Məhkəmə qərarları › İş №2-2(103)-6/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-6/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-6/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdeh “Cavabdeh» MMC-yə (xxxx MMC) qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə işə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-560/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Ləğv prosesində olan “xxxx” ASC Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (xxxx MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 33K/13 nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 174 600 (bir yüz yetmiş dörd min altı yüz) AZN, faiz borcu üzrə 103 208.20 (bir yüz üç min iki yüz səkkiz manat iyirmi qəpik) AZN və cərimə borcu üzrə 14 511.20 (on dörd min beş yüz on bir manat iyirmi qəpik) AZN, cəmi 292 319.40 (iki yüz doxsan iki min üz yüz on doqquz manat qırx qəpik) AZN, 38K/13 nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 90 900 (doxsan min doqquz yüz) AZN, faiz borcu üzrə 53 732.20 (əlli üç min yeddi yüz otuz iki manat iyirmi qəpik) AZN, cərimə borcu üzrə 7 191.20 (yeddi min bir yüz doxsan qırx bir manat iyirmi qəpik) cəmi 151 823.40 (bir yüz əlli bir min səkkiz yüz iyirmi üç manat qırx qəpik) AZN, 39K/13 nömrəli, xx xxx 2013-cü tarixli kredit müqaviləsinə əsasən borc üzrə 62 400 (altmış iki min dörd yüz) AZN, faiz borcu üzrə 36 883.51 (otuz altı min səkkiz yüz səksən üç manat əlli bir) AZN, cərimə borcu üzrə 4 908.50 (dörd min doqquz yüz səkkiz manat əlli qəpik) AZN, cəmi 104 192.01 (bir yüz dörd min bir yüz doxsan iki manat bir qəpik) AZN, 27/14 nömrəli, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 520 600 (beş yüz iyirmi min altı yüz) AZN, faiz borcu üzrə 242 514.65 (iki yüz qırx iki min beş yüz on dörd manat altmış beş qəpik) AZN, cəmi 763 114.65 (yeddi yüz altmış min bir yüz on dörd manat altmış beş qəpik) AZN, 173K/13 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3 608 500 (üç milyon altı yüz səkkiz min beş yüz) AZN, faiz borcu üzrə 1 995 785.78 (bir milyon doqquz yüz doxsan beş min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) AZN, cərimə borcu üzrə 16 538.95 (on altı min beş yüz otuz səkkiz manat doxsan beş qəpik) AZN, cəmi 5 620 824.73 (beş milyon altı yüz iyirmi min səkkiz iyirmi dörd manat yetmiş üç qəpik) AZN və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun 1 (bir) AZN bank xidməti haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı-nin Müştərilərə Xidmət Departamenti ilə cavabdeh xxxx MMC arasında bağlanmış 33K/13 nömrəli, xx xxx 2013-cü il tarixli Təminatsız Bərpa olunan X1 əsasən dövriyyə vəsaitinin arıtılmasının maliyyələşdirilməsi üçün illik 16%-lə, 12 ay müddətinə 174 600 (bir yüz yetmiş dörd min altı yüz) AZN, 38K/13 nömrəli, xx xxx 2013-cü il tarixli Təminatsız Bərpa olunan X1 əsasən dövriyyə vəsaitinin arıtırılmasının maliyyələşdirilməsi üçün illik 16%-lə, 36 müddətinə 90 900 (doxsan min doqquz yüz) AZN, 39K/13 nömrəli, xx xxx 2013-cü il tarixli Təminatsız Bərpa olunan X1 əsasən dövriyyə vəsaitinin arıtırılmasının maliyyələşdirilməsi üçün illik 16%-lə. 36 ay müddətinə 62 400 (altmış iki min dörd yüz) AZN, 27/14 nömrəli, xx xxxx 2014-cü il tarixli Təminatsız bərpa olunan X1 əsasən dövriyyə vəsaitinin arıtılmasının maliyyələşdirilməsi üçün illik 15%-lə, 12 ay müddətinə 520 600 ( beş yüz iyirmi min altı yüz manat) AZN, 173K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli maliyyələşdirilməsi üçün illik 15%-lə, 12müddətinə 520 600 (beş yüz iyirmi min altı yüz manat) AZN, 173K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli təminatsız bərpa olunmayan X1 əsasən dövriyyə vəaitinin arıtırılmasının maliyyələşdirilməsi üçün illik 15%-lə, 12 ay müddətinə 3 608 500 (üç milyon altı yüz səkkiz min beş yüz) AZN məbləğində kredit verilmişdir Cavabdeh qeyd edilən kredit müqavilələrindəki şərtləri pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən Cavabdeh MMC-yə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı-nin Müştərilərə Xidmət Departamenti ilə CavabdehMMC arasında bağlanmış 33K/13 nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tariə Cavabdeh MMC-nin ləğv prosesində olan Bank of Azrbaijan ASC qarşısında əsas borc üzrə 174 600 (bir yüz yetmiş dörd min altı yüz) AZN, faiz borcu üzrə 103 208.20 (bir yüz üç min iki yüz səkkiz manat iyirmi qəpik) AZN və cərimə borcu üzrə 14 511.20 (on dörd min beş yüz on bir manat iyirmi qəpik) AZN, cəmi 292 319.40 (iki yüz doxsan iki min üz yüz on doqquz manat qırx qəpik) AZN. 38K/13 nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas birc üzrə 90 900 (doxsan min doqquz yüz) AZN, faiz borcu üzrə 53 732.20 (əlli üç min yeddi yüz otuz iki manat iyirmi qəpik) AZN, cərimə borcu üzrə 7 191.20 (yeddi min bir yüz doxsan qırx bir manat iyirmi qəpik) cəmi 151 823.40 (bir yüz əlli bir min səkkiz yüz iyirmi üç manat qırx qəpik) AZN, 39K/13 nömrəli, xx xxx 2013-cü tarixli kredit müqaviləsinə əsasən borc üzrə 62 400 (altmış iki min dörd yüz) AZN, faiz borcu üzrə 36 883.51 (otuz altı min səkkiz yüz səksən üç manat əlli bir) AZN, cərimə borcu üzrə 4 908.50 (dörd min doqquz yüz səkkiz manat əlli qəpik) AZN, cəmi 104 192.01 (bir yüz dörd min bir yüz doxsan iki manat bir qəpik) AZN, 27/14 nömrəli, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 520 600 (beş yüz iyirmi min altı yüz) AZN, faiz borcu üzrə 242 514.65 (iki yüz qırx iki min beş yüz on dörd manat altmış beş qəpik) AZN, cəmi 763 114.65 (yeddi yüz altmış min bir yüz on dörd manat altmış beş qəpik) AZN, 173K/13 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3 608 500 (üç milyon altı yüz səkkiz min beş yüz) AZN, faiz borcu üzrə 1 995 785.78 (bir milyon doqquz yüz doxsan beş min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) AZN, cərimə borcu üzrə 16 538.95 (on altı min beş yüz otuz səkkiz manat doxsan beş qəpik) AZN, cəmi 5 620 824.73 (beş milyon altı yüz iyirmi min səkkiz iyirmi dörd manat yetmiş üç qəpik) AZN məbləğində borc yaranmışdır. İddiaçı tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası MPM-in 26.1-ci, maddəsinə, Azərbaycan Respublikası MM-in 385.1-ci, 442-ci, 445.1-ci, 445.2.1-ci maddələrinə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-2(82)-560/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 33K/13 nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 174.600 manat, 38K/13 nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 90.900 manat, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, 3.608.500 manat, cəmi 3.874.000 manat və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat və bank xidmətinin haqqının əvəzi olaraq 1 manatın tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun ödənilmiş 15 manatının iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələblərinin tam şəkildə təmin edilməsinə dair yeni qətnamənin qəbul olunması, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə iddianın qismən təmin olunan hissədə ləğv edilib, iddianın tam rədd olunması xahiş edilmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2017-ci il tarixli ekspert rəyinə əsasən hesab etmişdir ki, tərəflər arasında bu kredit müqavilələri üzrə öhdəlik hüquq münasibətinin yaranmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, kredit müqavilələrində və çeklərdə cavabdeh öz möhürü ilə kreditin imzalanmasını və vəsaitin bankdan götürülməsini təsdiq etmişdir. Kredit vəsaitlərinin alınması üçün cavabdeh tərəfindən banka müraciət olunmuşdur. Həmin müraciətləri cavabdehin direktoru Abbasov H.Ə. öz imzası və MMC-nin möhürü ilə təsdiq etmişdir. Qeyd olunan müraciətlər nəzərə alınmaqla bank tərəfindən cavabdehə kredit vəsaitlərinin verilməsi qərara alınmışdır. Kredit alan tərəfindən imzaların ekspert rəyinə əsasən faksmile klişe-vasitəsilə icra edildiyi müəyyən olunsa da, qeyd olunan cavabdehə məxsus möhürün düzgünlüyündə şübhə yoxdur. Həmin möhür cavabdehin istifadəsində olub və hal-hazırda onun istifadəsindədir. Qeyd olunan möhür cavabdeh tərəfindən kredit müqavilələrinin imzalanması və möhürlə təsdiq edilməsi zamanından başqa kredit sifarişi haqqında məlumatın (anket), müddətli öhdəliklərin və ərizələrin imzalanmasında istifadə edilmişdir. Əlavə olaraq, cavabdeh kredit vəsaitlərinin alınması zamanı şirkətin təsis sənədlərini banka təqdim etmişdir və həmin sənədlərdən kreditlərin rəsmiləşdirilməsi zamanı istifadə olunmuşdur. Cavabdehə məxsus cari hesabın çıxarışından cavabdehə verilən kredit müqavilələri üzrə vəsaitlərin onun tərəfindən istifadə edilməsi görünür. Bundan əlavə, məhkəmə öz qətnaməsində göstərmişdir ki, cavabdehdən iddiaçının tələb etdiyi kimi kredit müqaviləsi üzrə ümumi hesablanmış faiz borcu deyil, kredit müqaviləsinin bitdiyi tarixə olan faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Lakin məhkəmə nə səbəbdənsə kredit müqaviləsinin sonuna olan faiz borclarını da təmin etməmişdir. Eyni zamanda, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-ju maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbayjan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının faizlərin hesablanmasına dair ikinci bəndinin müvafiq yarımbəndinə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya ira müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin («MM») 445.7-ci maddəsinə görə kreditor gejikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə qətnaməsi xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Hansı ki, xx.xx.2017-ci il tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi 15-dir. Məhkəmə qətnamə qəbul edərkən bu halların heç birini araşdırmamış və hüquqi qiymət verməmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxxx 2017-ci il tarixli rəyindən müəyyən olunur ki, bəzi kredit müqavilələrində kredit götürən qrafasında imzalar, həmçinin çeklərin ön və arxa tərəfindəki imzalar faksimile klişe vasitəsi ilə icra olunmuşdur. Digər müqavilələr və onlara müvafiq təqdim olunmuş çeklərdəki imzalar isə heç bir texniki vasitənin köməyi olmadan icra edilmişdir. Halbuki, qeyd edilən çeklər kredit müqaviləsi üzrə pulun verilib- verilməməsini sübut edən sənəd hesab olunmamalıdır. Belə ki, həmin çeklər yalnız cari hesabdan pul vəsaitinin nağdlaşdırılması üçün istifadə olunur. İddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışlar və arayışlar isə bir tərəfli qaydada tərtib edilmiş cədvəldən ibarətdir ki, bu da mötəbər sübut hesab olunmamalıdır. İşə apellyasiya qaydasında baxılarkən əvvəlki məhkəmə iclaalarında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2- 2(103)-238/2018 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 6.932.274,19 manat məbləğdə borc və ödənilmiş 45 manat məbləğdə dövlət rüsumunun əvəzi tutulması qət olunmuşdur. Azərbaycan Republikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-359/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2-2(103)-238/2018 saylı qətnaməsi qismən, tərəflər arasında bağlanmış müqavilələr üzrə hesablanmış faiz və cərimə borclarının cavabdehdən tutulması barədə iddianın təmin edilməsi hissəsində ləğv edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməlidir. İşin materialları ilə müəyyən edilir ki, 173K/12 saylı, xx xxxxxx 2012-ci il tarixli təminatsız bərpa olunan X1 görə, borcverən iddiaçı, borc alan “xxxx” MMC-yə 3.608.500 AZN məbləğdə 12 ay müddətinə illik 15 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür; 33K/13 saylı, xx xxx 2013-cü il tarixli təminatsız bərpa olunan X1 əsasən borc verən borc alana 174.600 AZN məbləğdə; 38K/13 saylı, xx xxx 2013-cü il tarixli təminatsız bərpa olunan X1 görə 90.900 AZN məbləğdə 12 ay müddətə illik 16 faizlə; 39K/13 saylı, xx xxx 2013-cü il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsi ilə 62.400 AZN məbləğdə 36 ay müddətə illik 16 faizlə; 27/14 saylı, xx xxxx 2014-cü il tarixli təminatsız bərpa olunan X1 əsasən 520.600 AZN məbləğdə 12 ay müddətə illik 15 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür; Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən xx xxxxxxx 2016-cı il tarixli çıxarışdan müəyyən olunur ki, “xxxx” MMC və bir sıra cəmiyyətlərin ona qoşulması nəticəsində Cavabdeh MMC yenidən təşkil edilmişdir və sonuncu, “xxxx” MMC-nin hüquqi varisidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli. 2-1(81)- 1404/2016 saylı iş üzrə qərarı ilə “xxxx” ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı ləğv prosesində olan “xxxx” ASC hazırki iddiasında qeyd olunan kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Republikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-359/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qətnaməsi iddiaçının xeyrinə əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmış, tərəflər arasında bağlanmış müqavilələr üzrə hesablanmış faiz və cərimə borclarının cavabdehdən tutulması barədə iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ona görə də, hazırki mərhələdə iddiaçının faiz və cərimənin tutulması tələbinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. İddiaçının kredit müqavilələri üzrə faizin tutulması tələbi üzrə kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, «… “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Hazırki mübahisəyə münasibətdə Konstitusiya Məhkəməsinin əks olunmuş şərhinin tətbiqi isə o anlama gətirir ki, müqavilə şərtlərinə görə əsas kredit borcuna hesablanmış faiz borcu həmin müqavilələrin 1.1-ci və 3.5-ci bəndlərində nəzərdə tutulmuş müddətlə məhdudlaşdırılmalıdır». Azərbaycan Respublikası MPM-nin 420-cimaddəsinəəsasənkassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəməaradırmasızamanı iddiaçının nümayəndəsi sistemdən məlumatların çıxarıla bilməməsi səbəbindən sözügedən kredit müqavilələrinin bitmə tarixinə yaranmış faiz və cərimə borcunun miqdarının əks olunduğu maliyyə arayışlarını təqdim edə bilmədiklərini bildirmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq tərəflər arasında bağlanmış kredit müqavilələrinin bitdiyi tarixə (həmin tarix işdə olan kredit müqavilələri ilə yanaşı, İ cild i.v 168-172də olan maliyyə arayışlarında göstərilmişdir) cavabdehin faiz və dəbbə pulu üzrə borcun miqdarının müəyyən edilməsi üçün xx xxxxx 2019-cu il tarixli qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 12843 saylı məhkəmə ekspetizasının rəyi verilmiş və qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx xxxx 2014-cü il tarixli, 27/14 saylı, xx xxx 2013-cü il tarixli, 38K/13 saylı, xx xxx 2013-cü il tarixli 39K/13 saylı, xx xxx 2013-cü il tarixli, 33K/13 saylı və xx xxxxxx 2012-ci il tarixli, 173K/12 saylı kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülmüklə Cavabdeh MMC-nin iddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinə müqavilələrin müddətinin bitdiyi tarixə olan borcları aşağıdakı kimi müəyyən edilir: xx xxxx 2014-cü il tarixli, 27/14 saylı kredit müqaviləsi üzrə faiz borcu 78.090,0 manat, xx xxx 2013-cü il tarixli, 38K/13 saylı kredit kartı müqaviləsi üzrə 43.632,0 manat, xx xxx 2013-cü il tarixli, 39K/13 saylı kredit kartı müqaviləsi üzrə 29.952,0 manat, xx xxx 2013-cü il tarixli, 33K/13 saylı kredit kartı müqaviləsi üzrə 27.936,0 manat, xx xxxxxx 2012-ci il tarixli, 173K/12 saylı kredit kartı müqaviləsi üzrə 220.928,56 manatdır. Hazırki ekspetiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanan tarixlərə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə borcu hesablanmadı. Məhkəmə araşdırması zamanı ləğv prosesində olan “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanmış **********888 saylı, xx xxxxxxx 2019-cu il tarixli etiraz verilərək göstərilmişdir ki, xx xxxx 2014-cü l tarixli, 27/14 saylı kredit kartı müqaviləsi üzrə iddia tələbi faiz borcu hissəsində 242.514,65 manat olmasına baxmayaraq, ekspert öz rəyində heç bir ətraflı izahat vermədən faiz borcunu kəskin surətdə azaldaraq 78.090,0 manat, xx xxx 2013-cü il tarixli, 33K/13 saylı kredit kartı müqaviləsi üzrə faiz borcu hissəsində iddia tələbi 103.208,20 manat olmasına baxmayaraq, ekspert rəyində həmin məbləğ kəskin surətdə azaldılaraq 27.936 manat, 173K/12 saylı, xx xxxxxx 2012-ci il tarixli kredit müqavilə üzrə isə faiz borcu hissəində iddia tələbi 1.995.785,87 manat olmasına baxmayaraq ekspert rəyində 220.928,56 manat müəyyən edilmişdir. Beləliklə də, 12843 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində həmin məbləğlərin hansı qaydada, hansı əsaslarla hesablanmasına dair heç bir sübut göstərilmədən iddia tələbi kəskin surətdə azaldılmışdır. Həmin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı ilə 173K/12 saylı, xx xxxxxx 2012-ci il tarixli, xx xxx 2013-cü il tarixli, 33K/13 saylı və xx xxxx 2014-cü il tarixli, 27/14 saylı, kredit müqavilələri üzrə 12 ay müddəti üçün faiz borcunun məbləği müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən 36 ay müddətinə bağlanmış, xx xxx 2013-cü il tarixli, 33K/13 saylı və xx xxxx 2014-cü il tarixli, 27/14 saylı kredit müqavilələri təqdim edilmişdir. İddiaçının nümayəndəsi 173K/12 saylı, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin də 36 ay müddətinə bağlandığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən vəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası tərəflər arasında 36 ay müddətinə bağlanmış xx xxx 2013-cü il tarixli, 33K/13 saylı və xx xxxx 2014-cü il tarixli, 27/14 saylı kredit müqavilələrinin bitdiyi tarixə cavabdehin borcun miqdarının müəyyən edilməsi üçün xx.xx.2019-cu il tarixli qərardadı ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 32358 saylı məhkəmə ekspetizasının rəyi verilmişdir. Rəydə göstərilmişdir ki, xx xxxx 2014-cü il tarixli, 27/14 saylı kredit kartı müqaviləsi üzrə müqavilənin müddəti 36 ay nəzərə alınmaqla faiz borcu 234.270,0 manat, xx xxx 2013-cü il tarixli, 33K/13 saylı kredit kartı müqaviləsi üzrə müqavilənin müddəti 36 ay nəzərə alınmaqla faiz borcu 83.808,0 manatdır. Göründüyü kimi, hər iki ekspert rəyi ilə xx xxxx 2014-cü il tarixli, 27/14 saylı, xx xxx 2013-cü il tarixli, 38K/13 saylı, xx xxx 2013-cü il tarixli 39K/13 saylı, xx xxx 2013-cü il tarixli, 33K/13 saylı və xx xxxxxx 2012-ci il tarixli, 173K/12 saylı kredit müqavilələri üzrə həmin müqavilələrin bitmə tarixinə faiz borcunun məbləği müəyyən edilmişdir. İş üzrə verilmiş ekspert rəylərini şübhə altına alın sübutlar təqdim olunmadığından, məhkəmə kollegiyası həmin rəyləri mötəbər sübut kimi qiymətləndirir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən qeyd olunan kredit müqavilələri üzrə, həmin müqavilələrin bitmə tarixinə yaranmış faiz borcu deyil, müqavilələrin müddətlərinin bitməsindən sonrakı dövr üzrə də faiz tələbi irəli sürülmüşdür. Ona görə də, iddia tələbində qeyd olunan faiz məbləği, iş üzrə verilmiş ekspert rəyləri ilə müəyyən edilmiş faiz məbləğindən çox olmuşdur. Kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx xxxx 2014-cü il tarixli, 27/14 saylı, xx xxx 2013-cü il tarixli, 38K/13 saylı, xx xxx 2013-cü il tarixli 39K/13 saylı, xx xxx 2013-cü il tarixli, 33K/13 saylı və xx xxxxxx 2012-ci il tarixli, 173K/12 saylı kredit müqavilələri üzrə həmin müqavilələrin bitmə tarixinə faiz borcunun məbləğinin tutulması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinintələblərinə, həm də həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarındaifadə olunmuş hüquqi mövqeyə uyğundur. Həmçinin qeyd edilməlidir ki, işin materiallarına həm 12 ay, həm də 36 ay müddətinə bağlanmış xx xxx 2013-cü il tarixli, 33K/13 saylı və xx xxxx 2014-cü il tarixli, 27/14 saylı kredit müqavilələri əlavə edilmiş, iş üzrə verilmiş ekspert rəyləri ilə hər iki dövrə uyğun faiz məbləğləri müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin materiallarına həmin müqavilələr üzrə vəsaitin ayrılmasına dair sərəncama əsasən xx xxx 2013-cü il tarixli, 33K/13 saylı və xx xxxx 2014-cü il tarixli, 27/14 saylı kredit müqavilələrinin müddətinin 36 ay göstərilməsini nəzərə alaraq, (İ cild, i.v 181, 189) hesab edir ki, iddiaçının 36 ay müddətinə bağlanmış xx xxx 2013-cü il tarixli, 33K/13 saylı və xx xxxx 2014-cü il tarixli, 27/14 saylı kredit müqavilələri mötəbər hesab edilməli və həmin müqavilər üzrə faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının sözügedən kredit müqavilələri üzrə cərimənin tutulması tələbinə gəldikdə, qeyd edilməlidir ki, cavabdehin kredit müqavilələri üzrə cərimə borcunun müəyyən edilməsinə dair ekspert qarşısında qoyulmuş suala cavab olaraq göstərilmişdir ki, hazırki ekspetiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanan tarixlərə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə borcu hesablanmadı. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cərimə məbləği kredit müqavilələrinin müddətinin bitdiyi tarixə deyil, iddianın qaldırıldığı tarixə hesablandığı üçün iddiaçı tərəfindən cərimənin tutulması barədə tələbi irəli sürülmüşdür. İşə əlavə edilmiş maliyyə arayışlarından da göründüyü kimi, cavabdehin kredit müqavilələrinin bitdiyi tarixə cərimə borcu mövcud deyildir. İşə əlavə edilmiş, iddiaçı tərəfindən verilmiş 08, xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışlarından aydın olur ki (İİİ cild 186-190) cavabdehin müvafiq kredit müqavilələri üzrə cərimə borcu yoxdur. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının cərimə borcunun tutulması tələbinin təmin olunmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi yoxlanılan hissədə maddi hüquq normalarının pozulmasına görə qismən-kredit müqavilələri üzrə faiz borcunun tutulması tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, iddiaçının həmin tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanmış, kredit müqavilələlərinin bitmə tarixinə xx xxxx 2014-cü il tarixli, 27/14 saylı kredit müqaviləsinə əsasən cavabdehdən iddiaçının xeyrinə 234.270 manat, xx xxx 2013-cü il tarixli, 38K/13 saylı kredit müqaviləsi üzrə 43.632 manat, xx xxx 2013-cü il tarixli 39K/13 saylı kredit müqaviləsi üzrə 29.952 manat, xx xxx 2013-cü il tarixli, 33K/13 saylı kredit müqaviləsi üzrə 83.808 manat və xx xxxxxx 2012-ci il tarixli, 173K/12 saylı kredit müqaviləsi üxrə 220.928,56 manat məbləğində faiz borcu tutulmalı, iddiaçının faizin tutulması tələbi qalan hissədə təmin edilməməli, qətnamə yoxlanılan, qalan hissədə dəyişdirilmədən saxlanmalı, iddiaçının və cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382-384, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq qət etdi: İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-2(82)-560/2017 saylı qətnaməsi qismən iddiaçının «kredit müqavilələri üzrə faiz borcunun tutulması» tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. İddiaçının «kredit müqavilələri üzrə faiz borcunun tutulması» qismən təmin edilsin. Tərəflər arasında bağlanmış, kredit müqavilələlərinin bitmə tarixinə xx xxxx 2014-cü il tarixli, 27/14 saylı kredit müqaviləsinə əsasən cavabdehdən iddiaçının xeyrinə 234.270 manat (iki yüz otuz dörd min, iki yüz yetmiş), xx xxx 2013-cü il tarixli, 38K/13 saylı kredit müqaviləsi üzrə 43.632 (qırx üç min altı yüz otuz iki) manat, xx xxx 2013-cü il tarixli 39K/13 saylı kredit müqaviləsi üzrə 29.952 (iyirmi doqquz min doqquz yüz əlli iki) manat, xx xxx 2013-cü il tarixli, 33K/13 saylı kredit müqaviləsi üzrə 83.808 (səksən üç min səkkiz yüz səkkiz) manat və xx xxxxxx 2012-ci il tarixli, 173K/12 saylı kredit müqaviləsi üxrə 220.928,56 (iki yüz iyirmi min doqquz yüz iyirmi səkkiz manat əlli altı qəpik) manat məbləğində faiz borcu tutulsun. İddiaçı ləğv prosesində olan “xxxx” ASC «kredit müqavilələri üzrə faizin tutulması tələbi» qalan hissədə təmin edilməsin. Qətnamə yoxlanılan, qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Kəmalə Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar