Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-60/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı, Cavabdeh MMC-nin İddiaçı QSC-yə qarşı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müqavilə öhdəlikləri, xidmət haqqının tutulması, maddi ziyanın ödənilməsi, dəbbə pulu, yeni sübutların apellyasiya instansiyası məhkəməsinə təqdim olunması) hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi (vəkili) Vəkil2, qanuni nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “maddi ziyanın, əldən çıxmış faydanın və digər xərclərin ödənilməsi”, Cavabdeh MMC-nin İddiaçı QSC-yə qarşı “borcun ödənilməsi” tələblərinə dair bir icraatda birləşdirilmiş iş üzrə Bakı Kommersiya Məhkəməsinin 08 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı QSC-nin və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi ) arasında xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 2-ci bəndinə əsasən bu müqaviləyə görə icarəyə verən 3-cü maddədə qeyd edilən əmlakını (bundan sonra icarǝ obyekti) icarəçinin istifadəsinə və sahibliyinə verməyi, icarəçi isə həmin əmlakı istifadəsinə qəbul edib əvəzində icarəyə verənə haqq ödəməyi öhdəsinə götürür.
3. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarə obyekti: Bakı şəhəri, Lökbatan qəsəbəsi, Xocasən yolu, 112A ünvanında yerləşən "xxxx" kompleksinin (“BLC”) anbar sahəsinin 1ci mərtəbəsində 600 m2 anbar sahəsi; anbar sahəsinin daxilində 20 m2 ofis sahəsi.
4. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə obyekti 01 mart 2018-ci il tarixindən 28 fevral 2023-cü il tarixinədək, tərəflərin təhvil-təslim aktı imzalaması ilə 5 (beş) illiyə icarəyə verən tərəfindən icarəçinin birbaşa (vasitəsiz) sahibliyinə və istifadəsinə verilir.
5. Cavabdeh MMC (icraçı) ilə İddiaçı QSC (tapşıran) arasında xx.xx.2022-ci il tarixdə LG/2022/113 nömrəli xidmət müqaviləsi (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) bağlanmışdır.
6. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə və müddəalarına əsasən icraçı Azərbaycan Respublikası, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bakı Logistika Mərkəzində malların qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanması, seçilməsi, toplanması, yüklənməsi daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaq şərtilə, anbar xidmətləri göstərməyi, tapşıran isə xidmətlərə görə bu müqavilə üzrə təyin edilmiş xidmət haqqını ödəməyi öhdəsinə götürür;
7. Müqavilənin 1.2-ci bəndinə əsasən, icraçı anbarda toplanılan sifarişlərin Bakı-Abşeron ərazisi üzrə müştərilərə çatdırılmasını öhdəsinə götürür.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən, icraçı tapşıranın mallarını müvafiq qaydada anbarda qəbul etməyi, yükləməyi və boşaltmağı, saxlamağı öhdəsinə götürür.
9. Müqavilənin 2.3-cü bəndinə əsasən mallar, onları yağışdan, qardan və hava şəraiti səbəbindən yarana bilən hər hansı digər zərərdən, oğurluqdan, o cümlədən mallara zərər vura və ya onları zədələyə biləcək hər hansı təmasdan qoruyacaq tərzdə boşaldılmalı, yüklənməlidir.
10. Müqavilənin 2.4-cü bəndinə əsasən icraçı malları oğurluğa və yaxud rütubət, həşərat, gəmirici, düzgün olmayan və ya fərqli yerləşmə, yaxud zədələyici təmas səbəbindən belə malların məruz qala biləcəyi zədələnməyə qarşı qorumalıdır.
11. Müqavilənin 7.1-ci bəndinə əsasən icraçı tərəfindən mallarla bağlı lazımi tədbirlərin (müvafiq ehtiyatlı şəxs tərəfindən belə hallarda yerinə yetirəcəyi ağlabatan tədbirləri) təmin edilməməsi nəticəsində saxlanılan istənilən mallara dǝyǝn zərər və ziyana görə icraçı məsuliyyət daşıyır.
12. Müqavilənin 7.2-ci bəndinə əsasən, tapşıran bildirir ki, zərərlər, ziyan dəymiş malların maya dəyəri ilə müəyyənləşdirilir.
13. Müqavilənin 9.1-ci bəndinə əsasən (fors major halı), istənilən tərəf bu Müqavilə üzrə fəaliyyətinə mane ola bilən və ya onu müvəqqəti təxirə sala bilən müharibə, terror hücumları, qiyamlar, oğurluq (təyyarənin qaçırılması, silahlı soyğun, sındırma və əraziyə giriş daxil olmaqla lakin bununla məhdudlaşmamaqla), kütləvi iğtişaşlar, təxribatlar, zəlzələlər, daşqınlar, təbii fəlakətlər, qadağalar (embarqo), qanunun tələbi, əmək mübahisələri (eləcə də tətillər, işdən kütləvi azadolma ilə bağlı etirazlar və ya boykotlar) və ya (b) yanğınlar, hava şəraiti, partlayışlar, elektrik enerjisinin, istilik, işıq təminatının və sərinləşdirici sistemlərin və rabitə avadanlığının (bu bənddə qeyd edilən hadisələr nəticəsində) pozulması bir şərtlə ki, bu bənddə qeyd olunan hadisələr müqavilə öhdəliyindən azad olma tələb edən Tərəfin etinasız münasibəti və ya günahı səbəbindən baş verməsin (c) Müqavilə Tərəfi onun nəzarətindən kənar olan ("Fors Major" hadisəsi) digər hallar nəticəsində öhdəliklərin icra olunmamsına görə Fors Major hallarının əhatə dairəsindən və davam etmə müddətindən asılı olaraq azad olunacaq.
14. İddiaçı QSC tərəfindən təqdim edilmiş gömrük bəyannamələrindən görünür ki, dəyəri tələb edilən əmlaklar İddiaçı QSC tərəfindən idxal edilmişdir.
15. xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 548389 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15058,44 manat təşkil edir.
16. 01.07.2022-ci il tarixli, EBBZ seriyalı, 286032 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5277,89 manat təşkil edir.
17. 05.08.2022-ci il tarixli, EBCB seriyalı, 372412 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6585,99 manat təşkil edir.
18. 07.09.2022-ci il tarixli, EBCD seriyalı, 344535 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14453,57 manat təşkil edir.
19. 07.10.2022-ci il tarixli, EBCG seriyalı, 731998 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7465,74 manat təşkil edir.
20. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 879038 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13812,51 manat təşkil edir.
21. 06.12.2022-ci il tarixli, EBCK seriyalı, 615480 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17918,09 manat təşkil edir.
22. 30.12.2022-ci il tarixli, EBCM seriyalı, 272154 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5900 manat təşkil edir.
23. 16.01.2023-cü il tarixli, EBCN seriyalı, 026826 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10609,26 manat təşkil edir.
24. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 207405 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10970,79 manat təşkil edir.
25. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 007672 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8260 manat təşkil edir.
26. 03.04.2023-cü il tarixli, EBDC seriyalı, 770071 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8260 manat təşkil edir.
27. 01.05.2023-cü il tarixli, EBDE seriyalı, 639048 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8260 manat təşkil edir.
28. 31.05.2023-cü il tarixli, EBDG seriyalı, 755245 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8260 manat təşkil edir.
29. 25.06.2023-cü il tarixli, EBDİ seriyalı, 726967 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8260 manat təşkil edir.
30. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 042493 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8605,72 manat təşkil edir.
31. 29.08.2023-cü il tarixli, EBDN seriyalı, 131617 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9658,56 manat təşkil edir.
32. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 626668 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10006,52 manat təşkil edir.
33. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2022-ci ilin aprel ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 1029,34 manat + ƏDV 185,28 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
34. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2022-ci ilin may ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 11732,05 manat + ƏDV 2111,77 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
35. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2022-ci ilin iyun ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 4472,79 manat + ƏDV 805,10 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
36. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2022-ci ilin oktyabr ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 11705,52 manat + ƏDV 2106,99 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
37. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2023-cü ilin yanvar ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 9297,28 manat + ƏDV 1673,51 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
38. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2023-cü ilin fevral ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 7000 manat + ƏDV 1260 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
39. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2023-cü ilin iyul ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 7292,98 manat + ƏDV 1312,74 manat təşkil edir. Akt Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
40. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2023-cü ilin sentyabr ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 8480,10 manat + ƏDV 1526,42 manat təşkil edir. Akt Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
41. 230901 nömrəli sayım nəticəsindən (xx.xx.2023-xx.xx.2023-cü il tarixli dövr) görünür ki, 1C proqramı üzrə anbar qalığı və sayım nəticəsi arasında 84 ədəd avadanlıq fərqi mövcuddur. Sayım nəticələrinin qəbulu haqqında xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda göstərilmişdir ki, bu akt 230901 nömrəli əlavə sənədin (sayım nəticəsi) əsasında hazırlanmışdır. Akt İddiaçı QSC, Cavabdeh MMC və "xxxx" MMC-nin nümayəndələri tərəfindən imzalanmışdır.
42. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, malın alış, gömrük, nəqliyyat və malların alınması ilə bağlı çəkilən və maya dəyərinə aid edilən digər xərcləri əsasında malların maya dəyəri formalaşmış və çatışmayan malların yekun maya dəyəri 106375,90 manat məbləğində müəyyənləşdirilmişdir.
43. xx.xx.2023-cü il tarixli 230901-1 nömrəli sayım nəticəsindən görünür ki, 1C proqramı üzrə anbar qalığı və sayım nəticəsi arasında 26 ədəd noutbuk fərqi mövcuddur. Sayım nəticələrinin qəbulu haqqında xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda göstərilmişdir ki, imza edənlər təsdiq edirik ki, 230901 nömrəli, xx.xx.2023 tarixli sayım nəticələrinə əlavə olaraq xx.xx.2023 tarixində "noutbuk" kateqoriyası üzrə mallar anbarda bir yerə toplanaraq yenidən sayım həyata keçirilmiş və "noutbuk" kateqoriyası üzrə aşağıda qeyd olunan sayda mal qalığı müəyyən olunmuşdur. Bu akt 230901-1 nömrəli əlavə sənədin (sayım nəticəsi) əsasında hazırlanmışdır. Akt İddiaçı QSC, Cavabdeh MMC və "xxxx" MMC-nin nümayəndələri tərəfindən imzalanmışdır.
44. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, malın alış, gömrük, nəqliyyat və malların alınması ilə bağlı çəkilən və maya dəyərinə aid edilən digər xərcləri əsasında malların maya dəyəri formalaşmış və çatışmayan malların yekun maya dəyəri 40 006,84 manat məbləğində müəyyənləşdirilmişdir.
45. Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarına əsasən, fakta görə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir.
46. Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında qərarına əsasən İddiaçı QSC iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində, X19 isə cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır.
47. Məhkəməyə sübut qismində maddi daşıyıcı-diskdə məlumatlar təqdim edilmişdir.
48. Techpro DC” QSC xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək borcun 5 gün müddətində ödənilməsini xahiş etmiş etmişdir.
49. Cavabdeh MMC xx.xx.2023-cü il tarixli, 10 nömrəli borc ödənişi haqqında bildirişlə İddiaçı QSC-yə müraciət edərək 19665,08 manat məbləğində borcun ödənilməsini xahiş etmişdir.
50. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1688/2024 nömrəli qərarına əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, X3, X12 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
51. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 146 382,74 manat maddi ziyan, 20 000 manat əldən çıxmış fayda, xx.xx.2023-cü il tarixli 80 saylı sayım müqaviləsi əsasında ödədiyi 5000 manat, 400 manat mediasiya xərci, 10 manat poçt kargüzarlıq xərci, 61,79 manat məhkəmə xərci olmaqla, ümumilikdə 171 862,53 manat pul vəsaitinin Cavabdeh MMC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
52. İddia tələbi aşağıda göstərildiyi kimi əsaslandırılmışdır:
52.1. Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli № LG/2022/113 xidmət müqaviləsi (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) müqavilə bağlanmış, bu müqavilə şərtlərinə əsasən icraçı qismində Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu 112 A ünvanında yerləşən “Bakı Loqistika Mərkəzi” adlanan ərazidə (qeyri-yaşayış sahəsində) tapşıran “Techpro DC" QSC-yə məxsus olan 15 000 000 manat dəyərində kompyuter avadanlıqlarının təhlükəsiz (A+ kateqoriyaya uyğun şəkildə) şəraitdə saxlanması və s. xidmətlər göstərilməsi şəxsən direktor Ceyhun Mustafayevə və rəhbərlik etdiyi Cavabdeh MMC şirkətinə etibar edilmişdir. Tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli № LG/2022/113 xidmət müqaviləsinin (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) 7.1-ci bəndinə əsasən icraçı tərəfindən mallarla bağlı lazımi tədbirlərin (müvafiq ehtiyatlı şəxs tərəfindən belə hallarda yerinə yetirəcəyi ağlabatan tədbirləri) təmin edilməməsi nəticəsində saxlanılan istənilən mallara dəyən zərər və ziyana görə icraçı məsuliyyət daşıyır. 52.2. 2023-cü ilin iyul ayının sonundan sentyabr ayının ortalarına kimi Cavabdeh MMC-nin məsuliyyət dairəsində olan ərazidə, axşam saat 18:00-dan (iş saatlarından) sonra olan müddətdə “Techpro DC" QSC-yə məxsus olan 146 382,74 manat (ilkin maya dəyərində) külli miqdarda avadanlıqların oğurlanması halı baş vermişdir. Belə ki, polis tərəfindən şirkət xx.xx.2023-cü il tarixindən zərərçəkmiş kimi tanındığı cinayət işi üzrə ilkin əməlliyyat-istintaq tədbirləri zamanı artıq dörd şəxs barəsində məhkəmə qərarı ilə həbs qətiimkan tədbiri seçilmişdir. 52.3. Anbar ərazisindən malların davamlı şəkildə, yəni 2023-cü ilin iyul – sentyabr ayları ərzində hissə-hissə oğurlanması Cavabdeh MMC-nin direktoru X1 öz işinə etinasız münasibəti və onun birbaşa günahı nəticəsində yaranmışdır. Belə ki, anbardar Bəxtiyar Hüseynov əvvəlcədən ərazidə elektrik kimi çalışan Rüfət Həsənovdan şübhələndiyini avqust ayında Cavabdeh MMC-nin direktoru Ceyhun Mustafayevə bildirsə də, o, buna əhəmiyyət verməmiş, “yox nə danışırsan, yazıq adamdır” və s. kimi fikirlər bildirmişdir. Eyni zamanda avqust ayında anbar ərazisində video kameraların işləməməsi səbəbini də araşdırmağı ərazidə elektrik kimi çalışan Rüfət Həsənova həvalə etmişdir. İstinaq zamanı isə məlum olmuşdur ki, Cavabdeh MMC-nin direktoru Ceyhun Mustafayev tanışları olan əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən şəxsləri (elektrik qismində çalışdırdığı X11, fəhlə kimi çalışdırdığı X5 və X9) əmək müqaviləsi bağlamadan (qanunla onların bu kimi əraziyə buraxıla bilib - bilməmələrini araşdırılmadan) bu şəxslərin iş saatlarında və işdən sonrakı saatlarda milyonlarla manat dəyərində olan avadanlıqların saxlandığı qeyri-yaşayış sahələrinə maneəsiz keçmələrinə şərait yaratmışdır. Belə ki, bu şəxslərin son 3 (üç) ay ərzində gecə vaxtlarında anbar ərazisinə gəlmələrinə göz yumulmuş, vəzifə səhlənkarlığı etmiş, cinayət edən şəxslərin üzərində qonşu olan anbarın açarları olmuş və bu şəxslər ərazidə elektrik, fəhlə və bu kimi işlərə cəlb edilmişlər. Nəticə etibarı ilə məlum olmuşudr ki, Cavabdeh MMC-nin direktoru Ceyhun Mustafayev ilk gündən verdiyi sözdən və müqavilə şərtləri üzrə rəhbərlik etdiyi A+ kateqoriyalı və 24/7 mühafizə olunmalı ərazidə müəmmalı şəkildə 3 ay (iyul – sentyabr) müddətində məhz oğurluq hadisələri baş verən saxlanc yerlərində altı sayda müşahidə kameraları ümumiyyətlə işlək vəziyyətdə olmamasından guya xəbərsiz olmuşdur. İcraçı Cavabdeh MMC-nin maddi məsul şəxsi kimi, qanunsuz səhlənkarlığı (hərəkətsizliyi) nəticəsində anbar ərazisinin etibarlı mühafizəsi təşkil olunmamış və nəticədə 3 ay müddətində eyni şəxslər (faktiki icraçının işçiləri) tərəfindən davamlı xarakter daşıyan silsilə oğurluq hadisələri baş vermişdir. Anbarda malların çatışmadığına dair Cavabdeh MMC-nin direktoru Ceyhun Mustafayevin avqust ayının sonunda İddiaçı QSC-yə dəvət edilməsinə, təsisçi, baş mühasib, hüquqşünas, anbardar və digər əməkdaşların yanında ona ilkin olaraq iddiaçıya məxsus 72000 ABŞ dolları dəyərində malların saxlanc yerində olmadığı barədə məlumat verilməsi və oğurluğa əsaslı şübhələrin olması barədə məlumat verildikdə o, bu məlumatları nəzərə almaq (daxili araşdırma aparmaq) əvəzinə, kinayəli gülüşlə bu halın yanlış olduğunu israrla irəli sürmüş, heç bir təsirli iş görməmişdir. Bu görüşdən heç bir nəticə əldə edilmədiyindən məcburiyyət qarşısında malların üçüncü şəxslər tərəfindən sayımının keçirilməsi təmin edilmişdir. Sayımda Cavabdeh MMC-nin əməkdaşı iştirakını imzası və ştampla təsdiq etmişdir. Məhz bu görüşdən və sayımdan sonra belə Cavabdeh MMC tərəfindən heç-bir təhlükəsizlik addımları atılmadığından, eyni şəxslər tərəfindən anbardan təkrarən daha 40 006,84 manat dəyərində malların oğurlanması artıq Cavabdeh MMC-nin direktoru Ceyhun Mustafayevin avqust sentyabr ayı ərzində də davamlı qanunsuz səhlənkarlıq (hərəkətsizlik) göstərməsi bir daha sübut etmişdir. 52.4. İddiaçı QSC qarşısında yaratdığı 146 382,74 manat maddi ziyan, 20 000 manat əldən çıxmış fayda və xx.xx.2023-cü il tarixli 80 nömrəli sayım müqaviləsi əsasında ödədiyi 5000 manat məbləğin qarşılanması üçün Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlansa da, direktoru Ceyhun Mustafayev heç bir hərəkət göstərməmişdir. Daha sonra bu kommersiya mübahisəsinin Bakı 2 saylı Mediasiya təşkilatında alternativ yolla həlli istiqamətində addım atılmasına baxmayaraq, qarşı tərəfin nümayəndəsi təklifləri qəbul etməmişdir. 400 manat mediasiya xərci və 10 manat poçt kargüzarlıq xərci ödənilmişdir. Hazırda isə məhkəmə xərci olan 61,79 manat məbləğin də ödənilməsi təmin edilmişdir.
53. Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) iddiaya etiraz etmiş, etirazında aşağıdakıları göstərmişdir: İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli LG/2022/113 saylı anbarda saxlama və sifarişlərin çatdırılmasına dair xidmət müqaviləsi bağlanmışdır. Cavabdeh MMC tərəfindən 2023-cü ilin fevral ayınadək qeyd olunan müqavilə əsasında İddiaçı QSC-yə aid malların sonuncudan müvafiq sənədlər əsasında anbara qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanılması, seçilməsi, yüklənməsi, tapşıranın təyin etdiyi ünvanlara çatdırılması və sair xidmətlər göstərilmişdir. 2023-cü ilin yanvar ayından Cavabdeh MMC tərəfindən “Techpro DC" QSC-nin istəyinə əsasən yuxarıda qeyd edilən xidmətlərin göstərilməsi dayandırılmış və sonuncunun anbar sahəsinin ayrılması barədə istəyinə uyğun olaraq onlar üçün 600 m² anbar sahəsi ayrılaraq təqdim edilmişdir. Bundan sonra iddiaçı həmin anbar sahəsinə malları özü yerləşdirmiş, çeşidləmiş, saxlamış və anbardan çıxarılmasına nəzarət etmişdir. Anbara daxil olan və çıxarılan mallar barədə cavabdehə hər hansı məlumat verilməmişdir. Bununla da qeyd edilən tarixdən tərəflər arasındakı münasibətlər faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətlərinə keçirilmiş və 2023-cü ilin fevral ayından başlayaraq buna görə hesablanmış sub-icarə haqqı məbləğləri hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş aktlar əsasında müəyyən edilmiş qiymətlər əsasında ödənilməyə başlanmışdır. 2023-cü ilin sentyabr ayında iddiaçının anbar sahəsində onlara məxsus bir sıra malların çatışmadığı barədə məlumatları əsasında cavabdeh ərazidə olan müşahidə kameraları vasitəsi ilə anbar sahələrinə şübhəli şəxslərin daxil olduğunu gördükdən sonra dərhal AR DİN-nin 102 qaynar xətt xidmətinə məlumat verilmiş və Qaradağ RPİ tərəfindən müvafiq araşdırma nəticəsində ərazidə oğurluq cinayətinin törədilməsi faktı aşkar olunaraq bu barədə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi üzrə bir neçə şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı QSC sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı cinayət nəticəsində ona vurulmuş ziyanla bağlı Cavabdeh MMC-yə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, hazırkı iddia tələbi cinayət əməlini törətməkdə təqsirli bilinən şəxslərə qarşı qaldırılmalı idi. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1- 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır”.
54. Eyni zamanda Cavabdeh MMC İddiaçı QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən Cavabdeh xeyrinə icarə haqqı borcu üzrə ƏDV daxil 19 665 manat, gecikdirilmiş günlərə görə hesablanmış ƏDV daxil 2619,20 manat və hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 1500 manat, həmçinin iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödəmiş 161,50 manat dövlət rüsumu olmaqla, cəmi 23 945 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
55. Cavabdeh MMC-nin iddia tələbi aşağıda göstərildiyi kimi əsaslandırılmışdır:
55.1. İddiaçı QSC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli LG/2022/113 saylı anbarda saxlama və sifarişlərin çatdırılmasına dair xidmət müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən 2023-cü ilin yanvar ayınadək malların anbara qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanılması, seçilməsi, yüklənməsi, təyin etdiyiniz ünvanlara çatdırılması və sair xidmətlər göstərilmişdir. 55.2. 2023-cü ilin fevral ayından cavabdehin istəyinə əsasən yuxarıda qeyd edilən xidmətlərin göstərilməsi dayandırılmış və həmin müəssisə üçün Bakı Logistika Mərkəzi MMC-nin ərazisində iddiaçının icarəsində olan anbar sahələrindən 600 m2 anbar sahəsi ayrılmaqla cavabdehin istifadəsinə verilmişdir. Bununla da münasibətlər faktiki olaraq anbar sahəsinin icarəsi münasibətlərinə keçirilmişdir. 2023-cü ilin fevral ayından başlayaraq buna görə hesablanmış icarə haqqı məbləğləri hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş aktlar əsasında müəyyən edilmiş anbar sahəsinin istifadəsinə görə müəyyən edilmiş qiymətlər üzrə cavabdehə təqdim edilən e-qaimələr əsasında ödənilməyə başlanılmışdır. 55.3. 01.10.2023-cü il tarixdə cavabdeh tərəfindən qeyd edilən anbar sahəsi boşaldılaraq icarə münasibətlərinə də xitam verilmişdir. Lakin cavabdeh anbar sahəsindən istifadəyə (icarəyə) görə hesablanmış 2023-cü ilin avqust ayı üzrə ƏDV daxil 9658,56 (doqquz min altı yüz əlli səkkiz manat əllialtı qəpik) manat, sentyabr ayı üzrə isə ƏDV daxil 10006,52 (on min altımanat əlli iki qəpik) manat olmaqla, cəmi 19665 (on doqquz min altı yüz altmış beş) manat əsas borc məbləğlərini bu günə qədər ödəməmişdir. Bununla əlaqədar olaraq dəfələrlə cavabdehə müraciət edilsə də, heç bir nəticə əldə olunmamış, yaranmış borcun ödənilməsi təmin edilməmişdir. 55.4. Bundan başqa, sözügedən borc məbləğlərinin vaxtında ödənilmədiyinə görə, gecişdirilmiş hər gün üçün 0,01 % cərimə məbləği olaraq xx.xx.2024-cü il tarixədək 2023-cü ilin avqust ayı üçün icarə haqqı məbləği üzrə xx.xx.2024-cü il tarixədək 156 gün gecikməyə görə 1458,44 manat, 2023-cü ilin sentyabr ayı üzrə icarə haqqı məbləğinin 121 gün gecikməsinə görə isə 1160,76 manat olmaqla, ümumilikdə 2619,20 manat dəbbə pulu hesablanmışdır və həmin cərimə məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 55.5. Qeyd olunanlara əsasən yaranmış mübahisə məhkəmə qaydasında həll edilməli, anbar sahəsinin icarəsinə görə yaranmış 19665,08 manat məbləğində əsas borc, gecikdirilmiş günlərə hesablanmaqla yaranmış 2619,20 (iki min altı yüz on doqquz manat iyirmi qəpik) manat və hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 1500 (bir min beş yüz) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
56. İddiaçı QSC-nin nümayəndəsi tərəfindən etiraz ərizəsi təqdim edilmiş, etirazda aşağıdakılar göstərilmişdir: Cavabdeh MMC ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixli № LG/2022/113 xidmət müqaviləsi (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) bağlanmışdır. Belə ki, qeyd edilən müqaviləyə əsasən anbara daxil olan mallar icraçı Cavabdeh MMC tərəfindən çeşidlənməli, rəflərə düzülməli və daha sonra tapşıran İddiaçı QSC tərəfindən göstərilən ünvana Cavabdeh MMC tərəfindən çatdırılmalı idi. Halbuki biznes dövriyyəsi artdıqca Cavabdeh MMC tərəfindən istənilən keyfiyyətdə xidmət göstərilməmiş, İddiaçı QSC tərəfindən müəyyən narazılıqlara səbəb olmuşdur. İddiaçı QSC öz müştərilərini vaxtlı-vaxtında müvafiq mallarla təmin etmək və biznes prosesini surətləndirmək məqsədilə X4 anbardar vəzifəsinə işə götürmüş və həmin anbardar Cavabdeh MMC-nin işçiləri ilə bərabər anbara daxil olan malların çeşidlənib rəflərə düzülməsində, həmçinin anbardan yola salınmasında birbaşa iştirak etmişdir. Müəyyən müddət sonra İddiaçı QSC-nin anbarda olan mallarının sayının kəskin artması səbəbindən malların ayrı sahədə və yanaşı yığılmasının biznesin tələbləri baxımından daha məqsədəuyğun olacağı güman edilmiş və bu barədə Cavabdeh MMC-yə məlumat verilmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən təkcə İddiaçı QSC-nin malları deyil, həmçinin xidmət göstərdiyi digər firmaların malları qarışıq formada anbarda saxlanılırdı. Eləcə də, Cavabdeh MMC-də rəflərin ölçüsü FİN palletə uyğun dizayn edilmişdir, halbuki İddiaçı QSC tərəfindən anbara mədaxil edilən mallar Çin palleti olması səbəbindən İddiaçı QSC sanki boş sahə üçün ödəniş etməli olurdu. Qeyd edilən nüanslar anbarda malların ayrı sahədə və yanaşı toplanmasına ehtiyac yaratmış, nəticədə İddiaçı QSC-yǝ məxsus mallar elə Cavabdeh MMC-nin anbar sahəsinin daxilində bir yerə yanaşı şəkildə toplamış və anbardar tərəfindən malların dövriyyəsi təmin edilmişdir. Əslində mahiyyət etibarilə dəyişən bir şey olmamışdır. Belə ki, anbardar daha əvvəl malların dövriyyəsini Cavabdeh MMC-nin xidmət göstərdiyi digər firmalara məxsus mallarla yanaşı təmin etdiyi halda, 2023-cü ilin əvvəllərindən etibarən bu prosesi yenə Cavabdeh MMC-nin anbarının içində, sadəcə ayrı bir sahədən həyata keçirmişdir. Cavabdeh MMC bu prosesi bəhanə və manipulyasiya edərək, məsuliyyətdən yayınmaqdan ötrü sanki tərəflər arasında münasibətlərin sub-icarə münasibətlərinə dəyişdiyini iddia edir. Halbuki hüquqi cəhətdən dəyişilən münasibətin olmaması ilə yanaşı işin mahiyyətində də dəyişiklik yoxdur, sadəcə dəyişilən İddiaçı QSC mallarının pərakəndə şəkildə deyil, bir yerdə toplanması və dövriyyəsinin anbardar tərəfindən bir yerdən aparılması olmuşdur. Eyni zamanda qeyd etmək lazımdır ki, Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi "Bakı Logistika Mərkəzi” MMC ilə 2018-ci ildə 5 illik müddətə bağlanmış müqavilə qüvvədən düşmüş hesab edilə bilər. Belə ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə vergi orqanına təqdim etmək məqsədilə obyekt kodu barəsində müraciət edilmiş və Cavabdeh MMC tərəfindən 2022-ci ildə "xxxx" MMC ilə "xxxx" MMC bağlanmış və notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi təqdim edilmişdir (qoşmada e-mail və digər sənədlər). Həmin müqavilədə nə mühafizə, nə də üçüncü tərəfə sub-icarə münasibətlərinə dair hər hansı məqam yoxdur. Mülki qanunvericilik baxımından da "xxxx" MMC-nin icarəyə götürdüyü obyekti sub-icarəyə vermək kimi hüququ olmamışdır, olsaydı, bu kimi səlahiyyətlər notarial qaydada təsdiqlənmiş 2022-ci il müqaviləsində göstərilməli idi. Ümumiyyətlə, "Logist” MMC tərəfindən təqdim edilmiş bütün rəsmi sənədlərdə xüsusi olaraq xidmət göstərildiyi vurğulanmışdır. Belə ki, göndərilən elektron qaimələrdə “təqdim edilmiş mal, iş və ya xidmətlər" sətrində kod olaraq – **********, yəni saxlanma və anbara yığma üzrə sair xidmətlər kodu seçilmiş, təyinatda müvafiq ay üzrə logistik xidmətlər yazılmışdır. Yəni tərəflər həm biznesin normal axışında Cavabdeh MMC tərəfindən göstərilən xidmətlərin say olaraq artıbazaldığını qəbul etmişdir. Eləcə də, Vergi Məcəlləsinin tələblərinə əsasən əgər sub-icarə münasibətinə keçid olsaydı, bu halda mütləq notarial qaydada təsdiqlənmiş icarə müqaviləsi olmalı və müvafiq məlumatlar Dövlət Vergi Xidmətinə təqdim edilərək anbar kodu alınmalı idi. Həmçinin xidmət müqaviləsinin qüvvədə olması və sub-icarə münasibətlərinə keçid olmaması səbəbindən anbar kodu alınmamışdır. Cavabdeh ilə iddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli, LG/2022/113 nömrəli xidmət müqaviləsi (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) müqavilənin 2.4-cü və 7.1-ci bəndinə əsasən icraçı tərəfindən mallarla bağlı lazımi tədbirlərin (müvafiq ehtiyatlı şəxs tərəfindən belə hallarda yerinə yetirəcəyi ağlabatan tədbirləri) təmin edilməməsi nəticəsində saxlanılan istənilən mallara dəyən zərər və ziyana görə icraçı məsuliyyət daşıyır. Cavabdeh məsuliyyətdən yayınaraq qeyd edir və əsas gətirməyə çalışır ki, bu təhlükəsizlik tədbirləri Bakı Logistika Mərkəzi ("xxxx" MMC) tərəfindən icra edilməli idi. Halbuki, xidmət müqaviləsinin (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) 12-ci maddəsinə əsasən üçüncü tərəfə qarşı iddialar sürülə bilməz, həmçinin LG/2022/113 xidmət müqaviləsində “BLC Company" MMC tərəfindən mühafizə təşkil ediləcəyinə dair hər hansı məqam yoxdur. Cavabdeh MMC-nin direktoru Ceyhun Mustafayev ərazidə elektrik kimi Rüfət Həsənovu özü çalışdırmışdır. Belə ki, anbarda Bəxtiyar Hüseynov tərəfindən anbar sahəsində xarab olmuş lampaların dəyişdirilməsi üçün dövri olaraq Ceyhun Mustafayevə müraciət edilmiş, o da öz növbəsində “Rüfəti göndərərəm, gəlib dəyişər” demişdir. Faktiki olaraq 2023-cü ilin iyul - sentyabr ayları ərzində anbar xidmətləri göstərmək və bunun müqabilində xidmət haqqı almaq əvəzinə "xxxx" MMC-nin direktoru Ceyhun Mustafayev işini düzgün qurmadığından, təhlükəsizliyi təmin etmədiyindən və vəzifə səhlənkarlığı nəticəsində 15000000 manat daşınar əmlakımız olan ərazidə əvvəllər məhkum olunmuş şəxs olan elektrik kimi təqdim etdiyi Rüfət Həsənovun daxil olmasına qanunsuz şərait yaratmışdır. O isə öz növbəsində başına dəstə formasında digər şəxsləri yığaraq, heç bir maneə olmadan “mühafizə olunmalı" ərazidən sakitcəsinə taksi avtomobilinə malları yükləməklə ərazidən çıxarmışdır”.
57. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə sözügedən işlərin (iddia tələblərinin) bir icraatda birləşdirilməsi qərara alınmışdır.
58. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsində və etirazda göstərilənlərə uyğun izahat verərək, İddiaçı QSC-nin iddia tələbinin təmin, Cavabdeh MMC-nin iddia tələbinin rədd edilməsi barədə; Cavabdeh nümayəndəsi (vəkili) iddia ərizəsində və etirazda göstərilənlərə uyğun izahat verərək, Cavabdeh MMC-nin iddia tələbinin təmin, İddiaçı QSC-nin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
59. Birinci instansiya məhkəməsinin 08 may 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddiasının qismən təmin edilməsi, Cavabdehndən dəymiş maddi ziyana görə 146 382,74 manat (yüz qırx altı min üç yüz səksən iki manat yetmiş dörd qəpik), ödənilmiş mediasiya xərci və dövlət rüsumuna görə 394 (üz yüz doxsan dörd) manat olmaqla, cəmi 146 776,74 manatın (yüz qırx altı min yeddi yüz yetmiş altı manat altmış iki qəpik) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiasının qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 19 665 (on doqquz min altı yüz altmış beş) manat borc, 150 (yüz əlli) manat cərimə, 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 144 manat olmaqla, cəmi 20 459 (iyirmi min dörd yüz əlli doqquz) manatın Cavabdeh xeyrinə tutulması, Cavabdeh iddiasının qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
60. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
60.1. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixdə LG/2022/113 nömrəli xidmət müqaviləsi (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) bağlanmış, həmin müqaviləyə əsasən icraçı Cavabdeh MMC Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bakı Logistika Mərkəzində malların qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanması, seçilməsi, toplanması, yüklənməsi daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaq şərtilə, anbar xidmətləri göstərməyi, tapşıran İddiaçı QSC isə xidmətlərə görə bu müqavilə üzrə təyin edilmiş xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcraçı həmçinin tapşıranın mallarını müvafiq qaydada anbarda qəbul etməyi, yükləməyi və boşaltmağı, saxlamağı, eləcə də müqavilənin şərtlərinə uyğun olaraq, belə qəbul, yükləmə və boşaltma və saxlama ilə bağlı xidmətlərin effektiv və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün kifayət qədər və müvafiq işçi qüvvəsi, avadanlıq və digər vasitələri təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən icraçının tapşıranın yazılı göstərişlərini almayanadək heç bir mal anbara təqdim etməmək hüququ olmuşdur (yazılı göstərişlərə faks, elektron məlumat mübadiləsi, epoçt və ya bənzər yazışmalar aid olmuşdur). Malların tapşıranın əvvəlcədən yazılı icazəsi əsasında telefon vasitəsilə göstəriş verməklə çatdırıla bilməsi də nəzərdə tutulmuşdu. 60.2. Məhkəmənin qənaətinə əsasən müqavilə qarışıq (tapşırıq, saxlama və s.) müqavilə olmuşdur. Cavabdeh MMC-nin nümayəndəsi bildirmişdir ki, müqavilə xidmət müqaviləsi olsa da, 2023-cü ilin yanvar ayından Cavabdeh MMC tərəfindən “Techpro DC" QSC-nin istəyinə əsasən qeyd edilən xidmətlərin göstərilməsi dayandırılmış və sonuncunun anbar sahəsinin ayrılması barədə istəyinə uyğun olaraq onlar üçün 600 m2 anbar sahəsi ayrılaraq təqdim edilmişdir. Bundan sonra iddiaçı həmin anbar sahəsinə malları özü yerləşdirmiş, çeşidləmiş, saxlamış və anbardan çıxarılmasına nəzarət etmişdir. Anbara daxil olan və çıxarılan mallar barədə cavabdehə hər hansı məlumat verilməmişdir. Bununla da qeyd edilən tarixdən tərəflər arasındakı münasibətlər faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətlərinə keçirilmişdir. Məhkəmə tərəflər arasındakı münasibətlərin faktiki olaraq anbar sahəsinin sub- icarəsi münasibətlərinə keçməsinə dair cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, müqavilədən göründüyü kimi, icraçı malların qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanması, seçilməsi, toplanması, yüklənməsi daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaq şərtilə, müxtəlif anbar xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. 60.3. Təqdim olunan xidmətlərin göstərilməsi haqqında aktlardan görünür ki, həmin aktlarda göstərilmiş xidmətlərin (işin) adı və məbləği qeyd olunmuş, cavabdehin qeyd etdiyi aylarda da malların anbarda saxlanması xidməti qeyd olunaraq, həmin xidmətə görə haqqın məbləği göstərilmişdir. Beləliklə, cavabdehin tərəflər arasındakı münasibətlərin faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətlərinə keçdiyini iddia etdiyi aylarda cavabdehin müqavilədə nəzərdə tutulan digər xidmətlərindən istifadə edilməmiş, yalnız malların anbarda saxlanması xidmətindən istifadə olunmuşdur. İddiaçıya göndərilən elektron qaimələrdə də xidmətin adı kimi logistik xidmət haqqı olaraq qeyd olunmuşdur. Beləliklə, tərəflər arasında münasibətlər heç bir mərhələdə icarə münasibətləri olmamışdır. 60.4. İddiaçı QSC-nin iddia tələbinin bir hissəsi Cavabdeh MMC-dən 146 382,74 manat maddi ziyanın tutulmasından ibarətdir. İddiaçı ona ziyan dəydiyini və həmin ziyanın məhz qarşı tərəfin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə dəydiyini iddia etmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçıya ziyan dəyməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, 2023-cü ilin iyul ayının sonundan sentyabr ayının ortalarına kimi Cavabdeh MMC-nin məsuliyyət dairəsində olan ərazidə “Techpro DC" QSC-yə məxsus olan avadanlıqların itməsi (oğurlanması yoxa çıxması) halı baş vermişdir. Həmin hal iş materialları ilə (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı və s.) öz təsdiqini tapır. Məhkəmə qəbul edir ki, iddiaçıya həmin məbləğdə ziyan dəymişdir. Həmin hal da iş materialları ilə (sayım aktları və s.) öz təsdiqini tapır. Müqavilənin 7.2-ci bəndinə əsasən tapşıran bildirir ki, zərərlər, ziyan dəymiş malların maya dəyəri ilə müəyyənləşdirilir. Həmin bəndə uyğun olaraq da dəymiş ziyan malların maya dəyəri ilə müəyyənləşdirilmişdir. 60.5. Məhkəmənin qənaətinə əsasən iddiaçıya ziyan cavabdehin müqavilə üzrə öhdəliklərini pozması nəticəsində dəymişdir. Belə ki, müqavilənin şərtlərinə əsasən icraçı iddiaçıya məxsus malları oğurluğa qarşı qorumaq, icraçı tərəfindən mallarla bağlı lazımi tədbirlərin (müvafiq ehtiyatlı şəxs tərəfindən belə hallarda yerinə yetirəcəyi ağlabatan tədbirləri) təmin edilməməsi nəticəsində saxlanılan istənilən mallara dəyən zərər və ziyana görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüş, lakin həmin öhdəliklərini yerinə yetirməmiş, mallar cavabdehin "Logist” MMC-nin məsuliyyət dairəsində olan ərazidən yoxa çıxmışdır və "Logist” MMC "Techpro DC” QSC-yə məxsus olan əşyaların itməsinə görə onun qarşısında məsuliyyət daşıyır. Müqavilənin 9.1-ci bəndində oğurluq fors major hallarından biri kimi göstərilsə də, hazırkı halda baş verən hal məhkəmənin qənaətinə əsasən həmin bəndin təsiri altına düşmür, belə ki, həmin bənddə oğurluq halına aid edilən hallar konkret olaraq göstərilir: təyyarənin qaçırılması, silahlı soyğun, sındırma və əraziyə giriş daxil olmaqla lakin bununla məhdudlaşmamaqla). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin öz öhdəliklərini pozması nəticəsində iddiaçıya ziyan dəymişdir. Ona görə də dəymiş maddi ziyana görə cavabdeh "Logist” Məhdud Məsuliyyətli Cəmiyyətindən 146 382,74 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. 60.6. Məhkəmə "Techpro DC” QSC-nin iddia tələbinin 20000 manat əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, "Techpro DC” QSC əldən çıxmış faydanın olması və həmin məbləğin 20000 manat təşkil etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Həmçinin "Techpro DC” QSC tərəfindən xx.xx.2023-cü il tarixli 80 saylı sayım müqaviləsi əsasında ödənilmiş 5000 manatla bağlı sübutlar da məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. 60.7. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş mediasiya xərci və dövlət rüsumuna görə 394 (üz yüz doxsan dörd) manat "Logist” MMC-dən tutularaq "Techpro DC” QSC-yə ödənilməlidir. 60.8. Eyni zamanda "Logist” MMC 19665 manat borcun "Techpro DC” QSC-dən tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, "Techpro DC” QSC tərəfindən "Logist” MMC-nin anbarda saxlama xidmətlərindən istifadə edilmiş və 19 665 manat məbləğində borcu yaranmışdır. Bu borc iş materialları ilə (elektron qaimələ və s.) öz təsdiqini tapır. Həmçinin "Techpro DC” QSC-nin nümayəndəsi də həmin məbləğin iddiaçıya ödənilmədiyini bildirmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməldir. 60.9. Bundan əlavə, "Logist” MMC "Techpro DC” QSC-dən 2619,20 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən Cavabdeh MMC müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir. Cərimə məbləği ilə bağlı hazırkı qənaətə gəlinərkən iddiaçının böyük məbləğdə zərərə məruz qalması, ödənişlərin edilməməsinin həmin halla əlaqələndirilməsi nəzərə alınmışdır. Eləcə də, Cavabdeh MMC hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 1500 manat, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödəmiş 161,50 manat dövlət rüsumunun tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 144 manat İddiaçı QSC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməlidir.
61. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 386.1, 777.1, 777.2, 778.1, 779.1, 822, 823.1, 823.2, 824.1, 824.2, 442, 448.1, 443.1, 443.2, 21.1, 21.2ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77, 107,119.1, 121.1, 218-ci, “Mediasiya haqqında” Qanununun 36.5-ci maddələrinə istinad etmişdir.
62. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək qətnamənin İddiaçı QSC-nin iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...məhkəmə Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən mübahisə tərəflərinin əməkdaşları arasında anbar xidmətləri münasibətərinə xitam verilməsi və sub-icarə münasibətlərinə keçidlə bağlı whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə göndərilmiş səs yazıları və mesaj mətinləinə dair sübut barəsində yalnız maddi daşıyıcıda hansısa sübutun təqdim edildiyini göstərməklə kifayətlənmiş, həmin sübutda göstərilən məlumatların rədd edilməsinə dair öz qətnaməsində heç bir əsaslandırma aparılmamışdır. Baxmayaraq ki, həmin maddi daşıyıcıda təqdim edilmiş səs yazıları və mesaj mətnləri məhkəmə iclasında dinlənilmiş və orada İddiaçı QSC-nin nümayəndəsinin təkidilə onlar üçün aylıq 7000 manat müqabilində 600 m2 ayrıca anbar sahəsinin ayrılmasını tələb etdiyi, bundan sonra malları anbara öz müəssisələrinin əməkdaşları tərəfindən mədaxil-məxaric ediləcəyini bildirməsi, eyni zamanda İddiaçı QSC-nin əməkdaşına anbarın müşahidə kameralarından xüsusi proqram vasitəsi ilə istifadə imkanının yaradıldığı aydın olmuşdur. Lakin nədənsə məhkəmə öz qətnaməsində bu sübutlara heç bir münasibət bildirməmişdir. Bundan başqa qətnamədən görünür ki, məhkəmə iş materiallarında olan xidmətlərin göstərilməsi haqqında aktlardakı məlumatları yanlış təfsir etmişdir. Belə ki, istinad olunan həmin sübutlar tərəfimizdən məhkməyə müqayisəli şəkildə təqdim edilmiş və həmin aktlardakı məlumatlar barədə işin faktiki hallarına uyğun izahatlar verilərək bildirilmişdir ki, tərəflər 2023-cü ilin fevral ayından sonra faktiki olaraq sub-icarə münasibətlərinə keçsələr də aralarında yaranmış isti işgüzar münasibətlər səbəbindən yeni hüquq münasibətlərinə uyğun sənədləşmə (icarə müqaviləsinin rəsmiləşdirilməsi və icarə haqlarının ödənilməsinə dair sənədlər) aparılmamış, daha əvvəldən tərəflər arasında istifadə olunmuş bəzi sənəd formalarından istifadə olunmuşdur. Buna baxmayaraq məhkəməyə izah edilmişdir ki, həmin sənədlər diqqətlə tədqiq olunsa tərəflərin faktiki olaraq istinad edilən anbar xidmətləri müqaviləsi münasibətlərindən imtina etdikləri asanlıqla müəyyən edilə bilər. Belə ki, xidmətlərin göstərilməsi barədə 2023-cü ilin fevral ayınadək təsdiq edilmiş aktda göstərilən məlumatlardan görünür ki, orada işin adı, qiyməti, sayı və cəmi məbləğlər barədə qrafalar nəzərdə tutulmuş və həmin məlumatlar əsasında aylıq ödəniləcək məbləğlər əks edilərək buna dair qanunvericiliyin tələbinə uyğun hesab ödəniş sənədi göndərilmişdir. O cümlədən həmin aktlarda işin adı qrafasında malların anbarda saxlanılması (paletlə) adlı bölmədə saxlanılan malın sayı və buna uyğun razılaşdırılmış qiymətlərin əks olunduğu görünür. Lakin 2023-cü ilin fevral ayından sonra aktlardakı malların anbarda saxlanılması bölməsində qiymət qrafalarında 7000 AZN, say qrafalarında 1 ədədinin qeyd olunduğu görünür. Bundan başqa tərəfimizdən məhkəməyə təqdim olunmuş 2023-cü ilin fevral ayınadək anbara mədaxil olunan mallara dair qəbul sənədlərindən görünür ki, həmin tarixədək İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə anbar xidmətləri ilə bağlı təqdim edilən mallar barədə tarix və nömrəli “Qəbul sənədi” adlı sənədlər əsasında mallar anbara mədaxil edilmiş, həmçinin “Mal-material və avadanlığın yük daşıması qaiməsi” adlı sənədlər əsasında mallar göndərilmişdir. 2023-cü ilin fevral ayından sonrakı tarixlərdə isə nə “Qəbul sənədi”, nə də malların anbara mədaxil və məxaricinə dair tərəflər arasında hər hansı sənəd tərtib edilməmişdir. İşin bu halları İddiaçı QSC-nin nümayəndəsi tərəfindən də məhkəmə iclaslarında təsdiq edilmişdir. Bütün bunlar isə bir daha təsdiq etmişdir ki, tərəflər arasında 2023-cü ilin fevral ayından Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə tərəflər arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulmuş xidmətlər göstərilməmiş, onlar arasındakı xidmət və tapşırıq münasibətləri tamamilə dəyişərək sub-icarə münasibətlərinə keçilmişdir. Lakin məhkəmə nədənsə həmin sübut kimi istinad etdiyi sənədlərdəki söz və ifadələrin hərfi mənasını əsas götürmüş, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin və işdə olan sənədlərin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almamış, bununla da Mülki Məcəllənin 404.1-404.2-ci maddələrinin müddəalarını, həmçinin AR Konistitusiya Məhkəməsinin bununla bağlı formalaşdırdığı hüquqi mövqeyinə zidd qətnamə qəbul etmişdir. Məhkəmənin mövqelərindən yalnız iddaçı "xxxx" QSC-yə hansısa məbləğdə maddi ziyanın dəyməsi ilə bağlı hissəsi mübahisəsiz olsa da digər qeyd edilən hallar işin həqiqi hallarına tamamilə zidd, qanunsuz və əsassız olmuşdur. Belə ki, iş materialında iddiaçının oğurlandığını iddia etdiyi materialların sözügedən anbara tam mədaxil edildiyini təsdiq edən heç bir sübut yoxdur. Bundan başqa məhkəmənin dəymiş ziyanın həcminə dair istinad etdiyi əsas sübut olan sayımın nəticələrin dair aktlar özü-özlüyündə mübahisəli sənədlərdir və onlar mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materialında olan xx.xx.2023 və xx.xx.2023-cü il tarixli sayımın nəticələrinin qəbulu haqqında aktlar Cavabdeh MMC-yə hər-hansı malın təhvil verilməsi və sonuncunun bu halı qəbul etməsini təsdiq edə bilməz. Bundan başqa həmin aktlara əlavə olunmuş sayım nəticəsi adlı excell formalı sənədlərdən görünür ki, həmin sənədlər "xxxx" QSC-yə aid 1c mühasibatlıq proqramı əsasında hazırlanmış və o "xxxx" MMC-nin və "xxxx" QSC-nin möhürləri ilə təsdiq edilmişdir. "xxxx" QSC-yə aid 1c mühasibatlıq proqramına isə həmin müəssisənin özü tərəfindən birtərəfli qaydada istənilən məlumat müstəqil şəkildə işlənilir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, iddiaçıya dəymiş ziyanın baş verməsinə səbəb cavabdehə aidiyyəti olmayan şəxslər tərəfindən əraziyə qonşu anbarın metal örtükdən olan ara kəsməsini sındırmaq yolu ilə daxil olaraq oğurluq, yəni özgə əmlakını gizli yolla talama cinayət əməli ilə bağlı olmuşdur. Məhkəmə bu halın müqavilənin 7.3 və 9.1-ci bəndlərinin müddəalarını təsiri altına düşməsini nəzərə almamış, həmçinin Mülki Məcəllənin 1131-ci maddəsinin imperativ tələblərini açıq-aşkar pozmuşdur..”
63. Qətnamədən İddiaçı QSC-nin nümayəndəsi də apellyasiya şikayəti verərək, “5000 (beş min) manat məbləğində pulun İddiaçı QSC-nin xeyrinə tutulması” tələbinin rədd edilməsi hissəsində onun ləğv edilməsini və həmin tələbin təmin olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, sayım xidməti müqaviləsinə əsasən göstərilən xidmətlərə görə İddiaçı QSC tərəfindən "xxxx" MMC-nin hesabına 5000 (beş min) manat məbləğində xidmət haqqı ödənilməsinə baxmayaraq, məhkəmə həmin hissədə iddianı əsassız olaraq rədd etmişdir.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
64. İddiaçı QSC-nin nümayəndəsi tərəfindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, həmin şikayətin rədd, İddiaçı QSC-nin şikayətinin təmin olunması xahiş edilmişdir.
Apellyasiya baxışı, izahatlar
65. Məhkəmə iclaslarında iştirak edən İddiaçı QSC-nin və Cavabdeh MMC-nin nümayəndələri hər biri öz apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
66. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
67. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
68. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
69. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
70. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
71. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
72. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
73. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
74. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
75. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
76. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
77. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
78. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
79. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
80. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
81. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
82. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
83. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
84. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
85. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir
86. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.
87. Maddə 813. Komisyonçu saxlamağa götürdüyü malın itməsi və zədələnməsi üçün, əgər qarşısıalınmaz qüvvə ilə bağlı hallar yoxdursa, məsuliyyət daşıyır.
88. Maddə 822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.
89. Maddə 823.1. Tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir.
90. Maddə 823.2. Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir.
91. Maddə 824.1. Əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır.
92. Maddə 824.2. Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır.
93. Maddə 827. Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir.
94. Maddə 829.1. Anbar sahibi malların saxlanması üçün komisyonçu kimi məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
95. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
96. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
97. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
98. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
99. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
100. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
101. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
102. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
103. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
104. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
105. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
106. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin Cavabdehndən dəymiş maddi ziyana görə 146 382,74 manat (yüz qırx altı min üç yüz səksən iki manat yetmiş dörd qəpik), ödənilmiş mediasiya xərci və dövlət rüsumuna görə 394 (üz yüz doxsan dörd) manat olmaqla, cəmi 146 776,74 manatın (yüz qırx altı min yeddi yüz yetmiş altı manat altmış iki qəpik) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması”, habelə İddiaçı QSC-nin “xx.xx.2023-cü il tarixli 80 saylı sayım müqaviləsi əsasında ödədiyi 5000 manatın Cavabdeh MMC-dən xeyrinə tutulması” tələbinin təmin edilməməsi ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki İddiaçı QSC Cavabdeh MMC-nin iddiasının qismən təmin olunduğu və özünün əldən çıxmış fayda ilə bağlı tələbinin rədd edilməsi hissələrində, Cavabdeh MMC isə iddia tələbinin təmin olunmayan hissələrində qətnaməni mübahisələndirməmişlər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
107. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
108. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
109. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
110. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
111. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə ilk iddia üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün işin faktiki halları və tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 75, 76).
112. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehlə bağladığı xidmət müqaviləsinə (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) istinad edərək cavabdehdən müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə dəymiş ziyanı tələb edir; cavabdeh isə 2023-cü ilin yanvar ayından tərəflər arasında əldə edilmiş razılığa əsasən qeyd edilən xidmətlərin göstərilməsinin dayandırıldığını və tərəflər arasındakı münasibətlərin faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətləri olduğundan bu halın Cavabdeh MMC-nin məsuliyyətini istisna etdiyini bildirmişdir.
113. Məhkəmə kollegiyasının qənaətinə görə, tərəflər arasında bağlanmış müqavilə qarışıq müqavilədir; belə ki, müqavilədən göründüyü kimi, icraçı malların qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanması, seçilməsi, toplanması, yüklənməsi daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaq şərtilə, müxtəlif anbar xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.
114. Beləliklə, tərəflər arasındakı münasibətlərin xarakterinə görə iddianın qanuni əsası kimi saxlama və tapşırıq müqaviləsi ilə bağlı normalar nəzərdən keçirilə bilər.
115. Məhkəmə kollegiyası, tərəflər arasındakı münasibətlərin faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətlərinə keçməsinə dair Cavabdeh MMC-nin mövqeyi ilə razılaşmır – belə ki, konkret mübahisədə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir - həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirməlidir.
116. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
117. Təqdim olunan xidmətlərin göstərilməsi haqqında aktlardan görünür ki, həmin aktlarda göstərilmiş xidmətlərin (işin) adı və məbləği qeyd olunmuş, cavabdehin qeyd etdiyi aylarda da malların anbarda saxlanması xidməti qeyd olunaraq, həmin xidmətə görə haqqın məbləği göstərilmişdir. Beləliklə, cavabdehin tərəflər arasındakı münasibətlərin faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətlərinə keçdiyini iddia etdiyi aylarda cavabdehin müqavilədə nəzərdə tutulan digər xidmətlərindən istifadə edilməmiş, yalnız malların anbarda saxlanması xidmətindən istifadə olunmuşdur. İddiaçıya göndərilən elektron qaimələrdə də xidmətin adı kimi logistik xidmət haqqı göstərilmişdir.
118. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında münasibətlər heç bir mərhələdə icarə münasibətləri olmamışdır.
119. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 2023-cü ildə baş vermiş oğurluq hadisəsi nəticəsində “Techpro DC" QSC-yə maddi ziyan dəymişdir.
120. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixdə LG/2022/113 nömrəli müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, icraçı iddiaçıya məxsus malları oğurluğa qarşı qorumaq, icraçı tərəfindən mallarla bağlı lazımi tədbirlərin (müvafiq ehtiyatlı şəxs tərəfindən belə hallarda yerinə yetiriləcək ağlabatan tədbirlər) təmin edilməməsi nəticəsində saxlanılan istənilən mallara dǝyǝn zərər və ziyana görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüş, lakin həmin öhdəliklərini yerinə yetirməmiş, mallar cavabdehin Cavabdeh MMC-nin məsuliyyət dairəsində olan ərazidən yoxa çıxmışdır və Cavabdeh MMC İddiaçı QSC-yə məxsus olan əşyaların itməsinə görə onun qarşısında məsuliyyət daşıyır.
121. Müqavilənin 9.1-ci bəndində oğurluq fors-major hallarından biri kimi göstərilsə də, kollegiyanın qənaətinə görə hazırkı mübahisəyə əsas yaradan hal həmin bəndin təsiri altına düşmür; belə ki, birincisi, oğurluq hadisəsinin “fors-major” kimi qiymətləndirilməsi tərəflər arasında bağlanmış müqavilənin və ümumiyyətlə anbarda saxlama münasibətlərinin mahiyyətinə uyğun deyildir; ikincisi, müqavilənin həmin bəndində oğurluq hadisəsinə aid edilən halların izahı qismində “təyyarənin qaçırılması, silahlı soyğun, sındırma və əraziyə giriş daxil olmaqla” ifadələrindən istifadə olunması, bu istisnanın adi “oğurluq” halını ehtiva etmədiyini göstərir; üçüncüsü və ən əsası isə, sözügedən bənddə sadalanan bütün fors-major hallarının nəzərə alınması, müvafiq halın müqavilə öhdəliyindən azad olunmasını tələb edən tərəfin etinasız münasibəti və ya günahı səbəbindən baş verməmiş olması ilə şərtləndirilmişdir.
122. Tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinə əsasən tapşıran bəyan etmişdir ki, zərərlər, ziyan dəymiş malların maya dəyəri ilə müəyyənləşdirilir.
123. İş materialları ilə müəyyən edilir ki, oğurlanmış avadanlıqlarının sayının və dəyərinin müəyyən edilməsi üçün “Techpro DC" QSC tərəfindən "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli sayım xidməti müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən xx.xx.2023-xx.xx.2023-cü il tarixli dövr üçün 1C proqramı üzrə anbar qalığı və sayım nəticəsi arasında 84 ədəd avadanlıq fərqinin mövcud olması müəyyən edilmiş, sayım nəticələrinin qəbulu haqqında xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və akt İddiaçı QSC, "xxxx" MMC-nin nümayəndələri və Cavabdeh MMC-nin anbar müdiri X13 tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli akta əsasən malın alış, gömrük, nəqliyyat və malların alınması ilə bağlı çəkilən və maya dəyərinə aid edilən digər xərcləri əsasında malların maya dəyəri formalaşmış və çatışmayan malların yekun maya dəyəri 106 375,90 manat məbləğində müəyyənləşdirilmişdir. xx.xx.2023-cü il tarixli 230901-1 nömrəli sayım nəticəsinə əsasən 1C proqramı üzrə anbar qalığı və sayım nəticəsi arasında 26 ədəd noutbuk fərqinin mövcud olduğu müəyyən edilmişdir. Sayım nəticələrinin qəbulu haqqında xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda 230901 nömrəli xx.xx.2023 tarixli sayım nəticələrinə əlavə olaraq xx.xx.2023 tarixində "noutbuk" kateqoriyası üzrə mallar anbarda bir yerə toplanaraq yenidən sayımın həyata keçirildiyi və "noutbuk" kateqoriyası üzrə aşağıda qeyd olunan sayda mal qalığının müəyyən olunduğu qeyd edilmişdir. Həmin akt İddiaçı QSC, "xxxx" MMC-nin nümayəndələri və Cavabdeh MMC-nin anbar müdiri X13 tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli akta əsasən malın alış, gömrük, nəqliyyat və malların alınması ilə bağlı çəkilən və maya dəyərinə aid edilən digər xərcləri əsasında malların maya dəyəri formalaşmış və çatışmayan malların yekun maya dəyəri 40 006,84 manat məbləğində müəyyənləşdirilmiş, beləliklə, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nə vurulmuş ziyanın məbləği 146 382,74 manat müəyyən edilmişdir.
124. Belə olan halda birinci instansiya məhkəməsi dəymiş maddi ziyanı 146 382,74 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur.
125. Məhkəmə kollegiyası İddiaçı QSC-nin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, QSC, xx.xx.2023-cü il tarixli 80 saylı sayım müqaviləsi üzrə "xxxx" MMC-nə 5000 manat ödəniş həyata keçirdiyini təsdiq edən sübutları birinci instansiya məhkəməsinə təqdim etməmiş, beləliklə də üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirməmişdir.
126. İddiaçı QSC-nin "xxxx" MMC-nə müvafiq ödənişi həyata keçirdiyinə dair apellyasiya şikayətinə əlavə etdiyi ödəniş qəbzləri isə sübut kimi qəbul olunmamalıdır; çünkü cavabdehin nümayəndəsi həmin sənədləri birinci instansiya məhkəməsinə təqdim etməmişdir – hansı ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər (§ 102).
127. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma (§102) həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.
128. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
129. Kollegiya, apellyasiya şikayətləri üçün ödənilən dövlət rüsumlarının məbləğini tərəflərin özlərinə aid etməyi məqsədəuyğun sayır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
130. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı QSC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-653/2024 nömrəli iş üzrə qəbul etdiyi 08 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.