Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-59/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nın cavabdeh “xxxx” ASC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-50/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) müəyyən e t d i: İ. İddiaçıxxxx“xxxx ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx xxxxxx 2018-ci il tarixli 02 saylı müqavilə üzrə ödəməli olduğu 8850 manatın, hüquqi yardım üçün ödənilmiş 200 manatın, məhkəməyə müraciət etmək üçün iddia ərizəsinə əlavə edilmiş sənədlərin notarial təsdiq edilməsi üçün ödənilmiş 27 manat dövlət rüsumunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi faktiki hallara görə tərəflər arasında xx.xx.2018-ci il tarixində imzalanmış 02 saylı müqavilənin predmetinə görə sifarişçinin ödəyəcəyi 8850 manat müqabilində (ƏDV daxil) onun kotirovka sorğusu əsasında icraçı tərəfindən rəsmi internet saytının yaradılması təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndin tələblərinə uyğun olaraq, müqavilənin tərkib hissəsi olan Kotirovka sorğusu şərtləri əsas tutulmuş və sorğuda göstərilən 7 texniki tələb əsas götürülərək, icraçı tərəfindən bu tələblərin hər biri internet saytın yaradılıması zamanı təmin edilmişdir. Həmin texniki tələblərin 1-6-cı bəndləri icraçı tərəfindən tam təmin edilmiş və layihənin icra prosesində bu tələbin yerinə yetirilməməsi ilə bağlı Sifarişçi tərəfindən İcraçıya heç bir yazılı və ya şifahi pretenziya irəli sürülməmişdir. İnternet saytı icraçı tərəfindən sifarişçiyə müqavilə üzrə müəyyən edilmiş vaxtdan əvvəl, yəni xx xxxx 2018-ci il tarixdə təhvil verilməsinə baxmayaraq, Sifarişçinin layihə üzrə səlahiyyətli nümayəndəsi xx xxxx 2018-ci il və xx xxxxx 2018-ci il tarixlərində e-mail vasitəsilə müqavilənin yuxarıda qeyd olunan 7 texniki şərtinə əlavə olaraq, müqavilə və kotirovka sorğusu ilə nəzərdə tutulmayan müvafiq olarq yeni 13 və 8 tələbin yerinə yetirilməsini xahiş etmişdir (e-mail əlavə olunub).Gələcək əməkdaşlıq perspektivləri nəzərə alınaraq, müqavilənin tərkib hisəssi olmayan bu yeni tələblər də icraçı tərəfindən qısa zaman ərzində təmin edilmiş, daha sonra xx xxxxx 2018ci il tarixində sistemin nəzərdən keçirilməsi sifarişçidən e-mail vasitəsilə xahiş edilmiş, sifarişçi internet saytla bağlı daha heç bir əlavə tələblərinini olmadığını şifahi olaraq təsdiqləmiş və xx xxxxx 2018-ci il tarixində icraçının səlahiyyətli nümayəndəsinə elektron poçt məktubla edilən xahişinə əsasən veb sayt CD disk formatında XDMX-nin nümayəndəsinə təqdim edildikdən sonra normal olaraq 16 gün ərzində XDMX-da testlərdən keçirilmişdir.İddiaçı hesab edir ki, hazırlanmış internet saytı Sifarişçinin bütün tələblərinə cavab verməsəydi, onun təhlükəsizlik baxımından XDMX-yə təqdim edilməsinə sifarişçi tərəfindən qərar verilməzdi. Beləliklə, tərəflər arasında bağlanmış xx xxxxxx 2018ci il tarixli 02 saylı müqavilə üzrə İcraçı üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmiş, cavabdeh -Sifarişçi isə öz növbəsində üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmış, həmiçinin sözügedən müqaviləyə birtərəfli xitam verməklə qanunvericiliyin tələblərini pozmuşdur.” Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-50/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia faktiki olaraq təmin edilmiş, xx.xx.2018-ci il tarixli, 02 nömrəli müqavilə üzrə yaranmış 8850 manat, hüquqi xidmətlərə görə ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 29,91 manat, cəmi 9079,91 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və 61,17 manat ekspertiza tədqiqatının dəyərinin 60,99 manatı cavabdehdən, 0,18 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunimuşdur (Sənədlərin notarial təsdiqi üçün ödənilmiş 27 manat dövlət rsumu hissəsində iddia rədd edilmişdir). Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin, iddianın qismən təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə xərclərinin iddiaçıya aid edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, müqavilə imzalandıqdan sonra 60 gün ərzində başa çatmalı idi. Bu müddət ərzində icraçı 12 nəfərdən ibarət layihə implementasiya qrupu ilə işləri yerinə yetirməli idi. Sifarişçi tərəfindən isə işlərin icrası, nəinki layihənin planına uyğun aparılmamış, hətta gecikmələrə və natamam şəkildə aparılmışdır. Belə ki, xx.xx.2018-ci il tarixə kimi saytın versiyasının hazırlanması üzrə bütün biznes proseslərin təhlili və analitikası, biznes proseslərin sazlanması, məlumatların hazıranması, xüsusi hallar nəzərə alınmaqla, müvafiq modelin hazırlanması, proqram təminatının bütün istifadəçi interfeyslərinin dizayner tərəfindən çəkilməsi prosesi yekunlaşmalı idi. İcraçının nümayəndəsi Elxan Şiriyev xx.xx.2018-ci il tarixdə saat 09:59-da sifarişçinin nümayəndəsi Bəhruz İbrahimova göndərdiyi məlumatdan da görünür ki, üzrxahlıq edərək hlə saytın 2 ədəd dizaynlarını nəzərdən keçirilməsi üçün göndərdiyi qeyd olunur. Ümumiyyətlə, icraçı və sifarişçinin qeyd olunan nümayəndələri arasında elektron poçt yazışmalarından görünür ki, icraçının əsassız öz güvəni nəticəsində sifarişin vaxtında icrası mümkün olmamış, kotirovka sorğusunun 1, 2, 3 və 7-ci şərtləri pozulmuşdur. Məhkəmə isə bütün bunları diqqətdən qaçıraraq məsələyə düzgün hüquqi qiymət verməmişdir. xx.xx.2018-ci il tarixdə sifarişçnin nümayəndəsi nöqsanlarla bağlı icraçıya irad və təkliflər göndərərək 02 aprel 2018-ci il tarixlərində görüş təyin etmiş, lakin həmin görüşə icraçınun nümayəndəsi gəlməmiş, xx xxxxx 2018-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, bundan sonra xx.xx.2018-ci il tarixdə liyihə ilə bağlı təşkil olunmuş iclasda sifarişçi öz narazılıqlarını bildirdikdən sonra icrası qısa müddət ərzində problemi həll edib layihəni təhvil veərcəyini vəd etmişdir. xx xxxxx 2018-ci il tarixinə kimi aparılan yazışmalardan görünür ki, işin yekunlaşmaı üçün 2 həftəlik müdətdə də sifariş hazır olmamışdır. xx.xx.2018-ci il tarixində sifarişçinin tələbi əsasında icraçı veb səhifənin hazırlanmış elektroni formasının təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması üçün XDMX-ya göndərilmiş, həmin Xidmətin xx.xx.2018-ci il tarixli məktubundan məlum olmuşdur ki, vebsəhifədə yüksək riskli boşluqlar aşkar olunmuş və buna dair 27-xx xxxxx 2018-ci il tarixli Təhlükəsizlik Auditinin rəyi iş materiallarına əlavə olunmuşdur. Lakin x xxx 2018-ci il tarixli elektron məlumata əsasən yenidən nöqsan aşkar olunmuşdur. Veb saytın XDMX-ya təqdim edilməsi hələ veb səhifə ilə bağlı görülmüş işlərin sifarişçi tərəfindən qəbul ediməsi anlamını vermir, Veb səhifənin təhlükəsizlik tələbləri kotirovka sorğusunun şərtlərindən biridir. XDMX-dan veb səhifdə yüksək riskli boşluqdarın olmasına dair məktubun daxil olması və orada qeyd olunan nöqsanların icraçı tərəfindən adi sistem xətası kimi dəyərləndirilməsi məsuliyyətsizlikdir. Məhkəmə bu məqamlara yanlış qimət verərək, veb səhifənin XDMX serverlərində yoxlanılmasını və yerləşdirilməsini saytın faktiki təhvil alınması kimi qiymətləndirmiş, kotirovka sorğusunun 7 texniki şərtindən biri olduğunu unutmuşdur. Bundan başqa müqaviləyə əsasən təhviltəslim üçün əsas XDMX-nın rəyi deyil . Məhkəmə iddiaçının hüquqi əsası olmayan fikirlərinə əsaslanaraq cavabdehin iddiaçı qarşısında əlavə tədbirlər qoymaqla, saytın xx.xx.2018-ci il tarixinə təhvil verilməsinin qeyri- mümkün etdiyini qeyd etmişdir Halbuki, məhkəmə proseslərində ASC-nin “xxxx”MMC ilə bağladığı xx xxxx 2018-ci il tarixli müqaviləyə 1 saylı Əlavəyə əsasən xx.xx.2018-ci il tarixində təhvil-təslim nəzərdə tutulmuş və yeni hazırlanmış veb sayt iki aydan da tez 50 gün müddətində təhvil verilmişdir. İddiaçı cavabdehə həmin müqavilədə nəzərdə tutulmuş veb saytı xx xxxx 2018-ci il tarixinədək təhvil verməli olduğu halda, bu müqavilə öhdəliyini yerinə yetirməmişdir. Ona görə də müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən ona müqaviləyə birtərəfli qaydada xx xxx 2018-ci il tarixində xitam verilməsi barədə icraçıya bildiriş göndərilmişdir. Bildirəşə cavab olaraq icraçı xx xxx 2018-ci il tarixli məktubunda müqavilə üzrə öhdəliyini yerinə yetirdiyini, hətta müqavilədən kənar əlavə tədbirləri də yerinə yetirdiyini bildirmiş, lakin bu zaman təhvil təslim aktını belə göndərməmişdir. Bütün bunlar onun müqavilə öhdəliyini yerinə yetirmədiyinin təsdiqidir. xx.xx.2019-cu il tarixli 10560 saylı məhkəməkompüter texniki ekspertizasının rəyindən görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş videoyazı çəkilərkən real vaxt recimində tarix göstəricilərinə düzəliş edilməsi mümkündür. Bu isə öz növbəsində saytda tarixin dəyişdirilməsi ilə bağlı yaranmış şübhələrin əsasını təşkil edir. Həmçinin rəydə iddiaçı tərəfindən təqdim edilmiş video-çəkilişin xx.xx.2019-cu il tarixində diskə köçürüldüyü bildirilmişdir. Halbuki, həmin tarixdə yeni saytın yaradılması haqqında kotirovka sorğusunun qalibi olmuş “xxxx” MMC-nin yaratdığı sayt yayımlanmışdır. Beləliklə də ekspertizaya təqdim olunan video materialda istinad olunan məlumat əslində həmin “xxxx” MMC tərəfindən yaradılmış sayta dair məlumatlar olmuşdur. Müqavilənin 18-ci bəndinə müvafiq olaraq sifarişçi tərəfindən 30 gün əvvəl yazılı xəbərdarlıq edilmişdir. Təhvil-təslim aktı həmin tarixdə sifarişçiyə göndərilməli idi. Lakin xx.xx.2018-ci il tarixdə veb sayt təhvil verilməli olduğu halda XDMX-nın x xxx 2018ci il tarixli elektron məlumatından göründüyü kimi, təhlükəsizliyə dair saytda nöqsanlar aşkar olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayətiinin dəlilləri ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İşin iddia ərizəsinə, apellyasiya şikayətinə və iş üzrə digər sənədlərə, habelə tərəflərin nümayəndələrinin məhkəməyə verdiyi izahatlarına əsasən müəyyən olunur ki, iddiaçı (“icraçı”) ilə cavabdeh (“sifarişçi”) arasında xx.xx.2018-ci il tarixində veb saytın hazırlanmasına dair xidmət müqaviləsi bağlanması işin mübahisələndirilməyən halıdır. Mülki Məcəllənin 404.5-ci maddəsinə əsasən qarşıq müqavilələr təfsir edilərkən icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi kotirovka sorğusunda göstərilmiş rəsmi internet saytının yaradılması xidmətinin satın alınması üçün icraçının 8850 manat məbləğində (ƏDV daxil) kotirovka təklifini qəbul etmiş, icraçı isə sifarişçinin rəsmi internet saytının müqavilədə və kotirovka sorğusunun şərtlərində nəzərdə tutulmuş şərtlər əsasında tam yaradıb təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilə, qeyd olunan şərtləri baxımından, podrat müqaviləsi haqqında normalara uyğun gəlir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə podrat müqaviləsi haqqında normaların tətbiq olunmalıdır. Belə olan halda, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Məcəllənin qeyd olunan 752.1-ci maddəsi isə nəzərdə tutur ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Cavabdehin apellyasiya şikayətində mübahisələndirir ki, iddiaçının (icraçı) müqavilə şərtlərinə uyğun veb sayt səhifəsinin hazırlanıb sifarişçiyə təhvil verilməsi ilə bağlı öhdəliyini yerinə yetirməmiş, bu əsasla cavabdeh onunla bağlanmış müqaviləyə birtərəfli qaydada xitam vermiş və bundan sonra xx xxxx 2018-ci il tarixində “xxxx”MMC adlı başqa bir icraçı ilə bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən 50 gün müddətində (xx.xx.2018-ci il tarixindək) saytın hazırlanmasına nail olmuşdur. İş materiallarının tədqiqi ilə müəyyən edilir ki, cavabdeh apellyasiya şikayətinin qeyd olunan dəlillərində haqlıdır. Belə ki, Mülki Məcəllənin 765-ci maddəsinin tələbinə görə görünür ki, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hisəssi hesab olunmuşdur: - Kotirovka sorğusu şərtləri; - İcraçının təklif zərfi və qiymət kotirovkası; - İcraçının təklifini təsdiq edən əsaslandırıcı sənədlər; - Kotirovka təklifinin aksept edilməsi barədə bildiriş. İşə əlavə olunmuş, cavabdehin xx xxxxxx 2018-ci il tarixli “Kotirovka Sorğusu”nun 7ci bəndi nəzərdə tutur ki, “saytın yaradılması ilə bağlı xidməttlər satıanlma müqaviləsi bağlandıqdan sonra ən geci 2 ay ərzində yekunlaşıb təhvil verilməlidir. Eyni zamanda, iddiaçının cavabdehin tender komissiyasına ünvanladığı kotirovka sorğusunun aksept edilməsinə dair xx xxxxxx 2018-ci il tarixli bildirişindən görünür ki, icraçı olaraq müqavilədə göstərilmiş bütün işləri 2 ay ərzində təhvil verəcəyini öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən iddiaçı həmçinin göstərilmiş xidmətlər sifarişçinin kotirovka sorğusuna və müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilədə göstərilmiş qaydada aradan qaldırılmasına təminat vermişdir. Lakin işdə olan sübutlara əsasən müəyyən olunur ki, iddiaçı üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirməmiş, xx xxxxxx 2018-ci il tarixdən qüvvəyə minmiş müqavilədə nəzərədə tutulan veb saytın hazırlanmasını xx xxxx 2018-ci il tapixinə kimi icra edə bilməmişdir. Belə ki iş materialları üzrə icraçının (iddiaçının) nümayəndəsi E.Şiriyev ilə sifarişçinin (cavabdehin) nümayəndəsi B.İbrahimov arasındakı elektron poçt, habelə, müəssisələr arası digər yazışmalarından görünür ki, icraçı tərəfindən xx xxxx 2018-ci il tarixinədək sifarişin icrası mümkün olmamış, kotirovka sorğusunun 1, 2, 3 və 7-ci şərtləri pozulmuş, cavabdeh aşkar olunmuş nöqsanlarla bağlı xx.xx.2018-ci il tarixində iddiaçıya xəbərdalıq məktubu ünvanlayaraq aradan qaldırılması üçün cavabdehə vaxt verilmişdir. Daha sonra, sifarişçinin tələbi əsasında xx.xx.2018-ci il tarixində veb səhifənin hazırlanmış elektron formasının təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması üçün XDMX-ya göndərilmiş və XDMX-nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin məsələ ilə bağlı 27-xx xxxxx 2018-ci il tarixli audit rəyi ilə müəyyən olunmuşdur ki, yoxlama zamanı veb səhifədə yüksək riskli boşluqlar aşkar olunmuş və təhlükəsizlik çatışmazlığı səbəbindən verilənlər bazasına giriş məlumatlarını yekunda dəyişdirmək məqsədəuyğun zhesab olunmuşdur. Lakin iş materiallarına əlavə olunmuş yazışmalara əsasən müəyyən olunur ki, XDMX-nın həmin rəyindən sonra da iddiaçı tərəfindən nöqsanlar aradan qaldırılmamış, xx.xx.2018-ci il tarixində ona yazılı məktub ünvanlayaraq icraçının xx xxxx 2018-ci il tarixinədək müqavilə öhdəlikləri sifarişçinin xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan sonra da icra edilmədiyini nəzərinə çatdırmaqla, müqavilənin 18-ci bəndinə müvafiq olaraq aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə xitam verdiyini bildirmişdir. İşdən görünür ki, iddiaçı növbəti gün, xx.xx.2018-ci il tarixli məktubu ilə veb saytın yaradılması ilə bağlı üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirdiyini bildirərək, cavabdeh sifarişçidən müqaviləyə xitam verilməsi barədə təklifinin geri götürülməsini xahiş etmiş, 20 gün keçdikdən sonra isə gördüyü işlərə dair ona - xx xxxx 2018-ci il tarixli məktubunu və birtərəfli qaydada özü tərəfinddən imzalanmış xx xxxx 2018-ci il tarixli təhvil-təslim aktı və 8.850 manat məbləğində hesab fakturanı təqdim etmişdir. Cavabdeh isə iddiaçının qeyd olunan tələblərindən imtina edərək ona ünvanladığı xx.xx.2018-ci il tarixli məktubunda iddiaçının xx.xx.2018-ci il tarixədək veb saytın lazımi keyfiyyətdə hazırlanmadığını, ASC tərəfindən isə müqavilə öhdəliklərini pozduğuna görə iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli yazılı müraciətində müqaviləyə birtərəfli qaydada xitam verdiyini bildirmiş və iddiaçının məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh Mülki Məcəllənin qeyd olunan 765-ci maddəsin tələbin baxımından, iddiaçı tərəfindən hazırlanmış qüsurlu saytdan iimtina etməkdə haqlı olmuşdur. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 10560 saylı məhkəmə-kompüter texniki ekspertizasının rəyinə gəldikdə isə həmin rəydə gəlinən nəticələr heç də mübahisələndirilən veb saytın iddiaçıya məxsus olduğunu deməyə əsas vermir. Birincisi ona görə ki, rəydə iddiaçı tərəfindən təqdim edilmiş tədqiqat obyekti olan videoçəkiliş xx.xx.2019-cu il tarixində diskə köçürülmüşdur. Belə olan halda, həmin diskin mübahisəlndirilən dövrün həqiqi göstəricilərini ehtiva etməsinə əsaslı şübhələr yaranır. Ekspert tərəfindən də məhz qeyd olunmuşdur ki, video-yazıda əks olunan obyektlərdə real vaxt göstəricilərinə düzəliş etmək mümkündür. İkincisi, rəydə xx.xx.2018-ci il tarixində saytın düzəliş edilmiş yeni növünün “XDMX” serverlərində yerləşdirilməsi və yayımlanmasına başlandığı qeyd olunur ki, bu faktın da doğruluğu, iddiaçı ilə bağlanmış müqaviləyə xitam verdikdən onra cavabdehin yeni saytın yaradılması ilə bağlı kotirovka sorğusunun qalibi olmuş “xxxx” MMC tərəfindən yaradılmış yeni sayt olması iş materialları ilə təsdiq olunur. Üçüncüsü, saytın xx.xx.2018-ci il tarixdə XDMX-nın serverlərində təhlükəsizliyin yoxlanılması məqsədilə yerləşdirilməsi və yayımlanması heç də saytın təhvil vrildiyini ehtiva edə bilməz. Ən azından, ekspert rəyində birmənalı olaraq xx.xx.2018-ci il tarixdən başlayaraq, yaradılmış yeni saytın yerləşdirildiyi xx.xx.2018-ci il tarixinə qədər olan müddətdə, cavabdehin dövrü ardıcıllıqla saytda məlumatlar yayımlandığı müəyyən olunmamışdır. Digər tərəfdən, birtərəfli qaydada müqavilə xx.xx.2018-ci il tarixində ləğv edilənədək, tərəflər arasında veb saytın nöqsaları müzakirə obyekti olmuş, iddiaçı təhvil-təslim, aktını ən azından, cavabdehə imzalanması üçün xx xxxx 2018-ci il tarixində təqdim etmişdir. Qeyd olunan bütün bu hallar cavabdehin xx.xx.2018-ci il tarixindən etibarən iddiaçının yaratdığı veb saytdan istfadə etməsini istisna edir. Beləliklə də qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun deyil. MPM-in 385.1.1 və 385.1.4-cü maddəsinin tələbləri baxımından isə həmin hallar qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar sayılır. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, qətnamə tam ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən məhkəm qətnaməni tamamilə ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-50/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin iddia tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-59/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-59/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver