Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-618/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 13.05.2022-ci il tarixli, e-2-2(113)-2779/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 004 nömrəli 09 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunmasını, 30204 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13.05.2022-ci il tarixli, e-2-2(113)-2779/2022 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 13.05.2022-ci il tarixli, e-2-2(113)-2779/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin məhkəmə tərəfindən məsələyə həddindən artıq formallıqla yanaşaraq və pretenziya məktubunda Müqavilənin ləğv edilməsi”ifadəsinin olmaması səbəbindən geri qaytarılması ən azı ədalətsizlikdir. Belə ki, Mülki Məcəllənin 423-cü maddəsinin mahiyyəti mübahisənin məhkəməyə qədər həll edilməsidir. Tərəfimizdən bu tələbə riayət olunmuş və cavabdehə pretenziya məktubu göndərilmişdir. Həmin pretenziya məktubunda pozulmuş hüquqlarımızın müdafiəsi üçün Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlər görüləcəyi də qeyd edilmişdir. Azərbaycan dilinin izahlı lüğətində pretenziya sözü hərfi tərcümədə “ Nə isə almaq, əldə etmək üçün tələb irəli sürmək” “ Tələb, iddia, istək, şikayət, narazılıq bildirmək “ və s. kimi tərcümə olunur. Cavabdeh tərəf görür ki, ona pretenziya məktubu gəlib və heç bir reaksiya vermir. Bununla da mübahisənin məhkəməyə qədər həllinin artıq artıq mümkünsüz olduğu məlum olur. Beləliklə də, Mülki Məcəllənin 423-cü maddəsinin tələbləri yerinə yetirilmiş olur. Hesab edirlər ki, pretenziya məktubunda texniki səbəblərdən məhz müqavilənin ləğv ediləcəyi qeyd edilməməsi Mülki Məcəllənin 423-cü maddəsinin tələblərinin yerinə yetirilməməsi mənasına gəlmir. Bakı Kommersiya Məhkəməsinin 19.05.2022-ci il tarixli, e-2-2(113)-2779/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 13.05.2022-ci il tarixli, e-2-2(113)- 2779/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddia ərizəsinə əlavə olunmuş İddiaçı Cavabdehnə ünvanladığı pretenziya məktubundan görünür ki, ATL TECH Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə ödənilən 30204 manat məbləğində pulun qaytarılmasını cavabdehdən tələb etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl 004 nömrəli 09 fevral 2021-ci il tarixli alqısatqı müqaviləsinin ləğv edilməsi barədə təkliflə cavabdehə müraciət etməmiş, pretenziya məktubunda tərəflər arasında bağlanmış müqavilənin məhkəməyə müraciət etmədən qarşılıqlı razılıq əsasında ləğv edilməsi barədə təklif qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi qeyd edilən normaların tələblərini nəzərə alaraq iddia ərizəsinin qaytarılmalı olduğuna dair düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 13.05.2022-ci il tarixli, e-2-2(113)-2779/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq dəyişdirilmədən saxlanılmalıdır.Bakı Kommersiya Məhkəməsinin 13.05.2022-ci il tarixli, e- 2-2(113)-2779/2022 nömrəli qərardadı şikayət təmin edilməməli, Qeyd olunanlara əsasən zBirinci instansiya məhkəməsi qeyd edilən normaların tələblərini nəzərə alaraq iddia ərizəsinin qaytarılmalı olduğuna dair düzgün nəticəyə gəlmişdi .Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarı .ərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində öz əksini tapmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl 004 nömrəli 09 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə təkliflə cavabdehə müraciət etməmiş, pretenziya məktubunda tərəflər arasında bağlanmış müqavilənin məhkəməyə müraciət etmədən qarşılıqlı razılıq əsasında ləğv edilməsi barədə təklif qeyd edilməmişdir.
Məhkəmə qərarları › İş №2-2(103)-618/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-618/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver