Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-606/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, X1 vəkili X6 iştirakı ilə, X1 cavabdeh “Cavabdeh1” İB-yə qarşı “borcun olmaması” faktının müəyyən edilməsinə dair iddiası üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2662/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından “Cavabdeh1” İB tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 cavabdeh “Cavabdeh1” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun sahibkarlıq fəaliyyətinə müdaxiləsinin və maneələrinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 nömrəli binanın qarşı hissəsində yerləşən Çörək sexində (abonent kodu 040602) təbii qaz istehlakına görə cavabdehə borcunun olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizə təqdim edərək, X5 məxsus Bakı şəhəri, Zabrat qəsəbəsi, İstilik Kombinatı, Bakıxanov qəsəbəsi, Bünyatov küçəsi 10 ünvanında yerləşən Çörək Sexinə (abonent kodu:040602) təbii qaz təchizatının dayandırılmasının “Cavabdeh1” İstehsalat Birliyinə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2662/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, X2na məxsus Bakı şəhəri, Zabrat qəsəbəsi ünvanında, İstixana Kombinatı, 6 nömrəli binanın qarşı hissəsində yerləşən Çörək Sexinə qaz hasilatının verilməsinin dayandırılması cavabdeh “Cavabdeh1” İstehsalat Birliyinə qadağan olunmuşdur. Cavabdeh “Cavabdeh1” İB-nin həmin qərardaddan şikayət verərək məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2662/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Zabrat qəsəbəsində yerləşən İstixana kombinatı, 6 nömrəli binanın qarşı hissəsində yerləşən çörək sexinə qazın verilməsinin dayandırılması cavabdehə qadağan edilmişdir. Qəbul edilmiş qərardada əsaslanaraq istehlakçı hazırda mübahisələndirilən məbləği və həmin məbləğdən artıq yaranacaq borcu ödəmədən təbii qazdan istifadə etmək niyyətindədir. Bunun nəticəsində istehlakçının təbii qazdan istifadəyə görə debitor borcu artacaqdır. Belə olan halda bu növ qərardad gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını çətinləşdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə istehlakçıya qazın verilməsi dayandırıla bilər. Göründüyü kimi qəbul edilmiş qərardad “Qazdan istifadə Qaydaları” nın tələblərinə ziddir və cavabdehin hüquqlarını pozur. Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e- 2-2(113)-2662/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdeh lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 vəkili X10 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2662/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə tərəfindən iddianı təmin etmə tədbiri görülərkən əsas götürülməli olan məqsəd işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin də mənafeləri və onların müdafiəsindəki mütənasibliyin qorunmasıdır. İddiaçıya cavabdeh tərəfindən hesablanmış borc mübahisələndirildiyindən iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin borcla əlaqədar iddiaçının qaz təchizatının dayandırılması iddiaçının qanuni mənafelərinin səmərəli məhkəmə müdafiəsinin təmin edilməsi baxımından məqsədəuyğun olmadığından ərizənin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2662/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh “Cavabdeh1” İstehsalat Birliyinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2662/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-606/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-606/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver