Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-593/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: iddiadan imtina, icraata xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə və (vəkili) Vəkil2 iştirakları ilə "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 04 aprel 2023-cü il tarixdə 19 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə görə, bu müqavilə əsasında satıcı, müqavilənin 2-ci bəndində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement, beton və xidmət növünü “Alıcıya” satır, “Alıcı” isə malı alır və dəyərini ödəyir.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti “Satıcı” və “Alıcı” ilə razılaşdırılmış formada müqaviləyə əlavədə müəyyən olunur.
4. Müqavilənin 3.1-ci bəndinə görə, “Mal” Alıcı tərəfindən sifariş verildikdən sonra 3 iş gün ərzində alıcıya təhvil verilir. Ödəniş “Alıcı” tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada Satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd olaraq həyata keçirilir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1%-i miqdarında “Alıcıya” cərimə tətbiq edə bilər.
5. Müqavilənin 4.1-ci bəndinə əsasən, malın çatdırılması əlavədə qeyd edilən nəqliyyat növü, çatdırılma məntəqəsi və qiymətlərə uyğun həyata keçirilir.
6. Müqavilənin 11.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2023-cü il tarixə qədər qüvvədədir.
7. 04 aprel 2023-cü il tarixli 19 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, tərəflər “SEMENT CEM İİ A-P 42.5 R QALAQ BETONSEM” adlı məhsulun 1 tonunun satış qiymətini (ƏDV xaric) 103 manata, Daşkəsən rayonu, Çovdarlı kəndinə daşıma daxil satış qiymətini (ƏDV xaric) 118 manata razılaşmışlar.
8. EBDD seriyalı, 131545 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3045,79 manat, EBDD seriyalı, 131476 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3113,85 manat, EBDD seriyalı, 163600 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3055,52 manat, EBDD seriyalı, 163152 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3065,24 manat, EBDD seriyalı, 274439 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3096,84 manat, EBDD seriyalı, 404300 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3033,64 manat, EBDD seriyalı, 712665 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3077,39 manat, EBDD seriyalı, 712927 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3023,92 manat, EBDE seriyalı, 066521 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3006,90 manat, EBDE seriyalı, 066541 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3070,10 manat, EBDE seriyalı, 089626 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3074,96 manat, EBDE seriyalı, 089652 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3070,10 manat, EBDE seriyalı, 193416 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3026,35 manat, EBDE seriyalı, 193792 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3040,93 manat, EBDE seriyalı, 524208 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3087,12 manat, EBDE seriyalı, 528092 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3067,67 manat, EBDE seriyalı, 864776 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3065,24 manat, EBDE seriyalı, 957153 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3043,36 manat, EBDE seriyalı, 957442 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3016,62 manat, EBDF seriyalı, 335751 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3055,52 manat, EBDF seriyalı, 335811 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3067,67 manat, EBDF seriyalı, 446126 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3031,12 manat, EBDF seriyalı, 445851 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3019,05 manat, EBDF seriyalı, 779974 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2997,18 manat, EBDF seriyalı, 858983 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3045,79 manat, EBDG seriyalı, 052014 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3062,81 manat, EBDG seriyalı, 111184 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3040,93 manat, EBDG seriyalı, 382180 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3038,50 manat, EBDG seriyalı, 409801 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3028,78 manat, EBDG seriyalı, 578017 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3043,36 manat, EBDG seriyalı, 578023 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3040,93 manat, EBDG seriyalı, 876113 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3031,21 manat, EBDH seriyalı, 025198 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2980,16 manat, EBDH seriyalı, 034835 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3038,50 manat, EBDH seriyalı, 076848 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3082.25 manat, EBDH seriyalı, 264460 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3002,04 manat, EBDH seriyalı, 355819 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3045,79 manat, EBDH seriyalı, 369671 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3026,35 manat, EBDH seriyalı, 374723 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3045,79 manat, EBDH seriyalı, 698034 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3006,90 manat, EBDH seriyalı, 799322 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3062,81 manat, EBDİ seriyalı, 043602 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3055,52 manat, EBDİ seriyalı, 121001 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3019,05 manat, EBDİ seriyalı, 171448 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3028,78 manat, EBDİ seriyalı, 521917 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3038,50 manat, EBDİ seriyalı, 610180 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3062,81 manat, EBDİ seriyalı, 707500 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3021,48 manat, EBDİ seriyalı, 897208 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3028,78 manat, EBDİ seriyalı, 897425 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3036,07 manat, EBDİ seriyalı, 933895 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3033,64 manat, EBDİ seriyalı, 963964 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3055,52 manat, EBDİ seriyalı, 975360 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3026,35 manat, EBDJ seriyalı, 050475 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3038,50 manat, EBDJ seriyalı, 068886 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3033,64 manat, EBDJ seriyalı, 054012 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3043,36 manat, EBDJ seriyalı, 543037 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3038,50 manat, EBDJ seriyalı, 690996 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3077,39 manat, EBDJ seriyalı, 759542 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3026,35 manat, EBDK seriyalı, 155966 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3021,48 manat, EBDK seriyalı, 210959 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3043,36 manat, EBDK seriyalı, 262501 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3060,38 manat, EBDK seriyalı, 313861 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3014,19 manat, EBDK seriyalı, 608144 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3060,38 manat, EBDK seriyalı, 784817 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2982,59 manat, EBDK seriyalı, 945913 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3048,22 manat, EBDK seriyalı, 997528 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3033,64 manat, EBDL seriyalı, 240028 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3028,78 manat, EBDL seriyalı, 336999 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3038,50 manat, EBDL seriyalı, 369122 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2982,59 manat, EBDL seriyalı, 422413 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3019,05 manat, EBDL seriyalı, 636496 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3031,21 manat, EBDL seriyalı, 827708 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3031,21 manat, EBDL seriyalı, 865276 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2989,88 manat, EBDM seriyalı, 008359 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2985,02 manat, EBDM seriyalı, 198539 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3043,36 manat, EBDM seriyalı, 268008 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2997,18 manat, EBDM seriyalı, 470307 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3084,69 manat, EBDM seriyalı, 470307 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3084,69 manat, EBDM seriyalı, 472247 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3006,90 manat, EBDM seriyalı, 664964 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3023,92 manat, EBDM seriyalı, 716429 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3065,24 manat, EBDM seriyalı, 804188 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3011,76 manat, EBDM seriyalı, 922060 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2989,88 manat, EBDM seriyalı, 914301 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3014,19 manat, EBDM seriyalı, 921961 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3055,52 manat, EBDN seriyalı, 117554 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3043,36 manat, EBDN seriyalı, 155776 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3038,50 manat, EBDN seriyalı, 514823 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2989,88 manat, EBDN seriyalı, 626764 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3019,05 manat, EBDN seriyalı, 709740 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3040,93 manat, EBDN seriyalı, 828059 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3040,93 manat, EBDN seriyalı, 922460 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3021,48 manat, EBDO seriyalı, 015311 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3040,93 manat, EBDO seriyalı, 054199 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2970,44 manat, EBDO seriyalı, 197986 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3002,04 manat, EBDO seriyalı, 299556 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3011,76 manat, EBDO seriyalı, 394884 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3045,79 manat, EBDO seriyalı, 536816 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3045,79 manat, EBDO seriyalı, 542484 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2970,44 manat, EBDO seriyalı, 758321 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3019,05 manat, EBDO seriyalı, 832148 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3040,93 manat, EBDO seriyalı, 993872 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3126,20 manat, EBDP seriyalı, 020845 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3161,55 manat, EBDP seriyalı, 137322 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3123,67 manat, EBDP seriyalı, 249832 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3156,50 manat, EBDP seriyalı, 456522 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3179,22 manat, EBDP seriyalı, 489902 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3179,23 manat, EBDP seriyalı, 549636 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3153,97 manat, EBDP seriyalı, 767901 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3100,95 manat, EBDP seriyalı, 794809 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3100,95 manat, EBDP seriyalı, 955760 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3141,35 manat, EBDQ seriyalı, 350761 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3141,35 manat, EBDQ seriyalı, 457926 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3128,72 manat, EBDQ seriyalı, 522882 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3166,60 manat, EBDQ seriyalı, 541399 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3253,54 manat, EBDR seriyalı, 285950 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3141,35 manat, EBDM seriyalı, 268008 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3261,40 manat dəyərində sement məhsulu "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
9. “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 24,06 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 24,84 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 25,02 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 25,02 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 24,86 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 24,78 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 25,06 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 24,98 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 24,56 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 24,56 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsindən görünür ki, 24,88 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 24,88 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 24,78 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 25,08 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 24,84 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Əmtəə nəqliyyat qaiməsi”ndən görünür ki, 24,90 kq mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. "xxxx" MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 65 508,97 manat əsas borcun, 4000 manat cərimənin, ödənilmiş 300 manat dövlət rüsumunun, cəmi 69 808,97 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında 04 aprel 2023-cü il tarixdə 19 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, 04 aprel 2023-cü ildən 19 sentyabr 2024-cü il tarixədək üzərinə düşən öhdəlikləri yerinə yetirərək cavabdehə sement satmış və xidmətlər göstərmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, ödəməli olduğu 65 508,97 manatı ödəməmişdir. Məhz buna görə də elektron qaydada göndərilmiş məktubla qalıq pulu və üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyini cavabdehdən tələb etmiş, ancaq cavabdeh borcu qaytarmamışdır. Cavabdeh əsas borcla yanaşı, müqavilənin 6.1.1-ci və 6.1.3-cü bəndlərinə əsasən, ona vurmuş olduğu ziyanı (əldən çıxmış fayda) və hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1%-i qədər cərimə də ödəməlidir.
12. Məhkəmənin 21 yanvar 2025-ci il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi (direktoru) Nümayəndə iddia tələbini qəbul edərək bildirmişdir ki, vergi orqanı tərəfindən cavabdeh şirkətin bank hesabına sərəncam qoyulduğundan vaxtında iddiaçıya ödənişlər edə bilməmişlər, ödənişlərdə gecikmələr olmuşdur. Buna görə də şirkətin hesabının üzərindən sərəncam götürüldükdən sonra ödənişləri edəcəklər, əsas borcu və cəriməni qəbul edir.
13. Birinci instansiya məhkəməsinin 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni işin müəyyən olunmuş hallarına istinadla belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə mallar verilmiş, cavabdeh də elektron və əmtəə nəqliyyat qaimələri üzrə ödəniş etməklə malların ona verildiyini qəbul etmiş, cavabdehin nümayəndəsi bu halları etiraf etmişdi. Bununla da cavabdehin verilmiş olan malların dəyərini ödəmək vəzifəsi yaranmışdır – buna görə iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalıdır.
15. Məhkəmə iddiaçının “4000 manat məbləğində dəbbə pulunun tutulması” tələbini də əsaslı saymış, vurğulamışdır ki, iddiaçının bu hüququ müqavilədən irəli gəlir və cavabdeh dəbbə pulunu mübahisələndirməmişdir.
16. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 445.1-ci, 567-ci, 600.1-ci, 600.4-cü, 627.1-ci, 630.1-ci, 631.1-ci, 632.3-cü, 634.2-ci, 637.1-ci, 637.2-ci maddələrinə istinad etmişdir.
17. Qətnamədən cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, işin faktiki hallarını aydınlaşdırmamış, cavabdehin hesablarına həbs qoyulduğu üçün ödəniş edə bilmədiyini nəzərə almamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
19. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsini məhkəməyə göndərməmiş, bununla belə onun direktoru elektron sistem vasitəsilə ərizə göndərərək Cavabdeh MMC tərəfindən borcun tam ödənildiyini və artıq cavabdehin iddiaçı qarşısında hər hansı borc öhdəliyinin qalmadığını bildirməklə işin icraatına xitam verilməsini xahiş etmişdir.
20. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkili) də borcun tam ödənildiyini bildirməklə iddiadan imtinanın qəbul olunmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 370. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
22. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
23. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
24. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
25. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının səlahiyyətli şəxsinin iddiadan imtina məzmunlu ərizəsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə işin icraatına xitam verilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı "xxxx" MMC-nin direktorunun iddiadan imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-803/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 18 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilərək işin icraatına xitam verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özünə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Ziya Şirinov