Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-571/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı kommersiya işi Açar söz: alqı-satqı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-746/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, satıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində Cavabdeh MMC arasında beton məhsullarının alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli, 002/21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən bu müqavilə üzrə malın dəyəri mal bu müqavilənin 2.2-ci bəndinin tələblərinə müvafiq surətdə satıcı tərəfindən alıcıya təhvil verildikdən 5 (beş) iş günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd qaydada ödəniləcəkdir.
2. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 002/21 nömrəli alq-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli, 03 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş malın qiyməti (Beton DC-300, m3 – 95 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. Malların satıcı tərəfindən alıcıya təqdim edilməsi xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 688467 nömrəli ( 2503,96 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 521331 nömrəli (230,10 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 872166 nömrəli (230,10 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 993326 nömrəli (2780,08 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 230472 nömrəli ( 493,83 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 785914 nömrəli (2054,97 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 050544 nömrəli (384,09 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 275458 nömrəli (384,09 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 997190 nömrəli (1288,56 manat (ƏDV daxil), xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 995773 nömrəli (12555,20 manat (ƏDV daxil), xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 385907 nömrəli ( 3587,20 manat (ƏDV daxil), xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 557012 nömrəli (10571,03 manat (ƏDV daxil), xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 239666 nömrəli (8955,02 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 453002 nömrəli (3686,91 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 517049 nömrəli (5841 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 206656 nömrəli (13372,94 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 676766 nömrəli (12762,88 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 217464 nömrəli ( 11330,36 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 370713 nömrəli (16044,46 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 106733 nömrəli (3564,78 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 330571 nömrəli (8899,56 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 947149 nömrəli ( 1298 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 805521 nömrəli ( 7949,07 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 473623 nömrəli (2419 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 895825 nömrəli ( 4494,62 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 012300 nömrəli ( 5756,04 manat (ƏDV daxil) , xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 877192 nömrəli (885 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 365942 nömrəli (7459,96 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 639748 nömrəli ( 7105,96 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 293607 nömrəli (2070,90 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 006172 nömrəli (2915,78 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 121788 nömrəli (649 manat (ƏDV daxil),
4. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 65072,87 manat (55146,50 manat əsas və 9926,37 manat ƏDV) borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 51659,50 manat borcun 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 14 yanvar 2021-ci il tarixli, 002/21 saylı alqı-satqı müqaviləsi üzrə 51659,50 manat əsas borc, 911 manat cərimə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaqla 1247,40 manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 (dörd yüz) manat məbləğində mediasiyaya dair xərc olmaqla, cəmi 54217,90 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 14 yanvar 2021-ci il tarixli, 002/21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə cavabdehin mülkiyyətinə müxtəlif markalı beton məhsulu təhvil verilmişdir. Təhvil verilən malların dəyərinin bir hissəsi ödənilsə də, ƏDV daxil 51659,50 manat məbləğində borcu qalmışdır. Müqavilənin 3.4- cü bəndinə əsasən bu müqavilə üzrə malən dəyəri mal bu müqavilənin 2.2-ci bəndinin tələblərinə müvafiq surətdə satıcı tərəfindən alıcıya təhvil verildikdən 5 (beş) iş günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd qaydada ödəniləcək. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflərdən biri bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni malın göndərilməsi satıcı tərəfindən, ödəniş isə alıcı tərəfindən gecikdirilərsə, günahkar tərəf digər tərəfə gecikdirilən hər gün üçün sifarişin ümumi dəyərinin 0,1%-i məbləğində cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği sifarişin ümumi məbləğinin 5%-dən artıq ola bilməz.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-746/2024 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia təmin edilmişdir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
10. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiagöstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 51659,50 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında qalıq borcla bağlı üzləşmə aktı tərtib edilmiş və həmin aktda xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMCyə 65072,87 manat (55146,50 manat əsas və 9926,37 manat ƏDV) borcunun olduğu qeyd olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək aktı imzalayan şəxsin cavabdeh şirkətdə baş mühəndis vəzifəsində işlədiyini və onun belə bir sənədi imzalamaq səlahiyyətinin olmadığını bildirsə də, aktdan göründüyü kimi, akt Cavabdeh MMC-nin möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda tələb olunan borcun ödənilməsinə dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
11. Məhkəmə iddianın cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır və cavabdehdən 911 manat cərimə nəbləği tutularaq iddiaçıya ödənilməlidir.
12. Məhkəmə iddianın öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 1247,40 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən 1247,40 manat (min iki yüz qırx yeddi manat qırx qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-746/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 14 yanvar 2021-ci il tarixli, 002/21 saylı alğı-satqı müqaviləsinə görə, iddiaçı-satıcı müvafiq həcmdə betonu cavabdehə-alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Buna baxmayaraq, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş, müvafiq həcmdə malı\betonu cavabdehə təhvil verməmişdir. Lakin müqavilə üzrə hansı həcmdə mal verilmişdirsə, həmin malın dəyərini cavabdeh tam şəkildə iddiaçıya ödəmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir. Cavabdeh tərəfindən məhkəməyə vəsatət təqdim olunaraq, cavabdehin iddiaçıya münasibətdə borcunun olub-olmamasının müəyyən olunması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması xahiş edilmişdir. Lakin məhkəmə, özünun subyektiv mülahizəsinə əsaslanaraq, ekspertiza təyin etməkdən yayınmış, bu barədə əsaslandırılmış qərardad qəbul etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
16. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddə- əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddə- əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddə- öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddə- borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-746/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Cavabdeh MMC-dən 14 yanvar 2021-ci il tarixli, 002/21 saylı alqı-satqı müqaviləsi üzrə 51659,50 manat əsas borcun tutulmasını xahiş etmiş, cavabdeh üzləşmə aktını imzalamaqla xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 65072,87 manat (55146,50 manat əsas və 9926,37 manat ƏDV) borcu olduğunu təsdiq etmiş, bu borcun tam ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
20. Malların təqdim edilməsi həm üzləşmə aktı, həm də cavabdeh tərəfindən ləğv edilməmiş elektron qaimələrlə təsdiq edildiyindən iddianın təmin edilməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır.
21. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən iddiaçının təqdim etdiyi üzləşmə aktına etiraz bildirərək həmin sənədi imzalamış şəxsin baş mühəndis olduğunu bildirmiş, lakin sənədin hansı səbəbdən möhürlə təsdiq edildiyini izah edə bilməmişdir. Məhkəmə üzləşmə akrının hüquqi şəxsin möhürü ilə təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, aktın səlahiyyətsiz şəxs tərəfindən imzalandığına dair mülahizələri əsassızdır.
22. Cavabdeh borcun hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş etsə də, işdə hesablanması xüsusi bilik tələb edən sənədlər olmadığından məhkəmə düzgün olaraq vəsatəti təmin etməmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, formal mülahizələrə əsaslanan apellyasiya şikayəti mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-746/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 24.Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-yə apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-746/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.