Məhkəmə qərarları › İş №2-2(103)-547/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-547/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-547/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-437/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.03.2021-ci il tarixli qərardadından cavabdeh X2 və Ticaret Anonim Şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-2(113)-437/2020 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin (iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC) cavabdeh X2 və Ticaret Anonim Şirkətinə qarşı pulun qaytarılması barədə birləşdirilmiş ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkətindən 72000 avro məbləğində pulun ilkin iddia üzrə İddiaçı MMC-nin xeyrinə tutulması, iddiaçı X2 və Ticaret Anonim Şirkətinin cavabdeh “xxxx” MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı MMC həmin qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Kommersiya Məhkəməsinin 05.02.2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda verildiyi üçün geri qaytarılmışdır. Daha sonra İddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apelyasiya şikayəti vermiş, eyni zamanda prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 16.11.2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.03.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh X2 və Ticaret Anonim Şirkəti həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşin hallarını, yəni cavabdehin qətnamənin surətini aldıqdan sonra vaxtında apellyasiya şikayəti verdiyini, lakin apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, poçt vasitəsi ilə kağız daşıyıcıda verildiyinə görə həmin şikayətin geri qaytarıldığını və qısa müddətdən sonra həmin nöqsanın aradan qaldırıldığını nəzərə alaraq kollegiya hesab edir ki, prosessual müddətin buraxılması üzrlü hesab edilməli və həmin müddət bərpa edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh X2 və Ticaret Anonim Şirkəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-437/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar