Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-557/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2405/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 36329.5 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 468.13 manat, İşsizlikdən sığorta fonduna olan 18.77 manat, İcbari Tibbi Sığorta Fonduna olan 74.84 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri, Maraqlı şəxs barəsində (doğulduğu tarix və yer - xx xxxxxxxx 1992-ci il, Azərbaycan, Bakı, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA 1128260) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2405/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir.
3. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən hüquqi şəxslərin təsis edilməsindən, onun xəbəri olmamışdır, ona görə ki, 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi yaxınlığında yerləşən “Qəbələ” kafesində Zaur və Tural adlı şəxslərlə tanış olmuş və sonuncular onun taksi fəaliyyəti ilə məşğul ola bilməsinə köməklik göstərəcəklərini bildirmişlər. Lakin bunun üçün ilkin olaraq müvafiq qaydada VÖEN və “Asan imza” əldə etməli olduğunu bildirmişlər. Bu səbəbdən o, 3 saylı “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq, VÖEN və “Asan imza” əldə edərək, bununla bağlı bütün sənədləri və şəxsiyyət vəsiqəsini Zaur və Tural adlı şəxslərin tələbi ilə onlara vermişdir. Lakin, təxminən 10 gün müddət keçməsinə baxmayaraq, həmin şəxslər onun taksi fəaliyyəti ilə məşğul olması ilə əlaqədar verdikləri vədə əməl etmədiklərindən şəxsiyyət vəsiqəsini onlardan geri alsa da, həmin şəxslər 2023-cü ilin yanvar ayında ondan xəbərsiz onun adına yuxarıda adı çəkilən MMC-ləri təsis etmişlər və həmin MMClər üzərindən keçirdikləri əməliyyatlar nəticəsində sözügedən məbləğdə vergi və digər borclar yaranmışdır. Bu barədə məlumatı yalnız, Bakı Kommersiya Məhkəməsi tərəfindən göndərilmiş 18 mart 2024-cü il tarixli məktubla əldə etmişdir. Daha sonra, sözügedən şəxslər barəsində hüquq mühafizə orqanlarına şikayət ərizələri vermiş və şikayətinin əsasında Yasamal RPİ-nin 28-ci PŞ-nin müvafiq qərarı (cinayət haqqında məlumatın istintaq və ya məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə) 05 aprel 2024-cü il tarixdə ona təqdim edilmişdir. Həmin qərara əsasən, onun müraciəti əsasında toplanılmış materiallar AR CMP-nin 215-ci maddəsinin tələblərinə əsasən, istintaq aidiyyəti üzrə araşdırılmasının davm etdirilməsi ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Prokurorluğu vasitə ilə AR Baş Prokurorluğunun İstintaq İdarəsində AR CM-nin 193.1, 213 və 308.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməsi üçün AR Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilməsi qərara alınmışdır. Bildirir ki, şifahi əldə etdiyi məlumata əsasən, bu günə olan tarixə şikayət ərizəsi və toplanılmış digər materiallar AR Baş Prokurorluğunun İstintaq İdarəsinə çatmamışdır. Bu barədə ətraflı məlumat əldə etdikdən sonra məhkəməyə bu barədə müvafiq sübutları təqdim edəcəkdir. Göründüyü kimi, vergi ödəyiciləri olan "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin təsis edilməsi üçüncü şəxslərin cinayət əməlləri nəticəsində onun məlumatı olmadan, onun adına müvafiq olaraq qeydiyyatdan keçirilmiş və müəyyən əməliyyatlar həyata keçirilərək, ümumilikdə 36329,5 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 468,13 manat, İşsizlikdən sığorta fonduna olan 18,77 manat, İcbari Tibbi Sığorta Fonduna olan 74,84 manat məbləğində borc yaranmışdır. Hazırki vəziyyətdə isə, ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamənin qəbul edilməsi ilə onun AR Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəmişdir ki, yuxarıda adıçəkilən cinayət işi üzrə yekun məhkəmə aktının qəbul edilməsinədək, hazırki iş üzrə icraat apellyasiya instansiyası məhkəməsində dayandırılmalıdır və bu barədə tərəfindən məhkəməyə müvafiq vəsatət təqdim ediləcəkdir. Odur ki, qeyd olunanlara əsasən, apellyasiya icraatı qaydasında birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizəçinin tələbinin təmin edilməməsi barədə müvafiq qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
9. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
10. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
12. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
15. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli bildirişə əsasən muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə 86.25 manat, faizlər üzrə 7.34 manat, xx.xx.2023-cü il tarixli **********5 nömrəli bildirişə əsasən vergilər üzrə 6880.68 manat, faizlər üzrə 96.33 manat, xx.xx.2023-cü il tarixli, **********3 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 13.80 manat, faizlər üzrə 1.16 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 86.25 manat, faizlər üzrə 7.34 manat, xx.xx.2023-cü il tarixli, **********6 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 13.80 manat, faizlər üzrə 1.16 manat, xx.xx.2023cü il tarixli, **********7 nömrəli bildirişə əsasən vergilər üzrə 7375.54 manat, faizlər üzrə 95,88 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********6 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 13.80 manat, faizlər üzrə 1.18 manat, xx.xx.2023-cü il tarixli, **********0 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 86.25 manat, faizlər üzrə 7.43 manat, xx.xx.2023-cü il tarixli, **********4 nömrəli bildirişə əsasən vergilər üzrə 6940.46 manat, faizlər üzrə 97.17 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********0 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 86.25 manat, faizlər üzrə 7.43 manat, xx.xx.2023-cü il tarixli, **********7 nömrəli bildirişə əsasən vergilər üzrə 7385.63 manat, faizlər üzrə 103.40 manat, xx.xx.2023-cü il tarixli, **********7 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqıları üzrə 13.80 manat, faizlər üzrə 1.18 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********9 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 86.25 manat, faizlər üzrə 7.34 manat, xx.xx.2023-cü il tarixli, **********5 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 13.80 manat, faizlər üzrə 1.16 manat, xx.xx.2023cü il tarixli, **********9 nömrəli bildirişə əsasən vergilər üzrə 6993.24 manat, faizlər üzrə 97.91 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
20. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə əsaslı olaraq təmin edilmişdir.
21. Maraqlı şəxsin şikayətdə istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Ərizəçi tərəfindən ərizəyə əlavə olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, ərizə təmin edilməli, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 36329.5 manat Dövlət Sosial Müdafiə Fonduna olan 468.13 manat, İşsizlikdən sığorta fonduna olan 18.77 manat, İcbari Tibbi Sığorta Fonduna olan 74.84 manat borcu vardır.
22. Maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi borcunun olmaması, hüquqi şəxslərin təsis edilməsindən məlumatsız olmasına dair dəlilə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, vergi borcunun yaranmasına əsas olmuş inzibati akt maraqlı şəxs tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apellyasiya şikayətinin bu dəlili əsassızdır.
23. Maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi icraatın dayandırılması barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin müraciəti əsasında toplanmış materiallar Bakı şəhəri Yasamal Rayon Prokurorluğu vasitə ilə AR Baş Prokurorluğunun İstintaq İdarəsində AR CM-nin 193.1, 213 və 308.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməsi üçün AR Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilməsi qərara alınmış lakin, şifahi əldə etdiyi məlumata əsasən, bu günə olan tarixə şikayət ərizəsi və toplanılmış digər materialların AR Baş Prokurorluğunun İstintaq İdarəsinə çatmadığını qeyd etmişdir. Lakin maraqlı şəxs tərəfindən şikayətində qeyd etdiyi cinayət işinin başlanmasını təsdiq edən müvafiq sübutu iş materiallarına əlavə etməsi müəyyən olunmamışdır. Ona görə də, apellyatorun məhkəmə icraatının dayandırılması barədə mövqeyi əsassızdır.
24. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2405/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.