Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-546/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4315/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı QSC (satıcı) ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (alıcı) arasında 12 fevral 2020-ci il tarixdə GS-17/20 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı alıcıya sifariş olunmuş malları satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilənin ayrılmaz tərkib hissələri sayılan Əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya öz öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı QSC Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən GS -17/20 saylı, 12 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinədək göndərilən qaimələrə əsasən çatdırılan malların dəyəri olan 258611,71 manat, bu ödənişlərə əlavə olaraq mediasiya sessiyasında iştirak etməmələri səbəbindən iddiaçının ödədiyi 400,00 manat mediasiya xərci, ümumilikdə 259011,71 manat, buna əlavə olaraq işin məhkəmədə baxılmasına dair ödənilən dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, müqavilənin tələblərinə uyğun olaraq müxtəlif çeşidli mallar müqavilənin 3.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən satılmış və tam qaydalara uyğun şəkildə təhvil-təslim aktları əsasında cavabdehə təhvil verilmişdir. Lakin, alıcı uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə iddiaçı tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq ödəniş öhdəliyini həyata keçirməmişdir. Alıcının müqavilə öhdəliklərindən irəli gələn, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinədək göndərilən qaimələrə əsasən çatdırılan malların dəyəri olan 258611,71 manat borcu vardır.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia ərizəsində göstərilən borcu qəbul etdiklərini, lakin hazırda həmin borcu birdəfəlik ödəməyə cavabdehin maddi imkanının olmadığını, həmin borcun ayda 10000 manat olmaqla ödənilməsinin mümkün olduğunu göstərmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4315/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, malların-təhvil qəbul aktı onlar tərəfindən imzalanmamış və cavabdehə mallar təhvil verilməmiş, iddiaçı tərəfindən onlara elektron qaimələr təqdim edilməmişdir. Həmçinin cavabdeh məhkəmədə təmsil olunmamışdır. Ona görə ki, məhkəmə bildirişlərini almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir.
12. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.
13. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
16. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
17. Həmin Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
18. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
21. İlk olaraq kollegiya qeyd edir ki, cavabdeh xarici hüquqi şəxsin filialı olduğundan tərəflər arasında olan münasibətlər xarici elementli mülki hüquqi münasibətlərdir.
22. Bu baxımdan, hazırki iş üzrə tətbiq olunmalı hüquq normaları “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun müəyyən edilməlidir.
23. Tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci bəndində müəyyən edilmişdir ki, tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsilə həll edilə bilməzsə, onlara Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasnda baxılacaqdır.
24. Müqavilənin qeyd olunan şərtini və “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 1.3-cü maddəsinin tələblərini nəzərər alaraq kollegiya qeyd edir ki, hazırki mübahisə üzrə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmalıdır.
25. Mübahisənin mahiyyətinə dair kollegiya qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
26. Eyni zamanda, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbulu aktlarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə mallar cavabdehə təhvil verilmişdir.
27. İddiaçı tərəfindən cavabdehə EBBL 036049 nömrəli xx.xx.2021-ci il, EBBK 883855 nömrəli xx.xx.2021-ci il, EBBL 303492 nömrəli xx.xx.2021-ci il, EBBL 297014 nömrəli xx.xx.2021-ci il, EBBL 334100 nömrəli xx.xx.2021-ci il, EBBL 465091 nömrəli xx.xx.2021-ci il, EBBL 085622 nömrəli xx.xx.2021-ci il, EBBM 056065 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 699805 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 703635 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 703654 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 026990 nömrəli xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il, EBBN 023046 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 024382 nömrəli xx.xx.2021-ci il, EBBN 372232 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 453788 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 767804 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 812599 nömrəli xx.xx.2021-ci il tarixli, EBBQ 615813 nömrəli xx.xx.2022- ci il tarixli, EBBQ 855066 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 876093 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 964887 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 205742 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 257340 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 255989 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 609050 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 535681 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 528060 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 52835 nöməli xx.xx.2022-ci il tarixli, EBBR 768059 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 768526 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 768526 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS 151983 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS 327304 xx.xx.2022-ci il tarixli, EBBS 332825 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS 329840 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir.
28. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 3421 nömrəli hesab fakturaya əsasən 1156,4 manat, xx.xx.2021-ci il tarixli 3354 nömrəli hesab fakturaya əsasən 2448,5 manat, xx.xx.2021-ci il tarixli 3372 nömrəli hesab-fakturaya əsasən 76,7 manat, xx.xx.2021-ci il tarixli 3395 nömrəli hesab-fakturaya əsasən 2149,86 manat, xx.xx.2021-ci il tarixli 3412 nömrəli hesab-fakturaya əsasən 767 manat, xx.xx.2021-ci il tarixli 3477 nömrəli hesab-fakturaya əsasən 254,88 manat, xx.xx.2021-ci il tarixli 3473 nömrəli hesab fakturaya əsasən 673,07 manat, xx.xx.2021-ci il tarixli 3481 nömrəli hesab-fakturaya əsasən 1677,96 manat, xx.xx.2021-ci il tarixli 3517 nömrəli hesab fakturaya əsasən 68,44 manat, xx.xx.2021-ci il tarixli 3430 nömrəli hesabfakturaya əsasən 132,16 manat, xx.xx.2021-ci il tarixli 3719 nömrəli hesab-fakturaya əsasən 859,95 manat, xx.xx.2021-ci il tarixli 3855 nömrəli əsasən 9086 manat, xx.xx.2021-ci il tarixli 3872 nömrəli hesab fakturaya əsasən 1033,68 manat, xx.xx.2021-ci il tarixli 3873 nömrəli hesab-fakturaya əsasən 11,33 manat, xx.xx.2021ci il tarixli 3962 nömrəli hesab-fakturaya əsasən 1113,45 manat, xx.xx.2021-ci il tarixli 3959 nömrəli hesab fakturaya əsasən 18,17 manat, xx.xx.2021-ci il tarixli 3961 nömrəli hesab-faktura ilə 1239 manat, xx.xx.2021-ci il tarixli 4053 nömrəli hesab fakturaya əsasən 266,96 manat, xx.xx.2021-ci il tarixli 4157 nömrəli hesab-fakturaya əsasən 710,12 manat, xx.xx.2021-ci il tarixli 4173 nömrəli hesabfakturaya əsasən 9381 manat, xx.xx.2022-ci il tarixli 321 nömrəli hesab-fakturaya əsasən 324,65 manat, xx.xx.2022-ci il tarixli 383 nömrəli hesab-fakturaya əsasən 1180 manat, xx.xx.2022-ci il tarixli 381 nömrəli hesab-fakturaya əsasən 1062 manat, xx.xx.2022-ci il atrixli 425 nömrəli hesab-fakturaya əsasən 1580,85 manat, xx.xx.2022-ci il tarixli 451 nömrəli, xx.xx.2022-ci il tarixli 472 nömrəli hesab-faktura ilə 258,9 manat, xx.xx.2022-ci il tarixli 471 nömrəli hesab-fakturaya əsasən 236 manat, xx.xx.2022-ci il tarixli 556 nömrəli hesab-fakturaya əsasən 232,34 manat, xx.xx.2022-ci il tarixli 538 nömrəli hesabfakturaya əsasən 153,4 manat, xx.xx.2022-ci il tarixli 534 nömrəli hesab-fakturaya əsasən 767 manat, xx.xx.2022-ci il tarixli 533 nömrəli hesabfakturaya əsasən 1711 manat, xx.xx.2022-ci il tarixli 613 nömrəli ödəniş sənədinə əsasən 1566,45 manat, xx.xx.2022-ci il tarixli 614 nömrəli hesab fakturaya əsasən 472 manat, xx.xx.2022-ci il tarixli 711 nömrəli hesab-fakturaya əsasən 909,78 manat, xx.xx.2022-ci il tarixli 737 nömrəli hesabfakturaya əsasən 955,8 manat, xx.xx.2022-ci il tarixli 739 nömrəli hesab-fakturaya əsasən 664,58 manat, xx.xx.2022-ci il tarixli 738 nömrəli hesab-fakturaya əsasən 250,75 manat, xx.xx.2022-ci il tarixli 4483 nömrəli hesab-fakturaya əsasən 129,8 manat məbləğində ödəniş cavabdeh tərəfindən həyata keçirilməlidir.
29. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 2448,50 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 76,70 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 2149,85 manat, xx.xx.2012-ci il tarixli ödəniş sənədinə əsasən 1021,88 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 1021,88 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 673,07 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 1677,96 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 68,44 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 143,49 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 859,93 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 9086 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 1033,68 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 143,49 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 1113,45 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 18,17 manat, xx.xx.2021-ci il tarixli 1239 manat, xx.xx.2021ci il tarixli ödəniş sənədinə əsasən 266,95 manat, xx.xx.2021-ci il tarixli 4079 nömrəli ödəniş tapşırığına əsasən 424,8 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 424,80 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 710,12 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 9381 manat, xx.xx.2022-ci il 324,64 manat, xx.xx.2022-ci il tarixli 4773,10 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 1534 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 695,85 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 885 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 258,89 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 236 manat, xx.xx.2022-ci il tarixli 153,40 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 767 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 1711 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 1566,45 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 1534 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 909,78 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 955,80 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 664,58 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 250,75 manat iddiaçıya ödəniş edilmişdir.
30. Həmçinin cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia ərizəsində göstərilən borcu etiraf etmişdir.
31. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələr, hesab fakturalar, təhvil-qəbulu aktları, ən əsası isə cavabdehin birinci instansiya məhkəməsində borcun etirafı ilə təsdiq olunur.
32. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin müqavilədən irəli gələn öhdəlikləri yaranmış və iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən cavabdehdən 258611,71 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır.
33. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh borcunu etiraf etdiyi halda, apellyasiya şikayətində yeni faktlara istinad edərək iddiaya etiraz etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. Bundan əlavə, həmin Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir. Ona görə də, məhkəmə kollegiyasının gəldiyi nəticə yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara və sübutlara əsaslanmışdır. Bundan əlavə kollegiya qeyd edir ki, əgər cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh təhvil-təslim aktını imzalamaqdan imtina edər, yuxarıda qeyd olunan ödənişləri etməz və azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirər, ən əsası isə birinci instansiya məhkəməsində borcun mövcüd olduğunu etiraf etməz və onun hissə-hissə ödənilməsini təklif etməzdi. İşə cavabdehin iştirakı olmadan baxılması barədə dəlillər isə açıq-aşkar əsassızdır. Belə ki, iş üzrə qiyabi qətnamə ləğv olunduqdan sonra cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və yuxarıda qeyd olunan məzmunda izahatını vermişdir.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4315/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn