Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-558/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2355/2020 saylı, 01.04.2021-ci il tarixli qərardadından (hakim İlham Əhmədov) cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 59.995,10 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli e-2-2(113)-2355/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh 58.039,73 manat borc məbləği və 30 manat dövlət rüsumu, cəmi 58.069,73 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qanuni qüvvəyə mindikdən sonra 18 yanvar 2021-ci il tarixdə icra vərəqəsi tərtib edilərək icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir və sonuncu tərəfindən 16 fevral 2021-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 12 mart 2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə qətnamədən apelyasiya şikayəti təqdim etmiş və apelyasiya şikayətinə həmin şikayətin verilməsi müddətinin bərpa olunması barədə ərizə əlavə edərək ötürülmüş müddətin bərpa edilməsini və şikayətin apelyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsini alanda xəstə olmuş, bundan əlavə COVİD-19 virusu ölkənin ərazisində kütləvi yayıldığına görə evdən çıxa bilməmişdir. Bütün Respublika karantin vəziyyəti almışdı. Buna görə, hüquqi cəhətdən savadı olmadığına və vəkili olmadığına görə apelyasiya şikayətini yazıb məhkəməyə təqdim etməmiş, apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürmüşdür. Qeyd etdiyi kimi apelyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddət üzrlü səbəbdən –COVİD-19 virusu ilə əlaqədar Respublika Qərargahının müəyyən etmiş olduğu karantinlə əlaqədar olmuşdur. Bütün bunlara görə də hesab edir ki, məhkəmənin 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması obyektiv səbəblərdən baş verdiyinə görə üzrlü hesab edilməsi məqsədəmüvafiqdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2355/2020 saylı, 01.04.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və qətnamədən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, apelyasiya şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə özünün qərardadında göstərmişdir ki, cavabdehin buraxılmış müddətin bərpası üçün gətirdikləri dəlil buraxılmış apelyasiya şikayəti vermə müddətinin üzrlü hesab edilməsinə əsas vermir. Guya Azərbaycan Respublikası MPM-in 10-1.3- cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən pandemiyanın mövcudluğu apelyasiya şikayətinin verilməsinə maneə törədə bilməzdi. Bakı Kommersiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, guya bütün dünyanı bürüyən və vətəndaşların kütləvi şəraitdə xəstələnmələrinə və ölümünə səbəb olan pandemiya ancaq bizə təsir edə bilməzdi, qarantin qaydaları isə ancaq cavabdehə aid ola bilməzdi. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2355/2020 saylı, 14.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 19.05.2021-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilsə də, iddiaçı tərəf məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2355/2020 saylı, 01.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, e-2-2 (113)-2355/2020 saylı qətnaməsi 07 dekabr 2020-ci il tarixdə rəsmi qaydada Cavabdeh təqdim edilmiş, cavabdehin həmin qətnamədən apelyasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət 07.01.2021-ci il tarixdə bitmişdir. Cavabdeh isə 15.03.2021-ci il tarixdə məhkəməyə müddətin bərpası barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Cavabdeh ərizəsində müddətin üzürlü hesab edilməsinin səbəbi kimi, xəstəliyini və respublikada sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsini göstərmişdir. 07.12.2020-07.01.2021-ci il tarixlərdə cavabdehin xəstə olması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 08.12.2020ci il tarixli qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilsə də kommersiya mübahisələri üzrə prosessual qanunvericiliyin tələblərinə əsasən apelyasya şikayətinin elektron kabinet vasitəsi ilə göndərilməsi mümkün olduğundan apelyasiya şikayəti verilməsi üçün bir aylıq müddətin sərtləşdirilmiş xüsusi karantin rejimi dövrünə düşməsi müddətin buraxılma səbəbinin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, cavabdehin sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilənədək və ya bu rejim bitdikdən sonra apelyasiya şikayəti vermək imkanı olduğu halda bu hüququndan istifadə etməmiş, əksinə məhkəməyə ərizə ilə müraciət edərək qətnamə üzrə tutulmuş məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2355/2020 saylı, 01.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2355/2020 saylı, 01.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-558/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-558/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver