Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-548/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişlərinin ödənilməsi”nə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-50/2021 saylı, 12 sentyabr 2021-ci il tarixli qətnaməsindən (hakim Emin Əliyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 xeyrinə 12005 manat sığorta ödənişi məbləğinin, 10000 manat əldən çıxmış fayda (əlavə zərər) məbləğinin, hər gecikdirilmiş gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 576 manat məbləğində dəbbə pulunun, 1000 manat vəkil xərcləri məbləğinin, ümumilikdə 23581 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-50/2021 saylı, 12 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh “xxxx” ASC-dən sığorta ödənişi olan 8250 manat və sığorta ödənişinin 48 gün gecikdirilməsinə görə hər gün üçün 0,1% dəbbə hesablanmaqla 396 manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 30.06.2021-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək iddiaçının iddiadan imtina etməsi əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiadan imtina barədə ərizəyə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiadan imtina barədə ərizə qəbul edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-50/2021 saylı, 12 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı1 iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-50/2021 saylı, 12 sentyabr 2021-ci il tarixli qətnaməsindən ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-548/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-548/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver