Məhkəmə qərarları › İş №2-2(103)-561/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-561/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-561/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1774/2021 saylı 14.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 670.990 manat məbləğində ödənilmiş pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılarkən cavabdeh nümayəndəsi vasitəsilə 14.04.2021-ci il tarixində məhkəməyə vəsatətlə müraciət edərək: -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında iddiaçılar Cavabdeh və N.Məmmədovun cavabdehlər İddiaçı MTK-ya və qeyrilərinə qarşı “İddiaçı MMC-nin ümumi yığıncağının qərarları, iclas protokolu, 3-cü redaksiyada verilmiş 11.10.2019-cu il tarixli nizamnamə və 4-cü redaksiyada verilmiş nizamnamənin ləğv edilməsi, cəmiyyətin və onun reyestr məlumatlarının 07.08.2019-cu il tarixdəki vəziyyətə bərpa edilməsi” tələbinə dair mülki işə baxıldığını və məhkəmənin 18.03.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edildiyini, lakin qanuni qüvvəsini almadığını, belə olan halda İddiaçıxxxx “MTK”xxxx“MMC” olmasının qeyri-müəyən olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 254.1.1 və 254.1.4-cü maddələrinə əsasən adıçəkilən mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1774/2021 saylı 14.04.2021-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan 2(006)-2602/2021 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və işə baxılması davam etdirilməklə yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Şikayət, MPM-in 254.1.4-cü maddəsinə istindən aşağıdakılarla, əsaslandırılmışdır: “Məhkəmənin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25.03.2004-cü il tarixli Qərarında göstərmişdir ki, “MPM-in 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.” MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənarə çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması – məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Bu konteksdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini icraatında olan iş həll edilməyincə hazırkı işə baxmanın mümkün olmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru deyil. Belə ki, hazırki iş üzrə iddia tələbi isə ümumi yığıncağın qərarının və iclas protokolunun ləğv edilməsi ilə bağlıdır. Bu da o deməkdir ki, hazırkı işin həlli digər işin həllindən asılı deyil. Bütün bunları nəzərə alaraq Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəyə mindiyi təqdirdə belə, MMC-nin cavabdehə qarşı ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi ilə müraciət etmək hüququnu istisna etmir. Yəni hazırkı işin Nəsimi Rayon Məhkəməsində baxılan mülki işlə qarşılıqlı əlaqəsi mövcud deyildir. Bundan əlavə digər işdə müəyyən edilən halların da hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etməsi halı da mümkün deyildir. Yəni ki, Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsi heç bir şəkildə hazırki işin baxılmasına mane olmur. Məhkəmə qərardadda digər iş həll edillməyincə işə baxmaq mümkün deyil qənaətinə gəlsə də, lakin nə üçün mümkün olmaması, digər işin hazırki mülki işin baxılmasına nə kimi mane olması və s. kimi hər hansı bir əsaslandırma aparmamışdır.” Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə şikayəti dəlillərinə uyğun müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 onunla razılaşmayaraq, Nəsimi Rayon Məhkəməsində baxılan iş üzrə iddiaçının xeyrinə yekun məhkəmə qərarı qəbul edilcəəyi təqdirdə, MMC-nin əvvəlki vəziyyəti bərpa olunduğunu, belə olan halda, hazırkı işin həmin işin nəticəsindən asılı olduğunu qeyd edərək qərardadın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, cavabdehin iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilməsindən imtina olunmaldır. MPM-in 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, “Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın”. Konstitusiya Məhkəməsinin qeyd olunan şərhindən göründüyü kimi, iş üzrə icraat o halda dayandırılmalıdır ki, iş, məhkəmə icraatı qaydasında baxılan başqa iş üzrə icraatın nəticəsindən tam asılı olsun, işə baxılmasını tamamilə mümkünsüz etsin. Kokret halda isə hazırkı işin Nəsimi Rayon Məhkəməsinin icraatında baxılan başqa işdən belə bir asılılığı müəyyən edilmir. Belə ki, iş materiallarına (o cümlədən, işə əlavə olunmuş Nəsimi rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli qətnaməsinə) hazırkı iş üzrə iddiaçı “MTK” iddia ərizəsində əsassız varlanma əsası ilə cavabdehdən, ona ödənilmiş 670.000,00 manat məbləğində pulun tutulmasını tələb etdiyi halda, Nəsimi Rayon Məhkəməsində baxılan başqa işdə iddiaçı (hazırkı işin cavabdeh tərəf olan E.Eynullayeva) cavabdehlər İddiaçı MMC-yə (hazırkı iddiaçının hüquq varisi) və digərlərinə qarşı qaldırlmış iddia ərizəsində “MMC”-nin ümumi yığıncağının qərarları, iclas protokolu, üçüncü redaksiyada 11 oktyabr 2019-cu il tarixli nizamnaməsi və 4-cü redaksiyada verilmiş nizamnaməsinin ləbv edilərək, cəmiyyətin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edir. Göründüyü kimi, işlərin predmetləri müxtəlifdir. Hazırkı işdə iddianın predmetini pul tələbi təşkil edir, digər işdə isə qeyri-əmlak xarakterlidir. Belə olan halda, hazırkı işin Nəsimi rayon Məhkəməsində baxılan işdən asılılığından söhbət gedə bilməz. Nəsimi rayon Məhkəməsində baxılan digər iş üzrə - iddianın təmin olunması barədə yekun məhkəmə qərarı ilə qurumun əvvəlki (“MMC”) vəziyyətinin bərpa olunacağına və əksinə, hazırkı iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı cavabdehdən mübahisələndirilən pul məbəlğinin tutulması məsələsinə gəldikdə isə, İcra qanunvericiliyindəə qeyd olunan məsələlərin icra mərhələsində həllinə mane ola biləcək və onların həllini yolverilməz edən əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlar nəzərə alınmamış, işlərin biri-birindən asılılıq münasibətlərinə və prosessual qanunvericiliyin tələblərinə düzgün hüquqi qiymət verilməmiş, bununla da məhkəmə iş üzrə icraatı dayandırılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüquqna malikdir. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 400 və 402-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı MTK-nın şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1774/2021 saylı 14.04.2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar