Məhkəmə qərarları › İş №2-2(103)-625/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-625/2024

31.05.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-625/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qərardad İş № e-2-2(103)-625/2024 31 may 2024-cü il Bakı şəhəri Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-3092/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 7379,44 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 276,1 manat, İcbari Tibbi Sığorta Fonduna olan 47,15 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3092/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Kənan Hüseynov) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər maraqlı şəxsin qeydiyyatına görə ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə aid olmadığından geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3092/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunması və ərizənin icraata qəbul olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri qaytararkən iş üzrə Maraqlı şəxs ünvan 1 ünvanın Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarına və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Bakı Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid olmadığını, ərazi aidiyyət üzrə Sumqayıt Kommersiya Məhkəməsinə aid olduğunun qənaətinə gəlmişdir. Aşağıda göstərilənlərə görə məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razı deyilik və hesab edirik ki, ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir: Məlumat üçün bildiririk ki, Maraqlı şəxs vergi borc öhdəliyinə görə barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə ilk öncə onun qeydiyyatda olduğu ərazi yurisdiksiyasına görə aidiyyəti üzrə ərizəçi 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Lakin, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2-2(119)-223/2024 nörmrəli Qərardadına əsasən Maraqlı şəxs rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvanda onun yaşamadığını, ərizəçi tərəfindən tərtib olunan bütün sənədlərdə - o cümlədən də, fiziki şəxs haqqında məlumatda da vergi ödəyicisi olaraq maraqlı şəxsə ünvanlanmış bildirişlərdə və digər sənədlərdə Maraqlı şəxs ünvanının “ünvan 3i rayonu, İsmayıl Məmmədov küçəsi, 4 №-li Bakı Peşə Liseyi, mənzil 148” kimi qeyd olunduğu göstərilərək ərizə geri qaytarılmışdır. Bundan sonra Maraqlı şəxs yaşadığı (olduğu) ünvanının dəqiqləşdirilməsi üçün 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət edilmiş, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 21.02.204-cü il tarxili 3-36-3/2- 668/2024 nömrəli cavab məktubuna əsasən Maraqlı şəxs faktiki yaşadığı ünvan 3i rayonu, İ.Məmmədov küçəsi, ev 148, 4 saylı Bakı Peşə Liseyinin yataqxanası ünvanı olduğu müəyyən edilmişdir. Bundan sonra Maraqlı şəxs vergi öhdəliyinə görə barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə yenidən hazırlanaraq aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 21.02.204-cü il tarxili 3-36-3/2- 668/2024 nömrəli məktubu ərizəyə əlavə edilərək, ərizənin özündə də maraqlı şəxsin yaşadığı yer ünvan 3i rayonu, İ.Məmmədov küçəsi, ev 148, 4 saylı Bakı Peşə Liseyinin yataqxanası ünvanı göstərilmişdir. Ərizəyə əlavə edilmiş reyestr məlumatlarında da (fiziki şəxs haqqında məlumat) Maraqlı şəxs qeydiyyatda olduğu Zəngilan rayonu, Məlikli kəndi, həm də faktiki yaşadığı ünvan 3i rayonu, İ.Məmmədov küçəsi, ev 148, 4 ünvanı göstərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3092/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3092/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyatı üzrə məhkəməyə müraciət etməyə mane olmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarından məlum olur ki, maraqlı şəxs Əliyev X2 rayonu, Məlikli kəndi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarına və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Zəngilan rayonun ərazisi Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, MPMnin 355-5.2-ci maddəsinin tələbləri baxımından yaşayış yeri kimi şəxsin qeydiyyatda olduğu ünvan nəzərdə tutulur. Şikayət ərizəsində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, ərizəçinin hazırkı ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etdiyi və ərizənin geri qaytarıldığını təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Əgər həqiqətən ərizə Sumqayıt Kommersiya Məhkəməsinə təqdim edildiyi halda ərazi aidiyyəti üzrə həmin məhkəməyə aid olmaması əsası ilə qaytarılmışdırsa ərizəçi qərardaddan yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququndan istifadə edə bilərdi, Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3092/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3092/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar