Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-618/2025 04.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1979/2025 saylı qətnaməsindən cavabdeh “ATS FEED" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “ATS FEED" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş 520350 manat həcmində borcun, 156105 manat həcmində dəbbə pulunun, 970 manat həcmində ödənilmiş dövlət rüsumunun və 1000 manat həcmində ödənilmiş hüquqi yardımla əlaqədar xidmət haqqı məbləği olmaqla, ümumilikdə 678425 (altı yüz yetmiş səkkiz min dörd yüz iyirmi beş) manat pulun tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1979/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 520350 (beş yüz iyirmi min üç yüz əlli) manat əsas borc, 26018 manat dəbbə pulu, dövlət rüsumunun əvəzi olaraq 837 manat, vəkil xərcinin əvəzi olaraq 1000 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin 26018 manat dəbbə pulunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətinə əlavə təqdim edərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1979/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 520350 manat əsas borc və 26018 manat dəbbə pulunun tutulması hissədə ləğv edilməsini, qalan hissədə isə dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının qanuni təmsilçisi Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək, qətnamə qəbul edildikdən sonra cavabdeh tərəfindən müxtəlif tarixlərdə ümumilikdə 520350 manat məbləğində ödəniş edildiyini bildirmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsinə və apellyasiya şikayətinə əlavəyə baxaraq hesab edir ki, 520350 manat məbləğində əsas borcun tutulması hissəsində iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, iddiaçının iddia ərizəsində xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 520350 manat məbləğində borc cavabdeh tərəfindən ödənildiyindən həmin hissədə tərəflər arasında mübahisə yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Odur ki, məhkəmə kollegiyası cavabdehdən 520350 manat əsas borcun tutulması hissəsində mübahisənin faktiki olaraq mövcud olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı işə məhkəmədə baxılması üçün əsas yoxdur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1979/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması hissəsində ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-618/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-618/2025
04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver