Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-577/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi (vəkili) Vəkil Sücaət oğlunun iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-593/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) müəyyən e t d i: İ. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətə görə borc kimi 17.605,60 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləği kimi 2000 manatın, hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 faizi həcmində cərimə kimi 300 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ümumilikdə 19.935,60 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddianın əsaslarına görə tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə məxsus avtonəqliyyat vasitələrinə sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Həmin müqavilənin: 4.1-ci maddəsinə əsasən, cavabdeh ödənişləri iddiaçının təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir; 4.2-ci maddəsinə əsasən “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesabfaktura təqdim edildikdən 5 iş günündən gec olmayaraq aparmalıdır. Cavabdehə məxsus **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə göstərilmiş xidmətlərin dəyəri ödənilməmiş, ümumilikdə 17.605,60 manat məbləğində borcu yaranmışdır. xx.xx.2019-cu il tarixdə məktubla ona xəbərdarlıq məktubu ünvanlansa da heç bir ödəniş olunmamışdır. Müqavilənin 5.4-cü maddəsinə əsasən, “Sifarişçi” təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 faizi həcmində cərimə ödəyir. İddiaçı tələb edir ki, həmin 17.605,60 manat məbləğində borc, eləcə ğdə xx.xx.2017-ci il tarixindən yaranmış həmin borcun indiyədək ödənilmədiyindən, gecikdirilmiş vaxt üçün illik beş faiz kimi 2000 manat faiz, habelə, hər gecikdirmə gününə sifariş məbləğinin 0,5 faizi həcmində hesablanmış 300 manat məbləğində cərimə cavabdehdən onun xeyrinə tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(82)-593/2020 saylı xx.xx.2020-ci il tarixli ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28/C saylı “avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair” müqavilə üzrə göstərilmiş xidmətə görə: - 8614,04 manat borc, gecikdirilmiş vaxt üçün illik beş faiz 2000 manat, cərimə 300 manat, cəmi 10914,04 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun 16,44 manat məbləğinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan 13,56 manat məbləğin İddiaçı MMC-yə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilərək iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. İddia tələbi üzrə gəlinən nəticə obyektiv olmamış, maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırmamış və iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş hesab faktura, e-qaimə və təmir kartlarına nəzər saldıqda cavabdehə xidmətlərin göstərilməsini təkzib edən hər hansı hal müəyyən edilməmişdir. Qətnamə ilə müqavilə üzrə göstərilmiş xidmətə görə yaranmış 8.614,04 manat borc məbləği məhz hansı xidmətlərə görə yaranmış borc olduğu müəyyən edilməmiş, hansı səbəbdən İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyərinin təxminən yarıya salındığı əsaslandırılmamışdır. Belə ki, Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kimi “X1” MMC-nin xx xxxx 2020-ci il tarixli ƏEM/M47- 162/20 saylı mütəxəssis rəyi və “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxx 2018-ci il tarixli 1390 saylı təmir kartı sübut növü kimi qəbul edilə bilməz. Həmin mütəxəssis rəyi ilə avtomobildə görülmüş işlərin həcmi müəyyən edə bilməz. Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli qərardadla iş üzrə məhkəmə texniki ekspertizası təyin edildikdə və müvafiq rəyin alınması üçün Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən bu barədə rəy verilməsi mümkün olmadı. Mütəxəssis dəyişdirilmiş ehtiyyat hissələrinin orta bazar qiymətini yalnız İddiaçı MMC-dən öyrənə bilərdi. Çünki Azərbaycan Respublikasında “Volkswagen AG”-nin yeganə rəsmi nümayəndəsi məhz İddiaçı MMC-dir. Həmin rəydə istinad edilən satış obyektlərində isə ehtiyyat hissələrinin orijinal olub-olmamağı qeyrimüəyyəndir və bunu “X1” MMC müəyyən edə bilməz. “xxxx” MMC tərəfindən tərtib edilmiş təmir kartının həqiqiliyi isə şübhə altına alınmalı idi. Çünki həmin təmir kartı hər hansı rəsmi sənəd funksiyası daşımadığından, eləcə də, “xxxx” MMC distribyutor kimi funksiya daşımadığından tərtib edilən sənəd üzrə görülmüş işlərin həcmini artırmaq və ya azaltmaqda sərbəstdir. Lakinİddiaçı MMC tərəfindən görülən hər bir xidmət üzrə açılan təmir kartına birbaşa “Volkswagen AG” tərəfindən nəzarət edildiyindən və elektron sistem mərkəzləşdirildiyindən burada hər hansı əlavə xərcin əsassız olaraq qeyd edilməsindən söhbət gedə bilməz. Bundan əlavə, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə göndərilən məktubla xx.xx.2018-ci il tarixdə göstərilmiş xidmətlərə görə daha yüksək məbləğin ödəniş edilməsinə təklif edilməsinə baxmayaraq,məhkəmə tərəfindən göstərilmiş xidmətə görə borc məbləği 8.614,04 manata salınması heç bir məntiqə uyğun deyildir və həmin məbləğin aşağı həddə müəyyən edilməsi ilə məhkəmə öz qərəzlimövqeyini ortaya qoymuşdur. Qətnamənin əsassızlığını sübut edən faktlardan biri də odur ki, xx.xx.2018-ci il tarixdə göstərilmiş xidmətlər üzrə Cavabdeh MMC-yə xx.xx.2018-ci il tarixdə 814295 saylı elektron qaimə göndərilərək xx.xx.2018-ci il tarixli xidmətə görə yaranmış 16.439,76 borcun ödənilməsinə dair müraciət olunmuş,Cavabdeh MMC tərəfindən vergi elektron kabinetdə borcun olduğu təsdiqlənmiş və e-qaimədə hər hansı düzəliş olunması tələbinə dair iddiaçıya heç bir müraciət olunmamışdır. İkincisi, Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitəsinə xx.xx.2018-ci il tarixindən əvvəlki (xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018) tarixlərdə də İddiaçı MMC tərəfindən texniki xidmətlər göstərilməsinə baxmayaraq, bu günədək hər hansı ödənişin olunmaması Cavabdeh MMCnin ödənişdən yayınması və ya imtina etmək niyyəti kimi qiymətləndirilə bilərdi. Digər tərəfdən cavabdeh bildirir ki, xx.xx.2018-ci il tarixlixidmətdən6 ay keçdikdən sonra “Volkswgen Amarok” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi yenidən təmir olunmuş və saz vəziyyətə gətirilmişdir. Buradan bir neçə suallar meydana çıxır: 1) Göstərilmiş xidmətlərin natamam olmağına dair rəsmi və ya şifahi müraciət etməmişlər və ümumiyyətlə avtomobil iddiaçıya məxsus xidmət mərkəzində yenidən müayinə olunması üçün servisə niyə yenidən gətirilməmişdir? 2) Necə oldu ki, avtomobili məhz 6 ay sonra yenidən təmir olundu, bu müddətdə avtomobildən istifadə olunmamışdırmı? 3) Kim təsdiq edə bilər ki, avtomobildə yaranan nasazlıqlar məhz 6 ay ərzində istifadə təlimatına uyğun istismar olunmadığına görə yaranmayıb? 4) Əgər xidmətlərdən razı deyildilərsə vergi-elektron kabinetinə göndərilən e-qaimə cavabdeh tərəfindən niyə təsdiqlənmişdir? 5) Avtomobil xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin avtomobillərə xidmət mərkəzinə daxil olduqda 293 112 km yürüşdə olmuş, bəs “xxxx” MMC-yə məxsus xidmət mərkəzinə daxil olduqda olan yürüş nə qədərdir və əgər avtomobil nasaz vəziyyətdə idisə həmin yürüş fərqi niyə nəzərə alınmamış, necə olmuşdur ki avtomobildən istifadə mümkün olmuşdur. Bir neçə aydınlaşdırılmamış qaranlıq məqamlar da mövcuddur ki, Bakı Kommersiya Məhkəməsi bunları araşdırmadan tələb edilən məbləği mütənasib sürətdə azaldaraq qətnamə qəbul etməklə iddiaçının hüquqlarını ciddi şəkildə pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi (vəkili) Vəkil onunla razılaşmamış, “Volkswagen Amarok” markalı **-PJ-*** dölət qeydiyyat nişanılı avtomaşın təmirdən çıxdıqdan sonra lonun sürətlər qutusunda yaranmış problemin iddiaçıya bildirilsə də aradan qaldırmadığını, həmin nasazlığın “xxxx” MMC tərəfindən aradan qaldırıldığını qeyd edərək qətnaməni qüvvəsində saxlanılmasını xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi borcun tutulması hissəsində dəyişdirilməlidir. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi xx xxx 2013-cü il tarixdə tərəflər arasında avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilə bağlandığı, işin mübahisələndirilməyən halıdır. İşin tərəflər arasında mübahisələndirilən halı isə ondan ibarətdir ki, cavabdeh ona məxsus “Volkswagen Amarok” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının iddiaçıya məxsus servis mərkəzində xx xxxx 2018-ci il tarixli 1390 saylı təmir kartı üzrə göstərilən texniki xidməti qüsurlu hesab etmiş və avtomaşının sürətlər qütusuqda problem yarandığını, həm də dəyişdirilən ehtiyat hissələrinin qiymətinin şişirdildiyini mübahisələndirmişdir. Eyni zamanda qeyd olunimmalıdır ki, iddiaçının iddia ərizəsinə, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə cavabdeh tərəfin iddia ərizəsinə etirazına və işdə olan dgər sənədlərə əsasən müəyyən olunur ki, mübahisəli avtombilə xx xxxxxx 2017-ci il tarixli 2645 saylı, xx xxxxxx 2018-ci il tarixli 0312 saylı, xx xxxxxx 2018-ci il tarixli 0352 saylı və xx xxxxx 2018-ci il tarixli 0775 saylı təmir kartlarına əsasən ümumilikdə 1165,84 manat dəyərində xidmət göstərildiyi işin mübahisələndirilməyən halını təşkil edir. “Volkswagen Amarok” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının avtomaşının işə əlavə olunmuş xx xxxx 2018-ci il tarixli 1390 saylı təmir kartından görünür ki, iddiaçı tərəfindən həmin servis xidməti zamanı avtomaşının mühərrik yağının dəyişdirilməsi, blokun təmiri, mühərrikin sökülüb-yığılması, surət qutusunun təmiri, frionun çəkilib vurulması və rezistorun dəyişdirilməsi işlərinin və istifadə olunmuş ehtiyat hissələri və materialların dəyəri, ümumilikdə, 16.439,76 manat təşkil etmişdir. İş üzrə “X1” MMC-nin xx xxxx 2020-ci il tarixli ƏEM/M47-162/20 saylı mütəxəssis rəyindən isə görünür ki, mütəxəssis həmin təmir kartı üzrə Volkswagen Amarok” markalı **-PJ-*** dövlət qeydiyyat nişanılı avtomaşına iddiaçı tərəfindən göstərilməli olan xidmətin dəyəri (ehtiyat hissələri və görülən işlər daxil), yəni, onun “ümumi təmirinə” çəkilməli xərcin cəmi 11.653,70 manat (5885,8 manat mühərr +5767 manat sürətlər qutusu) təşkil etdiyi müəyyən edilmişdir. O cümlədən mühərrikə çəkilən xərclər - ehtiyat hissələrinə 4092 manat, görülən işlərin xidmət haqqı 896 manat, ƏDV 897 manat - cəmi, 5885,8 manat; - sürətlər qütusunun təmirinə çəkilən xərclər: ehtiyat hissələrinə 4428 manat, işlərin örülməsinə görə xidmət haqqı 460 manat, ƏDV 879,8 manat – cəmi, 5767 manat. İşin qeyd olunan mübahisəli hallarından göründüyü kimi, cavabdeh tərəfindən avtomaşının sürütlər qutusunda problem (qüsur olduğu) mübahisələndirilmiş və həmin qüsur onun özü tərəfindən başqa servis xidmətində - “xxxx” MMC-də xx.xx.2019-cu il tarixində aradan qadırmışdır. “xxxx” MMC-nin işə əlavə olunmuş xx.xx.2019-cu il tarixli 00337 saylı təmir kartına, habelə, “X1” MMC-nin mütəxəssis rəyi tədqiq olunduqda müəyyən olunur ki, həmin servis xidməti tərəfindən “Volkswgen Amarok” markalı **-PJ-*** dövlət qeydiyyat nişanılı avtomaşının sürətlər qutusunun təmirinə: ehtiyat hissələrinə 3134 manat, işlərin görülməsinə 430 manat, ƏDV 641,5 manat, ümumilikdə, 4205 manat xərc çəkilmişdir. Beləliklə də, mütəxəssis rəydə mübahisəli avtmaşının təmirinə çəkilməli olduğunu müəyənləşdirdiyi 11.653,70 manat xərc məbləğindən, cavabdehin öz hesabına sürətlər qutusunda yaranmış qüsurun aradan qaldırılması üçün çəkdiyi 4205 manat məbləğində xərci çıxaraq, həmin avtomaşının təmiri üçün 7.448,2 manat məbləğində xidmət dəyərini müəyyən etmişdir. Məhkəmə kollegiyası “X1” MMC-nin mütəxəssis rəyində təsbit olunan məlumatları sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirir. Ən azından, ona görə ki, mütəxəsis tərəfindən qarşısında avtomaşınla bağlı qoyulan bütün suallar qrafik şəklində, hərətərəfli aradırma və təhlil aparılmaqla, kifayət qədər dolğun olaraq cavablandırılmışdır. Mülki Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Cavabdehin işə əlavə olunmuş iddia ərizəsinə etirazından göründüyü kimi, sürətlər qutusunda yaranmış qüsurun aradan qaldırılması üçün iddiaçıya müraciət etsə də, buna nail ola bilməmiş, “xxxx” MMC -yə müraciət edərək həmin qüsuru aradan qaldırmışdır. İddiaçının apellyasiya şikayətindən görünür ki, Azərbaycan Respublikasında “Volkswagen AG”-nin yeganə rəsmi nümayəndəsi, məhz, İddiaçı MMC oldğunu mübahisələndirərək “xxxx” MMC tərəfindən mübahisəli avtomaşının dəyişdirilən ehtiyat hissələrinə qiymət qoyulmasını mümkünsüz sayır. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Çünki, idiaçının özü tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 1390 saylı təmir kartında təsbit olunan qiymətlərin həqiqiliyini əks etdirən sən-sübut məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə, həmin təmir kartını birtərəfli qaydada yalnız özü tərtib edib təsdiqləmiş, görülmüş işləri isə sifarişçiyə təhvil verməmişdir. Ən azından cavabdeh sifarişçinin həmin təmir kartını imzalaması onu demyə əsas verir ki, mübahisəli avtomaşının sürətlər qutusunda olan qüsurun aradan qaldırılması üçün sonuncunun ona müraciəti mövcud olmuş, lakin müsbət qarşılanmamış və cavabdeh həmin qüsuru özü qaldırmaq məcburiyyətində qalmışdır. Bununla yanaşı məhkəmə kollegiyası, hər bir halda, iddiaçının apellyasiya şikayətin şikayətində istinad etdiyi, cavabdehin ona ünvanladığı xx.xx.2019-cu il tarixli ( L00142 saylı ) məktubunda cavabdehin təsdiq etdiyi iddiaçıya olan borcu məhkəmə tərəfindən nəzərə alınmalıdır. Belə ki, cavabde həmin məktubu ilə iddiaçı qarşısında aşağıdakı öhdəliyi götürməyə hazır olduğunu bildirərək, “xx.xx.2018-ci il tarixində “Amarok” (**-PJ-***) markalı avtomilə göstərilmiş xidmətlə bağlı ona göndərilmiş 1110 nömrəli hesab faktura (16.439,76 manat) ilə bağlı aşağıdakıları qeyd etmişdir: - “yenidən həmin avtomobildə yaranan eyni problemlə bağlı başqa servisədə onu təmir etdirmiş, bu səbəbdən iddiaçı tərəfindən göstərilən mal-materialları və xidmətləri hesab-faktura məbləğindən çıxıb ona yenidən azaldılmış yəni, ƏDV daxil 8.392,16 manat məbləğində faktura təqdim edildikdə, onlar da öz növbəsində ƏDV daxil qalıq borc olan 9558 manat (azaldılmış həmin 8392,16 manat+1165,84 manat məbləğində yuxarıda qeyd edilən xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 tarixli təmir kartları üzrə görülən işlərin dəyəri) borcu 2 hissəli ödənişlə bağlamağa təminat verir. Qeyd olunmalıdır ki, cavabdehin hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi tərəfindən qeyd olunan məktubunda təsbit olunanlar təkzib olunmamış, mübahisələndirilməmişdir. Bununla da cavabdeh ona qarşı irəli sürülmüş iddianı - 9558,00 manat hissəsində artıq yazılı şəkildə etiraf etmiş olur. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Məcəllənin qeyd olunan tələbini də nəzərə alan məhkəmə kollegiyası, cavabdehin yazılı şəkildə, borcunun 9558 manat məbləğində hissəsində etiraf edərək, həmin məbləği iki hissəli ödənişlə ödəməyi öz öhdəsinə götürməsini onun iddiaçı qarşısında öhdəliyini yaradan birtərəfli əqdi kimi qiymətləndirir və besab edir ki, bu məhkəmə tərəfindən nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, cavabdehin iddiaçıya olan əsas borcu müəyyənləşdirilərkən məhkəmə işdə olan sübutları hərtərəfli araşdırıb onların qarşılıqlı təhlilini aparmamış, həmin sübutlarla müəyyən edilən hallara lazımınca hüquqi qiymət verilməmiş, iş üçün əhmiyyəti olan halları nəzərdən qaçırmış, bununla da, borcun tutulması hissəsində qismən düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə də məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmadığını və iş üçün əhəmiyyəti olan halların sübut edilmədiyini mübahisələndirən hissəsində qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi borcun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Ona görə dəməhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, qətnamə borcun tutulması hissəsində dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2013-cü il tarixli 28/C saylı “avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair” müqavilə üzrə göstərilən xidmətə görə 9.558,00 manat əsas borc, gecikdirilmiş vaxt üçün 2000 manat illik beş faiz, 300 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 16,44 manat (cəmi, 11874,44 (on bir min səkkiz yüz yetmiş dörd manat 44 qəpik) tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(82)-593/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 28/C saylı “avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair” müqavilə üzrə göstərilən xidmətə görə: - 9.558,00 manat əsas borc, gecikdirilmiş vaxt üçün 2000 manat illik beş faiz, 300 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 16,44 manat (cəmi, 11874,44 (on bir min səkkiz yüz yetmiş dörd manat 44 qəpik) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-2(103)-577/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-577/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver