Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-573/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 30 mart 2023-cü il tarixli e-2-2(113)-889/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mahiyyəti ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixli 81B saylı müqavilə bağlanmışdır. İddiaçı elektron qaimə-fakturalara, nəqliyyat qaimələrinə və cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərə istinad edərək iddia tələbinin təmin edilməsini xahiş edir.
2. Cavabdeh isə tərəflər arasında həm 2021-ci ildə, həm də 2022-ci ildə alqı-satqı müqavilələrinin bağlandığını, 2022-ci il tarixli müqavilə üzrə onlara heç bir mal təhvil verilmədiyini, ödənişlərin isə 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə olduğunu bildirir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 64766 manat məbləğində əsas borcun və ödənilmiş 420 manat məbləğdə dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 81B saylı 11 yanvar 2022-ci il tarixli sement məhsullarının alqı-satqı müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı sement məhsullarını razılaşdırılmış vaxtda cavabdehə satmağı öhdəsinə götürmüşdür. Cavabdeh isə aldığı məhsulun dəyərini iddiaçıya vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh aldığı məhsulun dəyərini ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərildikdən sonra cavabdeh borcundan 2700 manat ödəniş etmişdir. Cavabdehin hal-hazıradək iddiaçıya ödənilməmiş 64766 manat məbləğində borcu qalmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-889/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdehndən 64766 manat məbləğində əsas borc və ödənilmiş 420 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-889/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı “yük nəqliyyat qaimələri” əsasında bütün hallarda sementi cavabdehə təhvil verir və buna dair qaimə bütün hallarda imza və möhürlə təsdiq olunmalıdır. Eyni zamanda müqavilənin 4-cü bəndinə görə əgər Cavabdeh şirkəti tərəfindən iddiaçıya əvvəl təqdim etdiyi malın dəyəri 30 gün müddətində bank hesabına ödənilməmişdisə, nəyə görə növbəti malların təqdim edilməsi aydın deyildir və s.
8. İddiaçı e-məhkəmə sistemində şəxsi kabinet vasitəsilə 2022-ci il dövrü üçün 07 ədəd “nəqliyyat qaiməsi”ni yerləşdirib. Bu qaimələrdə göstərilir: Məsələn, xx.xx.2022-ci il qaimə əsasında "xxxx"dən mal götürülür və xx.xx.2022-ci ildə çatdırma tarixi göstərilir. Daha sonra müştəri İddiaçı MMC, yükü təhvil alan Cavabdeh UİKŞ göstərilir. Qaimələrin aşağı hissəsində qapançı dispetçer, sürücünün ad və soyadı göstərilir. Lakin müştəri (alan tərəf) Cavabdeh şirkəti tərəfindən bu yükü qəbul etmə açıqdır (imza, soyad, möhür və s. heçnə yoxdur). Yükün Cavabdeh şirkətinə təhvil verilməsi faktı yoxdur.
9. Müqavilə şərtlərinə görə İddiaçı MMC əgər yükü Masallıda zavoda aparıb malı təhvil vermişdirsə, onda malı qəbul edən nümayəndənin ən azından imzası sənəddə əks olunmalı idi. Digər tərəfdən həmin yük "xxxx" tərəfindən daşıyıcı şirkətin sürücüsünə təhvil verilməsi barədə sənəddə "xxxx" Holcim (Azərbaycan) ASC qeyd olunmalı idi. Çünki müqavilənin 4.7-ci bəndinin şərtləri bunu məcburi tələb kimi müəyyən edib. İddiaçı tərəfdən şəxsi kabinet vasitəsilə təqdim edilmiş digər 14 ədəd “Nəqliyyat qaimələr” bu yüklərin Cavabdeh şirkətinə - nümayəndələrinə təhvil verilməsi mövcud deyildir. Bu qaimələrdə də müştəri olaraq malı qəbul etmə açıqdır. Eyni zamanda bu nəqliyyat qaimələrdə verilmə tarixləri ilə malın zavoddan getmə (yükləmə, çatdırma vaxtı, yükləmə vaxtı və s.) vaxtları (il və gün olaraq) tamamilə fərqlidir. Bu qaimələrdə də qaimənin aşağı hissəsində yükü "xxxx" ASC-dən qəbuledən daşıyıcı (iddiaçı) bu yükü müştəri olaraq Cavabdeh şirkətinə onun nümayəndəsinə təhvil vermə açıqdır. Çünki iddiaçı tərəfindən bu qaimələr üzrə yüklər Cavabdeh şirkətinə təhvil verilməmişdir.
10. 2021-ci il üçün təqdim olunmuş 14 ədəd nəqliyyat qaimələrin 12 ədədində qaimənin tərtib olunma tarixi 2023-cü il, yükün göndərilmə tarixləri (daxilolma vaxtı, getdiyi və s.) 2021-ci il göstərilir, müştəri olaraq Cavabdeh şirkətinin malın qəbulu barədə qeydin olmaması onu göstərir ki, bu qaimələrin iddiaçı tərəfdən hansı formada tərtib edilməsi qeyri-müəyyən olmaqla yanaşı, yüklər Cavabdehyə müştəri olaraq təhvil verilməmişdir. Odur ki, yük nəqliyyat qaimələrinin əslləri malı təhvil verən tərəfdə saxlanıldığı üçün, həmçinin iddiaçı iddia edir ki, təqdim etdiyi mallara görə onlara borc yaranıb, onda bu sübutu məhkəməyə təqdim etmək iddiaçının üzərində qalır. Nəzərə alınmalıdır ki, qaimələr ayrı-ayrı illər üzrə, ayrı-ayrı aylarda malın təhvil verildiyi iddia edilirsə və müqavilənin 3-cü bəndinə görə təqdim olunmuş malın dəyəri 30 gün müddətində bank hesabına ödənilməli olduğundan, iddiaçının belə bir sənədləşmə aparması və yol nəqliyyat qaimələrinin təqdim edilməməsi və aid olmayan nəqliyyat qaimələrinin təqdim edilməsi düzgün deyildir.
11. Cavabdeh şirkətinə “yol nəqliyyat qaimələri” əsasında 2021-ci ildə cəmi 32032 manatlıq mal təqdim olunub, onun dəyərinin 17032,39 manat və ƏDV xx.xx.2021-ci ildə ödənilib. Həmin təşkilata Cavabdeh şirkəti tərəfindən (2021-ci il tarixli müqavilə üzrə) cəmi ödənilməli olan borc məbləği 15000 manat təşkil edir. Bu səbəbdən Cavabdeh şirkəti VÖEN kargüzarlıq vasitəsilə iddiaçıya müraciət edərək borc məbləğini sənədlər əsasında müzakirə etməyi iddiaçıya təklif etmişdir. Məhkəmə nəzərə almalıdır ki, 2022-ci ildə iddiaçı cavabdehə sement təqdim etməyib. Göndərdiyi e-qaimələr tam əsassızdır.”
12. Məhkəmə mübahisəli məsələyə baxarkən müəyyən etməli idi ki, müqavilə üzrə öhdəlik əsasında iddiaçı öz üzərinə düşən müqavilə öhdəliklərini icra etmişdir, ya yox?! Tərəflər arasında mübahisənin hüquqi əsası kimi xx.xx.2022-ci il tarixli 81B saylı müqavilənin şərtləri olduğu üçün, bu müqavilə şərtlərinə uyğun olaraq iddiaçı müqavilədə göstərilən malları istehsalçı müəssisədən götürdükdən sonra, cavabdeh (yükü alan) Cavabdeh UİKŞ-nin Masallı rayonunda yerləşən zavoduna təhvil vermişdirmi?! Əgər iddiaçı qeyd oluna yükləri müştəri (yükü alan) olaraq Cavabdeh UİKŞ-nin Masallı rayonu ərazisində yerləşən beton zavodunun ərazisinə daxil olub – yükləri təhvil veribsə, onda iddiaçının məhkəməyə elektron qaydada təqdim etdiyi 22 ədəd “Nəqliyyat qaiməsinin” heç olmasa birində malı qəbul edən müştərinin nümayəndəsinin malın qəbuluna dair möhürü, imzası, adı, soyadı və s. məlumatlar niyə yoxdur?
13. Təqdim olunmuş 22 ədəd “Nəqliyyat qaimələri”nin hər birinin tərtib olunma tarixləri və müştəri (yəni Cavabdehşirkəti) tərəfindən yükün qəbul edilməsinə dair imza və möhürün olmaması, habelə yükün “yükləmə məntəqəsindən” götürülmə tarixləri, müştəriyə çatdırılma və illər baxımından başqa il kimi qaimələrdə tarixlərin göstərilməsi və sair müqavilə şərtlərinə, işgüzar qaydalara və qanunazidd hallar var.
14. Sıra ardıcıllığı ilə qeyd olunan 8 ədəd “Nəqliyyat qaiməsi”nin tərtib olunma tarixləri üzrə 6 ədədi 2022-ci ilə aiddir, digər 2 ədədi isə 2021-ci ilə aiddir. İddianın hüquqi əsası kimi, xx.xx.2022-ci il tarixli 81B saylı müqavilə üzrə borc tələbi olduğundan, iddiaçının 2021-ci il dövrü üçün 2022-ci il tarixdə qaimə təqdim etməsi səhvdir. Məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyi üçün, iddiaçı 2022-ci il tarixli müqavilə üzrə tələb irəli sürdüyü üçün, 2021-ci il dövrü ilə əlaqədar iddia tələbi olmadığı üçün qətnamə qanunsuzdur.
15. Bu faktı 1-ci instansiya məhkəməsində də açıq şəkildə qeyd etmələrinə baxmayaraq, iddiaçının bu açıq formada saxta tərtib olunmuş və məhkəmə vasitəsilə istifadə etdikləri hüquqa zidd əmələ qiymət verilməmişdir.
16. İddiaçının məhkəməyə təqdim etdiyi 14 ədəd “Yol nəqliyyat qaimələri”ndə qeyd olunan sementin zavodda maşına yükləndikdən 1 il sonra, ən yaxşı halda, 3 ay sonra guya Cavabdeh şirkətinə təqdim olunma kimi görüntü yaradılması və bu qaimələrdə yükün qəbuluna dair qeydin olmaması, bu qaimələrin hansı şəraitdə tərtib olunması qeyrimüəyyəndir. Məhkəmə Kollegiyası eyni zamanda nəzərə almalıdır ki, iddiaçının istinad etdiyi sübut növündən biri hesab etdiyi “e-qaimələr” əsasında Cavabdeh şirkətindən (2022-ci il tarixli müqavilə üzrə olan tələb kimi) ƏDV-siz, cəmi 32694,06 manat pul tələb edir, lakin iddia tələbi 67466 manat olmuşdur. Bu sənədlər və iddia tələbi arasında ziddiyyətə məhkəmə aydınlıq gətirilməmişdir.
17. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının təqdim etdiyi 22 ədəd nəqliyyat qaimələrində cavabdehin yükü qəbul etməsinə dair heç bir təsdiq olmadan, habelə iddia tələbi məbləğilə e-qaimə üzrə tələb edilən məbləğlər arasında ziddiyyəti nəzərə almadan, AR KM-nin e-qaimələr ilə əlaqədar aşağıdakı hüquqi mövqeyini nəzərə almamış, nəticədə qanuna və müqaviləyə zidd qətnamə qəbul edilmişdir. “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
18. Məhkəmənin e-qaimə ilə əlaqədar NK-nin qərarına istinad etməsi həm KM-nin hüquqi mövqeyinə ziddir, həm də nəzərə alınmalıdır ki, iddiaçı tərəf yükü cavabdehə təqdim etməsi barədə müqavilədə nəzərdə tutulmuş qaydada heç bir rəsmiləşmə olmadan, yəni təqdim etmə olmadan şirkətə e-qaimə göndərməklə, şirkəti özünə borcu göstərir. Şirkətin mühasibatlığı vergi kargüzarlığına zamanında baxmadığı üçün, sistem eqaimələri təsdiq edir. Nəzərə alınmalıdır ki, iddiaçı görmədiyi iş üçün digər hüquqi şəxsə (cavabdehə) e-qaimə göndərməkdən əlavə KM-nin yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən məhkəməyə digər sübutlar təqdim etməsi zəruridir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında sement məhsullarının alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı sement məhsullarını cavabdehə satmışdır. Məhsulların alqı-satqısına dair cavabdehə həm elektron qaimələr, həm də nəqliyyat qaimələri verilmişdir. Lakin cavabdehin alqı-satqı müqaviləsi əsasında 64766 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Borcun olması barədə cavabdehə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərində elektron məktublar göndərilmişdir. Cavabdeh borcunun olmasını xx.xx.2022-ci il tarixdə iddiaçıya göndərdiyi elektron məktubda etiraf etmişdir. Bütün əməliyyatlar və yazışmalar vergi kargüzarlığı qaydasında elektron aparılmışdır.
20. Cavabdehə malların verilməsi barədə elektron qaimələr göndərilsə də cavabdeh “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 nömrəli qərarının 2.2.10, 2.2.2, 2.2.3, 2.2.6, 2.2.9, 2.2.10-cu bəndlərində göstərilənlərə uyğun olaraq vergi kargüzarlığı qaydasında göndərilən elektron qaimələrə hesabat dövrü ərzində heç bir etiraz bildirməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəfin təqdim etdiyi yük qaimələri ilə nəqliyyat qaimələri eyni sənəddir, çünki avtomobilin nömrəsi, yükün çəkisi, müqavilənin nömrəsi hər şey eynidir. Nəqliyyat qaimələri birinci instansiya məhkəməsinə təqdim olunmuş, yük nəqliyyat qaimələri isə apellyasiya baxışı zamanı təqdim edilmişdir. Bu qəbuledilməz haldır. Nəqliyyat qaimələrinə nəzər yetirilsə görünür ki, tərtib olunma tarixi ilə göndərilmə tarixləri fərqlidir. Məsələn xx.xx.2021-ci il tarixdə tərtib olunsa da, 14 fevral 2023-cü ildə göndərilmişdir qeyd olunub. Həmin yük nəqliyyat qaimələrinin 8 ədədi bu şəkildədir. Bizim müəssisə tərəfindən yalnız 2 elektron qaimə qəbul edilmişdir, səbəbi isə onlarda 2021-ci il tarix qeyd olunması idi, lakin digər 20 ədəd elektron qaimələri elektron sistem avtomatik qəbul etmişdir. İddiaçı tərəfə 2021-ci il müqaviləsi üzrə 15.000 manat borcları olduğunu yazılı şəkildə etiraf etmişlər. Nəqliyyat qaimələrinin heç birində imza yoxdur, yük qaimələrində isə var, ancaq o imzaların onların əməkdaşlarına məxsus olması şübhə doğurur, hər birində imzalar fərqli-fərqlidir. Apellyasiya şikayətində də qeyd etdiyi kimi, onların müəssisəsi 2022-ci il müqaviləsi üzrə iddiaçı tərəfdən heç bir mal almamış, heç bir ödəniş həyata keçirməmişdir. 2022-ci ilin noyabr ayında olan 2700 manat ödənişlə bağlı qeyd edir ki, onların 2021-ci il müqaviləsi üzrə 15000 manat ödənilməmiş borcları var və onun ƏDV-si 2700 manat edir, onu ödəmişlər. Buna dair zəruri sübutu iş materiallarına birinci instansiya məhkəməsinin icraatında olarkən təqdim edilmişdir. İddiaçı MMC-yə ünvanlanmış məktuba əsasən “şirkətin əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə ünvanlanmış məktubda borc məbləği barədə yazılanlar texniki səhv olmuşdur. Sement “yük nəqliyyat qaiməsi” əsasında təqdim edilməli olduğundan, yüklərin elektron qaydada qəbulu barədə aralarında heç bir fəaliyyət mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, MMC-nin rəsmi işçilərini dəvət edərək, “yük nəqliyyat qaimələri” əsasında məsələni hər iki tərəfin nümayəndələrinin iştirakı ilə araşdırmaqla, “üzləşmə aktı” tərtib etməklə məsələni obyektiv qaydada rəsmi sənədlər əsasında müzakirə etməyi Sizə təklif edirəm” qeyd olunmuşdur.
22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən 2022-ci il üçün 2700 manat ödəniş edilmişdir. Çeki iş materiallarına əlavə etmişlər. 2021-ci il müqaviləsi üzrə 15.000 manat borcu olduğunu cavabdeh tərəf özü yazılı şəkildə etiraf etmişdir. Onların müəssisəsi ilə cavabdeh arasında ümumilikdə 22 ədəd müqavilə var, onlardan 14 ədədi 2021-ci ilə aiddir, 8 ədədi isə 2022-ci ilə aiddir. Nəqliyyat qaimələri Holcim (Azərbaycan) ASC ilə onlar arasında bağlanan müqavilə əsasında malların onlara təqdim edilməsinə dairdir. Yük qaimələrini isə onlar cavabdeh tərəfə təqdim eləmişlər. Müqavilə şərtlərində konkret qeyd olunmamışdır ki, onu cavabdeh şəxs imzalamalıdır. Elektron qaimələri cavabdeh tərəf qəbul etmişdir, 5 gün ərzində heç bir etiraz etməmişdir. Onlarla cavabdeh tərəf arasında işgüzar münasibətlər olmuşdur. Bu səbəbdən 2021-ci il müqaviləsi üzrə ödənilməmiş borc olduğu halda 2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmçinin, cavabdeh tərəf onlara hər zaman bildirirdi ki, Müdafiə Nazirliyi ilə bağlanmış müqaviləsi üzrə 800.000 manat alacaqları var, onu alan kimi ödəniş edəcəklər. Bundan əlavə 2022-ci il üzrə 8 ədəd elektron qaimə göndərmişlər, hər biri təhvil alınmış, birinə də qarşı tərəf etiraz etməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
30. Həmin qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
31. 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
32. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
37. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
38. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.
44. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi tərəflər arasında iki alqı-satqı müqaviləsi olmuşdur. Birinci müqavilə xx.xx.2021-ci il tarixli, ikinci müqavilə isə hazırda mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli 81B saylı alqı-satqı müqaviləsi.
45. İddiaçı tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 81B saylı müqavilə üzrə cavabdehdən 64766 manat pulun tutulmasını xahiş edir. İddia tələbini belə əsaslandırır ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış, nəqliyyat qaimələrinə əsasən mallar cavabdehə təhvil verilmiş və elektron qaimə-fakturalar göndərilmiş, cavabdeh tərəfindən həmin qaimə-fakturalar heç bir etiraz edilmədən qəbul edilmiş, ödənişlərin bir qismi həyata keçirilmişdir. Həmçinin cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda 67466 manat borcunun olduğunu etiraf etmişdir.
46. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, tərəflər arasında həqiqətən xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli 81B saylı alqı-satqı müqavilələri imzalanmış, lakin cavabdehə yalnız 2021-ci il tarixli müqavilə üzrə mal təhvil verilmiş, 2022-ci il tarixli, yəni hazırkı mübahisə predmeti olan alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən onlara hər hansı mal təhvil verilməmişdir. Etirazını belə əsaslandırır ki, heç bir nəqliyyat qaiməsində onlar tərəfdən imza və möhür yoxdur, nəqliyyat qaimələrinin bir hissəsinin tərtib edilmə tarixi 2023-cü il olsa da, yüklərin çatdırılması tarixi 2021-ci il qeyd olunmuşdur. 2022-ci ilə aid olan nəqliyyat qaimələri isə borcun olmasını təsdiq etmir. Ödənişlər 2021-ci il tarixli müqavilə üzrə həyata keçirilmişdir. Borcun etiraf olunması barədə məktub isə texniki səhvdir.
47. Hazırda müqbahisənin predmetini xx.xx.2022-ci il tarixli 81B saylı alqı-satqı müqaviləsi təşkil etdiyindən, məhkəmə kollegiyası həmin müqavilənin şərtlərinə nəzər yetirilməsini zəruri hesab edir.
48. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 81B saylı alqı-satqı müqaviləsindən görünür ki, hazırkı müqavilə əsasında satıcı 3cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.
49. Müqavilənin 3.1-ci bəndinə əsasən mal və qiymətlər malın qəbul məntəqəsi ünvanları qeyd olunmaqla müqaviləyə aid olan əlavələrdə göstərilir.
50. Müqavilənin 3.1.2-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini 30 gün ərzində satıcının bank hesabına (X5 ƏDV depozit hesabına) ödəmə yolu ilə həyata keçirilir.
51. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı sifariş etdiyi malı iş saatları daxilində hər bir zaman qəbul edir, Yük Nəqliyyat qaiməsinə standart pöhür vurur və imzası ilə təsdiq edir. X2 satıcının tərəzilərinin göstəriciləri əsas göstəricilər olaraq götürülür.
52. Müqavilənin 4.7-ci bəndinə əsasən alınan mal satıcının zavodunun ərazisində təhvil verilirsə alıcı yük nəqliyyat qaimələrinin sürücü və ya alıcının müəyyən etmiş digər şəxs tərəfindən alıcının adından imzalanmasına (hüquqi şəxs olduğu təqdirdə imzalanmasına və möhürlənməsinə) razılıq verir.
53. xx.xx.2022-ci il tarixdə bağlanmış 81B saylı müqaviləyə xx.xx.2022-ci il tarixli “Qiymət əlavəsi”ndən görünür ki, tərəflər “X6 – 42.5 Ekspert” məhsulunun 1 tonunun qiymətini ƏDV xaric 133 manata, ƏDV daxil 156,94 manata razılaşmışlar.
54. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş 22 ədəd elektron qaimə fakturaya əsasən ümumi məbləğ ƏDV daxil 96636,34 manat təşkil edir. Məhkəmə də məhz həmin məbləğdən cavabdeh tərəfindən ümumi ödənilmiş məbləğ olan 31866,51 manatı çıxmaqla yerdə qalan məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olması qənaətinə gəlmişdir.
55. Həmin ödəniş sənədinə nəzər yetirdikdə müəyyən edilir ki, əsas məbləğ olaraq iki dəfə, xx.xx.2021-ci il tarixdə 7685 manat, xx.xx.2021-ci il tarixdə isə 17032,39 manat, ümumilikdə 24717,39 manat ödəniş həyata keçirilmişdir. Həmin sənədin ödənişin təyinatı qrafasında ödənişlərin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən sement alınması üçün həyata keçirildiyi qeyd edilir.
56. Digər ödənilmiş məbləğlər isə ƏDV məbləğləridir. Belə ki, 2021-ci ildə xx.xx.2021-ci il tarixdə 1383,3 manat, xx.xx.2021-ci il tarixdə 1565,82 manat, xx.xx.2021-ci il tarixdə isə 1500 manat, ümumilikdə 4499,13 manat ƏDV məbləği ödənilmişdir ki, həmin ƏDV məbləği yuxarıda qeyd etdiyimiz 24717,39 manat ödənişin ƏDV məbləğidir (24717,39 x 18% / 100 = 4449,13).
57. Həmin ödəniş sənədindən görünür ki, 2022-ci ildə cavabdeh tərəfindən yalnız bir dəfə, xx.xx.2022-ci il tarixdə 2700 manat ƏDV məbləği ödənilmişdir ki, cavabdeh həmin ödənişin tərəflər arasında bağlanmış 2021-ci il tarixli müqavilə üzrə qalıq borc olan 15000 manatın X5 olduğunu bildirmişdir (15000x18%/100=2700).
58. Təqdim edilmiş elektron qaimə-fakturala nəzər yetirdikdə isə müəyyən edilir ki, həmin qaimələrin səkkizi 2022-ci ilə aiddir və həmin qaimələr üzrə ümumi məbləğ 38581,99 manat təşkil edir. Qalan 14 elektron qaimə-fakturalar 2021-ci ilə aiddir və ümumi ödənilməli məbləğ 58054,35 manat təşkil edir.
59. İddiaçının əsas sübutlarından olan nəqliyyat qaimələrinə nəzər yetirdikdə isə müəyyən olunur ki, həmin qaimələrin on dördündə məhsulun çatdırılma tarixi 2021-ci il, səkkizində isə 2022-ci il qeyd edilmişdir. Bundan başqa nəqliyyat qaimələrinin 13-də tərtib olunma tarixi 2023-cü il olsa da məhsulun çatdırılma tarixi kimi 2021-ci il qeyd edilmiş, həmin qaimələrdə müqavilənin 4.7-ci bəndinə uyğun olaraq cavabdehin imza və möhürü mövcud deyil.
60. Birinci instansiya məhkəməsi hazırkı mübahisənin predmetini təşkil edən müqavilənin imzalandığı ildən əvvəlki ilə aid olan elektron qaimə-fakturalarla müəyyən edilən məbləğdən, yenə 2021-ci ilə aid olan ödənişləri çıxmaqla, cavabdeh tərəfindən imzalanmamış və möhür vurulmamış nəqliyyat qaimələrinə istinad etməklə iddia tələbinin təmin edilməsi barədə yanlış nəticəyə gəlmişdir.
61. Elektron qaimə-fakturaların malların təhvil verilməsini təsdiq edən sübut qismində istifadə edilməsinə münasibətdə isə kollegiya qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi elektron qaimə-fakturalar digər sübutlarla birlikdə qiymətləndirildiyi təqdirdə malların verilməsini, işlərin görülməsini təsdiq edə bilər.
63. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubla 67466,83 manat borcun olması barədə etirafına münasibətdə kollegiya qeyd edir ki, iddiaçının iddia tələbinin əsaslı olması digər sübutlarla öz təsdini tapmadığından, həmin məktub özlüyündə iddia tələbinin təmin edilməsi üçün yetərli deyil.
64. Kollegiya qeyd edir ki, hazıkı iş üzrə apellyasiya icraatı zamanı təqdim olunmuş sənədlər mülki prosesual qanunvericiliyin 372.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən məhkəmə kollegiyası tərəfindən sübut qismində qəbul edilməmişdir.
65. Belə ki, iddiaçı tərəfindən apellyasiya baxışı zamanı alıcı qrafasında imza olan yük nəqliyyat qaimələri təqdim edilmişdir. Həmin sənədlərə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda da göstərildiyi kimi həmin sənədlər apellyasiya baxışında veridiyi üçün sübut qisminə qəbul edilə bilməz. Sübut qismində qəbul edilsə belə yuxarıda 59-cu bənddə qeyd edilən qüsurlar yol nəqliyyat qaimələrində də mövcuddur. Həmçinin müştəri qrafasındakı imzaların qarşısında ad soyad qeyd edilməyib. Habelə həmin yük nəqliyyat qaimələrinə cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq möhür vurulmamışdır.
66. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
67. Kollegiya qeyd edir ki, iddia təmin edilmədiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
68. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-889/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-889/2023 saylı qətnaməsi ləgv edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Mirzə Tağızadə