Məhkəmə qərarları › İş №2-2(103)-572/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-572/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-572/2023 07.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Elşən Cələddin oğlu Kazımov ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-635/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 193685 manat əsas borcun, 187170 manat dəbbə məbləğinin, ödənilmiş mediasiya xərci 400 manatın, dövlət rüsumu 271 manatın, cəmi 381526 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-635/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 193685 manat əsas borc, 9600 manat dəbbə, mediasiya xərcinə görə 358,10 manat, cəmi 203643,1 manatın Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-635/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı MMC-nin pul tələbi barədə ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh MMC apellyasiya şikayətindən imtina etmə barədə ərizə verərək, apellyasiya şikayətindən imtina edilməsi və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 369.2, 369.3, 369.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, Cavabdeh MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 369, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-635/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar