Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-612/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, tələbkarın nümayəndəsi Qanuni nümayəndə, borclunun nümayəndəsi və vəkili Vəkil və borclunun nümayəndəsi X4 oğlunun iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-283/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26 oktyabr 2020-ci il tarixli qərardadından borclu «xxxx» ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "X6 Təsərrüfatı” MMC Cavabdeh ASC-yə (hazırki "xxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 26.12.2016-cı il tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən, lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması və iddiaçı ilə cavabdeh arasında olan borcun həmin məbləğdə silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, "X6 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 26.12.2016-cı il tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən, lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması və "X6 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan borcun həmin məbləğdə silinməsi öhdəliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh "xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 23.10.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı "X6 Təsərrüfatı” MMC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 30.04.2019-cu il tarixli 2-2(102)-151/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 23.10.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2019-cu il tarixli 2-2(103)-520/19 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-545/2019 nömrəli iş üzrə 25.12.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-520/19 saylı 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 16.07.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı icra vərəqəsində göstərilən əmlakın dəyərinin necə müəyyən edilməsi barədə izah verilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2-2(82)-283/2018 saylı qərardadı ilə ərizə təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018ci il tarixli 2-2(82)-283/2018 saylı qətnaməsinə izah verilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 04.07.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı icra vərəqəsində göstərilən əmlakın dəyərinin müəyyən edilməsi dedikdə əmlakın dəyərinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməsi kimi başa düşülməsi qərara alınmışdır. Tələbkar "X6 Təsərrüfatı” MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı qətnaməsinə “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 04.07.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı icra vərəqəsində göstərilən əmlakın dəyərinin 96.174 manat məbləğində müəyyən edilməsi” kimi izah verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə tələbkar "X6 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2-2(82)-283/2018 saylı qərardadının dəyişdirilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı qətnaməsinə aşağıda göstərildiyi kimi izah verilmişdir: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 04.07.2018-ci il tarixli 2- 2(82)- 283/2018 saylı icra vərəqəsində göstərilən əmlakın dəyərinin müəyyən edilməsi dedikdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 04.07.2018-ci il tarixli 2-2(82)- 283/2018 saylı icra vərəqəsində göstərilən əmlakın dəyərinin 96174 manat məbləğində müəyyən edilməsi kimi başa düşülsün. Borclu «xxxx» ASC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 26.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili Vəkil və borclunun nümayəndəsi X2 şikayəti müdafiə etdilər, tələbkarın nümayəndəsi Qanuni nümayəndə isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ASC ilə “xxxx” Şirkəti arasında bağlanmış 29 iyun 2012-ci il tarixli 42/12 saylı “Heyvandarlıq kompleksi üçün avadanlıqların və quraşdırılmasının satınalınması barədə” müqaviləyə “Malların qiymət cədvəli” adlanan 2 saylı Əlavədən görünür ki, borclu tərəfindən tələbkara lizinqə verilmiş avadanlıqların (yem qarışdıran və yem doğrayan, peyin kürəyənin qolu, üzvü gübrə hazırlayan və səpən, inək dırnağı təmizləyən fıksator-qəfəs) qiymətləri göstərilməklə ümumi dəyəri 156000 Avro təşkil etmiş və orada peyinqarışdıran (üzvü gübrə hazırlayan və səpən) avadanlığın dəyəri 87000 Avro müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı qətnaməsindən isə müəyyən olunur ki, həmin avadanlıqlar borclu tərəfindən tələbkara 26 dekabr 2016-cı il tarixli 08-LA/16 nömrəli müqaviləyə əsasən 172450 manat məbləğində lizinqə verilmişdir. Göründüyü kimi peyinqarışdıran (üzvü gübrə hazırlayan və səpən) avadanlığın dəyəri Azərbaycan manatı ilə 96174 manat (156000 Avro = 172450 manat, 1 Avro = 1,105 manat (172450:156000), 87000 Avro x 1,105 manat = 96174 manat) təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Mülki Prosessual Məcəllənin 230.1, 230.3-cü maddələrinə istinad edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.07.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı icra vərəqəsinə yuxarıda göstərilən qaydada izah vermişdir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu «xxxx» ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-283/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-612/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-612/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver