Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-57/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Aida Əli qızı Hüseyndən və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi və vəkili Vəkil7, Cavabdeh1-nin nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil4 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 iyul 2016-cı il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdeh "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılarla cavabdeh "xxxx" MMC arasında bağlanmış 2 iyul 2012-ci il tarixli, 09 iyul 2012-ci il tarixli, 26 sentyabr 2012-ci il tarixli, 1 noyabr 2012-ci il tarixli, 04 fevral 2013-cü il tarixli X3 müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə iddiaçılar tərəfindən "xxxx" MMC-yə ödənilmiş pulların iddiaçılara qaytarılması, həmin müqavilələr üzrə iddiaçılara lizinqə verilmiş 20 ədəd avtomaşına görə cavabdehə verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, həmin avtomaşınların 2/5 hissəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının tanınması, müqavilələrin 4.2-ci bəndlərinə dəyişiklik edilərək, həmin müqavilələr üzrə ödənilməmiş qalıq borcun hesablanaraq iddiaçılar tərəfindən cavabdehə 36 ay müddətində qaytarılması şərtinin əlavə edilməsi ilə yeni müqavilənin imzalanması vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, iddiaçılar tərəfindən "xxxx" MMC-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun "xxxx" MMCdən tutularaq iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda "xxxx" MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdehlərdən 359.571 manat məbləğində vaxtı keçmiş lizinq ödənişlərinin, lizinq ödənişləri gecikdirildiyi üçün hesablanmış 81.916 manat dəbbə pulunun, lizinq obyekti təhvil verilmədiyi üçün hesablanmış 308.758 manat dəbbə pulunun, 208.025 manat məbləğində əldən çıxmış faydanın, 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması, «SHACMAN SX3315DT406» markalı **- JU-***; 90- JU-171; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı 90-JU522; **-JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin "xxxx" MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2-2(81)-76/2016 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri - «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair "xxxx" MMC-nin adına olan 26.09.2012-ci il, 05.11.2012-ci il və 06.02.2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun "xxxx" MMC-yə ödənilməsinin təmin edilməsi üçün «SHACMAN SX3315DT406» markalı **-JU- ***; 90-JU171; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV-*** dövlət nömrə nişanlı avtomobillərin iddiaçılardan alınaraq "xxxx" MMC-yə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə həyata keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pulun 25 manatının müştərək qaydada İddiaçı1 və İddiaçı2, 25 manatının "xxxx" MMC-dən dövlət büdcəsinə tutulması qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və ilk iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Həmçinin cavabdeh "xxxx" MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi, ilk iddianın tamamilə rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2-2(103)-07/2018 saylı qətnaməsi ilə ilk iddia ərizəsi üzrə İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı iş üzrə 08 iyul 2016-cı il tarixli Qətnaməsi qismən - «İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasının qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri - «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV-***; 90- JV-724; **-JZ-***; **-JZ-***; **- JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair "xxxx" MMC-nin adına olan 26.09.2012-ci il, 05.11.2012-ci il və 06.02.2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququ tanınması» və "xxxx" MMC-nin qarşılıqlı iddiası qismən təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun "xxxx" MMC-yə ödənilməsinin təmin edilməsi üçün «SHACMAN SX3315DT406» markalı **-JU-***; 90- JU-171; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı 90-JU522; **-JV-*** dövlət nömrə nişanlı avtomobillərin iddiaçılardan alınaraq "xxxx" MMC-yə qaytarılması» hissələrində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək "xxxx" MMC-nin qarşılıqlı iddiası qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cəmi 473.168,91 manat borc və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulması və «SHACMAN SX3315DT406» markalı **-JU- ***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; 90-JZ728; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin "xxxx" MMC-yə qaytarılması qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdeh "xxxx" MMC həmin qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-201/19 saylı iş üzrə qəbul etdiyi 28 iyun 2019-cu il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti tam, cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti isə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2- 2(103)-07/2018 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.12.2019-cu il tarixli 2-2(103)-840/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı iş üzrə 08 iyul 2016-cı il tarixli qətnaməsinin qismən - «İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasının qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri - «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair "xxxx" MMC-nin adına olan 26.09.2012-ci il, 05.11.2012-ci il və 06.02.2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququ tanınması» və "xxxx" MMC-nin qarşılıqlı iddiası qismən təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun "xxxx" MMC-yə ödənilməsinin təmin edilməsi üçün «SHACMAN SX3315DT406» markalı **-JU-***; **-JU- ***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU- ***; **-JV-*** dövlət nömrə nişanlı avtomobillərin iddiaçılardan alınaraq "xxxx" MMC-yə qaytarılması» hissələrində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddiasının “iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri «HOWO ZZ3317N3867W» markalı 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair "xxxx" MMC-nin adına olan 26.09.2012-ci il, 05.11.2012-ci il və 06.02.2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması” hissəsində rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 cəmi 312332 manat borc (241342 əsas borc, 70990 manat faiz), 1000 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması və «SHACMAN SX3315DT406» markalı **-JU-***; **-JU-***; **-JU-***; 90-JU173 dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV-***; 90-JV- 522; **- JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin "xxxx" MMC-yə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə həyata keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 290 manat pulun 145 manatı müştərək qaydada İddiaçı1 və İddiaçı2, 145 manatının isə "xxxx" MMCdən dövlət büdcəsinə tutulması qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-5/2021 saylı iş üzrə qəbul etdiyi 06.07.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 dekabr tarixli 2- 2(103)-840/2019 saylı qətnaməsinin həmin kassasiya şikayətlərinə münasibətdə qismən – “ilk iddiaçılar tərəfindən "xxxx" MMC-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun "xxxx" MMC-dən tutularaq iddiaçılara qaytarılması tələbi”nin təmin edilməməsi hissəsində və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 cəmi 312.332 manat borcun (241.342 manat əsas borc, 70.990 manat faiz borcu) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçılar və cavabdeh "xxxx" MMC-nin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.07.2021-ci il tarixli 2-2(102)-5/2021 saylı qərarında müəyyən edilən hazırki apellyasiya baxışının hədlərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı irəli sürülmüş pulun tutulması tələblərinə aid və "xxxx" MMC tərəfindən İddiaçı1 və İddiaçı2 qarşı irəli sürülmüş lizinq müqaviləsi üzrə borcun tutulması tələblərinə aid hissədə yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC ilə İddiaçı1 arasında 02 iyul 2012-ci il tarixli DLM231 saylı; 26 sentyabr 2012-ci il tarixli DLM290 saylı; 01 noyabr 2012ci il tarixli DLM302 saylı X3 Müqavilələri, "xxxx" MMC ilə İddiaçı2 arasında 09 iyul 2012-ci il tarixli DLM237 saylı; 04 fevral 2013-ci il tarixli DLM326 saylı X3 Müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən lizinq alanlar lizinq obyektlərindən istifadə etdiklərinə görə 02 iyul 2012-ci il tarixli DLM231 saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 219.250 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 21% olmaqla, 09 iyul 2012-ci il tarixli DLM237 saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 219.250 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla, 26 sentyabr 2012-ci il tarixli, DLM290 saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 170.040 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla, 01 noyabr 2012-ci il tarixli DLM302 saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 42.510 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla, 04 fevral 2013-ci il tarixli DLM326 saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 209.200 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəliyinə götürmüşlər. Həmçinin satıcı "xxxx" MMC, "xxxx" MMC, İddiaçı1 arasında 02 iyul 2012-ci il tarixli AS231 saylı; 26 sentyabr 2012-ci il tarixli AS290 saylı; 01 noyabr 2012-ci il tarixli AS302 saylı, "xxxx" MMC, "xxxx" MMC, İddiaçı2 arasında 09 iyul 2012-ci il tarixli, AS237 saylı; 04 fevral 2013-cü il tarixli, AS326 saylı 3 tərəfli alqı-satqı müqavilələri bağlanmış, həmin 02 iyul 2012-ci il tarixli, DLM231 saylı müqaviləyə əsasən lizinq obyektinin qiyməti 200.000 AZN, 09 iyul 2012-ci il tarixli, DLM237 saylı müqaviləyə əsasən lizinq obyektinin qiyməti 200.000 AZN, 26 sentyabr 2012-ci il tarixli, DLM290 saylı müqaviləyə əsasən lizinq obyektinin qiyməti 180.000 AZN, 01 noyabr 2012-ci il tarixli, DLM302 saylı müqaviləyə əsasən lizinq obyektinin qiyməti 45.000 AZN, 01 noyabr 2012-ci il tarixli, DLM302 saylı müqaviləyə əsasən lizinq obyektinin qiyməti 260.000 AZN təşkil etmiş, İddiaçı1 və İddiaçı2 "xxxx" MMC tərəfindən «SHACMAN SX3315DT406» markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı, «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **- JV-***; **-JV-***; 90-JV523; **-JV-***; **-JU-***; **-JU-***; 90-JV-, **-JU-***; **-JU-***; **- JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı, cəmi 20 ədəd yük avtomobili təhvil verilmiş, lizinqə verilmiş bir ədəd HOWO ZZ3317N3867W markalı **-JZ- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qəza nəticəsində məhv olduğuna görə sığorta şirkəti tərəfindən qalıq dəyəri "xxxx" MMC-yə ödənilmiş və mübahisə predmetinə aid olunmamışdır. Lizinq müqavilələri üzrə öhdəliklərin təminatı olaraq İddiaçı1 və İddiaçı2 ilə "xxxx" MMC arasında 02 iyul 2012-ci il tarixli, DLM231 saylı; 26 sentyabr 2012-ci il tarixli, DLM290 saylı; 01 noyabr 2012-ci il tarixli, DLM302 saylı, 09 iyul 2012-ci il tarixli, DLM237 saylı; 04 fevral 2013-ci il tarixli, DLM326 saylı zaminlik müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanmış lizinq müqavilələrinə 28 noyabr 2014-cü il tarixdən "xxxx" MMC tərəfindən birtərəfli qaydada xitam verilmişdir. İddiaçılar bildirir ki, "xxxx" MMC-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı 389.730 manat pul hesaba alınmamışdır. Ona görə də, 389.730 manat pul və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində 5 faiz məbləğ, yəni 58.459,50 manat pul "xxxx" MMC-dən tutularaq iddiaçılara qaytarılmalıdır. Cavabdeh "xxxx" MMC iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirir ki, 389.730 manat pul iddiaçılara geri qaytarılmışdır. Ona görə də, hər hansı məbləğdə pulun tutulması üçün əsaslar mövcud deyildir. Bundan başqa, iddiaçılar tərəfindən iddia müddəti də ötürülmüşdür. Cavabdeh "xxxx" MMC də ilk iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, iddiaçılar bir ildən artıq lizinq ödənişlərini ödəməmiş, bununla da müqavilə ilə üzərilərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmiş və nəticədə 28 noyabr 2014-cü il tarixə (lizinq müqavilələrinə xitam verilmə tarixinə) "xxxx" MMC qarşısında 441.487 manat vaxtı keçmiş borc, o cümlədən 359.571 manat lizinq ödənişləri və 81.916 manat lizinq ödənişlərinin gecikdirdiyi üçün dəbbə pulu borcu yaranmışdır. İddiaçılar qarşılıqlı iddiaya etiraz edirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı 389.730 manat pul və onun 58.459,50 manat faiz dərəcəsinin tutulması barədə iddia tələbi əsaslıdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (439.4). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırki işdə də bu əsaslar müəyyən olunur. Belə ki, iddiaçılar tərəfindən 528.000,0 (389.730 + 138.000) manatın avans olaraq üçtərəfli müqavilələrə əsasən "xxxx" MMC-yə ödənilməsi işin mübahisəsiz halıdır və bu halı tərəflər təkzib etmirlər, pulların ödənişi barədə qəbzlərin surətləri iş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsində işə baxılarkən həmin qəbzlərin əsillərinə baxış keçirilərək iddiaçılara qaytarılmış və bu barədə məhkəmə iclas protokolunda da müvafiq qeydlər vardır (2-ci cild, səhifə 330). Eyni zamanda "xxxx" MMC həmin vəsaitdən yalnız 138.000 manatı avans olaraq hesaba almış, qalan 389.730 məbləği isə hesaba almamışdır. Qalan 389.730 məbləğin iddiaçılara geri qaytarılması ilə bağlı "xxxx" MMC-nin dəlilləri isə əsassızdır. Belə ki, "xxxx" MMC həmin məbləğin iddiaçılara geri qaytarıldığını bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilən 2013-cü il 8 fevral tarixli ********* saylı mədaxil və ********* saylı kassa məxaric orderlərinin kserosurətləri isə pul vəsaitlərinin İddiaçı1 və E.İskəndərova qaytarılmasını təsdiq edən sübut qismində qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bu baxımdan kollegiya hesab edir ki, həmin orderlərin kserosurəti pulun geri qaytarılmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki həmin sənədlər Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələblərinə cavab vermir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Binəqədi rayon prokurorluğunun 2015-ci il 15 oktyabr tarixli qərarı ilə də bu hal müəyyən edilə bilməz. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-5/2021 saylı iş üzrə qəbul etdiyi 06.07.2021-ci il tarixli qərarında göstərilmişdir ki, (bənd 154) apellyasiya instansiya məhkəməsi İddiaçı1 və İddiaçı2 tərəfindən YH-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun YH-dən tutularaq İddiaçı1 və İddiaçı2 qaytarılması tələbini əsaslı hesab etməmiş, ona istinad etmişdir ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Binəqədi rayon prokurorluğunun 2015ci il 15 oktyabr tarixli qərarına əsasən pulun İddiaçı1 və İddiaçı2 qaytarılması ilə bağlı sənədlərin saxta olmaması ekspert rəyi ilə öz təsdiqini tapmış və həmin qərar ləğv edilməmişdir. (155) Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır. (156) Birincisi, Binəqədi rayon prokurorluğunun 2015-ci il 15 oktyabr tarixli qərarından görünür ki, İddiaçı1 və E.İskəndərov prokurorluğa YH-nin qanunsuz hərəkətləri və 13 ədəd kassa mədaxil orderləri (ümumilikdə 523.080 manat vəsaitə dair həmin orderlərin tarix və nömrələri qərarda sadalanmışdır) barədə ərizə ilə müraciət etmiş, bu orderlərin saxta olmasını onların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarda və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2005-ci il 22 dekabr tarixli i-163 nömrəli əmri ilə təsdiq edilmiş əlavədə, habelə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş lisenziya verilməsi qaydalarında ciddi hesabat blankları üçün müəyyən edilmiş tələblərin pozulmaqla hazırlanması, sadəcə kompüterdə çap olunmuş kağız parçası olması, orderlərin bir qismi üzərində YH-nin deyil, “Yuqa Motors” şirkətinin möhürünün vurulması ilə əsaslandırmışlar. (157) Prokurorluğun istinad olunan qərarının təsviri hissədində qeyd edilmişdir ki, məhkəmə-xəttşünaslıq ekspertizasının 2015-ci il 7 oktyabr tarixli 18720 saylı rəyindən göründüyü kimi, İddiaçı1 adına olan 2013-cü il 8 fevral tarixli ********* saylı kassa mədaxil orderinin ksreosurətində “imza” qrafasında əks olunmuş imza İddiaçı1 tərəfindən, İddiaçı2 adına olan 2013-cü il 8 fevral tarixli ********* saylı kassa məxaric orderinin kserosurətində “imza” qrafasında əks olunmuş imza İddiaçı2 tərəfindən icra olunmuşdur. (158) Halbuki İddiaçı1 və E.İskəndərov prokurorluğa ərizə ilə müraciəti həmin orderlərlə bağlı olmamış, müvafiq olaraq ərizəyə həmin orderlər əlavə edilməmişdir. Başqa sözlə, qərarın mətnindən aydın olur ki, ərizəçilərin göstərdikləri mədaxil orderlərinin sırasında ekspert rəyində göstərilmiş orderlər ümumiyyətlə yoxdur. Ərizəçilərin müraciətinin predmeti olmadığı halda prokurorluğun qərarında 2013-cü il 8 fevral tarixli ********* saylı mədaxil və ********* saylı kassa məxaric orderlərinə dair hüquqi qiymətləndirmə aparılmışdır. (159) Qərarın nəticə hissəsində də İddiaçı1 və E.İskəndərovun ərizəsindəki xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edildiyi göstərilmişdir. (160) Göründüyü kimi, İddiaçı1 və E.İskəndərov YH tərəfindən onlara verilmiş 13 ədəd kassa mədaxil orderlərinin müvafiq qanunvericiliyin tələblərinin pozulmaqla hazırlanması səbəbindən bu orderlərin saxta olmaları ilə bağlı müraciət etmiş, pul vəsaitlərinin İddiaçı1 və E.İskəndərova qaytarılmasına dair məlumatları əks etdirən 2013-cü il 8 fevral tarixli ********* saylı mədaxil və ********* saylı kassa məxaric orderləri həmin ərizənin predmeti olmamışdır. (161) Prokurorluğun qərarının nəticə hissəsi ilə məhz ərizəyə qiymət verilmişdir. Belə olan halda ərizədə göstərilməyən 2013-cü il 8 fevral tarixli ********* saylı mədaxil və ********* saylı kassa məxaric orderlərinə prokurorluğun müvafiq qərarı ilə hüquqi qiymət verilməsinə dair qənaət işin qeyd olunan halları ilə ziddiyyət təşkil edir. (162) İkincisi, ekspert rəyində 2013-cü il 8 fevral tarixli ********* saylı kassa mədaxil və ********* saylı kassa məxaric orderinin ksreosurətində “imza” qrafasında əks olunmuş imzaların müvafiq olaraq İddiaçı1 və İddiaçı2 tərəfindən icra olunmasının göstərilməsi hələ reallıqda həmin sənədlərin əsilləri üzərində məhz bu şəxslər tərəfindən imza edilməsi demək deyildir. Belə ki, həmin imzaların surətlərinin texniki üsul və vasitələrdən istifadə etməklə də kserosurət üzərinə köçürülməsi mümkündür. Həmin sənədlərin əslləri MPM-in 89.3-cü maddəsinin (bax yuxarıda § 104) tələblərinə uyğun şəkildə tədqiq olunmadan həqiqətən də orderlər üzərinə bu şəxslərin imza etməsini tam əminliklə təsdiq etmək qeyri-mümkündür. (163) Yuxarıda göstərilənlərə əsasən, prokurorluğun qərarı 389.730 manat vəsaitin YH tərəfindən İddiaçı1 və İddiaçı2 qaytarılmasını təsdiq edən mötəbər sübut hesab oluna bilməz. Bu baxımdan kollegiyası hesab edir ki, "xxxx" MMC-nin həmin dəlilləri əsassızdır. Həmçinin həmin iddia tələbi ilə bağlı iddia müddətinin ötürülməsi ilə bağlı dəlillər də əsassızdır. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)- 5/2021 saylı iş üzrə qəbul etdiyi 06.07.2021-ci il tarixli qərarında göstərilmişdir ki, (bənd 166) apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq məhkəmə kollegiyası hesab edir ki, bu tələb üzrə iki illik iddia müddəti ötürülməmişdir. (167) Belə ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı1 və İddiaçı2 YH-yə ümumilikdə 384.580 manat pulun 2012-ci il 20 sentyabr tarixinədək ödəmələrini və İddiaçı1 və İddiaçı2 tərəf olduqları alqısatqı müqavilələri üzrə öhdəlikləri barədə məlumatlı olduqlarını, İddiaçı1 və İddiaçı2 YH-yə qarşı iddiasının isə 2015-ci il 13 oktyabr tarixində verildiyini əsas gətirərək onlar tərəfindən iddia müddətinin ötürülməsi nəticəsinə gəlmişdir. (168) Halbuki işin materiallarından görünür ki, 389.730 manat vəsaitin YH tərəfindən İddiaçı1 və İddiaçı2 2013-cü il 8 fevral tarixdə qaytarıldığı bildirilsə də (bu tarix müvafiq orderlərin üzərində əks etdirilmişdir), bundan sonra İddiaçı1 və İddiaçı2 YH-yə dörd dəfə ödəniş edərək ümumilikdə 18.500 manat (o cümlədən 2013-cü il 4 mart tarixində 10.000 manat, 27 iyun tarixində 7.000 manat, 2014-cü il 4 iyun tarixində 1.000 manat və 20 sentyabr tarixində 500 manat) vəsait ödəmişlər. (169) İddiaçı1 və İddiaçı2 alqı-satqı müqavilələrinin tərəflərindən biri olaraq öz öhdəlikləri barədə məlumatlı olsalar da, YH-yə vəsaitlərin ödənilməsini 2014-cü il 20 sentyabr tarixinədək, yəni lizinq müqavilələrinə xitam verilməsinə təqribən iki ay müddətin qalmasınadək davam etdirmələri İddiaçı1 və İddiaçı2 YH tərəfindən onların hüquqlarının pozulmasından xəbərsiz olduqlarına dəlalət edir. Əks halda, ödənişlər qeyd olunan tarixinədək davam etdirilməzdi. (170) Buna görə də iddia müddətinin axımının başlanma tarixi məhz İddiaçı1 və İddiaçı2 tərəfindən YH-yə vəsaitlərin son ödəniş tarixi, yəni 2014cü il 20 sentyabr tarixi hesab olunmalıdır. İddiaçı1 və İddiaçı2 YH-yə qarşı iddiası 2015-ci il 13 oktyabr tarixində verildiyi nəzərə alındıqda məlum olur ki, həmin tələb üzrə 2 illik iddia müddətinin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunun tələbinə uyğun olmamış, məhkəmə iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, nəticədə maddi hüquq pozuntusuna yol vermiş, tətbiq edilməli normanı tətbiq etməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçılara məxsus 389.730 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-də qalması üçün heç bir hüquqi əsas mövcud olmamış və sonuncu bununla əsassız varlanmışdır. Ona görə də, iddiaçılar həmin məbləğin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması tələblərinə dair isə qeyd olunur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin maddənin tələblərini və "xxxx" MMC tərəfindən pulun geri qaytarılmadığı müddəti nəzərə aldıqda kollegiya hesab edir ki, iddiaçılar pulun geri qaytarılmasının gecikdirilməsinə görə hesablanmış cəmi 58.459,50 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (389.730 x 5% = 19.486,5; 19.486,5 x 3 il = 58.459,50). İddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı irəli sürülmüş lizinq müqaviləsi üzrə borcun tutulması barədə iddia isə təmin edilməməlidir. Belə ki, həmin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir. Həmin maddədə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Bununla yanaşı, işin hallarını və Mülki Məcəllənin 748-10.1, 748-11.1, 748-11.1.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqavilələri üzrə iddiaçılardan tutulmalı olan məbləğin müəyyən edilməsi zamanı onlar tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilən avans və çəkdiyi digər zəruri xərclər də nəzərə alınmalıdır. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinin tələblərinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində isə təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinə vaxtından əvvəl xitam verildiyi və lizinq obyekti olan yük avtomobilləri lizinq şirkətinə geri qaytarıldığı üçün onların əldə edilməsi ilə bağlı iddiaçıların çəkdiyi xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan müddəalarına ziddir, eyni zamanda lizinq şirkətinin əsassız varlanmasına gətirib çıxarır. Çünki lizinq obyekti qaytarıldıqdan sonra lizinq şirkəti onları özgəninkilləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onların lizinq şirkətinin mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini iddiaçılar çəkmişlər. Hazırki işin də mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçılar müqavilələr üzrə ilkin ödəniş avans və digər xərclər kimi cəmi 138000 manat məbləğində pul ödənişi etmişlər, lakin nə lizinq şirkəti, nə də birinci instansiya məhkəməsi tərəfindən borc hesablanarkən həmin ödəniş nəzərə alınmamışdır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-5/2021 saylı iş üzrə qəbul etdiyi 06.07.2021-ci il tarixli qərarında da göstərilmişdir ki, yeni apellyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə İddiaçı1 və İddiaçı2 SL-in xeyrinə tutulmalı məbləğin həcmi yuxarıda qeyd olunanlar nəzərə alınmaqla tam, hərtərəfli, obyektiv araşdırma nəticəsində dəqiqləşdirilməli, tələb olunan borcun həcmi müəyyən olunarkən İddiaçı1 və İddiaçı2 tərəfindən həyata keçirilmiş bütün lizinq ödənişlərinin, o cümlədən avans ödənişlərinin qanunvericiliyin tələblərinə və müqavilələrin şərtlərinə uyğun şəkildə SL tərəfindən nəzərə alınıb-alınmamasına hüquqi qiymət verilməlidir (178-ci bənd). Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbləri və yuxarıda qeyd olunanlar nəzərə alınaraq, lizinq müqavilələri üzrə borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə hazırki apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 31 mart 2022-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəydə aşağıdakılar qeyd olunmuşdur: (02.07.2012-ci il tarixli DLM231 saylı X3 Müqaviləsi üzrə birinci, altıncı və yeddinci suallar üzrə) rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı1 lizinq müqaviləsi üzrə "xxxx" MMC-yə ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 02 iyul 2012-ci il tarixli DLM231 saylı X4 müqaviləsi şərtləri, tərtib edilmiş ödəniş cədvəli nəzərə alınmaqla İddiaçı1 "xxxx" MMC-yə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) ödəniləcək ümumi borcu 74.849,75 manat məbləğində müəyyən edilir. o cümlədən: 28.11.2014-cü il tarixə əsas borc üzrə 74.849,75 manat, faiz borcu üzrə 0,00 manat, dəbbə borcu 0,00 manat. Ekspert qarşısında qoyulmuş suala əsasən hazırki tədqiqatla 02 iyul 2012-ci il tarixli DLM231 saylı X4 Müqaviləsi üzrə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) müəyyən edilmiş 74.849,75 manat məbləğində əsas borc qalığından 02 iyul 2012-ci il tarixli DLM231 saylı X4 müqaviləsi üzrə ödənilmiş 5.000,00 manat və 4.600,00 manat olmaqla ümumilikdə 9.600.00 manat avans məbləği əsas borcdan çıxıldıqda İddiaçı1 "xxxx" MMCyə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) ödəniləcək ümumi borcu 65.249,75 manat məbləğində müəyyən edilir, o cümlədən: 74849,75-5000,00-4600,00=65249,75 (əsas borc). Bundan başqa "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışı (cild.6-səh 90,91) məlumatlarından göründüyü kimi yuxarıda göstərilən ödənişlərdən əlavə 02 iyul 2012-ci il tarixli DLM231 saylı X4 Müqaviləsi üzrə lizinq avadanlığının satışından əldə olunmuş 30.000,00 manat məbləğində pul vəsaiti əsas borc qalığından ödənilmişdir. Hazırki tədqiqatla 02 iyul 2012-ci il tarixli DLM231 saylı, X4 Müqaviləsi üzrə avans məbləğləri çıxıldıqdan sonra 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) müəyyən edilmiş 65.249,75 manat məbləğində əsas borc qalığından lizinq avadanlığının satışından əldə olunmuş 30.000,00 manat çıxıldıqda, İddiaçı1 "xxxx" MMC-yə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) ödəniləcək ümumi borcu 35.249,75 manat məbləğində müəyyən edilir, o cümlədən: 65249,75-30000,00=35249.75 (əsas borc). Lizinq müqaviləsinin 5.7. bəndinə əsasən lizinq ödənişlərinin gecikdirilməsinə görə cərimənin hesablanması müqavilə müddətindən sonrakı dövrə aid edilmişdir. Bundan başqa təqdim edilmiş sənədlərə əsasən "xxxx" MMC tərəfindən lizinq müqaviləsi üzrə cərimə hesablanmamışdır. Göstərilən səbəblərə görə hal-hazırki tədqiqatla cərimə hesablanmadı. Müqavilə üzrə 28.11.2014-cü il tarixdən sonra hər hansı ödəniş müəyyən edilmədi. (26.09.2012-ci il tarixli DLM290 saylı X3 Müqaviləsi üzrə ikinci, altıncı və yeddinci suallar üzrə) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı1 lizinq müqaviləsi üzrə "xxxx" MMC-yə ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 26 sentyabr 2012-ci il tarixli DLM290 saylı X4 müqaviləsi şərtləri, tərtib edilmiş ödəniş cədvəli nəzərə alınmaqla İddiaçı1 "xxxx" MMC-yə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) ödəniləcək ümumi borcu 85.389,86 manat məbləğində müəyyən edilir. o cümlədən: 28.11.2014-cü il tarixə əsas borc üzrə 85.389,86 manat, faiz borcu üzrə 0,00 manat, dəbbə borcu 0,00 manat. Ekspert qarşısında qoyulmuş suala əsasən hazırki tədqiqatla 26 sentyabr 2012-ci il tarixli DLM290 saylı X4 müqaviləsi üzrə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) müəyyən edilmiş 85.389,86 manat məbləğində əsas borc qalığından 26 sentyabr 2012-ci il tarixli DLM290 saylı X4 müqaviləsi üzrə ödənilmiş 28.800,00 manat və 3.640,00 manat olmaqla ümumilikdə 32.440.00 manat avans məbləği əsas borcdan çıxıldıqda İddiaçı1 "xxxx" MMC-yə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) ödəniləcək ümumi borcu 52.949,86 manat məbləğində müəyyən edilir, o cümlədən: 85389.86 - 28800,00 - 3640,00 = 52.949,86 (əsas borc). Bundan başqa "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışı (cild.6-səh 90,91) məlumatlarından göründüyü kimi yuxarıda göstərilən ödənişlərdən əlavə 26 sentyabr 2012-ci il tarixli, DLM290 saylı X3 Müqaviləsi üzrə lizinq avadanlığının satışından əldə olunmuş 25.000,00 manat məbləğində pul vəsaiti əsas borc qalığından ödənilmişdir. Hazırki tədqiqatla 26 sentyabr 2012-ci il tarixli, DLM290 saylı X4 Müqaviləsi üzrə avans məbləğləri çıxıldıqdan sonra 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) müəyyən edilmiş 52.949,86 manat məbləğində əsas borc qalığından lizinq avadanlığının satışından əldə olunmuş 25.000,00 manat çıxıldıqda İddiaçı1 "xxxx" MMC-yə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) ödəniləcək ümumi borcu 27.949,86 manat məbləğində müəyyən edilir, o cümlədən: 52949,86-25000,00=27.949,86 (əsas borc) Lizinq müqaviləsinin 5.7. bəndinə əsasən lizinq ödənişlərinin gecikdirilməsinə görə cərimənin hesablanması müqavilə müddətindən sonrakı dövrə aid edilmişdir. Bundan başqa təqdim edilmiş sənədlərə əsasən "xxxx" MMC tərəfindən lizinq müqaviləsi üzrə cərimə hesablanmamışdır. Göstərilən səbəblərə görə hal-hazırki tədqiqatla cərimə hesablanmadı. Müqavilə üzrə 28.11.2014-cü il tarixdən sonra hər hansı ödəniş müəyyən edilmədi. (01.11.2012-ci il tarixli DLM302 saylı X3 Müqaviləsi üzrə üçüncü, altıncı və yeddinci suallar üzrə). Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı1 lizinq müqaviləsi üzrə "xxxx" MMC-yə ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 01 noyabr 2012-ci il tarixli, DLM302 saylı X3 Müqaviləsi şərtləri, tərtib edilmiş ödəniş cədvəli nəzərə alınmaqla İddiaçı1 "xxxx" MMC-yə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) ödəniləcək ümumi borcu 15.800,08 manat məbləğində müəyyən edilir. o cümlədən: 28.11.2014-cü il tarixə əsas borc üzrə 15.800,08 manat, faiz borcu üzrə 0,00 manat, dəbbə borcu 0,00 manat. Ekspert qarşısında qoyulmuş suala əsasən hazırki tədqiqatla 01 noyabr 2012-ci il tarixli, DLM302 saylı X4 Müqaviləsi üzrə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) müəyyən edilmiş 15.800,08 manat məbləğində əsas borc qalığından 01 noyabr 2012-ci il tarixli, DLM302 saylı X4 müqaviləsi üzrə ödənilmiş 7.200,00 manat və 1.060,00 manat olmaqla ümumilikdə 8.260,00 manat avans məbləği əsas borcdan çıxıldıqda İddiaçı1 "Standard Lizinq” MMC-yə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) ödəniləcək ümumi borcu 7.540,08 manat məbləğində müəyyən edilir, o cümlədən: 15800,08-7200,00- 1060,00=7540,08 (əsas borc) 01 noyabr 2012-ci il tarixli, DLM302 saylı X4 müqaviləsi üzrə 28.11.2014-cü il tarixdən sonra 5.100,00 manat məbləğində ödəniş edilmişdir və həmin məbləğin 2.291,00 manatı faiz borcdan, 2.809,00 manatı cərimə borcundan silinmişdir. Lizinq müqaviləsinin 5.7. bəndinə əsasən lizinq ödənişlərinin gecikdirilməsinə görə cərimənin hesablanması müqavilə müddətindən sonrakı dövrə aid edilmişdir. Bundan başqa təqdim edilmiş sənədlərə əsasən "xxxx" MMC tərəfindən lizinq müqaviləsi üzrə cərimə hesablanmamışdır. Göstərilən səbəblərə görə hal-hazırki tədqiqatla cərimə hesablanmadı. (09.07.2012-ci il tarixli DLM237 saylı X3 Müqaviləsi üzrə dördüncü, altıncı və yeddinci suallar üzrə) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı1 lizinq müqaviləsi üzrə "xxxx" MMC-yə ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 09 iyul 2012-ci il tarixli, DLM237 saylı X3 Müqaviləsi şərtləri, tərtib edilmiş ödəniş cədvəli nəzərə alınmaqla İddiaçı1 "xxxx" MMC-yə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) ödəniləcək ümumi borcu 64.189,75 manat məbləğində müəyyən edilir, o cümlədən: 28.11.2014-cü il tarixə əsas borc üzrə 64.189,75 manat, faiz borcu üzrə 0,00 manat, dəbbə borcu 0,00 manat. Ekspert qarşısında qoyulmuş suala əsasən hazırki tədqiqatla 09 iyul 2012-ci il tarixli, DLM237 saylı X3 Müqaviləsi üzrə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) müəyyən edilmiş 64.189,75 manat məbləğində əsas borc qalığından 09 iyul 2012-ci il tarixli, DLM237 saylı X3 Müqaviləsi üzrə ödənilmiş 5.000,00 manat və 4.600,00 manat olmaqla ümumilikdə 9.600,00 manat avans məbləği əsas borcdan çıxıldıqda İddiaçı1 "Standard Lizinq” MMC-yə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) ödəniləcək ümumi borcu 54.589,75 manat məbləğində müəyyən edilir, o cümlədən: 64189.75-5000,00- 4600,00=54.589,75 (əsas borc). Bundan başqa "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışı (cild.6-səh 90,91) məlumatlarından göründüyü kimi yuxarıda göstərilən ödənişlərdən əlavə 09 iyul 2012-ci il tarixli, DLM237 saylı X3 Müqaviləsi üzrə lizinq avadanlığının satışından əldə olunmuş 61.361,00 manat məbləğində pul vəsaiti əsas borc qalığından ödənilmişdir. Hazırki tədqiqatla 09 iyul 2012-ci il tarixli, DLM237 saylı X4 Müqaviləsi üzrə avans məbləğləri çıxıldıqdan sonra 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) müəyyən edilmiş 54.589,75 manat məbləğində əsas borc qalığından lizinq avadanlığının satışından əldə olunmuş 61.361,00 manat çıxıldıqda İddiaçı1 "xxxx" MMC-yə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) ödəniləcək ümumi borcu tam ödənilmiş və 6.771,25 manat məbləğində artıq ödəniş müəyyən edilir, o cümlədən: 54.589.75-61.361,00= - 6.771,25 (artıq ödəniş). Göstərilənlərdən başqa "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışı (cild.6səh 90,91) məlumatlarına əsasən 09 iyul 2012-ci il tarixli, DLM237 saylı X3 Müqaviləsi üzrə 28.11.2014-cü il tarixdən (sualda göstərilən tarix) sonra lizinq avadanlığının satışından 47.239,00 manat məbləğində ödəniş edilmişdir. Hazırki tədqiqatla hesablamalar 28.11.2014-cü il tarixədək aparıldığından sonradan ödənilən 47.239,00 manat məbləğində lizinq ödənişi hal-hazırki hesablamalarda nəzərə alınmadı. Əgər sonradan ödənilən 47.239,00 manat nəzərə alınarsa 09 iyul 2012-ci il tarixli, DLM237 saylı X3 Müqaviləsi üzrə 54.010,25 manat məbləğində artıq ödəniş müəyyən edilər. O cümlədən 6771.25+47239,00=54010,25 (artıq ödəniş). Lizinq müqaviləsinin 5.7. bəndinə əsasən lizinq ödənişlərinin gecikdirilməsinə görə cərimənin hesablanması müqavilə müddətindən sonrakı dövrə aid edilmişdir. Bundan başqa təqdim edilmiş sənədlərə əsasən "xxxx" MMC tərəfindən lizinq müqaviləsi üzrə cərimə hesablanmamışdır. Göstərilən səbəblərə görə hal-hazırki tədqiqatla cərimə hesablanmadı. Müqavilə üzrə 28.11.2014-cü il tarixdən sonra hər hansı ödəniş müəyyən edilmədi. (04.02.2013-cü il tarixli DLM326 saylı X3 Müqaviləsi üzrə beşinci, altıncı və yeddinci suallar üzrə) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı1 lizinq müqaviləsi üzrə "xxxx" MMC-yə ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 04.02.2013-cü il tarixli DLM326 saylı X3 Müqaviləsi şərtləri, tərtib edilmiş ödəniş cədvəli nəzərə alınmaqla İddiaçı1 "xxxx" MMC-yə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) ödəniləcək ümumi borcu 63.120,05 manat məbləğində müəyyən edilir, o cümlədən: 28.11.2014-cü il tarixə əsas borc üzrə 63.120,05 manat, faiz borcu üzrə 0,00 manat, dəbbə borcu 0,00 manat. Ekspert qarşısında qoyulmuş suala əsasən hazırki tədqiqatla 04 fevral 2013-ci il tarixli, DLM326 saylı X4 Müqaviləsi üzrə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) müəyyən edilmiş 63.120,05 manat məbləğində əsas borc qalığından 04 fevral 2013-ci il tarixli, DLM326 saylı X4 müqaviləsi üzrə ödənilmiş 74.000,00 manat və 4.450,00 manat olmaqla ümumilikdə 78.450.00 manat avans məbləği əsas borcdan çıxıldıqda İddiaçı1 "xxxx" MMC-yə 28.11.2014-cü il tarixə (sualda göstərilən tarix) ödəniləcək ümumi borcu tam ödənilmiş və 15.329,95 manat məbləğində artıq ödənişi müəyyən edilir, o cümlədən: 63120,05-74000,00-4450,00= -15.329,95 (artıq ödəniş). Lizinq müqaviləsinin 5.7. bəndinə əsasən lizinq ödənişlərinin gecikdirilməsinə görə cərimənin hesablanması müqavilə müddətindən sonrakı dövrə aid edilmişdir. Bundan başqa təqdim edilmiş sənədlərə əsasən "xxxx" MMC tərəfindən lizinq müqaviləsi üzrə cərimə hesablanmamışdır. Göstərilən səbəblərə görə hal-hazırki tədqiqatla cərimə hesablanmadı. Müqavilə üzrə 28.11.2014-cü il tarixdən sonra hər hansı ödəniş müəyyən edilmədi. Ekspert rəyindən də görünür ki, lizinq müqavilələri üzrə ümumi cəmi borc məbləği 65.639,69 manat, artıq ödəniş isə ümumilikdə 69.340,2 manat təşkil edir (35.249,75 + 27.949,86 + 2440,08 = 65.639,69 borc); (54.010,25 + 15.329,95 = 69.340,2 artıq ödəniş). Ümumi borcdan artıq ödənişi çıxdıqda isə müəyyən olunur ki, lizinq müqavilələri üzrə heç bir borcu yoxdur, əksinə 3700,51 manat artıq ödəniş mövcuddur. Göründüyü kimi lizinq müqavilələri üzrə borc artıqlaması ilə ödənilmiş və hər hansı borc mövcud deyil. Eyni zamanda kollegiya qeyd edir ki, ekspert rəyinə tənqidi yanaşmaq üçün heç bir əsas mövcud deyil. Belə ki, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılıb, aparılmış tədqiqat müfəssəl təsvir olunub və ekspert rəyində göstərilən məlumatlar iş materiallarında olan ödəniş və maliyyə sənədləri ilə tam təsdiq olunur. Eyni zamanda, "xxxx" MMC tərəfindən həmin rəylə bağlı bildirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, hazırki apellyasiya baxışında verilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası rəyi ilə əvvəlki, yəni 26.05.2016-cı il tarixli 2374 saylı, 11.10.2017-ci il tarixli 25436 saylı və 30.08.2018-ci il tarixli 1846 saylı rəylər arasında müəyyən fərqlər müəyyən olunsa da, əvvəlki rəylər verilərkən iddiaçılar tərəfindən ödənilmiş avans ödənişləri, habelə hazırki apellyasiya baxışında "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışındakı (cild.6-səh 90,91) məlumatlar nəzərə alınmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və lizinq müqavilələri üzrə borcun tutulması barədə "xxxx" MMC-nin iddia tələbləri rədd edilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və lizinq müqavilələri üzrə borcun mövcud olduğu barədə səhv nəticəyə gəlmişdir. Bununla yanaşı iddia tələblərinə uyğun olaraq borcun tutulmasını deyil, onun ödənilməsinin təmin edilməsi üçün 6 ədəd avtomobillərin iddiaçılardan alınaraq "xxxx" MMC-yə qaytarılmasını qət etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı pulun tutulması iddiası təmin edilməli, iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması barədə iddia isə rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdeh "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 iyul 2016-cı il tarixli qətnaməsi qismən, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı irəli sürülmüş pulun tutulması tələblərinə aid və "xxxx" MMC tərəfindən İddiaçı1 və İddiaçı2 qarşı irəli sürülmüş lizinq müqaviləsi üzrə borcun tutulması tələblərinə aid hissədə ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 389730 manat əsas məbləğ və 58459,50 manat faiz məbləği, cəmi 448189,5 manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması barədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş əlavə məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Aida Hüseyn Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2-2(103)-57/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-57/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver