Məhkəmə qərarları › İş №2-2(103)-61/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-61/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-61/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X9 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X29, X43, X48, X30 və X41 cəlb olunmaqla) maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi Açar söz: ziyanın ödənilməsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X31 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X17 iştirakı ilə, İddiaçı cavabdeh “X9 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X29, X43, X48, X30 və X41 cəlb olunmaqla) maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Şabran Rayon Məhkəməsinin 31 iyul 2012-ci il tarixli, 2(031)-276/2012 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Şabran rayonu Əmirxanlı kənd sakinləri İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsindən 2,23 ha (22287,00 kvadrat metr), X42 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,00 ha (10000,00 kvadrat metr), X14 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 0,59 ha (5868,04 kvadrat metr), X18 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 2,23 ha (22286,97 kvadrat metr), X19 məxsus torpaq sahəsindən 0,32 ha (3183,00 kvadrat metr), X5 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,59 ha (15919,00 kvadrat metr), X32 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 2,65 ha (26512,00 kvadrat metr), X1 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 0,31 ha (3183,00 kvadrat metr), X15 məxsus torpaq sahəsindən 1,27 ha (12735,00 kvadrat metr), X10 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,27 ha (12735,00 kvadrat metr), X6 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,47 ha (14669,90 kvadrat metr), X2 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1.91 ha (19103,00 kvadrat metr), X11 məxsus torpaq sahəsindən 0,32 ha (3183,00 kvadrat metr), X33 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,91 ha (19103,00 kvadrat metr) və X20 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,26 ha (12664,19 kvadrat metr) torpaq sahələrinin alğı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələrin etibarlı hesab edilməklə qeydə alınması, cavabdehlər İddiaçı və ailə üzvlərinə məxsus JN 0015 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 2,23 ha (22287,00 kvadrat metr) hissədə, X42 və ailə üzvlərinə məxsus məxsus JN 0040 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,00 ha (10000,00 kvadrat metr) hissədə, X14 və ailə üzvlərinə məxsus məxsus JN 0016 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 0,59 ha (5868,04 kvadrat metr) hissədə, X18 və ailə üzvlərinə məxsus məxsus JN 0025 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 2,23 ha (22286,97 kvadrat metr) hissədə, X16 məxsus JN 0014 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 0,32 ha (3183,00 kvadrat metr) hissədə, X5 və ailə üzvlərinə məxsus JN 0022 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,59 ha (15919,00 kvadrat metr) hissədə, X32 və ailə üzvlərinə məxsus JN 0047 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 2,65 ha (26512,00 kvadrat metr) hissədə, X1 və ailə üzvlərinə məxsus məxsus JN 0036 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 0,31 ha (3183,00 kvadrat metr) hissədə, X15 məxsus JN 0039 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,27 ha (12735,00 kvadrat metr) hissədə, X10 və ailə üzvlərinə məxsus JN 0092 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,27 ha (12735,00 kvadrat metr) hissədə, X6 və ailə üzvlərinə məxsus JN 0091 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,47 ha (14669,90 kvadrat metr) hissədə, X2 və ailə üzvlərinə məxsus JN 0013 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,91 ha (19103,00 kvadrat metr) hissədə, X11 məxsus JN 0090 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 0,32 ha (3183,00 kvadrat metr) hissədə, X33 və ailə üzvlərinə məxsus JN 0035 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,91 ha (19103,00 kvadrat metr) hissədə və X20 və ailə üzvlərinə məxsus JN 0038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,26 ha (12664,19 kvadrat metr) hissədə ləğv edilməsi, İddiaçı, X49, X24, X34, X35, X12, X44, X7, X25, X21, X13, X8, X22, X45 və X36 tərəfindən satılmış, Şabran rayonu Əmirxanlı kəndi ərazisində yerləşən cəmi 203432,00 kvadrat metr torpaq sahəsinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun tanınması və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına həmin torpaq sahələrinə Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən Çıxarış verilməsi, mülkiyyət hüququna dair sənədlərdə satılmış hissədən başqa qalan torpaq sahələri ölmüş mülkiyyətçilərin payları da ailə üzvlərinə bərabər bölünməklə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2(105)-2215/2019 nömrəli qətnaməsinə əsasən cavabdehlər X8, X26 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 31 iyul 2012-ci il tarixli qətnaməsi cavabdehlər X8, X26 və İddiaçı münasibətdə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi cavabdehlər X8, X26 və İddiaçı münasibətdə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(102)- 6922/2019 saylı qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2(105)-2215/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. “X53 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, 88 nörməli mütəxəssis rəyində qeyd edilmişdir ki, Şabran rayonu Əmirxanlı kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət aktına (JN 00125, Kod 3041118) əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2,23 hektar torpaq sahəsinin bərpasına çəkiləcək xərc 228000 (iki yüz iyirmi səkkiz min) manat təşkil edir. Şabran rayonu Əmirxanlı kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət aktına (JN 00125, Kod 3041118) əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2,73 hektar (tikinti altına düşən 0,50 ha və əkinə yararsız hala düşmüş 2,23 ha) torpaq sahəsindən 2010-2020-ci illərdə əldən çıxmış gəlir 21161,50 (iyirmi bir min yüz altmış bir manat əlli qəpik) manat təşkil edir.

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Şabran rayonu Əmirxanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,2287 ha torpaq sahəsi X29, X43, X48, X30 və X41, X37 və İddiaçı ümumi birgə mülkiyyətindədir.

6. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 0368 nömrəli sınaq protokolunda qeyd edilmişdir ki, torpaq nümunələrinin struktur göstəricilərinin ümumilikdə lili-narın və narındır. Göstəricilər suvarılma aparılması zamanı müsbət təsir göstərəcək. Torpağın pH göstəricisi yaxşıdır. EC - 2-ci və 3-cü nöqtələrin EC göstəriciləri nisbətən yüksək olsa da, ümumilikdə ərazi üzrə elektrik keçiriciliyi (EC) norma çərçivəsindədir. Humus - orqanik maddə miqdarı norma çərçivəsindədir. Kalsium karbonat nisbətən yüksəkdir. Azot (N) və fosfor (P) elementləri normadan azdır. Gübrələmə zamanı bitki tələbindən nisbətən artıq verilərək torpaqda normal səviyyəyə gəlməsi təmin edilməlidir. Kalium (K) elementi norma çərçivəsindədir. Kalsium (Ca), Maqnezium (Mg) ve Natrium (Na) elementləri normadan yüksəkdir. Torpaqda Natriumun miqdarı yüksək olsa da, sulfatlı birləşmələri olduğu üçün əhlükəli deyil. Xlor (Cİ) norma daxilindədir. Sulfat (SO4) ionları, Dəmir (Fe) və Manqan (Mn) mikroelementlərin miqdarı yüksəkdir. Gübrələmə zamanı bu qida maddələrini bitki tələbindən 10-15% az verilə bilər. Bor (B) norma daxilindədir. Mis (Cu) və Sink (Zn) bəzi nöqtələrdə norma daxilində olsa da, bəzi nöqtələrdə azdır. Bu səbəblə ərazidə gübrələmə lokal aparılmalıdır. SAR vǝ ESP göstəriciləri norma daxilindədir. Bu göstəricilər ərazidə şoranlığın olmadığını bildirir. Torpaqda kalium (K) və maqnezium (Mg) normadan yüksək, lakin saturasiya göstəricilərinə görə azdır. Bu səbəb ilə gübrələmə zamanı kalium və maqneziumlu gübrələr istifadə edilməsi, bitki tələbindən 25-30% artıq verilǝrǝk balansa gətirilməlidir. Analiz nəticələri əsasında ərazi birillik və çoxillik (yonca, meyvə bitkiləri) bitkilərin yetişdiriciliyi üçün uyğundur. Birillik əkmələr zamanı torpağın 25 - 30 sm dərinlikdə becərmə aparılması kifayət edir. Çoxillik əkmələr aparılmadan öncə torpağın 60-90 sm dərinliyinin də analiz edilməsi tövsiyə olunur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7399-9/7475-7/1377 saylı ekspert rəyində qeyd olunur ki, Şabran rayon Aqrar İslahatı Komissiyasının 1998-ci il 28 aprel tarixli 004 nömrəli qərarı ilə İddiaçı Maşallah oğluna və onun ailə üzvlərinə Əmirxanlı kənd ərazisində JN-0015 saylı (kod ********) Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətə verilmiş 5,90 ha torpaq sahəsinin 1,3089 ha, 2,2287 ha, 0,2983 ha, 0,2897 ha və 1,7752 ha olmaqla, beş hissədən ibarət olmasını, DƏDRX tərəfindən reyestr nömrəsi **********71 olan Çıxarış verilmiş 2,2287 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin "Torpağın mülkiyyətə verilməsinə dair” JN-15 nömrəli Dövlət Aktına əsasən tərtb olunmasını nəzərə alaraq, DƏDRX tərəfindən reyestr nömrəsi **********71 olan Çıxarış verilmiş 2,23 ha torpaq sahəsinin JN-15 nömrəli Dövlət Aktında qeyd olunan 5,90 ha torpaq sahəsinin 2,2287 ha hissəsi olduğu müəyyən edilmişdir. "Google Earth" internet proqramında mövcud olan peyk görüntülərində ərazinin relyefində baş vermiş dəyişikliklərə əsasən, **********71 reyestr nömrəsi ilə qeydiyyata alınmış 2,2287 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən 0,87 ha hissəsində xx.xx.2012-ci il tarixli görüntüdə qazma izlərinə xarakterik izlər olmasının müşahidə edilməsini nəzərə alaraq, **********71 reyestr nömrəli Çıxarışla mülkiyyətdə olan 2,2287 ha torpaq sahəsinin koordinatlar daxilində, 0.87 ha ərazidə "Taxta Körpü" su anbarının tikintisi üçün gil qatının çıxarıldığı müəyyən edilir. Faktiki vəziyyətdə sözügedən torpaq sahəsinin dağlıq ərazidə yerləşməsini, relyefinin mailli formada olmasını, ərazinin 2012-ci ildən qabaq mövcud olmuş dərinlik və ya yüksəklik səviyyəsi ilə bağlı məlumat olmamasını, eləcə də "Google Earth" internet proqramında mövcud olan peyk görüntülərinə əsasən ərazidə baş vermiş dəyişikliklərin texniki göstəricilərini, yəni qazma dərinliyini müəyyən etməyin mümkü olmadığını nəzərə alaraq, **********71 reyestr nömrəli Çıxarışla mülkiyyətdə olan 2,2287 ha torpaq sahəsinin ərazisində "Taxra Körpü" su anbarının tikintisi üçün torpaq qatının daşınması zamanı həmin sahənin əvvəlki vəziyyətindən neçə metr dərinlikdə aşağı salınmasını müəyyən etmək mümkün olmamışdır. Şabran rayonu, Əmirxanlı kəndində yerləşən və İddiaçı Maşallahxan oğlunun ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin ilkin vəziyyəti barədə məlumat olmadığından ("Taxra Körpü" su anbarının tikintisi üçün torpaq qatının daşınmışdan əvvəlki vəziyyəti barədə), eləcə də tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının nəticəsinə əsasən sözügedən ərazisində torpaq qatının daşınması zamanı həmin sahənin əvvəlki vəziyyətindən neçə metr dərinlikdə aşağı salınmasını müəyyən etmək mümkün olmadığından torpağın məhsuldarlığının nə qədər azalmasını və torpaq sahəsinin əvvəlki məhsuldarlığı ilə müqayisədə yaranan fərqi müəyyən etmək mümkün olmamışdır. Rəyin tikinti-texniki və biloji hissəsində göstərilənlərə əsasən tədqiqat obyekti lan torpaq sahəsində torpaq qatının daşınması ilə əlaqədar məhsuldarlığın nə qədər aşağı düşməsi və həmin torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması ilə əlaqədar görüləcək işlərin həcmi (həmçinin ilkin vəziyyəti ilə əlaqədar) barədə məlumat olmadığından tədqiqat aparmaq mümkün olmadı.

8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-22/2-1195/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın reyestr nömrəsi: **********, qeydiyyat nömrəsi: **********71) "Elektron kənd təsərrüfatı” informasiya sistemində mülkiyyətçilərdən biri olan X.İddiaçı adına qeydiyyatdan keçirilmiş və 2022-2023-cü əkin ilində onun tərəfindən EKTİS-ə daxil edilən məlumatlara əsasən həmin torpaq sahəsində aparılmış 2,22 hektar arpa əkininə görə şəxsə 488,40 manat (dörd yüz səksən səkkiz manat qırx qəpik) subsidiya ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdeh “X9 "xxxx"” Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X29, X43, X48, X30 və X41 cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3 Evrascon” Açıq Səhmdar Cəmiyyətindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********571 reyestr nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin bərpa xərci kimi 228000 (iki yüz iyirmi səkkiz min) manat, torpaq sahəsindən 2010-2020-ci illərdə əldən çıxmış gəlir 21161,50 (iyirmi bir min yüz altmış bir manat əlli qəpik) manat, 526 (beş yüz iyirmi altı) manat ödənilmiş dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X3 Evrascon” Açıq Səhmdar Cəmiyyəti (keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayon Əmirxanlı kənd sakinləri olan İddiaçı və qeyrilərinə məxsus torpaq sahələrinin alqı satqısına dair cavabdehlərlə ASC arasında bağlanmış müqavilələrin (əqdlərin) etibarlı hesab edilməklə dövlət qeydiyyatına alınması və torpaq sahələrinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Şabran və Siyəzən rayonları arasında Su Elektrik stansiyasının tikintisinə başlamışdır. Su Elektrik stansiyasının tikintisi ilə əlaqədar Şabran rayonu, Əmirxanlı kənd sakinləri həmin iş üzrə cavabdehlərə məxsus torpaq sahələrinin bir hissəsi, İddiaçı məxsus torpaq sahəsindən 2,23 ha (22287,00 kvadrat metr), X42 məxsus torpaq sahəsindən 1,00 ha (10000,00 kvadrat metr), X14 məxsus torpaq sahəsindən 0,59 ha (5868,04 kvadrat metr), X18 məxsus torpaq sahəsindən 2,23 ha (22286,97 kvadrat metr), X19 məxsus torpaq sahəsindən 0,32 ha (3183,00 kvadrat metr), X5 məxsus torpaq sahəsindən 1,59 ha (15919,00 kvadrat metr), X32 məxsus torpaq sahəsindən 2,65 ha (26512,00 kvadrat metr), X1 məxsus torpaq sahəsindən 0,31 ha (3183,00 kvadrat metr), X15 məxsus torpaq sahəsindən 1,27 ha (12735,00 kvadrat metr), X10 məxsus torpaq sahəsindən 1,27 ha (12735,00 kvadrat metr), X6 məxsus torpaq sahəsindən 1,47 ha (14669,90 kvadrat metr), X2 məxsus torpaq sahəsindən 1,91 ha (19103,00 kvadrat metr), X11 məxsus torpaq sahəsindən 0,32 ha (3183,00 kvadrat metr), X33 məxsus torpaq sahəsindən 1,91 ha (19103,00 kvadrat metr) və X20 məxsus torpaq sahəsindən 1,26 ha (12664,19 kvadrat metr) hissəsi tikinti altına düşdüyünə görə iddiaçı həmin torpaq sahələrinin dəyərini cavabdehlərə ödəməklə və onlarla razılaşmaqla həmin torpaq sahələrini almışdır. Bu barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər arasında müqavilələr tərtib edilmiş, müqavilələrə bütün ailə üzvləri də razılıqlarını bildirməklə imza etmişlər. Lakin cavabdehlərin təqsiri üzündən alqı-satqı vaxtında rəsmiləşdirilməmişdir. Cavabdehlər alqı-satqı müqaviləsinin təsdiqlənməsi üçün notariat kontoruna dəvət edilsələr də, cavabdehlər müxtəlif bəhanələrlə notariat kontoruna gəlməkdən imtina etmişlər. Cavabdehlərin torpaqlarını başqalarına satmaqdan ehtiyat edir, ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Buna görə də, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər arasında torpaq sahələrinin alqı-satqısına dair bağlanmış əqdlərin etibarlı hesab edilməsi və həmin torpaq sahələrinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Şabran rayon məhkəməsinin (hakim Teymur Qurbanov) 2(031)-276/2012 saylı, 31 iyul 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Şabran rayonu Əmirxanlı kənd sakinləri İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsindən 2,23 ha (22287,00 kvadrat metr), X42 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,00 ha (10000,00 kvadrat metr), X14 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 0,59 ha (5868,04 kvadrat metr), X18 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 2,23 ha (22286,97 kvadrat metr), X19 məxsus torpaq sahəsindən 0,32 ha (3183,00 kvadrat metr), X5 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,59 ha (15919,00 kvadrat metr), X32 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 2,65 ha (26512,00 kvadrat metr), X1 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 0,31 ha (3183,00 kvadrat metr), X15 məxsus torpaq sahəsindən 1,27 ha (12735,00 kvadrat metr), X10 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,27 ha (12735,00 kvadrat metr), X6 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,47 ha (14669,90 kvadrat metr), X2 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1.91 ha (19103,00 kvadrat metr), X11 məxsus torpaq sahəsindən 0,32 ha (3183,00 kvadrat metr), X33 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,91 ha (19103,00 kvadrat metr) və X20 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,26 ha (12664,19 kvadrat metr) torpaq sahələrinin alğı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələrin etibarlı hesab edilməklə qeydə alınması, cavabdehlər İddiaçı və ailə üzvlərinə məxsus JN 0015 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 2,23 ha (22287,00 kvadrat metr) hissədə, X42 və ailə üzvlərinə məxsus məxsus JN 0040 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,00 ha (10000,00 kvadrat metr) hissədə, X14 və ailə üzvlərinə məxsus məxsus JN 0016 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 0,59 ha (5868,04 kvadrat metr) hissədə, X18 və ailə üzvlərinə məxsus məxsus JN 0025 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 2,23 ha (22286,97 kvadrat metr) hissədə, X16 məxsus JN 0014 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 0,32 ha (3183,00 kvadrat metr) hissədə, X5 və ailə üzvlərinə məxsus JN 0022 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,59 ha (15919,00 kvadrat metr) hissədə, X32 və ailə üzvlərinə məxsus JN 0047 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 2,65 ha (26512,00 kvadrat metr) hissədə, X1 və ailə üzvlərinə məxsus məxsus JN 0036 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 0,31 ha (3183,00 kvadrat metr) hissədə, X15 məxsus JN 0039 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,27 ha (12735,00 kvadrat metr) hissədə, X10 və ailə üzvlərinə məxsus JN 0092 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,27 ha (12735,00 kvadrat metr) hissədə, X6 və ailə üzvlərinə məxsus JN 0091 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,47 ha (14669,90 kvadrat metr) hissədə, X2 və ailə üzvlərinə məxsus JN 0013 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,91 ha (19103,00 kvadrat metr) hissədə, X11 məxsus JN 0090 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 0,32 ha (3183,00 kvadrat metr) hissədə, X33 və ailə üzvlərinə məxsus JN 0035 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,91 ha (19103,00 kvadrat metr) hissədə və X20 və ailə üzvlərinə məxsus JN 0038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,26 ha (12664,19 kvadrat metr) hissədə ləğv edilmiş, İddiaçı, X49, X24, X34, X35, X12, X44, X7, X25, X21, X13, X8, X22, X45 və X36 tərəfindən satılmış, Şabran rayonu Əmirxanlı kəndi ərazisində yerləşən cəmi 203432,00 kvadrat metr torpaq sahəsinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun tanınması və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına həmin torpaq sahələrinə Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən Çıxarış verilməsi, mülkiyyət hüququna dair sənədlərdə satılmış hissədən başqa qalan torpaq sahələri ölmüş mülkiyyətçilərin payları da ailə üzvlərinə bərabər bölünməklə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şəmsəddin Abbasov - sədrlik edən və məruzəçi, Aqil Abbasov, Telman Məmmədov) 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər X8, X26 və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Şabran rayon məhkəməsinin 31 iyul 2012-ci il tarixli qətnaməsi cavabdehlər X8, X26 və İddiaçı münasibətdə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi cavabdehlər X8, X26 və İddiaçı münasibətdə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı “X4” ASC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6922/19 saylı 13 noyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra mülkiyyətində olan həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun və ailə üzvlərinin adına **********571 reyestr nömrəli xx.xx.2022ci il tarixli çıxarış verilmişdir. Ötən müddət ərzində cavabdeh tərəfindən dəmir məftillərlə hasara alınmış mülkiyyətində olan torpaq sahəsinin torpaq qatının bir tərəfi uzununa boyunca 10 (on) metr dərinlikdə, digər tərəfdən isə uzununa boyunca 2 (iki) metr dərinliyə kimi qazılaraq aparılmışdır. Nəticədə eni 100 (yüz) metr, uzunluğu 223 (iki yüz iyirmi üç) metr, təxminən orta dərinliyi 6 metr olmaqla, torpaq hissəsi daşınaraq aparılmışdır. Nəticədə torpaq sahəsinin 120000 m3 (bir yüz iyirmi min kub metr) torpaq qatı azalmış və ərazi yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən də mülkiyyətində olan torpaq sahəsindən 10 ildən artıq müddət ərzində istifadə edə bilməmiş, nəticədə gəlirlərdən məhrum olmuşdur. Torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün çəkilməli olan xərcin və torpaq sahəsindən istifadə edə bilmədiyi üçün ötən müddət ərzində dəyən maddi zərərin ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, bu bir nəticə verməmişdir. Torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə bərpa olunmasına çəkiləcək xərcin və əldən çıxmış faydanın müəyyən edilməsi üçün “X53 və Ekspertiza Mərkəzi” MMC-yə müraciət olunmuş və həmin cəmiyyətin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilərək, müvafiq rəy tərtib olunmuşdur. Həmin rəydən məlum olur ki, mülkiyyətində olan 2,23 ha torpaq sahəsinin bərpasına çəkiləcək xərc 228000 (iki yüz iyirmi səkkiz min) manat, torpaq sahəsindən 2010-2020-ci illərdə əldən çıxmış gəlir 21161,50 (iyirmi bir min yüz altmış bir manat əlli qəpik) manat təşkil edir. Ona görə də hesab edir ki, cavabdehdən ümumilikdə 249161,50 (iki yüz qırx doqquz min yüz altmış bir manat əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

11. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi qaldıran zaman iddia ərizəsində qeyd etmişdir ki, mülkiyyətində olan torpaq sahəsindən ərazi yararsız vəziyyətə düşdüyü üçün 10 ildən artıq müddət ərzində istifadə edə bilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutlardan da bəllidir ki, şəxslər həmin vaxtdan başlayaraq iddia etdikləri kimi torpağın yararsız vəziyyətə düşməsi barədə məlumatlı olduqlarını bildirirlər və bunu elə iddia ərizələrində qeyd edirlər. Bundan fərqli olaraq iddiaçı 15 noyabr 2018-ci ildə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verən zaman qeyd edir ki, onlara torpaq sahəsinin satınalma dəyəri deyil, torpağın bərpa qiyməti ödənilmişdir, bundan başqa Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan zaman iş üzrə sədrlik edənin “torpağın üst qatını hara daşıdılar?” sualına “kənara daşıdılar. Gili götürəndən sonra yerinə qaytardılar, Düzləşdirəndə sevindik, elə bildik torpağımızı qaytaracaqlar, sonra gördük ki, hasara alıb oranı əkib becərirlər.” cavabını vermişdir. İddiaçının nümayəndəsinin cavablarından da aydın olur ki, şəxslər artıq müvafiq olaraq 2011-ci ildən hüquqlarının pozulduğunu bilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli Plenum Qərarında iddia müddəti ilə bağlı bir sıra müddəalar qeyd olunmuşdur. X60 qeyd olunur ki; İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. MM-in 372.1 vǝ 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Odur ki, İddiaçı Maşallahxan tərəfindən məhkəməyə verilmiş iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

12. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “X9 "xxxx"” ASC iddiaçı və digər şəxslərə qarşı torpaq sahələrinin alğı-satqısına dair bağlanmış müqavilələrin etibarlı hesab edilməklə qeydə alınması, həmin torpaq sahələrinə mülkiyyət hüququnun tanınması və çxıarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, sözügedən iddia tələbi X8, X26 və İddiaçı münasibətdə rədd edilmişdir. İddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən qazılaraq torpağın başqa yerə daşındığına istinad edərək ona zərər vurduğunu bildirmiş və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddia tələbi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə vurulmuş zərərə görə torpaq sahəsinin bərpa xərci kimi 228000 manat, torpaq sahəsindən 2010-2020-ci illərdə əldən çıxmış gəlir 21161,50 manat vəsaitin iddiaçının xeyrinə tutulmasından ibarətdir. İş üzrə kompleks məhkəmə-torpaqşünaslıq, məhkəmə-bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7399-9/7475-7/1377 saylı ekspert rəyində qeyd edilmişdir ki, 2,2287 ha torpaq sahəsinin koordinatlar daxilində, 0.87 ha ərazidə "Taxta Körpü" su anbarının tikintisi üçün gil qatının çıxarıldığı müəyyən edilir. Su anbarının tikintisi üçün torpaq qatının daşınması zamanı həmin sahənin əvvəlki vəziyyətindən neçə metr dərinlikdə aşağı salınmasını müəyyən etmək mümkün olmamış, sözügedən ərazisində torpaq qatının daşınması zamanı həmin sahənin əvvəlki vəziyyətindən neçə metr dərinlikdə aşağı salınmasını müəyyən etmək mümkün olmadığından torpağın məhsuldarlığının nə qədər azalmasını və torpaq sahəsinin əvvəlki məhsuldarlığı ilə müqayisədə yaranan fərqi müəyyən etmək mümkün olmamış, torpaq sahəsində torpaq qatının daşınması ilə əlaqədar məhsuldarlığın nə qədər aşağı düşməsi və həmin torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması ilə əlaqədar görüləcək işlərin həcmi (həmçinin ilkin vəziyyəti ilə əlaqədar) barədə məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Göründüyü kimi, iddiaçıya dəymiş zərərin 228000 manat həcmində olması, həmin zərərin məhz cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 21161,50 manat əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, həm zərərin cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmamış, həm də iddiaçı əldən çıxmış fayda və həmin məbləğin 21161,50 manat təşkil etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

14. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77, 128.3-cü maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Bakı Kommersiya Məhkəməsinin 22-2(113)-1327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnаməsində “iş üzrə kompleks məhkəmə torpaqşünaslıq, məhkəməbioloji və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7399-9/74757/1377 saylı ekspert rəyində qeyd edilmişdir ki, 2,2287 ha torpaq sahəsinin koordinatlar daxilində, 0.87 ha ərazidə “Taxta Körpü” su anbarının tikintisi üçün gil qatının çıxarıldığı müəyyən edilir. Su anbarının tikintisi üçün torpaq qatının daşınması zamanı həmin sahənin əvvəlki vəziyyətindən neçə metr dərinlikdə aşağı salınmasını müəyyən etmək mümkün olmamış, sözügedən ərazidə torpaq qatının daşınması zamanı həmin sahənin əvvəlki vəziyyətindən neçə metr dərinlikdə aşağı salınmasını müəyyən etmək mümkün olmadığından torpağın məhsuldarlığının nə qədər azalmasını və torpaq sahəsinin əvvəlki məhsuldarlığı ilə müqayisədə yaranan fərqi müəyyən etmək mümkün olmamış, torpaq sahəsində torpaq qatının daşınması ilə əlaqədar məhsuldarlığın nə qədər aşağı düşməsi və həmin torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması ilə əlaqədar görüləcək işlərin həcmi (həmçinin ilkin vəziyyəti ilə əlaqədar) barədə məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamışdır.” “Göründüyü kimi, iddiaçıya dəymiş zərərin 228000 manat həcmində olması, həmin zərərin məhz cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir.” barədə qеyd etdikləri iddiаnın təmin еdilməməsinə əsаs оlmаdığındаn qəbul edilməzdir. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, özünün də istinаd еtdiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7399- 9/74757/1377 saylı ekspert rəyində qeyd olunur ki, “xx.xx.2012-ci il tarixli görüntüdə qazma izlərinə xarakterik izlər olmasının müşahidə edilməsini nəzərə alaraq, 2,2287 ha torpaq sahəsinin koordinatlar daxilində, 0.87 ha ərazidə “Taxta Körpü” su anbarının tikintisi üçün gil qatının çıxarıldığı müəyyən edilir.” Ekspertin sözügedən torpaq sahəsinin dağlıq ərazidə yerləşməsini, relyefinin mailli formada olmasını, ərazinin 2012-ci ildən qabaq mövcud olmuş dərinlik və ya yüksəklik səviyyəsi ilə bağlıməlumat olmamasını, eləcə də “Google Earth” internet proqramında mövcud olan peyk görüntülərinə əsasən ərazidə baş vermiş dəyişikliklərin texniki göstəricilərini, yəni qazma dərinliyini müəyyən etməyin mümkü olmadığı bаrədə müəyyən еdilənlər isə işin hаllаrınа uyğun və tаm оlmаyаn rəy оlmаqlа məhkəmə üçün məcburi оlmаmışdır. Bеlə ki, еkspеrtin ərаzinin mövcud vəziyyətini, dərinlik və ya yüksəklik səviyyəsini özündə əks еtdirən tоpоqrаfik plаnı ilə yохlаmаqlа, ərazinin 2012-ci ildən qabaq mövcud olmuş dərinlik və ya yüksəklik səviyyəsi ilə bağlıməlumatı əldə еtmək imkаnı оlsа dа, rəyi bu imkаndan yararlanmadan vermişdir. “X53 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, 88 nörməli mütəxəssis rəyi ilə isə, Şabran rayonu Əmirxanlı kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət aktına (JN 0015, Kod ********) əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2,23 hektar torpaq sahəsinin bərpasına çəkiləcək xərcin 228000 (iki yüz iyirmi səkkiz min) manat təşkil etdiyi müəyyən еdilsə də, birinci instansiya məhkəməsi ümumiyytlə həmin sübuta obyektiv, qərəzsiz, hərtərəfli və tam baхmаmış həmin sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin “Məhkəmə iddia tələbinin 21161,50 manat əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, həm zərərin cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmamış, həm də iddiaçı əldən çıxmış fayda və həmin məbləğin 21161,50 manat təşkil etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.” barədə müəyyən etdikləri qəbul edilməzdir. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, torpaq sahəsindən “Taxta Körpü” su anbarının tikintisi üçün gil qatının çıxarılmаsı özünün də istinаd еtdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7399-9/74757/1377 saylı ekspert rəyi ilə müəyyən edilmişdir. “Taxta Körpü” su anbarının tikintisi isə cаvаbdеh tərəfindən аpаrılmışdır. Bеlə оlаn hаldа gil qatının оnun tərəfindən çıxarılmаsının sübut еdilmədiyinə dаir məhkəmənin gəldiyi nəticə işin hаllаrınа uyğun dеyil. Еyni zаmаndа torpaq sahəsindən “Taxta Körpü” su anbarının tikintisi üçün gil qatının çıxarılmаsı üçün tоrpаğın üst (münbit) qаtının dа çıхаrılmаsı zəruri оlduğundаn, məhkəmənin həmin qаtın dа cаvаbdеh tərəfindən çıхаrılmаsınа dаir iddiаçının dəlillərini inаndırıcı sаymаmаsı qəbul еdilməzdir. Ümumiyyətlə cаvаbdеh, “Taxta Körpü” su anbarının tikintisi üçün tоrpаğın üst (münbit) və gil qatının çıxarılmаsının özü tərəfindən həyаtа kеçirilməsi hаlını mübаhisələndirməmiş, iddiаyа müddətin kеçməsi əsаsı ilə еtirаz еtmişdir. Bundаn bаşqа, Şabran rayonu Əmirxanlı kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət aktına (JN 0015, Kod ********) əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2,73 hektar (tikinti altına düşən 0,50 ha və əkinə yararsız hala düşmüş 2,23 ha) torpaq sahəsindən 2010-2020-ci illərdə əldən çıxmış gəlirin 21161,50 (iyirmi bir min yüz altmış bir manat əlli qəpik) manat təşkil etməsi “X53 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, 88 nörməli mütəxəssis rəyi ilə müəyyən еdilsə də, birinci instansiya məhkəməsi həmin sübuta obyektiv, qərəzsiz, hərtərəfli və tam baхmаmış həmin sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Cavabdeh tərəfindən dəmir məftillərlə hasara alınmış mülkiyyətində olan torpaq sahəsinin torpaq qatının bir tərəfi uzununa boyunca on metr dərinlikdə, digər tərəfdən isə uzununa boyunca iki metr dərinliyə kimi qazılaraq aparılmışdır. Nəticədə eni yüz metr, uzunluğu 223 metr, təxminən orta dərinliyi 6 metr olmaqla, torpaq hissəsi daşınaraq aparılmış, nəticədə torpaq sahəsinin 120000 m torpaq qatı azalmış və ərazi yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən də iddiаçı mülkiyyətində olan torpaq sahəsindən 10 ildən artıq müddət ərzində istifadə edə bilməmiş, nəticədə gəlirlərdən məhrum olmuşdur. Оdur ki, iddiаçının torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün çəkilməli olan xərcin və torpaq sahəsindən istifadə edə bilmədiyi üçün ötən müddət ərzində dəyən maddi zərərin ödənilməsini cavabdehdən tələb еtmək hüququ əmələ gəlsə də, birinci instansiya məhkəməsi maddi hüquq normalаrını düzgün tətbiq etməmiş, bu isə iddia tələbinin təmin edilməməsi ilə nəticələnmişdir. Prosessual hüquq norması pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara (“Taxta Körpü” su anbarının tikintisi üçün tоrpаğın üst (münbit) və gil qatının çıxarılmаsının cаvаbdеh tərəfindən həyаtа kеçirilməsi) uyğun əsaslandırılmamışdır. məhkəmə özü üçün məcburi olmasa da, prosessual hüquq normalаrını pozaraq, yalnız ekspert rəyinə istinad etməklə mübahisəni həll etmiş, “X53 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, 88 nörməli mütəxəssis rəyinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bu isə iddia tələbinin təmin edilməməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi ərazinin 2012-ci ildən qabaq mövcud olmuş dərinlik və ya yüksəklik səviyyəsi ilə bağlı hissədə əsаssız оlаn xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7399-9/74757/1377 saylı ekspert rəyi ilə kifаyətlənmiş, ərаzinin mövcud vəziyyətinin, dərinlik və ya yüksəklik səviyyəsini özündə əks еtdirən tоpоqrаfik plаnı ilə yохlаnılmаsı üçün təkrаr еkspеrtizа kеçirməmiş, ərazinin 2012-ci ildən qabaq mövcud olmuş dərinlik və ya yüksəklik səviyyəsi bаrədə faktiki halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən həmin hаllаr “X53 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, 88 nörməli mütəxəssis rəyi ilə tаm, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7399-9/74757/1377 saylı ekspert rəyi ilə isə qismən təkzib edilmişdir. Birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş zərərin 228000 manat həcmində olması, həmin zərərin məhz cavabdeh tərəfindən vurulması, əldən çıxmış faydanın 21161,50 manat təşkil etməsinin təsdiq еdilməməsi barədə qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

18. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1327/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, “X9 "xxxx"” ASC iddiaçı və digər şəxslərə qarşı torpaq sahələrinin alğı- satqısına dair bağlanmış müqavilələrin etibarlı hesab edilməklə qeydə alınması, həmin torpaq sahələrinə mülkiyyət hüququnun tanınması və çxıarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, sözügedən iddia tələbi X8, X26 və İddiaçı münasibətdə rədd edilmişdir. İddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən qazılaraq torpağın başqa yerə daşındığına istinad edərək ona zərər vurduğunu bildirmiş və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddia tələbi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə vurulmuş zərərə görə torpaq sahəsinin bərpa xərci kimi 228000 manat, torpaq sahəsindən 2010-2020-ci illərdə əldən çıxmış gəlir 21161,50 manat vəsaitin iddiaçının xeyrinə tutulmasından ibarətdir. İş üzrə kompleks məhkəmətorpaqşünaslıq, məhkəmə-bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7399-9/7475-7/1377 saylı ekspert rəyində qeyd edilmişdir ki, 2,2287 ha torpaq sahəsinin koordinatlar daxilində, 0.87 ha ərazidə "Taxta Körpü" su anbarının tikintisi üçün gil qatının çıxarıldığı müəyyən edilir. Su anbarının tikintisi üçün torpaq qatının daşınması zamanı həmin sahənin əvvəlki vəziyyətindən neçə metr dərinlikdə aşağı salınmasını müəyyən etmək mümkün olmamış, sözügedən ərazisində torpaq qatının daşınması zamanı həmin sahənin əvvəlki vəziyyətindən neçə metr dərinlikdə aşağı salınmasını müəyyən etmək mümkün olmadığından torpağın məhsuldarlığının nə qədər azalmasını və torpaq sahəsinin əvvəlki məhsuldarlığı ilə müqayisədə yaranan fərqi müəyyən etmək mümkün olmamış, torpaq sahəsində torpaq qatının daşınması ilə əlaqədar məhsuldarlığın nə qədər aşağı düşməsi və həmin torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması ilə əlaqədar görüləcək işlərin həcmi (həmçinin ilkin vəziyyəti ilə əlaqədar) barədə məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Göründüyü kimi, iddiaçıya dəymiş zərərin 228000 manat həcmində olması, həmin zərərin məhz cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 21161,50 manat əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, həm zərərin cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmamış, həm də iddiaçı əldən çıxmış fayda və həmin məbləğin 21161,50 manat təşkil etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır.

24. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyator torpağın məhsuldarlığının azaldığını və torpaqdan istifadə etmədiyini qeyd etsə də kollegiyanın araşdırması zamanı bu hal müəyyən edilməmişdir. Belə ki, apellyasiya şikayətinin dəlillərinin araşdırılıması məqsədi ilə Şabran Rayon Məhkəməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran rayonu Əmirxanlı kənd sakinləri İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş tələb edilmiş, həmin mülki iş materialları tədqiq edilmişdir. Tərəflərin izahatlarından, mülki iş materiallarından da müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi illər ərzində əkib-becərilmiş, torpaqdan təyinatı üzrə istifadə edilmiş, hətta torpaqdan istifadəyə görə dövlət subsidiyaları da alınmışdır. Digər tərəfdən, iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın yaranma əsaslarını və maddi ziyanın məbləğini sübut edə bilməmişdir. Kollegiya qeyd edir ki, sübut kifayət qədər aydın və təkzibedilməz olmalı, tərəflər arasında yaranmış münasibətlərə mütənasib və əlaqəli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1327/2024 saylı, 23 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar