Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-568/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2526/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Birgə Azərbaycan- X2 Cəmiyyətinin dövlət büdcəsinə olan 901105,60 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2526/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir.
3. Maraqlı şəxs X5 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, Birinci instansiya məhkəməsi qərəzli və qeyri-obyektiv münasibətini işin araşdırılmasında maraqlı olmaması, məhkəmə iclasının aparılması zamanı ərizəçi vergi orqanının müdafiəçisi kimi davranması, onun yerinə maraqlı şəxsin nümayəndəsinin suallarının cavablandırılması cəhdləri ilə açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə maraqlı şəxsin ərizənin baxılmamış saxlanılması barədə vəsatətinin qiymətləndirilməsindən və əsaslandırılmış qərardad çıxarılmasından yayınmış, maraqlı şəxsin nümayəndəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, mübahisə mövcud olduğu təqdirdə işə xüsusi icraat qaydasında baxılmasının mümkün olmaması ilə bağlı israrlarını nəzərə almadan tələmtələsik ərizənin mahiyyəti üzrə baxılmasına keçilmişdir. Məhkəmənin maraqlı şəxsin nümayəndəsinin izahatlarını təhrif edərək “Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsinin qərar olsa belə, maraqlı şəxs ölkədən gedəcək və s. kimi oxşar ifadələr işlətməsi də həmin qənaətin əsaslı olmasını göstərir” kimi subyektiv uydurmalarla qətnaməni əsaslandırmağa çalışması ədalət mühakiməsi orqanının təyinatına, işin ədalətli araşdırılması və maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməklə yekun məhkəmə qətnaməsinin çıxarılması tələblərinə açıq-aşkar ziddir. Məhkəmənin maraqlı şəxsin nümayəndəsinin izahatlarını təhrif etdiyi halda ərizəçi vergi orqanının nümayəndəsinin məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq “Eran Müdüroğlu ölkədən getmək üçün çalışdığından, getməsinin qarşısının alınması üçün hazırki ərizə ilə məhkəməyə müraciət edildiyini” bildirdiyi bəyanatlarının hansı səbəbdən nəzərə alınmaması ciddi şübhə doğurur. Şikayət olunan qətnamə hər hansı maddi hüquq normasına istinad edilməklə əsaslandırılmamış, maraqlı şəxsin təqdim etdiyi etiraza, ərizənin baxılmamış saxlanması barədə vəsatətə məhkəmə tərəfindən münasibət bildirilməmiş və dəlillər nəzərə alınmamış, Cəmiyyətin direktorunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsasların olmadığı halda belə tədbirin tətbiqinin hansı zərurətdən irəli gəlməsinə dair mövqe bildirilməmişdir. Məhkəmənin “borc məbləği kifayət qədər yüksəkdir, maraqlı şəxs xarici ölkə vətəndaşıdır və ölkə hüdudlarını tərk edərək, borcun ödənilməsindən yayına bilər” kimi ehtimalları da məhkəmənin işin obyektiv və hərtərəfli araşdırılması nəticəsində gəlinmiş qənaəti hesab edilə bilməz. Məhkəmə belə mövqeyi irəli sürərkən istinad olunan borcun Eran Müdüroğlunun şəxsi öhdəliyi-borcu olmamasını, vergi orqanı tərəfindən pul vəsaitlərinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulduğunu, borcun məhkəmə qaydasında mübahisələndirilməsi başa çatdıqdan sonra borc ödənilməli olduğu təqdirdə ödənilmədikdə, hüquqi şəxsin borcun yönəldilə biləcəyi əmlakının olmasını ümumiyyətlə nəzərə almamışdır. Ərizəçi vergi orqanı "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyətinin vergi borcu olmasını göstərsə də, borcun təfsilatı, çıxarılmış qərarlar, həmin qərarların mübahisələndirilməsi müddətinin keçibkeçməməsi ilə bağlı heç bir məlumat göstərə bilməmiş, hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyini əsaslandıra bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 355-6-cı maddəsinə əsasən, vergi ödəyicisi fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalıdır. Vergi orqanı tərəfindən maraqlı şəxsə ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı heç bir xəbərdarlıq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə göndərilməmiş, qəflətən hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə vergi orqanının ərizəsində "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyətinin rəhbəri X7 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olması göstərilsə də, ərizəyə başqa şəxsə aid şəxsiyyəti təsdiq edən sənəd əlavə edilməsi ilə bağlı maraqlı şəxsin etirazının dəlilinə də münasibət bildirməkdən yayınmışdır. Birinci instansiya məhkəməsi iddiaçı "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı əlavə vergi hesablanması barədə hərəkətlərinin və Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 15 mart 2024-cü il tarixli **********5997100 saylı qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməsini də nəzərə almamış, şikayət olunan qətnamədə bu hala ümumiyyətlə qiymət verməmişdir. Cavabdeh vergi orqanı İddiaçı "xxxx" Birgə Azərbaycan - X2 Cəmiyyətinə 06 mart 2024-cü il tarixli, **********096300 nömrəli məktubla müraciət edərək 22 fevral 2024-cü ildə təqdim olunmuş bəyannamədə, hesabatda Cəmiyyətin bank hesablarına xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 34526081 manat vəsait daxil olmasına baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27635508 manat qeyd edilməsi nəticəsində kənarlaşma yaranması səbəbindən kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı bildirilmiş və həmin dövrlər üzrə dəqiqləşdirilmiş 5 iş günü ərzində Əlavə dəyər vergisi bəyannaməsi təqdim olunması tələb edilmişdir. İddiaçı 11 mart 2024-cü il tarixdə Cavabdehə izahat məktubu və izahatda qeyd edilən hər bir hal üzrə ətraflı açıqlama göndərmişdir. Cavabdeh izahat məktubunda göstərmişdir ki: “xx.xx.2021-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şirkətin ABB, X10 və Paşa Bankda olan hesablarına toplam olaraq ********.28 AZN ekvivalentində məbləğ daxil olmuşdur. Bunlardan 171000 AZN ekvivalentində məbləğ Təsisçidən borc olaraq daxil olmuş, 3684066.83 AZN ekvivalentində məbləğ hesabın möhkəmləndirilməsi olaraq bir hesabdan digər hesaba köçürülmüş, 110000.00 AZN ekvivalentində məbləğ borc kimi hesaba mədaxil olunmuş, 2862672.50 AZN ekvivalentində məbləğ xarici valyutanın alışı ilə əlaqədar hesabdan hesaba köçürülmüş, 4154007.58 AZN ekvivalentində məbləğ xarici valyutanın satılması ilə əlaqədar hesabdan hesaba köçürülmüş, 212599.82 AZN ekvivalentində məbləğ kassadan hesaba mədaxil olunmuş, 339949.00 AZN ekvivalentində məbləğ səhv köçürülmə ilə əlaqədar olaraq geri köçürülmüş, ********.55 AZN ekvivalentində məbləğ müştərilərdən debitor borc olaraq mədaxil olunmuşdur ki bu məbləğin 3034214.31 hissəsi ƏDV daxil ödənilmişdir. Yuxarıda yazılanları nəzərə alaraq 3034214.31 AZN məbləğdən bank hesabına ödənilmiş ƏDV məbləğini çıxsaq 2571368.06 AZN məbləğ qalır ki onu da sözügedən dövr ərzində ƏDV bəyannamələri üzrə bəyan edilmişdir. İddiaçının vergi borcu olmadığı və əlavə vergi hesablanması barədə hər hansı qərar təqdim olunmadan ona 15 mart 2024-cü ildə **********620000 nömrəli bildiriş göndərilərək 901157.10 manat vergi borcunun olduğu və həmin borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuş və həmin gün Pul vəsaitlərinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında vergi məbləği göstərilmədən 105 % həcmində dondurulması barədə **********621700 nömrəli qərar göndərilmişdir. Cavabdehin hərəkətlərinə etiraz olaraq Cavabdehə və X4 Baş İdarəsinə 15 mart 2024-cü ildə şikayətlər göndərilmiş, əlavə dəyər vergisi üzrə vergi tutma obyektinin hesablar üzrə hərəkət deyil, yalnız debitor borclar üzrə mədaxilin təşkil etdiyi və qanunsuz hərəkətlərin dayandırılmasını, heç bir faktiki və hüquqi əsas olmadan hesablanmış 1240303.14 AZN əlavə dəyər vergisinin silinməsi və azalma verilməsi xahiş olunmuşdur. Həmin gün saat 16-57-də daxil olmuş Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə müəmmalı bir tərzdə tərtib olunmuş **********5997100 saylı qərarda bəyannamə və hesabat dövrü kimi əlavə dəyər vergisi, Yanvar 2024-cü il göstərildiyi və heç bir kənarlaşma nə indi, nə də əvvəllər olmadığı halda, 1240303.14 manat əlavə vergi və sosial sığorta haqqı məbləğinin əlavə hesablandığı, hesablamanın faktiki və hüquqi əsasının göstərilmədiyi aydın olmuşdur. Cavabdeh vergi orqanının hərəkətlərindən və qərarlarından verilmiş şikayətlərlə bağlı Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərəbaxılması baş idarəsində 16 mart 2024-cü ildə daxil olmuş məktubda müraciətə baxıldığı göstərilsə də, əlavə sənədlərin təqdim olunması bildirilir, şikayətə baxılması vaxtı haqqında məlumat verilmir, bu isə qanunun tələblərinin pozulmasının davam etməsinə və süründürməçiliyə dəlalət edir. xx.xx.2021-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mədaxil olan pul vəsaitləri və onların hesablararası hərəkətləri barədə tərtib edilmiş cədvəldən görünür ki, ƏDV-yə cəlb edilməli olan məbləğlər arasında bəyannamələr üzrə və faktiki ödənişlər arasında hər hansı bir fərq olmamışdır
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
9. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
10. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
12. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
15. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, hüquqi şəxs haqqında məlumatla təsdiq edilir ki, hüquqi şəxsin rəhbəri xx xxxxxx 1960-cı il tarixdə Kipr Respublikasında doğulmuş (daimi yaşamaq üçün icazə vəsiqəsinin seriya və nömrəsi DYİ 42375) Maraqlı şəxsdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair bildirişlə hüquqi şəxsə müraciət edərək borcun ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhdudiyyətin qoyulması ilə bağlı məhkəməyə müraciət ediləcəyini bildirmişdir. "xxxx" Birgə Azərbaycan X2 Cəmiyyətinin xx.xx.2024-cü il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən həmin hüquqi şəxsə borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq ödənilməsi tələb edilmişdir. Lakin həmin borc ödənilməmişdir. Borc məbləği ödənilmədiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməli, "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyətinin xx.xx.2024-cü il tarixə olan borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
17. Məhkəmə hesab etmişdir ki, etirazda göstərilənlər hazırkı ərizənin təmin olunmaması üçün əsas ola bilməz. Belə qənaətə gələrkən məhkəmə nəzərə alır ki, borc məbləği kifayət qədər yüksəkdir, maraqlı şəxs xarici ölkə vətəndaşıdır və ölkə hüdudlarını tərk edərək, borcun ödənilməsindən yayına bilər.
18. Maraqlı şəxsin şikayətdə istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır.
19. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə əsaslı olaraq təmin edilmişdir.
20. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Maraqlı şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2526/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.