Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-603/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-186/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.04.2021-ci il tarixli qərardadından Cavabdeh ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC Cavabdehxxxx“xxxx” MMC ilə Cavabdeh ASC arasında 31 yanvar 2020-ci il tarixli KM/177 saylı alqı-satqı müqaviləsi əsasında “xxxx” MMC-nin Cavabdeh ASC-yə satdığı hər birinin qiyməti 0,144 qəpik olmaqla 12000 ədəd, toyuq yumurtasına görə ümumi qiyməti 10368.00 manat pulun və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pulun Cavabdehxxxx“xxxx” MMC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdehxxxx“xxxx”xxxx“xxxx” MMC-dən Cavabdeh ASC-nin xeyrinə 41.990 manat və məhsul ixrac olunan zaman çəkilmiş daşıma xərci kimi 10.000 ABŞ dolları məbləğində pulun və 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdehxxxx“xxxx” MMC-nin “xxxx” ASC-nin Şirvan filialında yerləşən bank hesabının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.10.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC-nin “xxxx” ASC-nin Şirvan filialında olan bank hesabının üzərinə bank hesabının üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan - 41.990 manat həcmində həbs qoyulmuşdur. Bundan sonra Cavabdeh ASC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəmə müraciət edərək, yumurtalara görə tərəflərindən ödənilmiş 41.990 manat, daşıma xərcinin əvəzi olaraq 12.150 ABŞ dolları, ödənilmiş ödəmə mənbəyindən verginin əvəzi olaraq 1358,60 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdehxxxxiddia tələbinin 41.990 manat pulun üzərinə öncədən həbs qoyulduğundan əlavə olaraq daşıma xərclərinin və ödəmə mənbəyindən ödədiyi verginin əvəzi olaraq tələb etdiyi 12.150 ABŞ dolları və 1358,60 manat məbləğində pulun da üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.04.2021-ci il tarixli, e-2-2(113)-186/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh Cavabdeh ASC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 26.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 şikayətə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması barədə tədbirlər görülə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi “xxxx” MMC-nin bank hesabındakı hesabı üzərinə iddia tələbinin artırılmış həcmində həbs qoyulması barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, həmin hissəsə iddia tələbi kifayət qədər yüksək məbləğin (12.150 ABŞ dolları və 1358,60 manat) “xxxx” MMC-dən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş bank hesabındakı pul vəsaitinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-186/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.04.2021-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. “xxxx” MMC-nin bank hesabının üzərinə əvvəl qoyulmuş 41.990 manatdan əlavə 12.150 ABŞ dolları və 1358,60 manat məbləğində həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-603/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-603/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver