Məhkəmə qərarları › İş №2-2(103)-594/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-594/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-594/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-189/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.03.2021-ci il tarixli qərardadından Maraqlı şəxs İldırım oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi ilə T.Əliyarbəyov və Nizami küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi məqsədi ilə 1 kv.m qeyri-yaşayış sahəsinin (zirzəmi və 1-ci mərtəbə üçün ayrı-ayrılıqda olmaqla) bazar qiymətinin müəyyən edilməsi üçün qiymətləndirici ilə müqavilə bağlanılması və həmin qeyri-yaşayış sahələrinin bazar qiymətinə uyğun olmaqla icarəyə verilməsi üçün icarə müqavilələrinin hərrac yolu ilə bağlanılması vəzifəsinin Cavabdeh ASC-nin icra orqanının üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərək, Cavabdeh ASC tərəfindən bağlanılmış bütün sonuncu icarə müqavilələrinin etibarsız hesab edilməsi, icarə sahələrinin boşaldılması, cəmiyyətin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 1 kv.m. icarə haqqının real bazar qiymətinin müəyyən edilməsi və icarə müqavilələrinin hərrac yolu ilə bağlanılması vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs İldırım oğlu cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səhmdarı olduğu Cavabdeh ASC-nin fəaliyyətinə qanunsuz müdaxilələr etdiyinə görə cavabdeh İddiaçı Cavabdeh ASC-nin xeyrinə 50000 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.03.2021-ci il tarixli 2-2(113)-189/2021 saylı qərardadı ilə üçüncü şəxs Maraqlı şəxs İldırım oğlunun iddia ərizəsi geri qaytarılmışdır. Maraqlı şəxs İldırım oğlu həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 31.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, iddia ərizəsinin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Maraqlı şəxs İldırım oğlu isə prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərməmişdir. Həmçinin Mülki Prosessual Məcəlləsinin 150.0, 150.0.2 və 150.0.4-cü maddələrinin tələblərinə zidd olaraq dövlət rüsumunun ödənilməsi barədə qəbz və iddia ərizəsinin surətinin cavabdeh tərəfindən alınmasına dair sənəd də əlavə olunmamışdır. Qeyd olunan halları və Mülki Prosessual Məcəlləsinin 151.1, 152.1.4, 152.1.5-ci maddələrinin tələblərinin nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmişdir. Şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs İldırım oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-189/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar