Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-562/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, ilkin iddia üzrə İddiaçı nümayəndəsi (direktoru) X1, ilkin iddia üzrə cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” MMC-nə qarşı borcun ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı müqavilənin, verilmiş sertifikatın ləğv edilməsi və ödənilmiş vəsaitin tutulmasına dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1016/2020 saylı qətnaməsindən (hakim Zeynəb Axundova) “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1030 manat pulun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2018ci il tarixli 012 saylı müqaviləyə əsasən iddiaçı cavabdehin keyfiyyəti idarəetmə sisteminin sertifıkatlaşdırılması və 2019 və 2020-ci illər üçün sertifikatlaşdırılmış keyfiyyət idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsini öz üzərinə götürüb. İstinad edilən müqavilənin 2.4-cü bəndinə əsasən cavabdeh 2019 və 2020-ci illər üçün İSO 9001:2015 standartlarının tələblərinə uyğun tətbiq edilmiş keyfiyyəti idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin keçirilməsi üçün İddiaçı MMC-yə hər il 1000 manat pul ödəməyi öhdəsinə götürüb. İddiaçı müqavilə öhdəliyini icra edərək cavabdehin keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırılmasını həyata keçirib və cavabdeh müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan 1000 manatı iddiaçının hesabına ödəyib. İddiaçı müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehin 2019-cu il üçün keyfiyyəti idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətini həyata keçirərək audit hesabatı hazırlasa da, Cavabdeh MMC müqavilənin 2.4-cü bəndində nəzərdə tutulan öhdəliyini, yəni 1000 manat pulu İddiaçı MMC-yə ödəməkdən imtina edib. Bu bərədə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin tələb edilən pul məbləğinin ödənilməsindən imtina edilmişdir. Eyni zamanda iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, daha sonra qarşılıqlı iddiaya əlavə edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləni, həmin müqaviləyə əsasən xx.xx.2018-ci il tarixdə verilmiş “Uyğunluq Sertifikatı”nın ləğv edilməsini, habelə müqaviləyə əsasən ödənilmiş 1000 manat vəsait və ödənilmiş 30 otuz manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə üzrə tərəflərindən xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-yə 500 manat və xx.xx.2018-ci il tarixdə 500 manat ödəniş olunmuş və 10 iş günü ərzində-xx.xx.2018-ci il tarixdə “Uyğunluq Sertifikatı” verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri birinci gündən icra etməmişdir. Belə ki, bağlanmış müqavilə üzrə heç bir tutarlı iş görülməmişdir. Tərəflərindən İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri tələblər” standartlarının tələblərinə uyğun işlərin nə zaman başlanacağını bildirsələr də, İddiaçı MMC-nin direktoru yerdə qalan ödənişi də həyata keçirdikdən sonra işlərə başlanılacağını bildirilmişdir. İddiaçı MMC ilə İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” standartlarının tələblərinə uyğun tədris, maarifləndirmə, audit məsələlərinin başlanacağı, şirkətdə olan boşluqların aşkar ediləcəyi, onların aradan qaldırılmasında köməklik göstəriləcəyinə görə müqavilə bağlanmış, lakin heç bir xidmət göstərməmişdir. Bu günədək hələ də İddiaçı MMC-nin nümayəndəsi ilə görüşüb bu məsələnin həllinə nail ola bilməmişlər. xx.xx.2019- cu il tarixdə İddiaçı MMCnin nümayəndəsi inzibati binaya gələrək yaranmış vəziyyəti aradan qaldırmaq məqsədi ilə R.Şəmsiyevlə söhbət edərək hansısa sənədi ona imzalatdırıb, inzibati binadan getmişdir. Növbəti gün həmin sənədi əlində əsas tutaraq müqavilənin tələblərinə əsasən yenidən onlara 1000 manat ödəniş edilməsi bildirilmişdir. Yaranmış vəziyyətlə bağlı İddiaçı MMCnin direktoru ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bununla bağlı İddiaçı MMC-yə iki rəsmi məktub ünvanlanmışdır. Bundan sonra İddiaçı MMC tərəfindən onlara qarşı iddia ərizəsi göndərilmiş, qoşma sənədlərin içində xx.xx.2019-cu il tarixli aktın olmasını və hər iki yerə C.Hüseynov tərəfindən imza atılması tərəflərindən aşkar olunmuşdur. Bundan sonra dəfələrlə İddiaçı MMC ilə əlaqə saxlamalarına baxmayaraq, heç bir faydası olmamışdır. Lakin C.Hüseynov və İddiaçı MMC-nin direktoru telefonla əlaqə saxlayaraq şirkətə yüksək xidmət göstərdiklərini və müqavilənin 2.3-cü bəndini əsas gətirərək hər il onlara 1000 manat xidmət haqqının ödənilməli olduğunu bildirmişlər. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1016/2020 saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək ilkin iddia üzrə Cavabdehndən İddiaçı MMCnin xeyrinı 1000 manat məbləğində borc tutulması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində müqavilədən və tərəflər arasında keçirilməli olduğu Audit planının aparılmasına dair sənədin axırıncı səhifəsində imzadan başqa sübutlardan danışılmır. İso standartlarının hansı sənədlər əsasında və hansı görülmüş işlər barəsində olduğuna dair bir cümlə belə yoxdur. Hansı sübutlar əsasında qətnamə qəbul olunduğu aydın deyil. Məhkəmə prosesi zamanı tərəf sübutlarını təqdim etsə də bir nüsxəsini cavabdehə təqdim etməmişdir. Rəsmi müraciətə baxmayaraq cavabdehin nümayəndəsi sübutlarla tanış ola bilməmişdir. İlkin iddia üzrə cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi (direktoru) X2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1016/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında xx.xx.2018- ci il tarixdə bağlanan 012 saylı müqaviləyə əsasən keyfiyyəti idaretmə sisteminin sertifikatlaşdırılması və 2019 və 2020-ci illər üçün sertifikatlaşdırılmış keyfiyyət idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” standartının tələblərinə uyğun tədbiq olunmuş Keyfiyyəti idarəetmə sistemlərinin sertifıkatlaşdırılmasını və sertifikatlaşdırılmış Keyfiyyəti idarəetmə sistemlərinin fəaliyyətinə 2019 və 2020-ci illər üçün inspeksiya nəzarətini həyata keçirməyi, sifarişçi isə görülmüş sertifıkatlaşma işlərinə görə icraçıya 1000 (bir min) AZN ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” müqavilə imzalandıqdan sonra (işlər başlamadan öncə) avans olaraq müqavilə dəyərinin 50%-ni (500 AZN) “İcraçı” tərəfindən təqdim olunmuş hesaba əsasən 5 iş günü ərzində “İcraçı”ya köçürmə yolu ilə ödəyir. Digər məbləğ layihə tam başa çatdıqdan sonra 50% (500 AZN) miqdarında ödənilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən 2018 və 2019-cü illər üçün İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” standartının tələblərinə uyğun tətbiq olunmuş Keyfiyyəti idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin keçirilməsi üçün hər il 1000 (bir min) AZN ödəyir. Həmin müqavilənin 2.5-ci bəndinə uyğun olaraq üç il tamam olduqdan sonra sertifikatın qüvvədə olma müddətinin uzadılması məqsədilə idarəetmə sistemlərinin təkrar yoxlanılmasını həyata keçirmək üçün yeni müqavilə bağlanacaq və onun əsasında da sertifikatlaşdırma yoxlaması aparılacaq. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən ödəniş, görülməli olan işlərin dəyəri haqqında hesab təqdim edildikdən sonra, nağdsız hesablaşma üzrə, 100% əvvəlcədən ödəmə ilə yerinə yetirilir. xx.xx.2018-ci il tarixli Cavabdeh MMC-də İSO 9001:2015 standartı əsasında tətbiq edilən Keyfiyyəti idarəetmə sisteminin Sertifikatlaşdırma auditinin nəticələri əsasında qiymətləndirilməsi barədə aktdan görünür ki, icraçı tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə əsasında xx.xx.2018-ci il tarixdə sifarişçi müəssisədə aparılmış audit yoxlamasının nəticəsində Cavabdeh MMC-də elektrik-məişət mallarının topdan və pərakəndə satışına, layihələndirmə işlərinə, elektrik avadanlıqlarının quraşdırılması və təmiri işlərinə tətbiq olunan Keyfiyyəti idarəetmə sistemlərinin İSO 9001:2015 standartına uyğun olması qeyd olunmuşdur. Akt həm icraçının, həm də sifarişçinin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, Cavabdeh MMC-də AZS İSO 9001:2009 (İSO 9001:2015) standartı əsasında tətbiq edilən keyfiyyət idarəetmə sisteminə inspeksiya nəzarəti üçün tərtib edilmiş Audit planından görünür ki, həmin tarixdə aparılan audit planına tərəflər elektrik-məişət mallarının topdan və pərakəndə satışına, layihələndirmə işlərinə, elektrik avadanlıqlarının quraşdırılması və təmiri işlərinə Keyfiyyəti idarəetmə sisteminin AZS İSO 9001:2009 (İSO 9001:2015) standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsi üçün inspeksiya nəzarətinin həyata keçirilməsi razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli Cavabdeh MMC-də İSO 9001:2015 standartı əsasında tətbiq edilən keyfiyyəti idarəetmə sisteminin inspeksiya auditinin nəticələri əsasında qiymətləndirilməsi barədə aktdan görünür ki, icraçı tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə əsasında 07-xx.xx.2019-cu il tarixdə sifarişçi müəssisədə aparılmış audit yoxlamasının nəticəsində Cavabdeh MMC-də elektrik-məişət mallarının topdan və pərakəndə satışına, layihələndirmə işlərinə, elektrik avadanlıqların quraşdırılması və təmiri işlərinə tətbiq olunan keyfiyyəti idarəetmə sistemlərinin İSO 9001:2015 standartına uyğunluğunun təmin olunması üçün kadrlar şöbəsi - müəssisədə keyfiyyəti idarəetmə sistemləri ilə əlaqədə olan mütəxəssislərə İSO 9001:2015 standartının tələblərinin öyrədilməsi üzrə təlimlərin təşkil edilməsi; Keyfiyyət üzrə menecer - İSO 9001:2015 standartının tələblərinə uyğun daxili audit aparılması sahəsində təlimlərdə iştirak etməsi və səriştəliliyini təsdiq edən sənədin olması; Cavabdeh MMC-yə verilmiş uyğunluq sertifikatının qüvvədə qalıb-qalmaması məsələsinin həlli üçün bir ay müddətində müəssisədə tətbiq olunmuş keyfiyyət idarəetmə sisteminin İSO 9001:2015 standartının tələblərinə uyğunluğu ilə əlaqədar görülmüş tədbirlər haqqında İddiaçı MMC-yə məlumat verilməsi qeyd olunmuşdur. Akt icraçının səlahiyyətli nümayəndəsi tərəfindən imza edilərək təsdiq edilmiş, sifarişçinin səlahiyyətli nümayəndəsi aktı imzalamaqdan imtina etmiş və bu hal icraçının nümayəndəsi tərəfindən müvafiq qeyd aparılmaqla təsdiq edilmişdir. İddiaçı MMC xx xxxxxxx 2019-cu il tarixli, 02/P saylı məktubla pretenziya qaydasında cavabdehə müraciət edərək, müqavilə üzrə yaranmış 1000 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurətinin yaranacağını bildirmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən müqavilə üzrə öhdəliyini yerinə yetirərək 3 illik İSO 9001:2015 standartına dair sertifikatı cavabdehə təqdim etmiş, cavabdehin təsdiq etdiyi audit yoxlaması aparılması meyarlarına dair plan əsasında keyfiyyəti idarəetmə sisteminin audit yoxlaması apararaq bunun nəticəsinə dair aktı qarşı tərəfə təsdiq edilməsi üçün təqdim etmiş, cavabdeh həmin aktı qəbul etməkdən və görülmüş işin dəyərinin ödənilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərə əsasən ilkin iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qarşılıqlı iddia və apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliyin lazımı qaydada icra edilmədiyini və razılaşdırılmış keyfiyyətdə xidmətin göstərilmədiyini iddia etsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh MMC-nin nümayəndəsi izahatında göstərmişdir ki, İddiaçı MMC müqavilə öhdəliyini pozaraq işçilərin maarifləndirilməsi üçün heç bir təlim keçirməmişdir. Bu dəlil məhkəmə tərəfindən əsassız hesab edilir, belə ki, tərəflər arasında bağlanmış müqavilədə İddiaçı MMC-nin belə bir öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi və müqavilə üzrə həyata keçirilmiş 1000 manat ödənişin ilkin iddia üzrə iddiaçıdan Cavabdeh MMC-nin xeyrinə tutulması üçün əsaslar olmadığından iş üzrə qəbul edilmiş qətnamə qarşılıqlı iddianın rədd edildiyi hissədə də qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 1016/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1016/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-562/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-562/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver