Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-615/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının İddiaçının nümayəndəsi X3, cavabdeh X9 və onun nümayəndəsi/vəkili Vəkil iştirakları ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh X7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2-2(82)-102/2019 saylı qətnaməsindən cavabdeh Cəfərov Musa İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdeh X7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2012-ci il tarixli, 246F4 saylı Təminatlı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə əsas borc üzrə 12302,70 ABŞ dolları, faiz borcu üzrə 10771,18 ABŞ dolları, cərimə borcu üzrə 3047,54 ABŞ dolları, cəmi 26121,42 ABŞ dolları məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ödənilməsi, tutmanın girov predmeti olan (şassi XLRTE85XCOE645209; tip Yəhərli-dartıcı; rəngi ağ; buraxılış ili 2004-cü il; DAF TE85XC) markalı 90RJ686 nömrə nişanlı yük avtomobilinə yönəldilməsi, girov predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 4 saylı filialı ilə cavabdeh X9 (VÖEN: **********) arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, 246F4 nömrəli Təminatlı kredit müqaviləsinə əsasən X7İddiaçı ASC-nin 4 saylı filialı tərəfindən 36 ay müddətinə, illik 26% olmaqla 25000 ABŞ dolları məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq X9 özünə məxsus (şassi XLRTE85XCOE645209; tip Yəhərli-dartıcı; rəngi ağ; buraxılış ili 2004-ci il; DAF TE85XC) markalı 90RJ686 dövlət nömrə nişanlı yük avtomobili girov predmeti kimi Banka təqdim edilmiş və bu barədə xx xxxxxxx 2012-ci il tarixli, 246F4 nömrəli girov müqaviləsi bağlanmışdır. Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdeh X7 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdehlər tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı” ASC-nin 4 saylı filialı ilə cavabdeh X9 arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, 246F4 nömrəli Təminatlı kredit müqaviləsinə əsasən xx xxxx 2018-ci il tarixinə X5 əsas borc üzrə 12302,70 ABŞ dolları, cərimə borcu üzrə 3047,54 ABŞ dolları, cəmi 26121,42 ABŞ dolları məbləğində borc öhdəliyi yaranmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(82)- 102/2019 saylı qətnaməsi iddia qismən təmin edilərək, cavabdeh X4 xx.xx.2012-ci il tarixli, 246F4 saylı Təminatlı kredit müqaviləsinə əsasən əsas borc üzrə 12302,70 ABŞ dolları, faiz borcu üzrə 1875,75 ABŞ dolları, cərimə borcu üzrə 349,53 ABŞ dolları, cəmi 14527,98 ABŞ dolları məbləğdə borcun qətnаmə icrа olunаn günə mаnаt məzənnəsi ilə hesаblаnıb Ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat pulun cаvаbdehdən tutulub Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın girov predmeti olan (şassi XLRTE85XCOE645209; tip Yəhərli-dartıcı; rəngi ağ; buraxılış ili 2004-cü il; DAF TE85XC) markalı 90RJ686 nömrə nişanlı yük avtomobilinə yönəldilməsi və girov predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracda satılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(82)-102/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o bankdan 12302,70 manat başqa şəxs üçün pul götürmüşdür. Hər ay banka olan borcunu ödəmişdir. Banka onun hazırda borcu 1000 manat təşkil edir. Bank tərəfindən tələb edilən məbləğ - faizlər və əsas borc şişirdilmişdir. Onun bankın tələb etdiyi məbləğdə borcu yoxdur və ondan tələb edilən məbləğ həqiqətə uyğun deyildir. Borcun ödənilməsinə dair ödəniş qəbzləri vardır. İş üzrə obyektiv qərar qəbul etmək üçün, yuxarıda qeyd edilən şübhəli məqamlar aydınlaşdırılmalı idi. Məhkəmə tərəfindən onun adından nə qədər ödənilməsinə dair sübutlar nəzərə alınmalı və həmin sübutlar əsasında məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-136/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Cəfərov Musa İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2-2 (82)-102/2019 saylı qətnaməsinin iddia tələbinin borcun tutulması hissəsində dəyişdirilməsi, cavabdeh X4 xx.xx.2012-ci il tarixli, 246F4 saylı Təminatlı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11349,27 ABŞ dolları, faiz borcu üzrə 1736,23 ABŞ dolları, cərimə borcu üzrə 650,0 ABŞ dolları, cəmi 13735 (on üç min yeddi yüz otuz beş) ABŞ dolları, 50 sent məbləğdə borcun qətnаmə icrа olunаn günə mаnаt məzənnəsi ilə hesаblаnıb ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 09/199 saylı rəyi üzrə alınmış ekspertiza tədqiqatına görə 120 (yüz iyirmi) manat məbləğin cavabdeh X4 tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-136/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili nümayəndəsi/vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmənin iclasında apellyasiya şikayəti ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(82)- 102/2019 saylı qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 11349,27 ABŞ dolları əsas, 1736,23 ABŞ dolları faiz borcu tutulmalı, 120 manat ekspertiza xərci cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv olunmasını xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnaməni iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirir. İş materiallarında olan İddiaçı ASC-nin 4 saylı filialı (borc verən) ilə cavabdeh X9 (borc alan) arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, 246F4 nömrəli Təminatlı kredit müqaviləsinə əsasən borc verən borc alana 25000 ABŞ dolları məbləğində 36 ay müddətinə illik 26 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Borc alan kredit məbləğini DAF (Tip: TE85XC; Ban: XLRTE85XCOE645209 rəngi ağ; buraxılış ili 2004-cü il) dartıcı yük avtomobilinin alınması üçün istifadə edəcəkdir. İş materiallarında oan Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, DAF (Tip: TE85XC; Ban: XLRTE85XCOE645209 rəngi ağ; buraxılış ili 2004-cü il) dartıcı yük avtomobili alqı-satqı müqaviləsinə əsasən X7 məxsusdur. İş materiallarında olan İddiaçı ASC-nin 4 saylı filialı ilə cavabdeh X9 arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, 2461F4 nömrəli girov müqaviləsinə əsasən “girov saxlayan” “girov qoyan”a DAF (Tip: TE85XC; Ban: XLRTE85XCOE645209 rəngi ağ; buraxılış ili 2004-cü il) dartıcı yük avtomobilinin alınması üçün 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq “Girov qoyan” DAF (Tip: TE85XC; Ban: XLRTE85XCOE645209 rəngi ağ; buraxılış ili 2004-cü il) dartıcı yük avtomobilini girov saxlayana girov kimi təqdim edir. Müqavilə qüvvədə olduğu müddət ərzində girov predmeti girov qoyanın sahibliyində və istifadəsində qalır. Həmin müqavilənin 2-ci maddəsinə müvafiq olaraq tərəflərin razılığı ilə girov predmeti 40500 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. İşdə olan İddiaçı ASC-nin **********165 saylı, xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxxx 2012-ci il tarixli, 246F4 nömrəli kredit müqaviləsinin bitmə tarixinə əsas borc 12302,70 ABŞ dolları, kredit müqaviləsinin bitmə tarixinə faiz borcu 1875,75 ABŞ dolları, kredit müqaviləsinin bitmə tarixinə cərimə borcu 349,53 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2018-ci il tarixli, **********272 saylı məktubla X7 pretenziya qaydasında xəbərdarlıq ünvanlanaraq, əsas borc üzrə 12302,70 ABŞ dolları, faiz borcu üzrə 10771,18 ABŞ dolları, cərimə borcu üzrə 3047,54 ABŞ dolların borcun mövcud olduğu bildirilmişdir. Borcun ödənilmədiyi təqdirdə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən borcun ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 xx.xx.2012-ci il tarixli, 246F4 saylı Təminatlı kredit müqaviləsinə əsasən əsas borc üzrə 12302,70 ABŞ dolları, faiz borcu üzrə 1875,75 ABŞ dolları, cərimə borcu üzrə 349,53 ABŞ dolları, cəmi 14527,98 ABŞ dolları məbləğində pul tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən səhvə yol vermiş və nəticədə cavabdehdən artıq məbləğin tutulması qənaətinə gəlmişdir. Cavabdeh də apellyasiya şikayətində bank tərəfindən tələb edilən məbləğin - faiz və əsas borcun şişirdildiyini, onun bankın tələb etdiyi məbləğdə borcunun olmadığını, ondan tələb edilən məbləğin həqiqətə uyğun olmadığını göstərmiş, bu halların yoxlanılması məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 09/199 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən “xxxx” ASC ilə X9 (“borcalan”) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 246F4 saylı X2 şərtləri əsas götürülməklə cavabdehin xx.xx.2015-ci il tarixə banka olan borcu aşağıdakı kimi hesablanmışdır: ödənilən məbləğ – 24649,75 ABŞ dolları, hesablanan faiz – 12735,25 manat, ödənilən faiz – 10999,02 manat, ödənilən əsas məbləğ 13650,73 manat. İşdə olan ödəniş cədvəlindən görünür ki, kreditin son ödəniş tarixi xx.xx.2015-ci il müəyyən olunub. İşdə olan iddiaçının təqdim etdiyi maliyyə arayışından və ekspert rəyindən görünür ki, cavabdehin göstərilən kreditin son ödənişi xx.xx.2015-ci il tarixdə olmuşdur. Ekspert rəyi ilə Təminatlı Kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə qalıq borc, o cümlədən: əsas borc üzrə - 11349,27 ABŞ dolları; faiz borcu üzrə -1736,23 ABŞ dolları, cərimə üzrə - 650,0 ABŞ dollar məbləğində təşkil edildiyi müəyyən olunur. Mülki Prosessual Məcəllənin 103.1.-ci maddəsinə əsaəsn ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası ekspert rəyini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin borcun tutulması hissəsində dəyişdirilməli, iddiaçının tələb etdiyi borc məbləgi ekspertin rəyi ilə müəyyən etdiyi məbləğlərdə - əsas borc üzrə - 11349, 27 ABŞ dolları, faiz borcu üzrə -1736,23 ABŞ dolları məbləğində təmin edilməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüqununu digər iştiirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1.-ci mаddəsinə görə öhdəliyini icrа etməyən borclu kreditorа dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsаitini qаnunsuz sаxlаmаqlа, onu qаytаrmаqdаn boyun qаçırmаqlа, onun ödənilməsini digər şəkildə gecikdirməklə və yа toplаmаqlа ondаn fаydаlаnmаğа görə həmin vəsаitin məbləğindən fаizlər ödənilməlidir. Fаizlərin miqdаrı pul öhdəliyinin və yа onun müvаfiq hissəsinin icrа edildiyi gün üçün bаnk fаizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lаzımınca icrа etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ vаrsа, kreditor onun ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. Mülki Məcəllənin 462.1.-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan X2 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi “xxxx” ASC-nin 4 saylı filialı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident fiziki şəxs X9 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 246/1F4 saylı girov müqaviləsinin predmeti sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident fiziki şəxs X5 “DAF” (tip:TE8555XS; Ban:XLR TE85XC0E645209; Rəngi: Ağ; buraxılış ili 2004-cü il) dartıcı yük avtomobili çıxış edir. Girov müqaviləsinin 4.4-cü bəndinə əsasən girov qoyan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə girov predmetinə ödənişi yönəltmək girov saxlayanın hüququdur. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, işə əvvəl apellyasiya instansiya məhkəməsində baxılan zaman keçirilmiş ekspertiza tədqiqatına görə 120 (yüz iyirmi) manat məbləğ cavabdeh X4 tutulub dövlət büdcəsinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşə apellyasiya qaydasında baxılan zaman cavabdeh X9 iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyası ərizəyə münasibət bildirərək qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə iddiaçı tərəfindən işə apelyasiya instansiya məhkəməsində baxılarkən verildiyindən həmin ərizə baxılmamış saxlanılır. Mülki Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddənin tələbindən də göründüyü kimi, iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etsə də, iddia müddətinin tətbiqinə dair ərizə ilə həmin məhkəməyə müraciət etməmiş, bunun səbəbini isə izah edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cərimə məbləği ağlabatan hesab edilir və azaldılması üçün əsaslar müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2- 2(82)- 102/2019 saylı qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 11349,27 ABŞ dolları əsas, 1736,23 ABŞ dolları faiz borcu tutulmalı, 120 manat ekspertiza xərci cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Cəfərov Musa İsa oğlunun apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(82)- 102/2019 saylı qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehdən iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 11349,27 ABŞ dolları əsas, 1736,23 ABŞ dolları faiz borcu tutulsun. 120 manat ekspertiza xərci cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-615/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-615/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver