Məhkəmə qərarları › İş №2-2(103)-623/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-623/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-623/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-75/2020 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə görə ödənilməli olan 26.616,41 AZN məbləğdə borcun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən, satıcı (iddiaçı) tərəfindən alıcıya (cavabdehə) tikinti mallarının (şeben) satılması ilə bağlı razılıq əldə olunmuş və alıcı tərəfindən verilən bütün sifarişlər satıcı tərəfindən vaxtı-vaxtında icra olunmuşdur. Son bir neçə ay ərzində cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və düzgün şəkildə yerinə yetirməmiş, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə tərəflər arasında danışıqlar olmasına baxmayaraq verilən vədlərə vaxtında əməl olunmamışdır. Hazırda cavabdehin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçıya 26.626,41 manat borcu vardır. xx.xx.2019-cu il tarixdə cavabdehlə qarşılıqlı akt imzalanmış və həmin aktla cavabdeh 26.626,41 manat qalıq borcunun olmasını etiraf etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 16.428,32 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 309,52 manat pul məbləğinin iddiaçı və cavabdehdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamənin əsaslarına görə, “... cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.” Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri verərək, iddiaçı qismən, iddia rədd edilən hissədə ləğv edilib, iddianın tam təmin edilməsini, cavabdeh ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişlər. İddiaçının apelyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iş materiallarında olan və yalnız cavabdehin direktoru Qanuni nümayəndə faksimile imzası ilə imzalanmış tərəzi çekləri və qaimə fakturaları nəzərə almışdır. Halbuki, iş materiallarında təxminən 10.000 manat dəyərdə başqa tərəzi çekləri və qaimə fakturalar da mövcuddur. Ekspert rəylərindən göründüyü kimi, həmin imzalar Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə məxsus deyil. Lakin, məhkəmə nəzərə almamışdır ki, müqavilə Qanuni nümayəndə ilə fiziki şəxs kimi deyil, hüquqi şəxs olan Cavabdeh MMC ilə bağlanmışdır. Belə olan halda digər tərəzi çekləri və qaimə fakturalarda olan imzaların Cavabdeh MMC-nin işçilərinə məxsus olub-olmaması aydınlaşdırılmalı idi. Ekspertlərin də müəyyən etdiyi kimi, həmin tərəzi çekləri və qaimə fakturalar bir neçə eyni şəxs tərəfindən imzalanmışdır. Cavabdeh ümumiyyətlə mal təhvil almadığını bildirərək, hətta iddiaçını onun direktorunun faksimile imzasını və təhvil-təslim aktını saxtalaşdırmaqda ittiham edir. Lakin, nədənsə bu faktla (guya onun faksimile imzasının saxtalaşdırılması faktı) bağlı bu günə qədər heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. Cavabdeh Əhməd adlı şəxsi öz işçisi kimi təqdim edərək, iş materiallarında olan xx.xx.2019-cu il tarixli təhviltəslim aktını ona verməyi xahiş etmiş, onun vasitəsilə imzalayıb, sonra geri qaytaracağını bildirmişdir. Məhkəmə araşdırması aparılan dövrdə isə həmin aktda imzanın cavabdeh şirkətin direktoru tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə tək işləmədiyini və işçilərinin olduğunu, əksər işçilərini rəsmiləşdirmədiyini bildirmişdir. Belə olan halda məhkəmə 2019cu ildə şirkətdə hansı şəxslərin çalışdığını aydınlaşdırmalı və onların imzalarının təqdim edilən tərəzi çekləri və qaimə-fakturalarda olub-olmamasını müəyyənləşdirməli idi. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə görə, qətnamə maddi hüquq normalarının tələbləri pozulmaqla çıxarıldığından, faktiki hallar nəzərə alınmadığından ləğv edilməlidir. Həqiqətən də xx.xx.2019-cu il tarixdə cavabdehlə tikinti mallarının (şeben) satılması ilə bağlı iddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin iddiaçı öz öhdəliklərini yerinə yetirməmiş, mal-material verməmişdir, buna görə də hər hansı pul tələb edilə bilməzdi. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər arasında hesablaşma nağd şəkildə hər 10 gündən bir tərəzi çekləri və qaimələrə əsasən aparılması nəzərdə tutulmuşdur. Müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, ödəniş alıcı tərəfindən nağd formada həyata keçirilməlidir. Lakin iddiaçı məhkəməyə təqdim etdiyi qaimələrdə və tərəzi çeklərində malların kim tərəfindən, hansı təşkilata, kimə, hansı ünvana verildiyi qeyd edilməyibdir. Həmçinin, tərəzi çeklərinin və qaimə-fakturaların bir hissəsində təhvil aldı yerində imza başqa şəxslər tərəfində imzalanmış və yaxud birbaşa yerinə yetirilməmiş, imzasının əksi olan faksimile klişe vasitəsilə icra edilməsi ekspertiza rəyində qeyd edilmişdir. Halbuki, dəfələrlə məhkəmədə direktor izahında və çıxışlarında faksimile klişe sifariş etmədyini, bundan xəbərsiz olduğunu göstərmişdir. Məhkəməyə iddiaçı tərəfindən sübut kimi təqdim edilən xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı məqsədli şəkildə iddiaçı tərəfindən saxtalaşdırılmışdır. Aktın saxta olduğu və tərəfindən imza edilmədyi ekspertiza rəyində öz əksini tapmışdır. İddia ərizəsinə ilkin olaraq təhvil-təslim aktı əsasında tələblər qoyulsa da, ona etirazını bildirərək onu imza etmədiyimi bildirdikdən sonra qaimə fakturalar sonradan saxtalaşdırılaraq məhkəməyə təqdim edilmişdir. Mallar təhvil verilsəydi, təhvil-təslim aktı qeyri-şərtsiz imzalanardı və möhürlə təsdiq edilərdi. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-1112/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilmiş, iddia cavabdehdən iddiaçının xeyrinə 16.428,32 manat borcun və 30 manat dövlət rüsumunun tutulması hissəsində rədd edilmiş, qətnamə iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçıdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə 309,52 manat ekspertiza xərcinin tutulması qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 236/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən tərəflər öz şikayətlərini müdafiə edərək, ona uyğun izahat vermiş, qarşı şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə əsasında cavabdehə tikinti malları (şeben) satmağı, cavabdeh isə 11,50 manatdan dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndində malların təhvil alınandan və təhvil-təslim sənədləri rəsmiləşdiriləndən sonra alıcının satıcıya qarşı keyfiyyət və kəmiyyət barədə iddia vermək hüququ olmadığı, 3.2-ci bəndində tərəflər arasında hesablaşmanın nağd şəkildə hər on gündən bir tərəzi çekləri və qaimələrə əsasən aparılacağı nəzərdə tutulmuşdur. İddiaçı həmin müqaviləyə əsasən cavabdehə 26.626,41 manat dəyərdə mal təhvil verildiyini, lakin dəyərinin ödənilmədiyini iddia etmiş, sübut olaraq məhkəməyə xx.xx.2019cu il tarixli Təhvil-təslim aktı, tərəzi çekləri, Qaimə-faktura adlı sənədləri təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya yazılı etiraz təqdim edərək, alqı-satqı müqaviləsi üzrə ona hər hansı mal təqdim edildiyini qəbul etməmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdəki imzaların cavabdehin direktoruna məxsus olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/773 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mülki işin 41-ci vərəqəsində olan xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktında “Təhvil aldı” hissəsində İmza qrafasındakı imza - Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda sənədlərin texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 5/367 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli (iş vərəqi 78, 88, 90, 92, 94, 98, 110, 112, 118, 122, 134) tərəzi qəbzlərində olan imzalar, xx.xx.2019-cu il tarixli (iş vərəqi 124) tərəzi qəbzində olan iki manatdan altdaki imza, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaiməfakturalardakı “təhvil verdi” qrafasında olan imzalar, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturalarda olan imzalar, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaiməfakturanın “Təhvil aldı” qrafasındakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa icra edilmişdir. Tədqiqata təqdim edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli (iş vərəqi 42, 44, 46, 48-54, 56, 58, 60, 62, 64, 66, 68, 70, 72, 76, 80, 82, 84, 86, 96, 100, 102, 104, 106, 108, 114, 116, 120, 126, 140) tərəzi qəbzlərində olan xx.xx.2019- cu il tarixli (işin vərəqi 124) tərəzi qəbzində olan iki imzadan üstdəki imza xx.xx.2019-cu il tarixli ******* nömrəli,xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli 001318nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaiməfakturalarının “Təhvil aldı” qrafasında olan imzalar, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə-fakturalarının cədvəlinin aşağı sağ küncündə olan imzalar faksmile klişe vasitəsilə icra edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/447 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 42), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 44), xx.xx.2019cu il tarixli tərəzi qəbzində (i.v. 46), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 48), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.49), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.50), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.51), xx.xx.2019cu il tarixli tərəzi qəbzində (i.v.52), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.53), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.54), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.56), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 58), xx.xx.2019- cu il tarixli tərəzi qəbzində (i.v. 60), xx.xx.2019cu il tarixli tərəzi qəbzində (i.v. 62), xx.xx.2019- cu il tarixli tərəzi qəbzində (i.v. 64), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 66), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 68), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.70), xx.xx.2019cu il tarixli tərəzi qəbzində (i.v.72), xx.xx.2019-cu jl tarixli tərəzi qəbzində (j.v.76), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.80), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.82), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.84), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.86), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.96), xx.xx.2019- cu il tarixli tərəzi qəbzində (i.v. 100), xx.xx.2019cu il tarixli tərəzi qəbzində (i.v. 102), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.104), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 106), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 108), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.114), xx.xx.2019-cu il .tarixli tərəzi qəbzində (i.v. 116) (2 ədəd imza), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 120), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 124) (1-ci imza), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 126), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 128), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 130), xx.xx.2019-cu il nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturalarında olan imzalar, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə-fakturasının “Təhvil aldı” qrafasındakı 1-ci imza, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli (iş vərəqi 78, 88, 90, 92, 94, 98, 110, 112, 118, 122, 134) tərəzi qəbzlərində olan imzalar, xx.xx.2019-cu il tarixli (işin vərəqi 124) tərəzi qəbzində olan iki imzadan altdaki imza - Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən - 16.428,32 manat hissədə təmin etsə də, qətnamədə gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının təmin edilmiş tələbinin hansı sübutlarla təsdiq edildiyini, hansı sübutların mötəbər hesab edilmədiyini göstərməmiş, ekspert rəylərinə hüquqi qiymət verməmişdir. Halbuki, MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin mötəbər sübutlarla təsdiq edilməyən qətnaməsi iddia təmin edilən hissədə qanunsuz və əsassızdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehə alqı-satqı üzrə malların təhvil verildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, ekspert rəyinə əsasən iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli üzərində cavabdehin möhürü olmayan təhvil-təslim aktının “Təhvil aldı” hissəsində imza qrafasındakı imzanın - Cavabdeh MMCnin direktoru Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Faksimile imza ilə təsdiq edilmiş digər sənədlərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə faksimile imzasından onun tapşırığı əsasında istifadə edildiyini, həmin imzadan istifadə etdiyini qəbul etmədiyindən, faksimile imzanın cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən və ya onun tapşırığı ilə istifadə edildiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu barədə Məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Mülki Məcəllənin 331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Qeyd edilən normadan aydın olur ki, faksimile imza ilə müqavilənin və ya hər hansı digər sənədin təsdiq edilməsi o zaman etibarlı sayıla bilər ki, müqavilə tərəfləri arasında bu barədə razılaşma olsun. Faksimile imzanın əl ilə icra edilən imzaya bərabər hüquqi qüvvəyə malik olması barədə qanunvericilikdə hər hansı norma mövcud deyil. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə müqavilə üzrə tərtib ediləcək sənədlərin, o cümlədən təhvil-təslim aktlarının faksimile imza ilə təsdiq edilməsi nəzərdə tutulmamış, o cümlədən, cavabdehin qanuni təmsilçisi tərəfindən onun faksimile imzasından istifadə etmək üçün hər hansı digər şəxsə etibarnamə, yazılı və ya şifahi tapşırıq verilməsi barədə Məhkəməyə sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin qismən təmin edildiyi hissədə mübahisələndirilən qətnamə ləğv edilərək, iddia rədd edilməldir. Faksimile imza ilə imzalanmamış digər tərəzi çekləri və qaimə fakturalarin kim tərəfindən imzalandığı və imzalamış şəxslərin cavabdehin əməkdaşları olduğu barədə işdə sübutlar olmadığından, iddianın rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır.

Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “33. Belə ki, iş materiallarındakı 01 iyun 2021-ci il tarixli, 4/447 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş tərəzi qəbzlərində olan imzalar, rəydə sadalanan qaimə fakturadakı faksimile klişe vasitəsi ilə icra olunmuş imzalar Qanuni nümayəndə tərəfindən icra olunmuş imzanın əksidir. Tərəflər arasında bağlanmış müqavilədə müqavilə üzrə tərtib ediləcək sənədlərin, o cümlədən təhvil-təslim aktlarının faksimile imza ilə təsdiq edilməsi nəzərdə tutulmadığını qeyd etməklə kifayətlənən apelyasiya məhkəməsi faksimile klişenin cavabdeh Qanuni nümayəndə məxsus olduğunu, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin üzərində bu klişe vasitəsi ilə imzaların icra olunduğunu düzgün qiymətləndirməmişdir. Digər tərəfdən cavabdeh bu klişenin ümumiyyətlə ona məxsus olmadığını, tərəfindən sifariş edildiyini inkar etməmişdir. Belə olduğu təqdirdə, apelyasiya instansiyası məhkəməsi cavabdehin faksimile imza ilə bağlı bildirdiklərinə ehtiyatla yanaşaraq, sonuncunun bu barədə izahatına digər sübutlarla birlikdə qiymət verməli olduğu halda bunu etməmiş, beləliklə, sübutların qiymətləndirilməsində səhvə yol vermişdir.

34. İş materiallarındakı tərəzi qəbzlərinin üzərində malların yükləndiyi yük avtomobillərinin və onların sürücülərinin adları qeyd edilsə də, işə baxmış məhkəmələr həmin yüklərin əslində haraya daşındığını, eyni yük avtomobillərinin (90 VN-704, 90 VX702, 90 VX-703, 90 VX-706 dövlət qeydiyyat nişanlı) kimə məxsus olduğunu və s. müəyyən etmək üçün də heç bir təşəbbüs göstərməmişlər. Halbuki, bu halların dəqiq müəyyən edilməsi digər sübutlarla yanaşı iddia tələbinin nə dərəcədə əsaslı olubolmadığına bilavasitə təsir edə bilərdi.

35. Cavabdehin qanuni təmsilçisi tərəfindən onun faksimile imzasından istifadə etmək üçün hər hansı digər şəxsə etibarnamə, yazılı və ya şifahi tapşırıq verilməsi barədə məhkəməyə sübut təqdim edilmədiyini qeyd edən məhkəmə, bu zaman iddia tələbinə etiraz edən cavabdehin belə bir etibarnamənin mövcud olduğu təqdirdə belə təqdim etmək marağında olmayacağını düzgün qiymətləndirməmiş, ümumiyyətlə bütün təqdim edilmiş tərəzi sənədlərinə etiraz etdiyi halda, ona məxsus eyni faksimile klişe vasitəsilə hansı səbəbdən imzalar edilməsinə cavabdehin münasibətini, cavabdehin başqa hüquqi və fiziki şəxslərlə sənədlərin tərtibatı zamanı və digər hallarda faksimile imzadan istifadə edibetməməsini aydınlaşdırmamış, bu isə öz növbəsində tam əsaslandırılmamış məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur.” MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin qərarının göstərişləri üç olmuşdur: 1) faksimile klişenin cavabdeh Qanuni nümayəndə məxsus olduğu, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin üzərində bu klişe vasitəsi ilə imzaların icra olunduğu düzgün qiymətləndirilməmişdir. Digər tərəfdən cavabdeh bu klişenin ümumiyyətlə ona məxsus olmadığını, tərəfindən sifariş edildiyini inkar etməmişdir; 2) işə baxmış məhkəmələr həmin yüklərin əslində haraya daşındığını, eyni yük avtomobillərinin (90 VN-704, 90 VX702, 90 VX-703, 90 VX-706 dövlət qeydiyyat nişanlı) kimə məxsus olduğunu və s. müəyyən etmək üçün də heç bir təşəbbüs göstərməmişlər; 3) ümumiyyətlə bütün təqdim edilmiş tərəzi sənədlərinə etiraz etdiyi halda, ona məxsus eyni faksimile klişe vasitəsilə hansı səbəbdən imzalar edilməsinə cavabdehin münasibəti, cavabdehin başqa hüquqi və fiziki şəxslərlə sənədlərin tərtibatı zamanı və digər hallarda faksimile imzadan istifadə edib-etməməsi aydınlaşdırılmamışdır. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarının göstərişlərinin icrası bağlı həmin göstərişləri tərəflərin nümayəndələrinin iştirakı ilə müzakirə etmiş və MPM-in 14.2 və 77.1ci maddələrinin, o cümlədən dispozitivlik prinsipinin tələblərini onlara xatırladaraq, hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları MPM-in 372.2-ci maddəsinin şərtləri nəzərə alınmaqla sübut etməli olduğunu izah etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan kommersiya mübahisələrində tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Sübutların qiymətləndirilməsi isə hüquqi proses olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Bu kontekstdə, Ali Məhkəmənin qərarının birinci və üçüncü göstərişləri icra olunarkən müəyyən edilmişdir ki, cavabdeh bu klişenin ümumiyyətlə ona məxsus olduğunu, onun tərəfindən sifariş edildiyini qəti inkar edir. Cavabdeh bildirir ki, heç bir vaxt faksimile klişe imza sifariş etməmiş, hazırlatmamış, onun faksimile klişe imzası heç vaxt olmamamış, heç vaxt heç kimlə, o cümlədən hüquq münasibətində faksimile klişe imzadan istifadə etməmişdir. İddiaçı isə ikinci göstərişin icrası ilə bağlı yazılı qaydada bildirmişdir ki, dövlət nömrə nişanları qeyd edilən nəqliyyat vasitələrinin hamısı onun qohumu Aydın Cəfərova məxsusdur. Lakin bu faktın mötəbər olması fərz olunsa belə, iddiaçının sübutetmə yükündə və öz tələbini sübuta yetirmə vəzifəsində hər hansı müsbət dəyişiklikdən bəhs oluna bilməz. Belə ki, onun iddianın faktiki əsasları kimi istinad etdiyi hallara dair təqdim etdiyi sübutların (aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün, mötəbər sayılmamalarına hər hansı əsas müəyyən edilməyən və bu səbəbdən məhkəmə kollegiyasının mötəbər sübut kimi qiymətləndiridiyi) ekspert rəylərinə əsasən mötəbərlik əhəmiyyətinə malik olmayan sənədlər kimi qəbul edilməsi, adıçəkilən materiallara sair qaydada yenidən hüquqi qiymət verilməsini səmərəsiz edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Natamam apellyasiya zamanı (Avstriya və Almaniya) sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Apellyasiya məhkəməsinin vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. ... Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanmasında məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. ... Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. … Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanunsuz və əsassızdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, cavabddehin şikayəti qismən təmin edilməli, qətnamə iddia təmin olunan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia əsassız olduğundan rədd edilməli, iddiaçının şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-75/2020 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi iddia qismən təmin olunan - Cavabdeh MMC-dən 16.428,32 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi - hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə iddia təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Elnur Həsənov Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar