Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-592/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-544/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə ödənilməmiş 15473 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136,42 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-544/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh müqavilə üzrə ödənilməmiş 15473 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136,42 manatın alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayətin verilmə müddətinin bərpa olunması barədə ərizə verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 544/2025 nömrəli iş üzrə xx.xx.2025ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 544/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin müddətinin bərpasından imtina edilməsi və apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-544/2025 saylı qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci iltarixli, e-2-2(113)-544/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-544/2025 saylı qərardadına əsasən apellyasiya şikayəti müddət buraxıldığı üçün geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək qeyd etmişdir ki, o, apellyasiya şikayəti ilə birlikdə buraxılmış prosessual müddətin bərpası barədə də ərizə vermişdir. Buna görə də şikayətin təmin olunaraq qərardadın ləğv edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh təkrarən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-544/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti verilərkən müddətin bərpası və dövlət rüsumu ilə birlikdə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Təkrar apellyasiya şikayəti və müddətin bərpası ilə birlikdə apellyasiya şikayəti yenidən verilir. Həmçinin qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixli qərardaddan da şikayət elektron qaydada verilmişdir. Sonda təkrar apellyasiya şikayətini qəbul edərək apellyasiya instansiya məhkəməsinə göndərilməsini, əks halda xx.xx.2025-ci il tarixli qərardad ləğv edilərək apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa cavabdeh xx.xx.2025-ci il tarixində verdiyi apellyasiya şikayətinin mətnində 1 abzas olaraq müddətin bərpasını xahiş edərək qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinə şikayət verilməsi üçün müddət iki gün keçmiş hesab olunur. Fevral ayının-28 dən olduğu üçün bir ay müddəti hüquqşünas olmadığından bilməmişdir. Həmçinin dövlət rüsumunu ödəməyə maddi imkanı olmamışdır. Bundan başqa bir aydan artıqdır ki, onun ailə problemi də yaranmış və həmin problemə görə həkim müayinəsində olmuşdur. Kommersiya məhkəməsinin vaxtı 12 mart 2025 ci il tarixədək vaxt olmasını bilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən müddət ödürülməyibsə apellyasiya inistaniya məhkəməsinə göndərilməsi və müddət ötürülübsə üzürlü hesab edilərək müddəti bərpa edib apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardad qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, qərardada da, həmçinin apellyasiya şikayətinin qeyri-mümkün sayılması barədə də, şikayət edilmişdir. Lakin məhkəmə həmin şikayət barədə sözgüdən sözdən də, qərardadlarda göstərilməmişdir Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-544/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-544/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş üzrə aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh xx.xx.2023cü il tarixdən “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud olmaqla sonuncu proses iştirakçısı kimi elektron işə əlavə edilmişdir. Odur ki, xx.xx.2025-ci il tarixdə hazırkı iş üzrə qətnamə elektron sistemə yerləşdirilməklə Cavabdeh rəsmi qaydada verilmişdir. Buna baxmayaraq sonuncu həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermiş, bununla da qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti iki gün buraxmışdır. Cavabdehin prosessual müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi üçün əsas qismində istinad etdiyi hallara münasibətdə kollegiya qeyd edir ki, birincisi, ərizədə müddətin buraxılmasının səbəbləri qismində bir neçə bir-birini təkzib edən hallara istinad edilmiş, lakin həmin halların heç birisi barədə təsdiqedici sənədlər verilməmiş, bununla da məhkəmə istinad edilən halların və ya hadisələrin (cavabdehin sağlamlıq problemləri) həqiqətən də baş verdiyi barədə qənaətə gələ bilməmişdir. Kollegiya onu da xatırladır ki, yalnız şikayətin vaxtında verilməsinə obyektiv maneələr törədən amillər məhkəmə tərəfindən müddətin buraxılmasının üzürlü səbəbləri kimi qəbul edilə bilər. Hazırkı halda cavabdehin istinad etdiyi - müəssisədə hüquqşünas olmaması, maddi çətinliklər və ailə problemlərinin olması kimi hallar isə yuxarıda göstərilən tələblərə cavab vermir. Belə olan halda qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina edilməsinə dair məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-544/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-592/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-592/2025
16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver