Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-585/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəbbə pulunun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-904/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Alıcı qismində İddiaçı MMC ilə satıcı qismində Cavabdeh MMC arasında 10 iyun 2024-cü il tarixli, AS-69/2024 nömrəli müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən malların ümumi sayının 129 ədədi 20 iyun 2024-cü il tarixində çatdırılır, alıcı tərəfindən mallar çatdırılanadək öncədən ödəniş olunur, geridə qalan 201 ədəd mal isə avans ödəmə olmadan mallar ölkəyə çatdırıldıqdan və satıcı tərəfindən malların stokda olmasına dair yazılı bildiriş göndərildikdən sonra ödənilir. 201 ədəd mal ən geci 30 sentyabr 2024-cü il tarixində Bakı şəhərində olmalıdır. Məhsulların çatdırılması üçün son tarix xx.xx.2024-cü ildir.
3. xx.xx.2024-cü il tarixli, AS/69/2024 nömrəli müqaviləyə uyğun 1 nömrəli qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər arasında olan razılığa əsasən cədvəl 1-də göstərilən malların 129 ədədi xx.xx.2024-cü il tarixinədək alıcıya təhvil veriləcəkdir. Malların qalan 201 ədədi isə xx.xx.2024-cü ilədək Bakı stokuna gətirilir, bu barədə alıcıya məlumat verilir və 10 iş günü ərzində ödəniş olunur. Alıcı ödənişi ödədikdən sonra 2-3 iş günü ərzində mallar alıcıya təhvil verilir. Əlavəyə əsasən müqavilə üzrə ödəniləcək məbləğ ƏDV daxil 217799,2 manat təşkil edir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. AS-69/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 201 ədəd paltaryuyan BG-WM1425T-10DS3Cİ təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
5. 16.10.2024-cü il tarixli, MT2410 seriyalı, 11051489 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 100979,9939 manat (ƏDV daxil) təşkil edir.
6. 16.10.2024-cü il tarixli, MT2410 seriyalı, 11079280 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 31679,9981 manat (ƏDV daxil) təşkil edir.
7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 18512,91 manat dəbbə pulunun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilənin ümumi dəyərinin 8.5%-i miqdarında, yəni 18512,91 manat (on səkkiz min beş yüz on iki manat doxsan bir qəpik) məbləğində dəbbə pulu və iddia ərizəsinə görə ödənilmiş 146 (yüz qırx altı) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-904/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
10. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-904/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən öhdəliyin lazımi qaydada icra edilmədiyi, müqavilə üzrə çatdırılmalı olan malların gecikdirilərək çatdırıldığı iş üzrə təqdim olunmuş sənədlərdə öz əksini tapmışdır. Cavabdeh malların gecikdirilərək təhvil verilməsi faktını qəbul etmişdir. Cavabdeh tərəfindən malların gecikdirilməsi ilə bağlı müqavilənin 6-cı maddəsinə istinad edilərək gecikmə səbəbinin fors-major halın təsir dairəsinə düşdüyü qeyd olunmuşdur. Lakin, müqavilənin 6.1-ci maddəsində aydın şəkildə qeyd olunur ki, fors-major hallarla qarşılaşan tərəf digər tərəfi 7 təqvim günü ərzində xəbərdar etməlidir. Bu öhdəlikləri yerinə yetirməyən tərəf digər tərəfin xəbərdar edilməməsi nəticəsində dəyən zərərə görə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi fors-major halın baş verməsinə dair “Zhong Hao” Beynəlxalq Logistika Xidmətinin Zhongshan filialının təqdim etdiyi məktuba əsaslanılaraq gecikmə səbəbi fors-major halın tərkib dairəsinə daxil edilmişdir. Lakin, cavabdeh tərəfindən fors-major halın baş verməsi barədə iddiaçıya heç bir məlumat təqdim edilməmişdir. Məhkəmə iddiaçıya fors-major hal barədə məlumat verilib-verilmədiyini araşdırmamış və qətnamədə bu məsələyə münasibət bildirilməmişdir. Cavabdeh tərəfindən də iddiaçıya bu barədə məlumat verilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Gecikdirilmə halı müqavilə şərtlərinə əsasən fors-major halın təsir dairəsinə düşmür. Belə ki, müqavilə şərtlərindən aydın olur ki, fors-major hal barəsində məlumat verməyən tərəf digər tərəfə vurulan zərərə görə məsuliyyət daşıyır. Həmçinin, dəbbə pulunun ödənilməsinə dair razılaşma müqavilədə nəzərdə tutulmuşdur. Nəticə olaraq, məhkəmə iddiaçının sübutlarını tam və obyektiv araşdırmadan, müqavilə şərtlərini nəzərə almadan qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən “WhatsApp” yazışmalarına istinad olunaraq belə nəticəyə gəlinmişdir ki, iddiaçıya gecikmə halı məlum olmuş, cavabdehə bildirilmişdir ki, əgər tenderi elan edən qurum onları cərimələməsə, iddiaçı cavabdehdən dəbbə pulu tələb etməyəcək. Müəyyən olunmuşdur ki, iddiaçıya qarşı müvafiq tələb irəli sürülməmişdir. Məhkəmə tərəfindən MM-nin 462.1-ci maddəsinin tələbi pozulmuşdur, belə ki kreditor dəbbə pulunun ödənilməsinə dair ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İddia tələbi dəbbə pulunun ödənilməsinə dair verilmişdir və iddiaçı zərərin vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə isə, iddiaçıya qarşı tender elan edən qurumun tələb irəli sürməməsinə istinad edərək dolayı yolla zərərin vurulmadığı qənaətinə gəlmişdir. Məhkəmə bütün sübutları araşdırmadığından işə yenidən baxılmalıdır. Məhkəmə İddiaçıya fors-major hal barəsində məlumat verilib-verilmədiyinə dair sübutları araşdırmamışdır. Halbuki, müqavilə üzrə tərəflərin öhdəliklərindən biri forsmajor hal barəsində digər tərəfə məlumat verməkdir. Cavabdeh aşkar şəkildə bu öhdəliyini pozmuşdur. Nəticə olaraq, məhkəmə bütün sübutları tam və obyektiv araşdırmamışdır. Müqavilədə fors-major halın baş verməsi zamanı tərəflərin öhdəliklərinin nədən ibarət olması aydın şəkildə qeyd olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə yalnız “ZhongHao” Beynəlxalq Logistika Xidmətinin Zhongshan filialı tərəfindən Cavabdeh MMCyə ünvanlanmış əlverişsiz hava şəraiti xəbərdarlığı ilə bağlı məktub təqdim edilmişdir. Lakin, həmin məktub cavabdeh tərəfindən idiaçıya təqdim edilməmişdir. Beləliklə, cavabdeh həm malların çatdırılması ilə bağlı öhdəliyini, həm də fors-major hal barədə məlumat vermək öhdəliyini pozmuşdur. Lakin məhkəmə sübutların qiymətləndirilməsi zamanı bu məsələlərə toxunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəkili Nümayəndə1 apellyasiya şiakyətinə etiraz edərək, təmin olunmamasını xahş etdi.
15. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməmiş, gəldiyi nəticə işdə olan sübutlara uyğun gəlməmişdir.
28. İşin müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında 10 iyun 2024-cü il tarixli, AS-69/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən satıcı alıcını mallar ilə hazırkı müqavilənin ayrılmaz hissəsi olan müqavilənin əlavələrində nəzərdə tutulmuş texniki xüsusiyyətlərinə, miqdara, spesifik xüsusiyyətinə və qiymətə uyğun olaraq, əlavədə nəzərdə tutulmuş müddətdə təmin etməyi, alıcı isə malları təhvil-təslim aktına əsasən qəbul etməyi və dəyərini müqavilədə razılaşdırılmış qaydada satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
29. Tərəflər arasında müqavilənin bağlanması, malların təhvil verilməsi, qarşılığında müvafiq ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir.
30. İşin mübahisəli tərəfi ondan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən müqavilənin 2.1-ci maddəsinin tələbləri pozulduğundan cavabdehin müqavilənin 7.2-ci maddəsində qeyd edilən dəbbə pulu ödəmək öhdəliyinin olduğunu bildirərək, cavabdehdən müqavilənin ümumi dəyərinin 8.5%-i miqdarında, yəni 18512,91 manat məbləğində dəbbə pulunun tutulmasını xahiş etmiş, cavabdeh tərəf isə yuxarıda göstərilən əsaslarla iddiaya etiraz etmişdir.
31. Əvvəla, qeyd olunduğu kimi, 201 ədəd malın gec çatdırılması işin mübahisəsiz halıdır. İddiaçı malların 17 gün gec çatdırıldığını (xx.xx.2024-cü il tarixədək çatdırılmalı olduğu halda xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil vermişdir) bildirərək, dəbbə pulunu 17 gün üçün hesablamışdır.
32. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 10 iyun 2024-cü il tarixli, AS-69/2024 nömrəli müqavilənin 2.1-ci maddəsinə əsasən malların ümumi sayının 129 ədədi 20 iyun 2024-cü il tarixində çatdırılır, alıcı tərəfindən mallar çatdırılanadək öncədən ödəniş olunur, geridə qalan 201 ədəd mal isə avans ödəmə olmadan mallar ölkəyə çatdırıldıqdan və satıcı tərəfindən malların stokda olmasına dair yazılı bildiriş göndərildikdən sonra ödənilir. 201 ədəd mal ən geci 30 sentyabr 2024-cü il tarixində Bakı şəhərində olmalıdır. Məhsulların çatdırılması üçün son tarix xx.xx.2024-cü ildir.
33. xx.xx.2024-cü il tarixli, AS/69/2024 nömrəli müqaviləyə uyğun 1 nömrəli qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər arasında olan razılığa əsasən cədvəl 1-də göstərilən malların 129 ədədi xx.xx.2024-cü il tarixinədək alıcıya təhvil veriləcəkdir. Malların qalan 201 ədədi isə xx.xx.2024-cü ilədək Bakı stokuna gətirilir, bu barədə alıcıya məlumat verilir və 10 iş günü ərzində ödəniş olunur. Alıcı ödənişi ödədikdən sonra 2-3 iş günü ərzində mallar alıcıya təhvil verilir. Əlavəyə əsasən müqavilə üzrə ödəniləcək məbləğ ƏDV daxil 217799,2 manat təşkil edir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
34. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən malların ümumi sayının 129 ədədi 20 iyun 2024-cü il tarixində çatdırılır, alıcı tərəfindən mallar çatdırılanadək öncədən ödəniş olunur, geridə qalan 201 ədəd mal isə avans ödəmə olmadan mallar ölkəyə çatdırıldıqdan və satıcı tərəfindən malların stokda olmasına dair yazılı bildiriş göndərildikdən sonra ödənilir. 201 ədəd mal ən geci 30 sentyabr 2024-cü il tarixində Bakı şəhərində olmalıdır. Məhsulların çatdırılması üçün son tarix xx.xx.2024-cü ildir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilənin ümumi məbləği imzalanmış əlavələrin cəminə bərabərdir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək, alıcının təqsiri nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.2.1-ci maddəsinə əsasən satıcının malı və xidməti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə alıcının mülkiyyətinə vermək, öhdəliklərinin icrasının gecikdirməmək və va gecikmənin qarşısını almaq üçün müəyyən tədbirlər görmək vəzifəsi vardır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən satıcı mal və xidmətin təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri, o cümlədən təhviltəslim aktının alıcıya təqdim etməlidir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin icrasının forsmajor hadisələr nəticəsində qeyri-mümkün olduğu hallarla qarşılaşan tərəf (yanğın, daşqın, tsunami, digər təbii fəlakətlər, blokada, tətillər, hərbi əməliyyatlar, mülki qarşıdurmalar və embarqo) digər tərəfi 7 təqvim günü ərzində qeyd edilən halların baş verməsi və ya sona çatması və həmin halların müqavilə üzrə öhdəliklərin icrasına təsiri barədə xəbərdar etməlidir. Bu öhdəlikləri yerinə yetirməyən tərəf digər tərəfin xəbərdar edilməməsi nəticəsində dəyən zərərə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən fors-major halların 15 təqvim günündən artıq müddətdə davam etdiyi təqdirdə tərəflərdən hər biri digər tərəfi yazılı şəkildə xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir və bu halda hər hansı kompensasiya ödənilmir. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən fors-major halına istinad edən tərəf onların sübut olunması üçün səlahiyyətli dövlət orqanlarının verdiyi sənədi təqdim etməlidir. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi şəkildə yerinə yetirmədiklərinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən müqaviləyə əsasən göndərilən malların razılaşdırılmış tarixdə göndərilməsi gecikdirildikdə, yaxud sifariş qəbul edildikdən sonra malların göndərilməsindən əsassız imtina edildikdə satıcı müştəriyə gecikdirilmiş və ya göndərilməkdən imtina edilmiş hər təqvim günü üçün müvafiq əlavəyə uyğun olaraq xidmətlərin ümumi dəyərinin günlük 0.5%-i miqdarında, lakin ödənişin müvafiq əlavədə göstərilən malların ümumi dəyərinin 30%-dən çox olmamaqla cərimə ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
35. “Zhong Hao” Beynəlxalq Logistika Xidmətinin Zhongshan filialı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 26789 nömrəli əlverişsiz hava şəraiti xəbərdarlığı ilə bağlı məktubda bildirilmişdir ki, 5-17 sentyabr tarixlərində Şanxay limanında (Taicang) güclü qasırğalar (Bebinca) baş vermişdir. 1949-cu ildən Şanxayda baş verən ən güclü fırtına olmaqla, şəhərin həyati vacib konteyner terminallarını dağıdıb, ciddi fasilələrə səbəb olub və qlobal təchizat zəncirlərinin ekstremal hava şəraitinə qarşı həssaslığını vurğulayır. Bu səbəbdən digər göndərişlərlə yanaşı, 306 ədəd BG-WM1425T- 10DS3Cİ paltaryuyan maşın daşıyan BSİU9126975 və HPCU4572870 konteynerlər İran İslam Respublikasının Bəndər Abbas limanı vasitəsilə Azərbaycana göndərilməsi ilə bağlı müqavilə öhdəlikləri vaxtında yerinə yetirilməmişdir. Qeyd edilmişdir ki, beynəlxalq dəniz fəaliyyətinin standartlarını və qaydalarını müəyyən edən Birləşmiş Millətlər Təşkilatının X3 əsasən bu hal böyük fors-major aktı hesab edilir. Bu, qarşısıalınmaz qüvvəyə və ya hər hansı bir tərəfin nəzarəti altında olmayan gözlənilməz hadisəyə istinad edir və beynəlxalq öhdəliyin yerinə yetirilməsini maddi cəhətdən qeyri-mümkün edir. Buna görə də bu kateqoriyaya aid olan gecikmələr cərimələrə məruz qalmır və dəymiş ziyana görə heç bir hüquqi məsuliyyətə səbəb olmur. Bu kimi hallarda limanlar bağlanır, bütün əlaqəli əməliyyatlar dayandırılır və heç bir şirkət limanla bağlı logistika fəaliyyəti həyata keçirilə bilmir. Gəmiçilik şirkətləri hava şəraiti tamamilə normallaşana qədər gəmilərini saxlayırlar. Bu tədbir mallarınızın təhlükəsizliyini və bütövlüyünü təmin etmək üçün atılmışdır və bunu ən böyük məsuliyyət kimi edirlər.
36. Kollegiya qeyd edir ki, məhkəmənin istinad etdiyi watsapp yazışmalarında satıcının alıcıya məlumat vermesi deyil, əksinə məhsulların müqavilədə qeyd olunan tarixdə, yəni xx.xx.2024-cü il tarixdə çatacağı bildirilmişdir. Alıcının “bizim mallarda bir dəyişiklik yoxdu? Ayın 30-u Bakıda olacaq?” satıcı isə “insallah bəli, siz çatıdırmanı nə Comment [RE 1]: vaxta istəyirisiz” kimi sual verilmişdir. Göründüyü kimi, alıcı çatdırılma ilə bağlı müraciət etsədə, cavabdeh malların hansı tarixdə çatacağı ilə bağlı yayındırıcı məlumatlar bildirimiş, fors-major halın baş verməsi barədə hər hansı məlumat verməmişdir.
37. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilənin 2.1-ci maddəsinin tələbləri pozulduğundan cavabdehin müqavilənin 7.2-ci maddəsində qeyd edilən dəbbə pulunu ödəmək öhdəliyi yaranmışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə şərtlərinə əsasən gecikdirilmiş təqvim günü üçün əlavəyə uyğun olaraq xidmətlərin ümumi dəyərinin günlük 0,5%-i miqdarında cərimə nəzərdə tutulduğu üçün, cavabdehin malların ümumi dəyərinin 8.5%-i miqdarında cərimə ödəmək öhdəliyi yaranmışdır. İddiaçı cərimə borcunun məbləğinin 18512,91 manat təşkil etdiyini bildirsədə, kollegiya bu məbləği ədalətli hesab etmir.
39. Kollegiya işin halları, cavabdehin əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq 9000 (doqquz min manat) məbləğində dəbbə pulunun tutulmasını daha ədalətli və ağlabatan hesab edir.
40. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
41. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
42. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin olunmalıdır.
43. Beləliklə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və sübutlara uyğun olmamış, iddianın əsasını təşkil edən hallar iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd edilən əsaslar məhkəmənin qətnaməsinin əsassız və qanunsuz olmasını göstərir.
44. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 9000 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı MMCə ödənilməlidir.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-904/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 9000 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı MMC-ə ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110 manat cavabdehdən tutularaq iddaçıya ödənilsin. Ödənilmiş dövlət rüsümunun qalanı iddiaçının özünə aid edilsin . Qətnamədən kassasiya şikayəti verilə bilməz