Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-570/2025 04.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı-nin cavabdeh "xxxx" MMC-yə qarşı (“X12” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 659/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İBC/17 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 76919,41 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir. 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulmasına görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və bu müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə aidiyyatı- Azərbaycan Respublikasının ərazisində müvafiq məhkəmələr. Tətbiq edilməli hüquq-Azərbaycan Respublikasının qanunvericiliyi.
2. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İBC/02.2024 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 58400 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir.3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulmasına görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və bu müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə aidiyyatı- Azərbaycan Respublikasının ərazisində müvafiq məhkəmələr. Tətbiq edilməli hüquq-Azərbaycan Respublikasının qanunvericiliyi.
3. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İBC/02.2024 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 195882 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir. 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulmasına görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və bu müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə aidiyyatı- Azərbaycan Respublikasının ərazisində müvafiq məhkəmələr. Tətbiq edilməli hüquq-Azərbaycan Respublikasının qanunvericiliyi.
4. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İBC/02.2024 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 98418 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir. 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulmasına görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və bu müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə aidiyyatı- Azərbaycan Respublikasının ərazisində müvafiq məhkəmələr. Tətbiq edilməli hüquq-Azərbaycan Respublikasının qanunvericiliyi.
5. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İBC/02.2024 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 58801 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir. Müqavilənin 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir. Həmin müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən bu müqavilənin şərtlərinin pozulmasına görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və bu müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bu müqavilə üzə meydana gələn mübahisələr qarşılıqlı anlaşma yolu ilə həll edilir, bu mümkün olmadıqda Azərbaycan Respublikasının qanunverciliyi tətbiq edilməklə müvafiq məhkəmlərdə həll edilir.
6. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İBC/05.2024 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 140000 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir. 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulmasına görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və bu müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə aidiyyatı- Azərbaycan Respublikasının ərazisində müvafiq məhkəmələr. Tətbiq edilməli hüquq-Azərbaycan Respublikasının qanunvericiliyi.
7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İBC/08.2024 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 23030 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir. Müqavilənin 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulmasına görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və bu müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə aidiyyatı- Azərbaycan Respublikasının ərazisində müvafiq məhkəmələr. Tətbiq edilməli hüquq- Azərbaycan Respublikasının qanunvericiliyi.
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İBC009/24 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 170300 manat təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir. Müqavilənin 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir. Həmin müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən bu müqavilənin şərtlərinin pozulmasına görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və bu müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bu müqavilə üzə meydana gələn mübahisələr qarşılıqlı anlaşma yolu ilə həll edilir, bu mümkün olmadıqda Azərbaycan Respublikasının qanunverciliyi tətbiq edilməklə müvafiq məhkəmlərdə həll edilir.
9. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İBCxx/xx.2024 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 49069 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir. Müqavilənin 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulmasına görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və bu müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə aidiyyatı- Azərbaycan Respublikasının ərazisində müvafiq məhkəmələr. Tətbiq edilməli hüquq- Azərbaycan Respublikasının qanunvericiliyi.
10. 20.11.2023-cü il tarixli gömrük bəyannaməsinə əsasən 76919,41 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixli bəyannaməyə əsasən 58400 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixli bəyannaməyə əsasən 195882 ABŞ dolları dəyərində, xx.xx.2024cü il tarixli bəyannaməyə əsasən 98418 ABŞ dolları dəyərində, xx.xx.2024-cü il tarixli bəyannaməyə əsasən 58801 ABŞ dolları dəyərində, xx.xx.2024-cü il tarixli bəyannaməyə əsasən 23030 ABŞ dolları dəyərində, eyni tarixli bəyannaməyə əsasən 140000 ABŞ dolları dəyərində, xx.xx.2024-cü il tarixli bəyannaməyə əsasən 95000 ABŞ dolları dəyərində və xx.xx.2024-cü il tarixli bəyannaməyə əsasən 49069 ABŞ dolları dəyərində mallar İddiaçı tərəfindən göndərilmişdir.
11. “X12” MMC (təmsilçi) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 82/22 saylı müqaviləyə əsasən təmsilçi tərəfindən bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində gömrük rəsmiləşdirilməsi məqsədi ilə təmsil etdiyi şəxsdən, yəni sifarişçdən idxal, ixrac, tranzit və digər gömrük prosedurları adı altında qəbul etdiyi mal və nəqliyyat vasitlərinə aid müşaiyət sənədləri əsasında onun adından və öz adından həmi nrəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün növ elektron gömrük bəyannaməsinin və əlavə vərəqinin doldurulması və gömrük orqanına ötürülməsi xidmətlərinin göstərilməsi. Müqavilənin 2.1-ci bəndinə əsasən təmçilçi aşağıdakıları öz öhdəsinə götürür: 2.1.1. elektron Gömrük bəyannamələrinin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis tərəfindən qaunvericiliyə uyğun şəkildə doldurulmasını təmin etmək, gömrük rəsmiləşdirilməsi zamanı aşkar edilmiş çatışmazlıqlar haqqında sifarişçni xəbərdar etmək, tərəflərin qarşılıqlı razılığı və sifarişçinin yazılı sifarişi əsasında əlavə xidmətlər göstərmək.
12. Cavabdeh şirkətin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli Cavabdeh MMC-nin müstəqil auditor rəyində cavabdeh tərəfindən idxal edilmiş mallara görə iddiaçı şirkətə cəmi borc məbləği 650.909,68 ABŞ dolları, manat ekvivalentində 1106546,46 manat təşkil etməsi qeyd edilmişdir.
13. X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr oktyabr aylarında Hüseyin İşbilir tərəfindən Linkedin proqramı üzərindən ona iş təklifi edilmişdir. İlk olaraq qeyd edir ki, o, İBC Az Group MMC-də 2023- cü ilin yanvar ayının 10-11 tarixindən rəsmi olaraq beynəlxalq əlaqələr üzrə menecer olaraq işləyir. İş təklifi ona 2022-ci ildə gəlmişdir və o, Türkiyədə işləyə bilməyəcəyini bildirdi. Hüseyin bəy ona ofisin Xətaidə AĞA biznes mərkəzində olduğunu dedi və beləliklə iş görüşməsinə getdi. Hüseyin bəylə görüşdü. Görüş pozitiv keçdi. Daha sonra ona ortağı ilə danışıb geri dönüş edəcəyini bildirdi. Bir müddət sonra xəbər çıxmadı və 2023-cü ilin yanvar ayında onu yenidən dəvət etdi danışıqlar üçün. Bu zaman Hikmət müəllimlə onu tanış etdi və həmin gün işə başlamağını dedi. Ortaqlıq pozulana kimi 98- 99% o, Hikmət bəyin işlərini görüb. Bütün vəzifələri və öhdəlikləri ona Hüseyin bəy verib. Şirkətin direktoru Hikmət bəy idi lakin, o, Hikmət və Hüseyin müəllimi ortaq bilib. Ən çox isə Hüseyin bəy ilə çalışıb. Birlikdə festivallara gediblər, müqavilələr hazırlanmışdır və sair. İş öhdəliklərinin icrası ilə bağlı Hüseyin bəydən tapşırıq alıb.
14. X11 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, İBC Az Group şirkətində satış hissəsində çalışıb. Hüseyin İşbilir onu universitet yoldaşı olmuşdur. Yəni, əlaqələri uzun müddətli olmuşdur. Ona Azərbaycanda belə bir iş quracağını dedi və dəvət etdi. O gəldi. Şirkət Hikmət bəyin adına idi amma ortaq Hüseyin bəy idi. Şərtləri danışdılar və 1-2 ilə yaxın o, onlarla işlədi. Sonra Hüseyin bəy çox tez-tez müdir olduğunu bildirdi və o, bu formada işləyə bilməyəcəyini qeyd edib işdən çıxdı. Hər iki tərəflə haqq-hesabatlarını etdi. Alacaq-verəcəklər olmadan ayrıldı. Daha sonra Hüseyin bəy onu borcu olmaqla günahlandırdı və polisə verdi. Kimlə Türkiyədə işləmək istəsə ona problem yaratdı. Hüseyin bəy İBC Az Groupun 100% ortağı idi. Türkiyə ödəmələrini özü edirdi. Hikmkə bəy isə Hüseyin bəy nə deyirsə onu edirdi. O, Hikmət bəyi 1 il yarım kimi bir müddətdir tanıyır və Hüseyin bəy nə istəyirdisə onu edirdi. Övladının yatağına qədər lazımlı hər şeyi alıb ona vermişdir. Hüseyin bəy ona işlə bağlı problem yaratdı. Bəzi ödəmələr əldən edilirdi. Ona deyilirdi o da müştərilərə verirdi.
15. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, hazırda İBC Az Group şirkətində baş usta kimi işləyir. Rasmi işçi olmayıb. İBC yaranandan onu Hüseyin bəy dəvət etdi və 5 ildir şirkətdə işləyir. Hüseyin bəy şərikinin Hikmət bəy olduğunu dedi.
Birinci instansiya məhkəməsindəki icraat:
16. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 656.772,88 ABŞ dolları (1116513,9 manat) borc məbləği, vəkillə bağlanmış müqavilə üzrə hüquqi yardım xərci və 1348,43 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı “İBC TARİMSULAMA TURİZMİNŞAAT ve İHRACAT İTHALAT LTD. ŞTİ -ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli İBC/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 76919,41 ABŞ dolları; xx.xx.2023-cü il tarixli İBC/19 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 52550,00 ABŞ dolları; xx.xx.2023-cü il tarixli İBC/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 97941,00 ABŞ dolları; xx.xx.2024-cü tarixli İBC/01.24 alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən təhvil alınmış mallar əsasında 98418,00 ABŞ dolları; xx.xx.2024-cü il tarixli İBC/02.24 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 58801,00 ABŞ dolları; xx.xx.2024-cü il tarixli İBC/05.24 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 111845,00 ABŞ dolları; xx.xx.2024-cü il tarixli İBC/08.24 nömrəli alqısatqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 16229,47 ABŞ dolları; xx.xx.2024-cü il tarixli İBC009/24 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 95000,00 ABŞ dolları; xx.xx.2024-cü il tarixli İBC-27/06.24 nömrəli alqısatqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 49069,00 ABŞ dolları məbləğində, ümümilikdə 656772,88 ABŞ dolları (1116513,9 manat) məbləğ Cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli İBC/17 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq 2317 nömrəli qaiməyə əsasən göndərilmiş mallar Cavabdeh MMC ilə “X12” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, **********2 nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli İBC/19 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq 2319 nömrəli qaimə əsasında göndərilmiş mallar Cavabdeh MMC ilə “X12” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, **********0 nömrəli gömrük bəyannaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli İBC/20 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq qaimə əsasında göndərilmiş mallar Cavabdeh MMC ilə “X12” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, **********0 nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli İBC/01.24 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq qaimə əsasında göndərilmiş mallar Cavabdeh MMC ilə “X12” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, **********0 nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli İBC/02.24 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq qaimə əsasında göndərilmiş mallar Cavabdeh MMC ilə “X12” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, **********0 nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli İBC/05.24 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq qaimə əsasında göndərilmiş mallar Cavabdeh MMC ilə “X12” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, ********** nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli İBC/08.24 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq qaimə əsasında göndərilmiş mallar Cavabdeh MMC ilə “X12” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, ********** nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq qaimə əsasında göndərilmiş mallar Cavabdeh MMC ilə “X12” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, **********0 nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı tərəfindən göndərilmiş mallar müqavilə əsasında təmsilçi olaraq "xxxx" MMC tərəfindən təhvil alınır, gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün növ elektron gömrük bəyannaməsinin, əlavə vərəqinin doldurulması və gömrük orqanına ötürülməsi xidmətlərini "xxxx" MMC həyata keçirir. Qeyd edək ki, borcun ödənilməsi üçün dəfələrlə Cavabdehnə müraciət etsək də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən, 656772,88 ABŞ dolları (1116513,9 manat) borc məbləğinin ödənilməsi üçün Cavabdeh MMC-nə rəsmi şəkildə pretenziya məktubu göndərilmişdir.
18. İddiaçının nümayəndəsi cavabdehin arqumentlərinə yazılı etirazı məhkəməyə təqdim edərək bildirmişdir ki, 18 dekabr 2024-cü il tarixdə İBC Tarım Sulama Şirkətinin 13 sentyabr 2021-də yaranması barədə Türkiyədə mətbuat orqanında – qəzetdə olan məlumatı məhkəməyə təqdim edir. Həmin qəzetdən də göründüyü kimi şirkət xx.xx.2021-ci il tarixdə qurulmuşdur. Bu məlumatdan göründüyü kimi Şirkətin qurucusu və imza səlahiyyətli şəxsi Tuna Karayaca adlı şəxs olmuşdur. Bundan başqa məhkəməyə elektron və eyni zamanda məhkəmə iclasında təqdim etdiyi Türkiyədə notariat orqanlarında təsdiq edilmiş və eyni zamanda Apostil olunmuş sənədlərdən göründüyü kimi Türkiyədə olan hazırki iddiaçı Şirkətin sahibi Hüseyn İşbilir 01 sentyabr 2021-ci il tarixdə səlahiyyətli olmamışdır. Bu səbəbdən cavabdeh tərəfin vəkili tərəfindən məhkəməyə təqdim edilən İBC X8 İnşaat və Sanayi Şirkətinin 01 sentyabr 2021-ci il tarixli Azərbaycanda "AzGroup adında şirkətin açılmasına dair verdiyi sənədin hüquqi qüvvəsi yoxdur. Yuxarıda qeyd edilən əsaslardan başqa o da qeyd edilməlidir ki, cavabdeh hüquqi şəxsin nizamnaməsi əvvəlki məhkəmə iclasında cavabdeh tərəfin vəkilindən məhkəmə tərəfindən tələb edilmişdir. Əgər həmin sənədi qarşı tərəf təqdim edərsə Nizamnaməsindən aydın olar ki, o müstəqil hüquqi şəxsdir. Türkiyədə olan İBC X8 İnşaat və Sanayi Şirkətinin nə nümayəndəliyi, nə də ki filialı deyildir. Bundan başqa cavabdeh tərəfin təqdim etdiyi bu sənədə münasibətdə o da qeyd edilməlidir ki, əgər məhkəmə tərəfindən hüquqi şəxsin vergi axtarış sistemindən ( taxes gov.az) qeydiyyatı araşdırılsa məlum olar ki, cavabdeh hüquqi şəxs olaraq müstəqil olaraq dövlət qeydiyyatından keçmişdir və başqa şəriki yoxdur. Təmsilçisi və eyni zamanda iddiaçı Türkiyə Şirkətilə müqavilə bağlayan hazırki cavabdeh hüquqi şəxsin rəhbəri qanuni təmsilçidir və İBC AZGRUP MMC-də 100 faiz pay hüququna malikdir. Onu da qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi müqavilə birgə faəliyyət müqaviləsi deyildir. Əksinə alıcı ilə satıcı arasında bağlanan alqı-satqı müqaviləsidir. Yuxarıda qeyd edilən hüquqi əsaslar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfin məhkəmə iclasında bildirdiyi kimi guya iddiaçı olan İBC X8 İnşaat və Sanayi Şirkəti ilə cavabdeh İBC AZGROUP MMC birgə və şərikli fəaliyyət göstərdiyinə dair fikirləri tam əsassızdır. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir.
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 659/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli İBC/17 nömrəli; xx.xx.2023-cü il tarixli İBC/19 nömrəli; xx.xx.2023-cü il tarixli İBC/20 nömrəli; xx.xx.2024-cü tarixli İBC/01.24 nömrəli; xx.xx.2024-cü il tarixli İBC/02.24 nömrəli; xx.xx.2024-cü il tarixli İBC/05.24 nömrəli; xx.xx.2024-cü il tarixli İBC/08.24 nömrəli; xx.xx.2024-cü il tarixli İBC009/24 nömrəli və xx.xx.2024-cü il tarixli İBC- 27/06.24 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrdə nəzərdə tutulan mallar iddiaçı şirkətdən cavabdeh şirkətə təhvil verilmişdir. Təhvil verilən mallara görə borcun mövcüdluğu və iddia tələbində göstərilən məbləğ cavabdeh tərəfindən bütün məhkəmə gedişatı zamanı mübahisə edilməmişdir. Lakin, cavabdeh tərəf iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı şirkətin direktoru ilə cavabdeh şirkətin direktoru şərikdilər və faktiki olaraq cavabdeh şirkəti şərikli idarə edirlər. Eyni zamanda malların göndərilməsi, onların Azərbaycana çatdırılıb təhvil verilməsi, ödənişlərin həyata keçirilməsi ilə bağlı cavabdehin özünün də Türkiyədə aidiyyəti istintaq orqanlarına müraciətləri olmuşdur, çünki audit nəticəsində və Türkiyədə əldə etdikləri sənədlər nəticəsində kifayət qədər kobud qanun pozuntuları müəyyən olunmuşdur. Bundan başqa, tərəflər arasında təhvil-təslim aktı olmayıb, “X12” MMC broker şirkəti olub və sadəcə daşımaları həyata keçirib. Hikmət bəy orda direktor ola bilər, amma faktiki rəhbər Hüseyn bəy özü olub və elə bil pulu özü-özündən istəyir. Cavabdehin direktoru ilə iddiaçının direktoru ilə şərik olublar. Təsis qərarından görünür ki, gəlirin 60%-ni Hüseyin İşbilir götürür, 40%-ni isə cavabdeh şirkətin direktoru Hikmət bəy. Bu o deməkdir ki, "xxxx" MMC şirkətinin faktiki rəhbəri Hüseyin İşbilir özü olub. Bundan əlavə Hikmət bəy Hüseyin İşbilirə işlərin düzgün aparılmaması ilə bağlı iradlar bildirəndə, Hüseyin İşbilir şirkətin anbarından təxminən 30000 dollar civarında malları götürür. Məhkəməyə 2 audit rəyi təqdim edilib. Belə ki, iddiaçı tərəfin istinad etdiyi müqavilələrin bağlandığı tarixdən cavabdeh şirkətin həm debitor, həm kreditor borcları müəyyən olunub, şirkətin mənfəətləri və gəlirləri həmin rəylərdə öz əksini tapır. Hüseyin İşbilir cavabdeh şirkətin faktiki rəhbəri olub, bütün yazışmaları, malın satışını özü həyata keçirib. Şəriklik münasibətlərinin olması məhkəməyə təqdim edilər yazışmalarda da öz əksini tapır. Hüseyin İşbilir özü Türkiyədən işçilər dəvət edib qətirib, həmin işçilər onun şirkətin rəhbəri kimi tanıyıb,onun göstərişlərini yerinə yetiriblər. Cavabdehin etiraz arqumentlərinə dair məhkəmə qeyd etmişdir ki, Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə göndərilən CD-diskdən görünür ki, iddiaçı ilə cavabdeh şirkətləri arasında hətta iddia ərizəsində göstərilən məbləğdən də qat-qat yuxarı məbləğlərdə mal alqı-satqısı həyata keçirilmişdir. Və həmin malların dəyərinin (hazırki iddiada göstərilən məbləğdən başqa) cavabdeh tərəfindən iddiaçıya köçürmə yolu ilə ödənilməsi yenə də işin mübahisə edilməyən halıdır. Bundan əlavə cavabdeh şirkətinin özünün məhkəməyə təqdim etdiyi audit rəyindən görünür ki, cavabdeh şirkətin iddiaçı şirkətə 650.909,68 ABŞ dolları məbləğində borcu mövcüddur. Həm iddiaçının, həm cavabdehin qanuni nümayəndələri bildirirlər ki, müəyyən müddət birgə əməkdaşlıq ediblər, hətta bir ofisdə işləyiblər, iddiaçı şirkətin direktorutərəfindən cavabdeh şirkətinin fəaliyyətində müəyyən rolu olub (məsləhətləri, göstərişləri və s.). Lakin, məhkəmə araşdırılması zamanı tərəflər arasında birgə fəaliyyətə dair hər hansı müqavilənin mövcüdluğu, cavabdeh şirkətin iddiaçı şirkətin direktoru tərəfindən yaradılması, cavabdeh şirkətinin gəlirlərinin iddiaçı və cavabdeh şirkətin rəhbərləri arasında bölünməsi, istinad olunan alqı-satqı müqavilələri üzrə alınan malları məhz cavabdeh şirkətin direktoru tərəfindən satılması müəyyən edilmədi və cavabdeh tərəfindən təqdim edilən yazışmalar, foto-şəkillər, şahidlərin verdiyi ifadələr və s. bu faktın təsdiq edilməsi üçün yetərli və mötəbər sübut kimi hesab edilə bilməz. Digər tərəfdən məhkəmə bir daha da qeyd etmişdir ki, hazırki mübahisə alqı-satqı müqavilələrdən irəli gələn mübahisədir. Malların cavabdeh şirkətin adına gəlməsi (təhvil verilməsi) və həmin mallara görə borcun mövcudluğu tərəflərin izahatları, gömrük bəyannamələri, broker şirkəti ilə bağlanmış müqavilə və həmin şirkətin nümayəndəsinin məhkəməyə verdiyi izahatı və cavabdehin auditor rəyi ilə öz təsdiqini tapır. Tərəflərin direktorları arasında olan münasibətlər isə alqısatqı müqavilələrindən irəli gələn öhdəliklərin borclu tərəfindən icra edilməməsi anlamına gəlmir və buna dair hər-hansı hüquq yaratmır. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 656.772,88 ABŞ dolları (1.116.513,9 manat) bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən 656.772,88 ABŞ dolları (1.116.513,9 manat)məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 1348,43 manat məbləğində dövlət rüsumu xərci və 350 manat məbəğində vəkil xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 1348,43 manat məbləğində pul vəsaiti və 350 manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birgə fəaliyyətlə bağlı münasibətləri nizama salan müqavilənin forması və məzmunu barədə qanunvericlikdə xüsusi norma olmasa da, tərəflər arasındakı münasibətlərin birgə fəaliyyətlə bağlı olması, Mülki Məcəllənin 390.1-ci maddəsinin ikinci cümləsində qeyd edilən şərtin təsiri altına düşür. Belə ki, fiziki və hüquqi şəxslər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 1-ci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin xarakterinə qiymət verməklə onlar arasındakı münasibətin birgə fəaliyyətlə bağlı münasibətlər olmasını, eyni zamanda həmin fəaliyyətə vəsait xərclənməsini, iddiaçı şirkətinin rəsmi rəhbərinin eyni zamanda cavabdeh şirkətin faktiki rəhbəri olmasını məhz onun qərarı əsasında həmin şirkətin təsis edilməsini, hər iki şirkətin ortaq olmasını və əvvəlki dönəmlərdə şirkət tərəfindən mənfəətin iddiaçı şirkətin rəhbəri tərəfindən 60% nisbətində gəlir kimi götürülməsini, sonuncu dönəmdə cavabdehin zərər etməsini və bu zərərin şəriklikdən irəli gəlməsini nəzərə almamış, tərəflər arasında “birgə fəaliyyət haqqında” yazılı müqavilənin olmamasını əsas götürməklə hazırkı qətnaməni qəbul etmişdir. Əlavə olaraq qeyd edir ki, 1-ci inistansiya məhkəməsi tərəflərin münasibətlərdən doğan işin digər hallarına, yəni bu fəaliyyətdən yaranan zərərə hansı halın səbəb olmasında tərəflərin ayrı-ayrılıqda və ya birgə məsuliyyətinə və təqsirinə qiymət verməmiş, həmin hallarla bağlı məsələ açıq qalmışdır. Halbuki tərəflər arasındakı münasibətlər müəyyən ediləndən sonra həmin münasibətlər üzrə işin halları müəyyən edilmədən iddia üzrə hər hansı düzgün nəticəyə gəlmək mümkün deyil. Ümumiyyətlə işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. 1-ci instansiya məhkəməsi iş üzrə araşdırma apararkən işi tam araşdırmamışdır. Eyni zamanda iş üzrə dindirilmiş şahidlərin ifadəsi ilə iddiaçı və cavabdehin ortaq olması, hətda cavadehin şirkəti məhz özünün idarə etməsi öz təsdiqini tapsa da, hansı səbəbdən cavabdehin borclu durumuna gəlməsi məsələsi araşdırılmamışdır. 1-ci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibəti tövsif edərkən tərəflər arasında olan həqiqi münasibətlərə düzgün qiymət verməmiş və nəticə etibari ilə cavabdehin əsassız olaraq varlandığı qənaətinə gəlmişdir. Belə olan halda Mülki Məcəllənin 1091.1 və 1091.2, 1092.1 və 1093.1-ci maddələri ortaya çıxır. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Həmin şərtlərdən hər hansı biri təsbit olunmazsa əsassız varlanma üzrə tələb təmin edilə bilməz. İşin halarından və iddia tələbindən aydın olur ki, tərəflər arasındaşəriklik münasibətləri olmuşdur. Bunun əksinin düşünülməsi halında isə iddiaçı sübut etməlidir ki, cavabdehlə aralarındakı müqavilə münasibətləri ortaqlıq yox məhz alqı-satqı müqaviləsindən yaranan haldır. İddiaçı bu halı sübut edən hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Göründüyü kimi Tərəflər arasında həqiqi münasibətlər, şərikli gördükləri biznes fəaliyyəti olmuşdur və sonda iddiaçı əvvəllər aldığı pulu təkrar qətnamə ilə əldə etməyə çalışaraq əsassız varlanmağa çalışmışdır. “Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır”. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədəaydın izah etməlidir. Məhkəmə tərəfindən məhkəmə araşdırması zamanı tərəflərin həqiqi iradə ifadələri araşdırılmamış, tərəflər arasında yaranmış problem və mübahisənin nəticəsinə bir başa təsir edəcək bütün faktiki hallar araşdırılmamış sadəcə olaraq iddiaçının formal tələbi əsasında iddia təmin edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Etirazda göstərilmişdir ki, 18 dekabr 2024-cü il tarixdə İBC Tarım Sulama Şirkətinin 13 sentyabr 2021-də yaranması barədə Türkiyədə mətbuat orqanında – qəzetdə olan məlumatı məhkəməyə təqdim edir. Həmin qəzetdən də göründüyü kimi şirkət xx.xx.2021-ci il tarixdə qurulmuşdur. Bu məlumatdan göründüyü kimi Şirkətin qurucusu və imza səlahiyyətli şəxsi Tuna Karayaca adlı şəxs olmuşdur. Bundan başqa məhkəməyə elektron və eyni zamanda məhkəmə iclasında təqdim etdiyi Türkiyədə notariat orqanlarında təsdiq edilmiş və eyni zamanda Apostil olunmuş sənədlərdən göründüyü kimi Türkiyədə olan hazırki iddiaçı Şirkətin sahibi Hüseyn İşbilir 01 sentyabr 2021-ci il tarixdə səlahiyyətli olmamışdır. Bu səbəbdən cavabdeh tərəfin vəkili tərəfindən məhkəməyə təqdim edilən İBC X8 İnşaat və Sanayi Şirkətinin 01 sentyabr 2021-ci il tarixli Azərbaycanda "AzGroup adında şirkətin açılmasına dair verdiyi sənədin hüquqi qüvvəsi yoxdur. Yuxarıda qeyd edilən əsaslardan başqa o da qeyd edilməlidir ki, cavabdeh hüquqi şəxsin nizamnaməsi əvvəlki məhkəmə iclasında cavabdeh tərəfin vəkilindən məhkəmə tərəfindən tələb edilmişdir. Əgər həmin sənədi qarşı tərəf təqdim edərsə Nizamnaməsindən aydın olar ki, o müstəqil hüquqi şəxsdir. Türkiyədə olan İBC X8 İnşaat və Sanayi Şirkətinin nə nümayəndəliyi, nədə ki filialı deyildir. Bundan başqa cavabdeh tərəfin birgə fəaliyyətlə bağlı münasibətdə o da qeyd edilməlidir ki, əgər məhkəmə tərəfindən hüquqi şəxsin vergi axtarış sistemindən ( taxes gov.az) qeydiyyatı araşdırılsa məlum olar ki, cavabdeh hüquqi şəxs olaraq müstəqil olaraq dövlət qeydiyyatından keçmişdir və başqa şəriki yoxdur. Təmsilçisi və eyni zamanda iddiaçı Türkiyə Şirkətilə müqavilə bağlayan hazırki cavabdeh hüquqi şəxsin rəhbəri qanuni təmsilçidir və İBC AZGRUP MMC-də 100 faiz pay hüququna malikdir. Onu da qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi müqavilə birgə faəliyyət müqaviləsi deyildir. Əksinə alıcı ilə satıcı arasında bağlanan alqı-satqı müqaviləsidir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, guya cavabdeh tərəf başqa müqavilələr üzrə iddiaçı şirkətə artıq pul köçürmüşdür. Buna etiraz olaraq bildirdik ki, tərəflər arasında bir neçə müqavilə bağlanmışdır və biz iddia tələbimizdə göstərilən mnüqavilələr üzrə ödənilməmiş pulun qalan hissəsini tələb edirik. Əgər başqa müqavilələr üzrə cavabdeh tərəf artıq ödəniş etmişdirsə Qarşılıqlı iddia ilə ödənilməyən müqavilələr üzrə bizdən pulu tələb edə bilərdi. Odur ki, iddiaçı tərəfin Apellyasiya instansiyasında bildirdikləri fikirlər əsassızdır. Cavabdeh tərəfin nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclasında sədrlik edən hakim Leyla Əliyevanın sualına cavab olaraq onu da qeyd etdi ki, iddiaçı tərəfindən göndərilən mallar hammısı cavabdeh tərəfindən gömrükdən keçirilərək təhvil alınmışdır. Malların cavabdehə verilməsilə bağlı mübahisə yoxdur. Bu hal iş materialları ilə də təsdiqlənir ki, iddiaçının ayrı-ayrı müqavilələr üzrə ayrılıqda və müxtəlif vaxtlarda göndərdiyi malları cavabdeh tərfin müqavilə bağladığı X12 MMC brokerlik müqaviləsinə əsasən onlara çatdırmışdır. Bu halı İN Ferst Group şirkətinin nümayəndəsi də Bakı Kommersia Məhkəməsində iş arasdırılarkən məhkəmə tərəfindən dindirilmiş və təsdiq etmişdir ( İclas protokolu və məhkəmə iclasının videoqeydinə əsasən). Bundan başqa 1-ci instansiya məhkəməsində Gömrük Komitəsinə sorğu verilmiş və iş materiallarına əlavə edilən CD disklə bir daha təsdiqini tapmışdır ki, mübahisələndirdiyimiz və iddia tələbi üzrə qeyd etdiyimiz müqavilələr üzrə bütün mallar cavabdehə təhvil verilmişdir. Cavabdehin nümayəndəsi və vəkili də sonuncu apellyasiya məhkəməsi iclasında malların onlar tərəfindən alınması ilə bağlı problem olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən hazırki tələbi iddia ərizəsində göstərilən müqavilələr üzrə ödənilməyən hissənin cavabdeh tərəfindən iddiaçıya ödənilməsidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
24. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, təqdim edilmiş sübutların gec təqdim edilməsinin səbəbi tərəflərindən həmin sübitların gec əldə edilməsidir.
25. İddiaçı məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş lakin nümayəndəsi və vəkili ünvanladığı ərizədə səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edib.
26. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
27. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. -398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
28. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; - 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
29. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
Apellyasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Kollegiya ilk növbədə qeyd edir ki, iş üzrə İddiaçı Türkiyədə təsis edilmiş və fəaliyyət göstərilən hüquqi şəxs olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir. Odur ki, məhkəmə tərəfindən ilk növbədə AR məhkəmələrinin mübahisəyə baxmaqda səlahiyyətli olub-olmaması və mübahisəyə hansı dövlətin maddi hüquq normalarının tətbiq edilməli olması müəyyən edilməlidir.
35. Göstərilən məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, hazırkı iddia Azərbaycan hüquqi şəxsi Cavabdeh MMC ilə Türkiyə Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olan İddiaçı arasında bağlanılmış alqı-satqı müqavilələrindən irəli gələn tələbdir. Həmin müqavilələrdə tərəflər müqavilələrdən irəli gələn mübahisələrin AR Məhkəmələrində həll edilməli olması və müqavilədən irəli gələn münasibətlərə AR qanunvericiliyinin tətbiq edilməli olması barədə razılaşmışlar. Odur ki, MPM-in 450.1-ci maddəsinə əsasən AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir və həmin mübahisəyə AR qanunvericiliyi tətbiq edilməlidir.
36. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli İBC/17 nömrəli; xx.xx.2023-cü il tarixli İBC/19 nömrəli; xx.xx.2023-cü il tarixli İBC/20 nömrəli; xx.xx.2024-cü tarixli İBC/01.24 nömrəli; xx.xx.2024-cü il tarixli İBC/02.24 nömrəli; xx.xx.2024-cü il tarixli İBC/05.24 nömrəli; xx.xx.2024-cü il tarixli İBC/08.24 nömrəli; xx.xx.2024-cü il tarixli İBC009/24 nömrəli; xx.xx.2024-cü il tarixli İBC-27/06.24 nömrəli alqı-satqı müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı həmin müqavilələr üzrə tərəfindən cavabdehə razılaşdırılmış dəyərdə mallar təqdim edilsə də, təqdim edilmiş malların dəyərinin cavabdeh tərəfindən tam ödənilmədiyini, nəticədə cavabdehin iddiaçıya 656.772,88 ABŞ dolları məbləğində borcunun yarandığını əsas göstərməklə həmin borcun cavabdehdən tutulmasını tələb edir.
37. Göründüyü kimi hazırkı halda iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.
38. Kollegiya ilk növbədə qeyd edir ki, mübahisəli müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə həmin müqavilələrdə razılaşdırılmış miqdarda və dəyərdə malların təqdim edilməsi və həmin malların dəyərinin iddiaçıya tam şəkildə ödənilməməsi tərəflərin izahatları, gömrük bəyannamələri, broker şirkəti ilə bağlanmış müqavilə və həmin şirkətin nümayəndəsinin məhkəməyə verdiyi izahatı və cavabdehin auditor rəyi ilə öz təsdiqini tapır.
39. Mübahisəli müqavilələr üzrə cavabdehin borcunun məbləğinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı mübahisəli müqavilələr üzrə cavabdehin borcunun 656.772,88 ABŞ dolları məbləğində olduğunu iddia etdiyi halda cavabdeh tərəfindən təqdim edilmiş audit rəyində mübahisəli müqavilələr üzrə iddiaçıya borcun 650.909,68 ABŞ dolları məbləğində olması göstərilmişdir. Auditor rəyini və iddia ərizəsini müqayisə təhlil etdikdə belə qənaətə gəlinir ki, iddiaçı tərəfindən tələb edilən borc məbləği ilə cavabdeh tərəfindən təqdim edilmiş audit rəyində əks olunmuş borc məbləği arasındakı fərq İBC/27.06.24 saylı müqavilə üzrə təqdim edilmiş malların dəyəri və İBC/20 saylı müqavilə üzrə borc məbləği ilə bağlı yaranmışdır. Belə ki, sözügedən audit rəyində İBC/27.06.24 saylı müqavilə üzrə təqdim edilmiş malların dəyəri 40.069 ABŞ dolları məbləğində göstərildiyi halda müqavilənin şərtlərinə və xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən həmin müqavilə üzrə təqdim edilmiş malların dəyərinin 49069 ABŞ dolları təşkil etməsi müəyyən edilir. İBC/20 saylı müqavilə üzrə borca gəldikdə audit rəyində həmin müqavilə üzrə borc iddia ərizəsində tələb edilən məbləğdən (97941,00 ABŞ dolları) də artıq məbləğdə- 101.077 ABŞ dolları olduğu göstərilmişdir.
40. Beləliklə, İBC/27.06.24 saylı müqavilə üzrə təqdim edilmiş malların dəyərinin 49069 ABŞ dolları təşkil etməsinin iş materialları ilə öz təsdiqini tapdığını, həmin müqavilə üzrə cavabdeh tərəfindən hər hansı ödənişin edilməməsini təsdiq edən sübutların təqdim edilmədiyini, digər müqavilələr üzrə tələb edilən borc məbləğlərinin əsaslılığının isə cavabdeh tərəfindən mübahisələndiirilmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, mübahisəli müqavilələr üzrə cavabdehin iddiaçıya 656.772,88 ABŞ dolları təşkil etməsi işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir.
41. Digər tərəfdən mübahisəli müqavilələr üzrə iddiaçıya borcu mövcud olsa da, digər alqı-satqı müqavilələri üzrə artıq ödəmənin mövcud olması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya vurğulayır ki, hazırkı iddia tələbi yuxarıda göstərilən 9 müqavilə üzrə təqdim edilmiş mallara görə borcun tutulmasından ibarətdir. Kollegiya qeyd edir ki, birincisi, tərəflər arasında bağlanmış digər alqı-satqı müqavilələri üzrə iddiaçının artıq ödəməsinin mövcudluğu ehtimal edilsə belə göstərilən hal cavabdehi mübahisəli müqavilələr üzrə borcu ödəmək öhdəliyindən azad etmir. İkincisi, hazırkı iddia icraatı çərçivəsində cavabdeh tərəfindən digər alqı-satqı müqavilələri üzrə artıq ödəmənin qaytarılması ilə bağlı qarşılıqlı tələb irəli sürülmədiyindən artıq ödəmənin mövcud olubolmaması hazırkı iş üzrə araşdırma predmetinə daxil deyildir.
42. İddiaçının direktoru Hüseyn İşbilirin cavabdehin direktoru ilə şərik olması, tərəflər arasında münasibətlərin birgə fəaliyyətlə bağlı olması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, tərəflər arasında birgə fəaliyyətə dair hər hansı müqavilənin mövcudluğu, cavabdeh şirkətin iddiaçı şirkətin direktoru tərəfindən yaradılması, cavabdeh şirkətin gəlirlərinin iddiaçı və cavabdeh şirkətin rəhbərləri arasında bölünməsi, istinad olunan alqı-satqı müqavilələri üzrə alınan malları məhz cavabdeh şirkətin direktoru tərəfindən satılması iş materiallarına əsasən öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən təqdim edilən yazışmalar, foto-şəkillər, şahidlərin verdiyi ifadələr və s. bu faktın təsdiq edilməsi üçün yetərli və mötəbər sübutlar kimi qiymətləndirilə bilməz.
43. Belə olan halda məhkəmə kollegiyası alqı-satqı münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən təqdim edilmiş malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, 656.772,88 ABŞ dolları məbləğində borcun tutulmasına dair iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 659/2025 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov