Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-621/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, kreditorun nümayəndəsi X1 iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1827/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, müflis elan olunması, iflas prosesinə başlanılması və X2 əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1827/2020 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında kreditorun nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz etdi. Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Ərizəçi xx xxxxxx 2017-ci il tarixdə fərdi sahibkar kimi (VÖEN: **********) qeydiyyata alınmışdır. QSC “Bank Standart” KB ilə Ərizəçi arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli ********** saylı və xx xxxx 2008-ci il tarixli ********** saylı kredit müqavilələri üzrə sonuncu üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etmədiyinə görə tərəflər arasında daha əvvəl məhkəmə mübahisəsi mövcud olmuş və qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(001)-765/2015 saylı qətnaməsi ilə xx xxxxxx 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə cavabdeh Ərizəçi Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə 136261,73 ABŞ dollar əsas, 67563,09 ABŞ dollar faiz, 14115,79 ABŞ dollar cərimə, ümumilikdə isə 217940,61 ABŞ dollar məbləğində borcun və xx xxxx 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Ərizəçi və X3 müştərək qaydada 356899,21 manat əsas, 187371,80 manat faiz, 32970,88 manat cərimə, ümumilikdə isə 577241,89 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq, QSC “Bank Standart” KB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Ərizəçi bildirir ki, qətnamədə göstərilən borc məbləğlərinin ödənilməsi ilə əlaqədar onun hər hansı vəsaiti və ya əmlakı olmadığı üçün həmin borc məbləğlərini ödəmək qabiliyyətində deyildir. Ona görə də hesab edir ki, fərdi borclu kimi məhkəmə qaydasında müflis elan edilməli və iflas prosesinə başlanmalıdır. Kreditor QSC “Bank Standart” KB-nin nümayəndəsi ərizəyə etiraz edir və bildirir ki, borc üzrə öhdəliklərin icrası üçün müəyyənləşdirilmiş müddət bitməmişdir. Əlavə olaraq bankın əmanətçilər qarşısında öhdəliklərin yerinə yetirilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu dövlət büdcəsindən müvafiq maliyyə vəsaitləri cəlb edilir, əvəzində isə kreditor borcları yığılaraq dövlət büdcəsinə qaytarılır. Ərizəçinin müflisləşmə ilə bağlı məhkəməyə müraciəti, kreditor borcların ödənilməsindən yayınmaq kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır. Belə ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü (c) maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki, borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Lakin hazırki işdə ərizəçinin müflis elan olunması üçün hər hansı bir əsas mövcud deyildir. Belə ki, ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(001)-765/2015 saylı qətnaməsi üzrə əmələ gələn tələbin icra edilməsi üçün ödəmə qabiliyyətinin olmadığını və onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsini bildirərək müflis elan olunmasını xahiş etmişdir. Lakin iş materiallarında həmin qətnamə üzrə icra hərəkətlərinin yekunlaşması və icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılması barədə sübutlar mövcud deyildir. Eyni zamanda kreditorun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, həmin qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam edir, o cümlədən icra şöbəsinin müvafiq qərarı ilə ərizəçinin axtarışının həyata keçirilməsi qərara alınmışdır. Bu baxımdan kollegiya hesab edir ki, hazırki işdə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü (c) maddəsində göstərilən şərt ödənilmədiyindən, yəni ərizəçinin digər kreditorlar qarşısında öhdəliklərinin icrası üçün müəyyən olunmuş müddət bitmədiyindən ərizəçinin ödəmə qabiliyyətinin olmayan sayılması və nəticədə müflis elan olunması mümkün deyildir. Ona görə də, ərizə rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1827/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-621/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-621/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver