Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-627/2020 10.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı «xxxx» ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-320/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı «xxxx» ASC cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 888 manat məbləğində sığorta ödənişinin və gecikdirilmiş günlər üçün hər gün üçün 0,1 faiz hesab ilə 1681,72 manat və iddianın verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə xx xxxx 2014-cü il tarxində cavabdehin icbari sığorta müqaviləsi üzrə sığortalısı X1 şəhəri, Koroğlu küçəsi ünvanında, «VAZ-21074» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, «xxxx» ASC-nin avtokasko sığorta müqaviləsi üzrə sığortalısı X2 məxsus «Chevrolet Aveo» markalı **-DK-*** dövlət qeydiyyat avtomobili vurmuş, ona zərər yetirmişdir. Avtomobilə dəymiş zərər 1088 məbləğində müəyyən edilərək, xx.xx.2014-cü il tarixli sığorta aktına əsasən 200 manat azadolma məbləği çıxılmaqla, 888 manat məbləğində sığorta ödənişi xx.xx.2014-cü il tarixli 001000 saylı kassa məxaric orderinə əsasən «xxxx» ASC tərəfindən N.Hümbətova verilmişdir. Həmin məbləğin subroqasiya qaydasında geri ödənilməsi üçün iddiaçı xx.xx.2014-cü və xx.xx.2018-ci il tarixli məktubları ilə cavabdehə müraciət etmiş, lakin onun həmin müraciətləri cavablandırılmamışdır. İddiaçı xx.xx.2019cu il tarixli məktula bir daha cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli məktubu ilə cavab olaraq bildirmişdir ki, tələb edilən məbləğ iddiaçıya xx.xx.2015-ci il tarixdə ödənilmişdir. Lakin o, ödənilməni təsdiq edən heç bir sənəd məktuba əlavə etməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-320/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmsını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə işin hallarına uyğun gəlmir maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin məhkəmə iclaslarında təqdim edilmədiyini bildirmişdir. Əgər belə bir ərizə təqdim edilsəydi, iddiaçının nümayəndəsi ərizənin surətini qəbul etmək hüquq varərizənin surətini işdə qalan ərizənin surətinə iddiaçının nümayəndəsinə verilərdi və ərizənin surətinə imza etmiş olardı. Bundan əlavə məhkəmə prosesi audio-vidia çəkilişlər aparılır. Bu baxımdan, həmin video yazı araşdırılmalı, iddia müddətinin tətbiqi barədə ərizənin məhkəmə iclasında təqdim edildiyi aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 184.2 və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir (Əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə2 şikayəti dəlilərinə uyğun müdafiə etmişdir). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia olunan sığorta ödənişinin cavabdeh tərəfindən iddiaçının hesabına ödənilməsinə dair təsdiq olunmuş köçürmə sənədlərini məhkəməyə təqdim edərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci istansiya məhkəməsinin qətnaməsində də görünür ki, işin sübutlarla müəyyən olunan hallarına münasibətdə mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə, Mlüli Məcəllənin 373.2-ci maddəsinə istinadən müqavilə tələbləri ilə bağlı 3 illik iddia müddəti nəzərdə tutulmasına əsaslanaraq, iddiaçı tərəfindən həmin müddətin ötürülmüş hesab edərək, cavabdehin ərizəsi əsasında həmin Məcəllənin 375.2ci maddəsinə müvafiq olaraq, iddia müddətini tətbiq etməklə, iddianı rədd etmişdir. Lakin məhkəmə, qeyd olunan halda tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı, onun sığortalısının idarə etdiyi avtomobilin, cavabdehin sığortalısına məxsus avtomobil tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulması nəticəsində dəymiş zərərə görə ona ödənilmiş sığorta ödənişinin, subraqasiya qaydasında cavabdeh tərəfindən geri qaytarılmasını tələb edir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əasən subroqasiya hüquq bu Məcəllənin 936.6cı maddəsinəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyətdaşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığrtası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığrta ödənişi məbləğində keçir. Məcəllənin qeyd olunan tələbləri baxımından göründüyü kimi, konkret halda iddiaçı ilə cavabdeh arasında birbaşa müqavilə münasibətləri mövcud deyil. Müqavilə münasibətləri iddiaçı ilə onun sığorta etdiyi avtomobilin sahibi X4 (avtokaskosığorta) və cavabdehlə onun sığortalısı X3 arasında (icbari sığorta) mövcuddur və bu hal işin mübahisələndirilməyən halıdır. Belə olan təqdirdə birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsinin tətbiq olunması düzgün hesab edilə bilməz. Məhkəmə tərəfindən konkret halda, Mülki Məcəllənin 373.1-ci maddəsində nəzərdə tutulan 10 illik iddia müddəti tətbiq edilə bilərdi. Lakin işin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı tərəfindən həmin müddət buraxılmamışdır. Göründüyü kimi, iddia tələbinə mahiyyəti üzrə baxılmalı idi. İşdə olan sübutlarla müəyyən edilən hallardan isə görünür ki, hər bir halda iddiaçının tələbi əsassızdır. Belə ki, işə əlavə olunmuş - cavabdehin iddiaçıya ünvanlanmış xx xxx 2019-cu il tarixli məktubundan, sığorta hadisələri üzrə qarşılıqlı hesablaşma cədvəlindən və hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi debitor borcunnun ödənilməsinə dair xx.xx.2015-ci il tarixli 213OPXO150120016 saylı ödəniş sənədinə və şirkət tərəfindən ödənilmiş sığorta məbləğləri barədə xx xxxx 2020-ci il tarixli məlumatına əsasən müəyən olunur ki, 2015-ci ilin yanvar ayında iddiaçıya ümumilikdə 8705 manat məbləğində sığorta ödənişi göçürülmüşdür ki, onun da tərkibində həm də iddiaçı «xxxx» ASC-nin sığortalısına məxsus **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə ödənilən 888 manat məbəlğində ödənilən sığorta ödənişi də mövcud olmuşdur. İddiaçının iddia ərizəsinin qeyd olunan məzmunundan da görünür ki, xx.xx.2014-cü il tarixli 001000 saylı kassa məxaric orderi ilə sığortalısına 888 manat məbləğində sığorta ödənişi etdikdən sonra, subroqasiya qaydasında həmin məbləğin geri ödənilməsi üçün cavabdehə xx.xx.2014-cü il tarixli məktub ünvanlamış və qeyd olunanlardan göründüyü kimi, onun həmin məktubundan sonra, bir ay yarım keçər-keçməz sonuncu tərəfindən bir neçə sığorta hadisəsi, o cümlədən, kokret halda mübahisələndirilən sığorta hadisəsi üzrə həyata keçirilən 888 manat məblğində sığorrta ödənişi subroqasiya qaydasında iddiaçıya geri ödənilmişdir. Hər bir halda iddiaçı subroqasiya tələbinin tarixi ilə cavabdehin ödəniş tarixləri biri-birinə uyğun gəlir və tamamlayır. Cavabdehin bu ödənişinin əksini, yəni, doğru olmadığını sübuta yetirmək vəzifəsi isə məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə , ona cavabdehin həmin ödənişini təkzib edə bilən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmasına baxmayaraq, məhkəməyə məsələ ilə bağlı maliyyə xidməti tərəfindən araşdırmaaparılmasına dair teleqramm ünvanlamaqla kifayətlənmişdir. MPM-nin 14.2-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X9 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olmayan maddi hüquq normalarının tətbiq edildiyini nəzərə alaraq, MPM-in 385.1.1-ci maddəsinin tələbi baxımından yekunda belə qənaətə gəlir ki, qətnamə ləğv edilməli və hər bir halda, iddiaçı tərəfindən iddia tələbinin əsaslılığı sübuta yetirilmədiyi nəzərə alınmaqla, təkrarən, onun iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. MPM-in 404-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İddiaçı «xxxx» ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-320/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı «xxxx» ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin və dəbbə pulunun ödənilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-2(103)-627/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-627/2020
10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver