Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-56/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-126/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1046/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlak olunmuş təbii qazın dəyərini tam ödəməməsi nəticəsində yaranmış 3169,79 manat, təbii qazdan qeyri-qanuni istifadəyə görə 25419,80 manat, cəmi 28589,59 manat borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq Cavabdeh İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-2(81)- 126/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Həmçinin İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesablanmış 25419,8 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)-1046/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 74A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (çörək sexi) üzrə İddiaçı Cavabdeh tərəfindən hesablanmış 21412,90 manat borcun silinməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə həmin işlər bir icraatda birləşdirmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı verilmiş apellyasiya şikayəti tam təmin, həmin qətnamədən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti isə rədd edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. xx xxxxxxxx 2017-ci il tarixdə İddiaçı istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 74A ünvanında yerləşən çörək sexinə baxış keçirilərək ******* saylı akt tərtib edilmiş, baxış zamanı sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edilmə aşkarlanmış və bunun əsasında İddiaçı itirilmiş qazın dəyəri kimi 25419,80 manat borc hesablanmışdır. Bundan əlavə təbii qazdan istifadəyə görə Cavabdeh İB tərəfindən İddiaçı 3169,79 manat məbləğində borc hesablanmışdır. İddiaçı Cavabdeh İB həmin borc məbləğlərinin ödənilməsi tələblərini irəli sürmüşdür. Cavabdeh İddiaçı həmin iddiaya etiraz edir və akt əsasında hesablanmış borcun silinməsi tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB-nin iddiası qismən, İddiaçı iddiası isə tam əsaslıdır. Belə ki, Mənzil Məcəlləsinin 135.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən cavabdeh istehlak etdiyi qazın dəyərinin ödənilməsi öhdəliyini daşıyır. İş materiallarından olan abonentin saldosundan da görünür ki, cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ödənişlər edilmiş, lakin xx.xx.2017-ci il tarixə onun ödənilməmiş borcu 3169,79 manat təşkil etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə Cavabdeh İB-nin iddiası təmin edilməli və 3169,79 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, təbii qazdan qeyri-qanuni istifadəyə görə 25419,80 manat borcun tutulması hissəsində Cavabdeh İB-nin iddia tələbi əsassız, həmin borcun silinməsi barədə İddiaçı iddiası isə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.10-cu bəndinə görə sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Lakin Cavabdeh İB mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-126/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin və həmin qətnamə qismən, yəni 25419,80 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh İB-yə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1046/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı verilmiş apellyasiya şikayəti təmin, Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti isə rədd edilsin. Həmin qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 74A ünvanında yerləşən qeyriyaşayış sahəsi (çörək sexi) üzrə İddiaçı Cavabdeh İB tərəfindən hesablanmış 25419,8 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-56/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-56/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver