Məhkəmə qərarları › İş №2-2(103)-553/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-553/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-553/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı “Qara-Qaya” Assosasiyasının cavabdehlər Cavabdeh və X1 qarşı “avtomobilin geri qaytarılması və maddi ziyanın ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1182/2016 saylı xx xxxx 2016-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərardadı ilə iddiaçı “Qara-Qaya” Assosasiyasının cavabdehlər Cavabdeh-yə və X1 qarşı «xx.xx.2008ci il tarixli 337 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlandıqdan sonra xx.xx.2009-cu il tarixdə «öhdəliklərin verilməsi» haqqında əlavə üçtərəfli müqavilənin etibarsız hesab edilməsi və cavabdeh R.Xudaverdiyev tərəfindən 5 ədəd Hovo» markalı (25 tonluq) betonqarışdıran yük avtomobillərinin iddiaçıya verilməsi və ona vurulmuş maddi ziyana görə 72800 məbləğində pulun tutulması” tələbinə dair iddia ərizəsi tərəflərin məhkəmə iclasına gəlməməsi əsası ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının şikayəti onunla əsaslandırılmışdır ki, prosesin keçrilməsi barədə heç bir məlumat verilməyib. Həmçinin müəssisənin rəhbəri kimi uzun müddət Gürcüstanda olmuş və qayıtdıqdan sonra bu işlərlə maraqlanmaq imkanı olub. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1182/2016 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehlər məhkəməyə gəlməmiş MPM-in 135.8, 146, 376.2 və 397.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən aydın olur ki, iddiaçının xx.xx.2014-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi iddiaçının və cavabdehlərin məhkəmə iclaslarına gəlməməsi səbəbindən məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, sonradan iddiaçının ərizəsinə əsasən məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə iş təzələnmiş, xx xxx 2016-cı il tarixə təyin olunmuş məhkəmə iclasına tərəflər gəlməmiş, həmin məhkəmə iclası da xx xxxx 2016-cı il tarixə təxirə salınmış, həmin məhkəmə iclasına da tərəflər gəlməmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Lakin işin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı dörd il keçdikdən sonra, məhkəmənin xx xxxx 2016-cı il tarixli iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadını mübahisələndirərək ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş və şikayətində həmin məhkəmə iclasına gələ bilmədiyini belə əsaslandırmışdır ki, prosesin keçrilməsi barədə ona heç bir məlumat verilməyib, həmçinin müəssisənin rəhbəri uzun müddət Gürcüstanda olmuş və qayıtdıqdan sonra bu işlərlə maraqlanmaq imkanı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd olunan dəlilləri əsassızdır. Birincisi, iş materiallarından görünür ki, xx.xx.2016-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə birinci instansiya məhkəməsi tərəfindən onun iddia ərizəsində göstərdiyi, eyni zamanda nizamnaməsində qeyd olunan hüquqi ünvanı (ünvan 1 üzrə poçt xidməti vasitəsi ilə məhkəmə bildirişi göndərilmiş, lakin həmin məhkəmə bildirişi «köçüb» qeydi ilə məhkəmyə geri qaytarılmışdır. İddiaçı şikayətindən də göründüyü kimi, onun tərəfindən müəssisənin rəhbərinin uzun müddət ölkə daxilində olmadığı etiraf olunur. Lakin qeyd olunan bu hallar iddiaçının məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri kimi nəzərə alına bilməz. Çünki, MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Prosessual qanunvericiliyin tələbindən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının qeyd olunan ünvanı üzrə göndərilmiş məhkəmə bildirişi ona çatdırılmış hesab olunur. Bu baxımdan, həm də iddiaçının dörd ildən də çox müddət ərzində məhkəmədə qaldırdırdığı iddianın aqibəti ilə maraqlanmaması, bütün bunlar, onun şikayətinin heç bir sübuta söykənməyən mülahizə və dəlilləri xx.xx.2016-cı il tarixə təyin olunmuş məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri kimi qiymətləndirilməsini mümkünsüz edir. MPM-in 260.5-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlaqılması barəsində öz qərardadını ləğv edir. Qanunvericiliyin qeyd olunan normasından göründüyü kimi, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadı o halda ləğv oluna bilər ki, işdə iştirak edən iddiaçı məhkəməyə gəlməməsinin üzrlü səbəbləri barədə sübutlar təqdim etsin. İşin qeyd olunan hallarından isə göründüyü kimi, iddiaçının belə sübutları mövcud deyil və hazırkı məhkəmə iclasına da gəlməmiş, istinad etdiyi halları əsaslandırıcı sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə də müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1182/2016 saylı xx xxxx 2016-cı il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası iddiaçının həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikaytə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı “Qara-Qaya” Assosasiyasının şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1182/2016 saylı xx xxxx 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar