Məhkəmə qərarları › İş №2-2(103)-620/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-620/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-620/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3417/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 aprel 2022-ci il tarixli qərardadından iddiaçı Holcim (Azərbaycan) ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Holcim (Azərbaycan) ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, 17.03.2012-ci il tarixində bağlanmış O000734190 saylı alqı-satqı müqaviləsi üzrə 60.802,5 manat məbləğində əsas borcun, 15.804,5 manat məbləğində cərimənin və köçürülmüş dövlət rüsumuna görə 30 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, 37 saylı mənzili; Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S. Bağırov küçəsi, döngə-2, ev 5, 41 saylı mənzili; Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S. Bağırov küçəsi, döngə-2, ev 5, 42 saylı mənzili; Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S. Bağırov küçəsi, döngə-2, ev 5, 46 saylı mənzili; Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S. Bağırov küçəsi, döngə-2, ev 5, 47 saylı mənzilinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli ərizə qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, 37 saylı və Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S. Bağırov küçəsi, döngə-2, ev 5, 41 saylı mənzillərinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Daha sonra işə mahiyyəti üzrə baxılmış və Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 60.802,5 manat məbləğində əsas borcun, 3.000 manat məbləğində dəbbə pulunun, cəmi 63.802,50 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. İşdə iştirak etməyə cəlb edilməyən Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 2, ev 5, 37 saylı və Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 2, ev 5, 41 saylı mənzillərin üzərinə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3417/2021 saylı, 24.09.2021-ci il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli e-2-2(113)-3417/2021 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli e-2-2(113)-3417/2021 saylı qərardadına əsasən tətbiq edilmiş iddianı təmin etmə tədbirinin ləğv edilməsi və Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 2, ev 5, 37 saylı və Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 2, ev 5, 41 saylı mənzillərin özgəninkiləşdirilməsinə dair qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. İddiaçı Holcim (Azərbaycan) ASC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 10.05.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş apellyasiya icraatında olan iddiaçı Holcim (Azərbaycan) ASC şikayətdən imtina etmə barədə ərizə vermişdir. Məhkəmə kollegiyası şikayətdən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 369.2, 369.3, 369.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının şikayətdən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 369, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3417/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 aprel 2022-ci il tarixli qərardadından iddiaçı Holcim (Azərbaycan) ASC tərəfindən verilmiş şikayətdən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar