbə kodları iddiaçı tərəfindən yazılıb. Ondan sonra həmin control sistemində kod yoxdur, kodun olması hər bir halda modulun işləməsi demək deyil. İddiaçının qanuni nümayəndəsi Koç Sinan da mütəxəssis rəyini təsdiq edərək xx.xx.2021-ci il tarixinə qədər işlədiklərini bildirmişdir. Mütəxəssis rəyi ilə də iddiaçıların əlavə iş görmədikləri müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə apellyasiya şikayətinin dəlillərini əsaslı saymır.

34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1771/2023 nömrəli xx.xx.2023 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçılar tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar