Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-605/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12.10.2020-ci il tarixli, e-2-2(113)-1723/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqaviləyə əsasən 5000 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə rüsumunun, 500 manat vəkil xərclərinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (nümayəndəsi Vəkil) vəsatətlə məhkəməyə müraciət edərək, işi baxılması üçün əriazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin şikayəti onunla əsaslandırılmışdır ki, qanunsuz və əsassızdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin («MPM») 35.2-ci maddəsinə əsaslansa da, işə hüquqi şəxsin olduğu yer üzrə deyil, hüquqi şəxsin məhz hüquqi ünvanının olduğu yer üzrə baxılmalı olması qənaətinə gəlmişdir. Halbuki, həmin Məcəllənin 35.2-ci maddəsində iddianın hüquqi şəxsin hüquqi ünvanının olduğu yerə görə deyil, sadəcə hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməli olması göstərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.10.2020-ci il tarixli, e-2-2(113)-1723/2020 saylı qərardadı ilə vəsatət rədd edilmişdir. Daha sonra cavabdeh (nümayəndəsi Vəkil) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.10.2020-ci il tarixli, e-2-2(113)-1723/2020 saylı qərardadı ilə şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 12.10.2020-ci il tarixli, e-2-2(113)- 1723/2020 saylı qərardadından şikayət verilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilərək, qeyd olunan apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.04.2021-ci il tarixli, e-2-2(113)-145/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən məhkəmənin 12.10.2020-ci il tarixli, e-2-2(113)- 1723/2020 saylı qərardadından buraxılmış prosessual müddət bərpa edilmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 376.2ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin 12.10.2020-ci il tarixli, e-2- 2(113)-1723/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, subyektiv tərkibinə görə tərəflər kommersiya hüquqi şəxsləridir və hazırkı mübahisə onların sahibkarlıq fəaliyyəti ilə ehtiva olunan öhədliklərin icrası ilə bağlıdır. MPM-in 26.1-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən isə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Eyni zamanda, Mülki Məcəllənin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatının məlumatları dövlət reyestrinə daxil edilir. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 12.10-cu maddəsinə əsasən dövlət qeydiyyatının ərazi aidiyyatı ərazi aidiyəti üzrə hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə çıxarışdan görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 2nunvericiliyin qeyd olunan tələbləri baxımından, mübahisəyə ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinin baxılmalıdır. MPM-in 40.1-ci maddəsində isə nəzərədə tutulur ki, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin şikayətinin işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 12.10.2020-ci il tarixli, e-2- 2(113)-1723/2020 saylı qərardadı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində ərazi aidiyyti barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 402, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Cavabdeh MMC –nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12.10.2020-ci il tarixli, e-2-2(113)-1723/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz və çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-605/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-605/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver