Məhkəmə qərarları › İş №2-2(103)-592/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-592/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-592/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-429/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-429/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh "Cavabdeh” MMC-yə qarşı cavabdehdən 10.200 manat məbləğində əsas borcun, 1071 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, ümumilikdə 11.301 manat pulun iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi, tərəflərin məhkəmə iclasına gəlməməsi əsası ilə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə şikayət verərək, MPM-in 260.5-ci maddəsinə istinadən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-429/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilərək, icraatın təzələnməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, ərizə ilə müraciət edərək iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, cavabdeh tərəfi məhkəməyə gəlməmiş, MPM-in 135.8, 146, 376.2 və 397.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən aydın olur ki, iddiaçının xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi, iddiaçının və cavabdehlərin məhkəmə iclaslarına gəlmədiyindən, xx.xx.2020-ci il tarixinə qədər olan dövrdə bir neçə dəfə (xx.xx.2019, xx.xx.2020, xx.xx.2020-ci il tarixli qərardadları ilə) baxılmamış saxlanılmış, hər dəfə iddiaçının ərizəsinə əsasən həmin qərardadlar ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Sonuncu dəfə, xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasına da tərəflər, o cümlədən iddiaçı məhkəməyə gəlməmiş, məhkəmə tərəfindən MPM-in 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi yenidən baxılmamış saxlanılmışdır. Konkret halda, iddiaçı MPM-in 260.5-ci maddəsinə istinadən, iddia ərizəsinin baxılmamış saxlanılması barədə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etsə də, həmin tarixə təyin olunmuş məhkəmə iclasına gəlməməsinin üzürlü səbəblərinə aydınlıq gətirməmiş, sübutlarla əsaslandırmamışdır. Halbuki, MPM-in 260.5-ci maddəsinin tələbində nəzərdə tutulur ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlaqılması barəsində öz qərardadını ləğv edir. Qanunvericiliyin qeyd olunan normasının mənasından göründüyü kimi, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadı o halda ləğv oluna bilər ki, işdə iştirak edən iddiaçı məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə sübutlar təqdim etsin. İddiaçının isə belə sübutları mövcud deyil və hazırkı məhkəmə iclasına da əsaslandırıcı sübutlar məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, onun xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasına gəlməməsinin üzrülü səbəbləri mövcud deyil. Belə olan halda, birinci instansiya məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsasların da mövcudluğundan söhbət gedə bilməz. Beləliklə də Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-429/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Odur ki, həmin qərardadın ləğv edilməsi üçün əsaslar mövcud olmadığını nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-429/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar