Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-620/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-17/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı1 MMC və Cavabdeh X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 MMC və “xxxx” MMC Cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı1nə məxsus “KjAr 2-1 havaayrıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan və “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı olan (zav,N-1,AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK-1562.00.000PE1 markalı) hava təmizləyici qurğudan əsassız istifadəyə görə, real zərər və əldən çıxmış faydanın əvəzinin hər ay üçün 100.000 manat olmaqla, 01 iyul 2015-cı il tarixdən 10 dekabr 2020-ci il tarixədək yəni, 65 ay üçün cəmi 6.500.000 manat pul vəsaitinin iddiaçıların hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli 2-2(113)-17/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh X2 2.800.000 manat pul vəsaitinin tutularaq “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 12,92 manat məbləğinin Cavabdeh X2 tutularaq “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi, qalan 17,08 manat məbləğinin isə “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 86,14 manat məbləğinin Cavabdeh X2, qalan 113,86 manat məbləğinin isə İddiaçı1ndən və “xxxx” məhdud məsuliyyətli cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı1 MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh X5 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçıların öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, İddiaçı1 MMC ilə “xxxx” MMC arasında 01 iyul 2014-cü il tarixli “Birgə fəaliyyət haqqında Müqavilə” əsasında İddiaçı1 MMC-yə məxsus “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan və “xxxx” MMC-yə məxsus Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı olan (zav,N-1,AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK-1562.00.000 PE1 markalı) hava təmizləyici qurğudan birgə istifadə etməklə ümumi gəlirin 55 faizi İddiaçı1 MMC-yə və 45 faizi isə “xxxx” MMC-yə qazanc gətirməli idi. Lakin cavabdeh tərəfindən İddiaçı1 MMC-yə məxsus “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan və “xxxx” MMC-yə məxsus Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı olan (zav,N-1,AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK- 1562.00.000 PE1 markalı) hava təmizləyici qurğudan hal-hazıradək əsassız qurulması və istifadəyə görə İddiaçı1 MMC ilə “xxxx” MMC arasında 01 iyul 2014-cü il tarixli “Birgə fəaliyyət haqqında Müqavilə”ni hal-hazıra kimi həyata keçirmək mümkün olmamışdır. İddiaçıların dəfələrlə cavabdehə rəsmi və şifahi surətdə xəbərdarlıqlara, teleqramlara, bildirişlərə, telefon zənglərinə baxmayaraq cavabdeh tərəfindən həmin avadanlıqlar geri qaytarılmamış və əsassız qurulmuş və istifadə edilmişdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddia tələbi qeyri-müəyyən olmaqla qanunsuz və əsassızdır. Ən uyğun variant qurğunun dəyərini ödəməkdir. Qurğunun rəsmi dəyəri 12500 manat təşkil edir. Cavabdeh, Bakı Kommersiya Məhkəməsinə qurğunun dəyərinin ödənilməsi ilə bağlı müraciət etmişdir. Qurğu işə yaramadığı üçün metalaloma verilmiş, hazırda cavabdeh qurğunun dəyərini ödəməyə hazırdır. İddiaçı1 ilə olan mübahisə isə hələ məhkəmədə gedir. Birinci instansiya məhkəməsi aşağıdakı sübutlara istinad etmişdir. İş materiallarında olan Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyəti 07.11.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 01.05.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. 24 iyun 2008-ci il tarixli 346/06-08 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC KjAr-2-1 hava ayrıcı qurğusu avadanlığını İddiaçı1nə verməyi, İddiaçı1 isə müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq ödəməyi və malın qəbul edilməsini təmin etməyi öhdələrinə götürmüşlər. 01 iyul 2014-cü il tarixli “Birgə fəaliyyət haqqında” Müqavilədən görünür ki, müqavilə “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı1 arasında bağlanmış və müqaviləyə əsasən tərəflər müqavilənin predmeti olan azot, oksigen və arqan elementlərinin istehsal olunması və satışı, işlərin icra edilməsi üçün zəruri təcrübəyə, kadr, texniki və maliyyə imkanlarına sahib olmaqla birgə fəaliyyət üçün öz əmlakları hesabına ******* manat (İddiaçı1 ******* manat, “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ******* manat) vəsait ayırmışlar. 10 aprel 2014-cü il tarixli 001/04 saylı müqavilənin surətindən görünür ki, “xxxx” MMC Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun istehsalı, 1992-ci il buraxılışlı, zav, № 1, AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK-1562.00.000 PE1 hava təmizləyici qurğusunu müqavilə ilə müəyyən edilmiş qayda və şərtlərlə Cavabdeh İKF-nin mülkiyyətinə verməyi, Cavabdeh İKF isə qəbul etməyi və ödəməyi öhdələrinə götürmüşlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2-2(82)91/2017 saylı qətnaməsinin və 04 sentyabr 2018-ci il tarixli 2-2(82)-91/2017 saylı icra vərəqəsinin surətlərindən müəyyən olunur ki, “xxxx” MMC ilə Cavabdeh İKF arasında bağlanmış 10 aprel 2014-cü il tarixli 001/04 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilənin predmetini təşkil edən Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı və buraxılışı olan (zav, № 1, AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK-1562.00.000 PE1 markalı) hava təmizləyici qurğunun “ÇinarServis” İKF-dən alınaraq “xxxx” MMC-yə verilməsi qət edilmiş və qətnamə 28 avqust 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2018-ci il tarixli 2-2(103)-88/2018 saylı qətnaməsinin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2-2(82)-91/2017 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2-2(102)285/2018 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2018-ci il tarixli 2-2(103)-88/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli 3(001)384/2019 saylı qərarının surətindən müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2-2(82)-91/2017 saylı icra sənədinin icra olunmamasına görə Cavabdeh X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə ilə təqsirli bilinib, 3000 manat miqdarında cərimə edilmişdir. “MBA LTD” məhdud məsuliyyətli cəmiyyətinin 19 dekabr 2018-ci il tarixli MB11/1187 saylı Qiymətləndirmə hesabatından müəyyən olunur ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə qarşı Cavabdeh X3 öz öhdəliyini icra etməməsi nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) orta aylıq həcmi 140724 manat təşkil edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2- 2(82)139/2019 saylı qərardadı ilə məhkəmə-tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin olunmuş, ekspertiza qarşısında İddiaçı1 MMC-yə məxsus “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan və “xxxx” MMCyə məxsus Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı olan (zav,N-1,AjAr-4-1 hava ayrıcı qurğusu üçünKK1562.00.000PE1 markalı) hava təmizləyici qurğudan cavabdeh “Cinar Servis İKF” tərəfindən istifadə edilibedilməməsi, həmin qurğuların istehsal qabiliyyəti, işlək vəziyyətdə olub-olmamasının, həmin avadanlıq və qurğulardan istifadə edilmişdirsə, əldə edilmiş mənfəətin 1 aylıq məbləğinin müəyyən edilmələri barədə suallar qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2020-ci il tarixli 29235 saylı rəyi ilə müəyyən olunmuşdur ki, 22 sentyabr 2020-ci il tarixli ekspertin iştirakı ilə keçirilmiş baxışın nəticələrindən, ekspertizaya təqdim edilmiş iş materiallarından və əlavə təqdim edilmiş materiallardan («Cinar Serviz» İKF-nin ərazisində «Kislorodmaş» OOO şirkəti tərəfindən KjAr-2-1 markalı havaayırıcı qurğunun quraşdırılması barədə müqavilə və aktından, 23 iyul 2019- cu il tarixli Binəqədi rayon İcra və Probasiya şöbəsinin rəisinə «Cinar Serviz» İKF-nin direktoru tərəfindən ünvanlanmış məktubdan, elektron informasiya daşıyıcılarında (flyaş kartlarında) olan səs yazıların, video və fotoçəkilişlərindən) göründüyü kimi, İddiaçı1 MMC-yə məxsus «KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan və «xxxx» MMCyə məxsus hava təmizləyici qurğudan cavabdeh «Cinar Serviz İKF» tərəfindən istifadə etməklə, həmin qurğu və avadanlıqlar müəyyən müddətlərdə işlək vəziyyətdə olmuşlar. 22 sentyabr 2020-ci il tarixdə baxış keçirilərkən cavabdeh «Cinar Serviz» İKF-nin direktoru X7 baxış iştirakçılara həmin avadanlıqların tam quraşdırılmadığını bildirməklə onların işə salınmasından imtina etdiyindən, qeyd olunan avadanlıq və qurğuların istehsal qabiliyyətini yoxlamaq mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş «KjAr 2-1 havaayrıcı qurğunun nominal texniki göstəricilərinə görə istehsal oluna bilən məhsuldarlığını nəzərə aldıqda, həmin qurğunun və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan istifadə etməklə hər bir rejim üçün ayınca olaraq istehsal edilən bilən məhsulun həcmi və əldə oluna bilən mənfəətin (istehsal edilmiş məhsulların qiyməti) 1 aylıq məbləği 1-ci rejim üçün: oksigen qazın 61200 m3, oksigen mayenin ******* kg, azot qazın ******* m3, azot mayenin 194400 kg, arqon qazın 46800 m3, arqon mayenin 75600 kg təşkil etməklə, həmin məhsuldarlıqdan əldə oluna bilən mənfəətin cəmi 14.129.856 azn; 2-ci rejim üçün: oksigen qazın ******* m3, azot qazın ******* m3, azot mayenin ******* kg, arqon qazın 46800 m3, arqon mayenin 75600 kg təşkil etməklə, həmin məhsuldarlıqdan əldə oluna bilən mənfəətin cəmi 8.065.080 azn; 3-cü rejim üçün: oksigen qazın 698400 m3, oksigen mayenin 792000 kg, azot qazın ******* m3, azot mayenin ******* kg, arqon qazın 46800 m3, arqon mayenin 75600 kg təşkil etməklə, həmin məhsuldarlıqdan əldə oluna bilən mənfəətin cəmi 9.333.000 azn olduğu müəyyən edilir. Qeyd olunan məhsuldarlığı və əldə oluna bilən mənfəətlərin məbləğlərindən KjAr 2-1 markalı havaayrıcı qurğunun hər rejim üçün sərf oluna bilən elektrik enerji sərfiyyatının, texniki xidmətlərinin, əmək haqlarının və digər istehsalat xərclərinin miqdarın çıxması nəzərə alınmalıdır. Bununla yanaşı, konkret olaraq müəssisənin işləmə rejimi (yəni ayda neçə gün, gündə neçə saat işləməsi, buraxılan texniki qazların növü və miqdarı və s.) məhkəmə tərəfindən qiymətləndirilməlidir. Qeyd olunan sübutları araşdıraraq və Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına istinad edərək, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “xxxx” MMC ilə cavabdeh arasında 10 aprel 2014-cü il tarixli 001/04 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən “xxxx” MMC Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun istehsalı, 1992-ci il buraxılışlı, zav, № 1, AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK1562.00.000 PE1 hava təmizləyici qurğusunu müqavilə ilə müəyyən edilmiş qayda və şərtlərdə Cavabdeh İKF-nin mülkiyyətinə verməyi, Cavabdeh İKF isə qəbul etməyi və ödəməyi öhdələrinə götürmüşlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2-2(82)-91/2017 saylı qətnaməsi ilə “xxxx” MMC ilə Cavabdeh İKF arasında bağlanmış 10 aprel 2014-cü il tarixli 001/04 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilənin predmetini təşkil edən Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı və buraxılışı olan (zav, № 1, AjAr-4- 1 hava ayrıcı qurğusu üçün KK-1562.00.000 PE1 markalı) hava təmizləyici qurğunun “ÇinarServis” İKF-dən alınaraq “xxxx” MMC-yə verilməsi qət edilmiş və qətnamə 28 avqust 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Lakin cavabdeh tərəfindən məhkəmənin qətnaməsi hal-hazıradək icra olunmayaraq qurğu iddiaçı “xxxx” MMC-yə verilməmiş, cavabdeh tərəfindən istifadə olunmaqdadır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı “xxxx” MMC-yə verilməli olan qurğu azot, oksigen və arqan elementlərinin istehsal olunması üçün istifadə olunur və nəticə etibarilə həmin məhsulların satışından gəlirin əldə edilməməsi iddiaçı “xxxx” MMC-ni bu gəliri dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, qurğunu vaxtında verməməklə cavabdeh, iddiaçı “xxxx” MMC-yə faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Ona görə də məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2-2(82)-91/2017 saylı qətnaməsinin icra edilməməsi nəticəsində (qurğunun qaytarılmaması) iddiaçı “xxxx” MMC-nin hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı “xxxx” MMC maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçı “xxxx” MMC-yə məxsus olan qurğunun verilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı pozuntunun, yəni məhkəmə qətnaməsi ilə verilməli olan qurğunun iddiaçı “xxxx” MMC-nə verilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara və Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək məhkəmə hesab etmişdir ki, qurğunu vaxtında verməməklə iddiaçı “xxxx” MMC-yə faktiki olaraq əldən çıxmış fayda şəklində vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. Zərərin hesablanması dövrü ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbində əldən çıxmış faydanın əvəzinin 01 iyul 2015-cı il tarixdən 10 dekabr 2020-ci il tarixədək olan dövr üzrə tələb etsə də, cavabdeh ilə iddiaçı “xxxx” MMC arasında bağlanmış alqısatqı müqaviləsinin ləğv edilməsinə və qurğunun verilməsinə dair məhkəmənin qətnaməsi 28 avqust 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir ki, iddiaçı “xxxx” MMC-nin qurğunu cavabdehdən tələb etmə hüququ həmin tarixdən etibarən realizə edilə bilən hüquq olmuşdur və bu tarixdən sonra cavabdehin həmin qurğunu qaytarmaq öhdəliyi yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, əldən çıxmış fayda qismində iddiaçı “xxxx” MMC-yə dəymiş zərər 28 avqust 2018-ci il tarixdən hesablanmalıdır. Məhkəmə zərərin məbləği ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2020-ci il tarixli 29235 saylı rəyi ilə müəyyən edilmiş xüsusatları nəzərə aldıqda zərərin məbləği tələb olunan məbləğdən dəfələrlə artıqdır. Bundan başqa, iş materiallarında olan “MBA LTD” məhdud məsuliyyətli cəmiyyətinin 19 dekabr 2018-ci il tarixli MB-11/1187 saylı Qiymətləndirmə hesabatından da müəyyən olunur ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə qarşı Cavabdeh X3 öz öhdəliyini icra etməməsi nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) orta aylıq həcmi 140724 manat təşkil edir. Lakin, tələb üzrə əldən çıxmış faydanın əvəzinin hər ay üçün 100.000 manat olmaqla, ödənilməsi tələb olunduğundan, verilmiş tələb üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, əldən çıxmış faydanın əvəzi kimi 2.800.000 manat (100000 manat (hər ay üçün) x 28 ay (28.08.2018-12.2020) = 2.800.000) cavabdehdən tutularaq iddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməlidir. Məhkəmə İddiaçı1 tələbinə münasibətdə hesab etmişdir ki, tərəflər arasında qurğu ilə bağlı mübahisə olduğundan və əmlakın kimə məxsus olması müəyyən olunmadığından iddia onun tələbi hissəsində təmin oluna bilməz. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2.800.000 manat pul vəsaiti tutularaq iddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Eyni zamanda iddiaçının öz iddiasının və cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətlərində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 MMC və Cavabdeh X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-17/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-620/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-620/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver