Məhkəmə qərarları › İş №2-2(103)-609/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-609/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-609/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 08.02.2021-ci il tarixli, e-2-2(113)-160/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işin apelyasiya baxışından çıxarılması məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-160/2021 saylı 08.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdehndən 66341 manat əsas borc, gecikdirilmiş müddət üçün hesablanmış 2000 manat dəbbə pulu, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3317 manat və dövlət rüsumunun əvəzi olaraq 4,50 manat olmaqla, cəmi 71662,50 manat məbləğində pulun tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun 25,50 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçının apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması mümkün hesab edilərək məhkəmənin icraatına qəbul edilmiş, cavabdehin şikayəti üzrə apelyasiya icraatı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının e-2-2(103)-609/2021 saylı 16.05.2021-ci il tarixli qərardadına əsasən prosessual müddət ötürülməklə verildiyi üçün mümkün sayılmamışdır. İşə apelyasiya qaydasında baxılması 01.12.2021-ci il tarixə təyin edilmiş, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 160/2021 saylı 08.02.2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə verildiyindən işin apelyasiya baxışından çıxarılmasını xahiş etmişdir. Qeyd edilən əsasla işin birinci instansiya məhkəməsinə göndərilməsi üçün Bakı Kommersiya Məhkəməsi tərəfindən “Elektron məhkəmə sistemi” vasitəsi ilə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəyə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apelyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kommersiya mübahisəsi üzrə e-2-2(103)-609/2021 saylı iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar