Məhkəmə qərarları › İş №2-2(103)-548/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-548/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-548/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının qanuni təmsilçisi X2, nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-709/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsindən (hakim Səbinə Nuriyeva) cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı “BME SH” MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, malların təqdim edilməsi və xidmətlər göstərilməsinə dair 016/09/N saylı xx xxxxxxxx 2011-ci il tarixli müqavilə üzrə (ƏDV daxil olmaqla) 118076,66 AZN məbləğində əsas borcun, ödənilməmiş illər üzrə illik uçot dərəcəsi 5 % əsas götürülməklə 25320,30 manat faiz borcunun, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 143426,96 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx" MMC (VOEN **********) arasında mallar təqdim edilməsi və xidmətlər göstərilməsinə dair 016/09/N saylı xx xxxxxxxx 2011-ci il tarixli müqavilə bağlanmış, müqavilənin məqsədləri üçün “xxxx” MMC “sifarişçi", “xxxx" MMC ‘‘icraçı" kimi müəyyən olunmamış, müqavilə hər iki tərəfin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq olunmuşdur. Həmin müqavilənin “müqavilənin predmeti" adlandırılan 1.1-ci bəndində icraçının malları təchiz etməsi və xidmətlər göstərməsi, sifarişçinin isə həmin malları və xidmətləri alması, hər hansı bir təchiz ediləcək malların və xidmətlərin təsviri miqdarı, zəmanət müddəti, təchizat müddəti və şərtləri, həmçinin qiymətləri ödəniş şərtlərinin satınalma sifarişində və ya xidmət sifarişində göstərilməsi müəyyən edilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh “xxxx" MMC-yə müxtəlif dövrlərdə müvafiq mallar təqdim edilmiş və xidmətlər göstərilmiş, sonuncu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımı qaydada icra edilməmiş, pul vəsaitinin tam şəkildə ödənilməsi təmin olunmamışdır. Belə ki, həmin müqavilə əsasında müvafiq qaimələrlə ikitərəfli qaydada təhvil-təslim edilmiş avadanlıqlar üçün X6 fakturaları üzrə ƏDV daxil olmaqla 118.076,66 manat borc yaranmışdır. “xxxx" MMC-yə həmin borcun, habelə ödənilməmiş illər üzrə illik uçot dərəcəsi 5 % əsas götürülməklə 25320,30 manat faiz borcunun, cəmi 143396.96 AZN borcun ödənilməsi barədə pretenziya qaydasında müraciət olunsa da, cavabdeh tərəfindən bu istiqamətdə hər hansı tədbir görürməmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-709/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq “xxxx” MMC-dən 016/09/N saylı xx xxxxxxxx 2011-ci il tarixli müqavilə üzrə ƏDV daxil olmaqla 96.000 manat əsas borc məbləğinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi tərəflər arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli müqavilə və əsasən 2014-cü ilə aid X6 fakturalarına əsaslanaraq, iddiaçının nümayəndəsinin verilmiş suala cavabında hal-hazırki tarixə borcun 96000 manat təşkil etdiyini müəyyən etmişdir. Halbuki, məhkəmənin də istinad etdiyi xx xxxxxxxx 2011-ci il tarixli müqavilənin “Müqavilənin predmeti” başlıqlı 1.1.ci bəndinə əsasən hər hansı bir təchiz ediləcək malların və xidmətlərin təsviri, miqdarı, zəmanət müddəti, təchizat müddəti və şərtləri, həmçinin qiymətləri və ödəniş şərtləri satınalma sifarişi və ya xidmət sifarişində göstəriləcəkdir. Satınalma Sifarişi və Xidmət Sifarişi vahid nömrəyə malik olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. Yəni tərəflər arasında bağlanmış müqavilə ilə icraçının sifarişçiyə təchiz ediləcək malların təsvirini, miqdarını, ödəniş şərtlərini, qiymətini və s. X6 Fakturaları deyil Satınalma Sifarişi və ya Xidmət Sifarişi ilə müəyyən edilə bilərdi. Həmin müqavilənin “Ödəniş qaydası” başlıqlı 4-cü bəndinə əsasən hər bir Satınalma Sifarişi və Xidmət Sifarişi üzrə ödəniş Satınalma Sifarişi və Xidmət Sifarişinin ümumi məbləğini təşkil edir. Həmin bəndin 2-ci hissəsinə əsasən Satınalma Sifarişi və Xidmət Sifarişinə əsasən 40% ödəniş əvvəlcədən, qalan məbləğ tərəflər arasında imzalanmış təhvil-təslim aktı (qaimə-faktura) əsasında 3 ay ərzində ödənilməlidir. Qeyd edilənlərdən də anlaşıldığı kimi müqavilənin və tərəflərin sövdələşməsinin əsasını müqavilənin ayrılmaz hissəsi olan Satınalma Sifarişi və Xidmət Sifarişi təşkil edəcəkdi. Lakin 1-ci instansiya məhkəməsi Satınalma Sifarişi və Xidmət Sifarişi ilə sifariş edilən malların hansı mallar olduğunu, miqdarını, təhvil-təslimini, zəmanət müddətini, təchizat müddətini, ödəniş şərtlərini araşdırmadan saxlamışdır. Məhkəmə sadəcə X6 Fakturaları və iddiaçının nümayəndəsinin suallara vermiş olduğu cavabla kifayətlənərək qətnaməni əsaslandırılmış hesab etmişdir. Müqavilənin Keyfiyyət başlıqlı 6-cə bəndinə əsasən hər bir malın keyfiyyəti məhsulun hazırlanma tələblərinə cavab verməli və istehsalçının keyfiyyət sertifikatı ilə təsdiq edilməli idi. İcraçı malların və xidmətlərin müvafiq standartlara uyğun olmasına və keyfiyyətinə görə məsuliyyət daşıyır və zəmanət verir. İcraçı sifarişçinin həmin malların keyfiyyətini təsdiq edən sertifikatla təmin edir. İşi tam və hərtərəfli araşdırmadan qətnamə çıxarmış 1-ci instansiya məhkəməsi sifarişçiyə təhvil verilmiş malların əsaslı hissəsinin hansı səbəbdən İcraçıda olduğunu araşdırmadan saxlamışdır. 1-ci instansiya məhkəməsi işi mahiyyəti üzrə tam araşdıra bilməməsi səbəbindən Sifarişçiyə təhvil verilmiş malların 3 ay sonra sıradan çıxdığı və Sifarişçi tərəfindən götürüldüyünü müəyyən edə bilməmiş, təhvil verilmiş malların bəzi hissəsinin paketindən belə açılmaması səbəbini araşdırmamışdır. Müqavilənin “Zəmanət” başlıqlı 7-ci bəndində mallara təhvil verildiyi tarixdən 1 il müddətinə zəmanət verildiyi, zəmanət müddətinin 2.9-cu nəzərdə tutulmuş təhvil tarixindən hasablandığı müəyyən edilib. Müqavilənin 2.9 bəndinə əsasən icraçı təchiz etdiyi malları və xidmətləri lazımi qaydada rəsmiləşdirir və Sifarişçiyə təhvil verir. 1-ci instansiya məhkəməsi araşdırmamışdır ki, 2011-ci ildə bağlanmış müqavilə üzrə mallar Sifarişçiyə hansı tarixdə təhvil verilmiş, zəmanət müddəti hansı tarixdən başlamış, zəmanət müddətində mallar və ya bir hissəsi icraçıda olması səbəbləri nə idi, ödəniş müddəti 3 ay təşkil edən mallar üçün 2014-cü ilə aid X6 Fakturaları üzrə 2019-cu ildə məhkəməyə müraciət olunmasının səbəbləri nə idi. 1-ci instansiya məhkəməsi müəyyən edə bilməmişdir ki, müqavilə predmeti mal hal hazırda və hansı tarixdən icracının sahibliyindədir. Bütün bu qeyd olunanlar deməyə əsasdır ki, 1-ci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları arşdırmamışdır. Bu da səhv məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olmuşdur və həmin qətnamənin ləğv olunması üçün əsasdır Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının qanuni təmsilçisi X3, nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-709/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apelyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apelyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnamə ilə iddianın təmin edildiyi hissədə razılaşmır. Məhkəmə qətnaməni iddianı təmin edildiyi hissədə yoxlayaraq hesab edir ki, həmin hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil. İş materiallarından görünür ki, tərəflər arasında 016/09/N saylı xx xxxxxxxx 2011-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. İş materiallarına əlavə edilmiş elektron hesab fakturalarından və maliyyə arayışından görünür ki, cavabdehə ümumi dəyəri 118076,66 manat olan avadanlıq satılmışdır. İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə 118076.66 manat borcun ödənilməsi barədə xx.xx.2018-ci il tarixli 88 nömrəli pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan müxtəlif tarixli və nömrəli X6 fakturaların təsdiq edilmiş surətlərindən görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş müxtəlif mallar və xidmətlər “xxxx” MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanaraq və möhürlə təsdiq edilərək qəbul edilmiş, lakin həmin avadanlıqların dəyəri iddiaçıya tam ödənilməmişdir. Cavabdehin qanuni təmsilçisi Azər Əsgərov birxxxx instansiya məhkəməsində xx.xx.2019-cu il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçıya olan borcunun bir hissəsini ödəmiş, 96.000 manat borcu qalmışdır. İşə apelyasiya qaydasında baxılarkən iddiaçının nümayəndələri E.Məmmədov təsdiq etmişlər ki, satılmış malın dəyərindən 6000 manat ödənilmişdir. Birxxxx instansiya məhkəməsi işdəki sübutları, o cümlədən cavabdeh tərəfindən iddiaçıya olan 96.000 manat borcun etiraf edildiyini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 443.1-ci, 448.1-ci, 567-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir. İşin hallarından görünür ki, mübahisə xx xxxxxxxx 2011-ci il tarixdə yazılı olaraq bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Tərəflər arasında malların alqısatqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı həmin müqavilə üzrə 2014-cü ildə cavabdehə mal satmış, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdehin qanuni təmsilçisi işə birxxxx instansiya məhkəməsində baxılarkən həmin müqavilə üzrə iddiaçıdan mal aldığını və 96.000 manat borcu olduğunu qəbul etdiyindən bu faktlar işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları hesab edilir. Cavabdeh aldığı malın dəyərini ödəməməsini onunla əsaslandırır ki, aldığı avadanlığın bir hissəsində qüsur olmuş və bu səbəbdən həmin avadanlığı 3 ay sonra qaytarmışdır. Bu barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının nümayəndələri məhkəmə iclaslarında satılmış avadanlığın təxminən 2000 manat dəyəri olan hissəsinin 3 ay sonra deyil, təxminən iki il sonra onlara verildiyini, həmin avadanlığın iki ildən sonra iddiaçıya qaytarılmasının cavabdehi malın dəyərini ödəmək vəzifəsindən azad etmədiyini göstərmişlər. Məhkəmə cavabdehin iddiaya etirazını və apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Cavabdehin nümayəndəsinin ziddiyyətli izahatlar verərək birxxxx instansiya məhkəməsində iddiaya etirazında bildirmişdir ki, razılaşmaya əsasən, avadanlıq 3 funksiyalı olmalı olduğu halda 2 funksiyalı olmuş, bu səbəbdən dəyəri ödənilməmişdir. Sonradan bir hissəsinin qüsurlu olduğu üçün iddiaçıya qaytarıldığını, həmin hissə təmir edilmədiyi üçün digər hissələrin də dəyərinin ödənilmədiyini göstərmiş, işə birxxxx instansiya qaydasında baxılarkən xx.xx.2019-cu il tarixli məhkəmə iclasında isə 96.000 manat borcu ödəmək üçün ona vaxt lazım olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.7-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. Hazırkı halda alıcı olan cavabdeh ona satılmış əşyadakı qüsurların zəmanət müddəti ərzində və ya qanunla nəzərdə tutulmuş müddət ərzində əmələ gəldiyini yazılı sübutlarla və şahid ifadələri ilə sübut edə bilmədiyindən aldığı malın dəyərini iddiaçıya tam şəkildə ödəməyə borcludur. Məhkəmə apelyasiya şikayətinin dəlilləri ilə bağlı eyni zamanda qeyd edir ki, cavabdeh birxxxx instansiya məhkəməsi tərəfindən iş üzrə lazımı araşdırma aparılmadığını qeyd etsə də, iş materiallarında mövcud olan sübutlar üzrə məhkəmənin tam araşdırma apardığı və işin faktiki hallarına düzgün hüquqi qiymət verildiyi müəyyən olunur. Satılmış malların hansı tarixdə iddiaçı tərəfindən cavabdehə təqdim edildiyi barədə nə iddiaçı, nə də cavabdeh tərəfindən məhkəməyə hər hansı təhvil-təslim aktı təqdim edilmədiyindən məhkəmə tərəfindən həmin tarixin müəyyən edilməməsi prosessual pozuntu kimi, qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)- 709/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-709/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar