Məhkəmə qərarları › İş №2-2(103)-63/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-63/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-63/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi, avadanlığın geri qaytarılması və lizinq borcunun tutulmasına” dair kommersiya işi Açar söz: lizinq müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi, avadanlığın geri qaytarılması və pul” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2689/2022 saylı 16 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsi bağlanmış, müqaviləyə əsasən 1 ədədinin qiyməti 66858 manat olan 7 ədəd kartof çıxaran və kartof yığan avadanlıq Cavabdeh2 lizinqə verilmişdir. Müqavilədə 93606 manat avans ödənişi nəzərdə tutulmuşdur.

2. Müqaviləyə edilən 1 nömrəli Əlavədə lizinqə verilən 7 ədəd kartof çıxaran və kartof yığan avadanlığın dəqiq təfsiri verilmişdir.

3. Müqaviləyə edilən 2 nömrəli Əlavə - ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2020-ci il tarixdə 3041,13 manat, sonrakı aylarda isə (xx.xx.2025-ci ilədək) hər ay 3146 manat ödəməli, sonuncu ödəniş isə xx.xx.2025-ci il tarixdə 104,87 manat olmalı idi.

4. Lizinq obyektinin təhvil-təslim aktlarından görünür ki, 7 ədəd kartofçıxaran və kartofyığan avadanlıq qüsursuz vəziyyətdə lizinq alan – Cavabdeh2 təhvil verilmişdir. Aktlarda qeyd edilir ki, Cavabdeh2 texnikaları işə salmış, heç bir texniki nasazlıq, xarici görünüşündə batıq, əzik rənginin solmasını aşkar etmədiyini öz imzası ilə təsdiq etmişdir.

5. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli, KTA- KTT-20/0001-İ-01-Z nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış lizinq müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 lizinq verən

6. xx.xx.2022-ci il tarixli, PLM-22/0148/1 nömrəli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh2 İddiaçı ASC qarşısında xx.xx.2020-ci il tarixli, KTA-KTT- 20/0840 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə qədər 27313,05 manat gecikdirilmiş əsas borcu, 4086,25 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 31399,30 manat öhdəliyi vardır.

7. İddiaçı ASC xx.xx.2022-ci il tarixli, PLX-22/0012 nömrəli pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh1 və Cavabdeh2 müraciət edərək, 3 (üç) iş günü müddətində borcun ödənilməsini xahiş etmiş, borc ödənilmədiyi təqdirdə müqavilə şərtlərinin təmin edilməsi və müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2020-ci il tarixli, KTA-KTT- 20/0840 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə və zaminlik müqaviləsinə əsasən yaranmış 27313,05 manat gecikdirilmiş əsas borc, 4086,25 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 31399,30 manat məbləğində pul və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi, tərəflər arasında bağlanmış 01 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0840 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə xitam verilməsi, həmçinin lizinq predmeti olan 7 ədəd “YN-19-PSC” markalı kartofçıxaran və kartofyığan avadanlığın cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçı "xxxx" ASC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 01 aprel 2020-ci il tarixli KTA-KTT-20/0840 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 7 ədəd “YN19-PSC” markalı kartofçıxaran və kartofyığan avadanlıq cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 468006 manat təşkil etmişdir. Həmin məbləğin 185640 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 93606 manat məbləğində ilkin ödəniş, 18720,24 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası, 3088,84 manat sığorta haqqı, 175 manat lizinq obyekinin qeydiyyat xərci Cəmiyyətə ödənilmişdir. Eyni zamanda Cavabdeh2 müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə xx.xx.2022-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 27313,05 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 4.2ci bəndinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə 4086,25 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixli, PLX-22/0012 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa, mediasiya sessiyasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 200 manat həcmində mediasiya xərci ödənmişdir. Beləliklə, Cavabdeh2 İddiaçı ASC qarşısında “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə qədər 27313,05 manat gecikdirilmiş əsas borcu, 4086,25 manat gecikdirilmiş günlərə görə cərimə borcu yaransa da, həmin ödənişləri icra etməkdən yayınır. Lizinq müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2689/2022 saylı qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27313,05 manat əsas borc, 1000 (min) manat cərimə, 100 (yüz) manat mediasiya xərci olmaqla, ümumillikdə 28413,05 manat (iyirmi səkkiz min dörd yüz on üç manat beş qəpik) məbləğində pulun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və Prior Leasing” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 01 aprel 2020-ci il tarixli, KTA- KTT-20/0840 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə xitam verilsin, lizinq predmetini təşkil edən 7 ədəd “YN-19-PSC” markalı kartofçıxaran və kartofyığan avadanlığın saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılması qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, işdə olan sübutlarla cavabdehlərin tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini icra etmədikləri təsdiq edildiyindən iddiaçının cavabdehlərə qarşı müqavilənin ləğvi, lizinq obyekti olan avadanlıqların saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır.

12. İddia tələbinin bir hissəsini 01 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0840 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə və zaminlik müqaviləsinə əsasən yaranmış 27313,05 manat gecikdirilmiş əsas borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi təşkil etmişdir.

13. “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” arasında bağlanmış 01 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsinin 1.4 və 1.5-ci bəndlərinə əsasən lizinq obyektinin qiyməti 468006 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 185640 manat müəyyən edilmişdir.

14. 2.2, 2.3, 2.3.1, 2.3.2, 2.3.3, 2.4, 2.5, 2.5.1, 2.5.2, 2.5.3 və 2.5.4-cü bəndlərinə əsasən lizinq ödənişlərinin ümumi məbləği 317866,45 manat (Avans məbləği 93606 manat, lizinq obyektinin qalıq dəyəri 188760 manat, lizinq verənin mükafat məbləği 35500,45 manat, müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği 21984,08 manat, sığorta haqqı (illik) 3088,84 manat, müqavilənin rəsmiləşdirilmə komissiyası 18720,24 manat, lizinq obyektinin qeydiyyat xərcləri 175 manat) müəyyən edilmişdir.

15. 8.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və lizinq müqaviləsinin 1.1-ci bəndində göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini liziııq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

16. 15.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir.

17. 20.1-ci bəndinə əsasən lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 20.1.1-ci bəndə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyil; 20.1.2ci bəndə əsasən lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilir; 20.1.3-cü bəndə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 (on beş) təqvim gündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdirib; 20.1.7-ci bəndə əsasən lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmayıbsa.

18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas borcla bağlı hissədə təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27313,05 manat məbləğində əsas borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

19. Dəbbə pulu tələbi ilə bağlı hissədə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə MM-nin 467-ci maddəsinə istinad edərək hesab etmişdir ki, dəbbə pulu 1000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

20. İddia tələbinin digər hissələrini İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 01 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə xitam verilməsi və lizinq predmetini təşkil edən 7 ədəd “YN19-PSC” markalı kartofçıxaran və kartofyığan avadanlıq saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılması təşkil etmişdir.

21. “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” X1 arasında 01 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsinin 20.1-ci bəndinə əsasən lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 20.1.3-cü bəndə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 (on beş) təqvim gündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdirib; 20.1.7-ci bəndə əsasən lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmayıbsa. 20.5-ci bəndinə əsasən lizinq müqaviləsinin şərtləri lizinq alan tərəfindən pozulursa, o cümlədən, lizinq müqaviləsinin 20.1-ci bəndində göstərilən hallarda, lizinq verəndən lizinq alana keçən lizinq obyektindən sahiblik və istifadə hüquqlarına heç bir kompensasiya ödəmədən tərəflər arasında bağlanmış hər hansı digər lizinq müqaviləsinə birtərəfli qaydada xitam verə bilər. 20.6-cı bəndinə əsasən lizinq verən lizinq alana yazılı məlumat verməklə müqavilənin 20.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini ağlabatan qiymətə sata bilər. Müqavilə ləğv olunduğu andan 15 (on beş) təqvim günü ərzində lizinq alan lizinq obyektinin alınmasında üstünlük hüququna və lizinq obyektinin alıcısını göstərmək hüququna malikdir.

22. Tələbin göstərilən hissəsinə münasibətdə məhkəmə yuxarıda qeyd olunan müqavilə şərtlərini, qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 01 aprel 2020-ci il tarixli, KTA-KTT20/0840 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə xitam verilməli, lizinq predmetini təşkil edən 7 ədəd “YN-19-PSC” markalı kartofçıxaran və kartofyığan avadanlıq saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-2689/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Cavabdeh2 dəfələrlə iddiaçıya bildirmişdir ki, avadanlıqdan istifadə etmir və 4 aya yaxın istifadəsiz qalmışdır. İddiaçı Cavabdeh2 xəbərdarlığına baxmayaraq avadanlığı geri almamaış və əsassız olaraq borc hesablamışdır. İddiaçı uzun zaman gözlədikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə istifadə edilməyən avadanlığa görə borc tutumuş, cavabdehlərin hüquqları pozulmuşdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Cavabdehlər və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.

26. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinə etraz etmiş və təmin edilməməsini xahiş etmişdir.

27. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.5-ci maddə-maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 750-ci maddə-lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. 751-ci maddə-lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 28 Qətnamənin cavabdeh tərəfindən tam ləğv edilməsi xahiş olunsa da, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamə liznq borcunun tutulması hissəsində mübahisələndirilir. İşə apellyasiya qaydasında baxılarkən tərəflərin nümayəndələrinin izahatlarına əsasən müəyyən edilmişdir ki, lizinq müqaviləsinin ləğv edilməsi və avadanlıqların lizinqverənə qaytarılması hissəsində qətnamə cavabdehlər tərəfindən icra edilmiş, 7 ədəd kartofçıxaran və kartofyığan avadanlıq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə işlək vəziyyətdə lizinqverənə qaytarılmışdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-2689/2022 saylı qətnaməsi qismən ləğv edilməli, iddia cavabdehlərdən 28413,05 manat pul tutulması hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Mülki qanunvericilikdə lizinq müqaviləsinə verilən anlayışdan və lizinq münasibətlərinin iştirakçılarının dairəsindən göründüyü kimi, lizinq-lizinq verənin vəsaiti hesabına əldə edilmiş lizinq predmeti olan əmlaka lizinq alanın müvəqqəti istifadə və sahibliyini nəzərdə tutur. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış maliyyə lizinqi müqaviləsinə lizinqalanın təqsiri üzündən-lizinq ödənişləri 2 dəfədən çox həyata keçirilmədiyinə görə vaxtından əvvəl xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, MM-nin 751-ci maddəsinə əsasən tərəflər arasındakı münasibətlərə əmlak kirayəsi müqaviləsinin qaydaları tətbiq edilməli və cavabdehlərdən lizinqə verilmiş avadanlıqların lizinqalanın istifadəsində olduğu müddət üçün razılaşdırılmış aylıq lizinq ödənişi məbləği tutulmalıdır. Əmlak kirayə münasibətlərində olduğu kimi, lizinq müqaviləsinin qüvvədə olduğu və avadanlıqların lizinqalanın sahibliyində olduğu müddət ərzində lizinq alanın lizinq predmetindən istifadə edib-etməməsi hər hansı əhəmiyyət kəsb etmir və onu ödənişlərdən azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, lizinqə verilmiş avadanlıqların ikisindən istifadə edilmədiyinə görə həmin avadanlıqlara görə ödəniş etməli olmadığına dair cavabdehin etirazı və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh tərəfindən bu məsələ ilə bağlı tərəflər arasında barışıq şərtlərinin müzakirəsi barədə apellyasiya instansiyası mərhələsində təqdim edilmiş yazışmalar və səs yazısı məhkəmə tərəfindən MPM-nin 372.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilmir.

31. Lakin məhkəmə hesab edir ki, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə MM-nin 750-ci maddəsinin tələblərinə görə lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmalı olduğundan Lizinq verənin lizinq obyektini əldə edərkən qənaət edilmiş xərclərinə eyni zamanda lizinq alan tərəfindən həyata keçirilmiş ilkin ödəniş də daxildir.

32. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı ASC tərəfindən təqdim edilmiş izahlı maliyyə arayıışından görünür ki, lizinqalan tərəfindən lizinq müqaviləsi üzrə 93606 manat ilkin ödəniş həyata keçirilmiş, qrafik üzrə xx.xx.2021-ci il tarixdə 3041,13 manat, xx.xx.2021-ci il tarixdə 3146 manat, xx.xx.2021-ci il tarixdə 3041,13 manat, xx.xx.2020-ci il tarixdə 3146, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 3146 manat ödəmiş, 2021-ci ilin iyun ayından sonra ödəniş etməmişdir.

33. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda, lizinqə verilmiş avadanlıqlar yalnız lizinqverənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edildiyindən lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avans məbləğinin ümumi borcdan çıxılmalı olub-olmadığı mülki qanunvericiliyin müvafiq normalarına və müqavilə şərtlərinə əsasən həll edilməlidir.

34. İşə apellyasiya qaydasında baxılarkən tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, müqavilə ləğv edilərkən avans məbləği lizinq alana qaytarılmamış və lizinq borcu hesablanarkən nəzərə alınmamışdır.

35. Lizinq müqaviləsinin 20.13-cü bəndində nəzərdə tutulur ki, lizinq müqaviləsinə onun 20.9-cu bəndində (o cümlədən 20.9.8-ci bəndində-müqaviləyə lizinq müqaviləsində və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda xitam verilməsi) nəzərdə tutulmuş əsaslar üzrə xitam verildikdə lizinq alan tərəfindən liiznq verənə ödənilmiş avans məbləği geri qaytarılmır. Müqavilənin 20.1.3-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 təqvim günündən artıq müddətdə 3 dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən müqavilənin icra edilməsindən birtərəfli imtina edə bilər. Müqavilənin qeyd edilən şərtlərinə əsasən lizinq müqaviləsi lizinq alanın təqsiri üzündən vaxtından əvvəl ləğv edildikdə lizinq alan ödədiyi avansı geri tələb etmək hüququnu itirir.

36. Lakin lizinq müqaviləsinin 20.6-cı bəndində nəzərdə tutulur ki, lizinq verən lizinq alana yazılı məlumat verməklə müqavilənin 20.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini ağlabatan qiymətə sata bilər. 20.7-ci bəndə əsasən lizinq obyektinin satışından əldə edilmiş pul məbləği müqavilənin ləğv məbləğinin ödənilməsinə yönəlir. Lizinq obyektinin satışından əldə edilmiş pul məbləği müqavilənin ləğv məbləğindən azdırsa lizinq verən lizinq alandan bu fərqin ödənilməsini tələb edə bilər.

37. Tərəflər arasında razılaşdırılmış müqavilə şərtlərindən göründüyü kimi, lizinq alan tərəfindən ödənilmiş avans məbləği müqaviləyə vaxtından əvvəl xitam verilərkən o şərtlə lizinq verəndə saxlanılır ki, lizinq verən bu zaman lizinq alandan müqavilənin ləğvi məbləğini (müqavilə ləğv edildyi tarixədək ödənilməli olan lizinq ödənişlərinin məbləğini) deyil, lizinq predmeti olan avadanlıqların satışından əldə edilmiş məbləğlə müqavilənin ləğvi məbləği arasındakı fərqi tələb etsin.

38. Hazırkı halda iddiaçı lizinq müqaviləsinin 20.6-cı bəndində nəzərdə tutulmuş qaydaya riayət etmədən (lizinq alandan geri alınmış avadanlıqları satışa çıxarmadan), müqavilənin ləğvi məbləğini tam həcmdə lizinq alandan tələb etdiyindən məhkəmə kollegiyası hesab edir ki, bu zaman qarşılıqlı hesablaşma zamanı lizinq alan tərəfindən ödənilmiş avans nəzərə alınmalı, avansın məbləği (93606 manat) lizinq müqaviləsi üzrə qalıq borcdan çox olduğundan iddia cavabdehlərdən 27313,05 manat əsas borc,1000 manat cərimə, 100 manat mediasiya xərci tutulması hissəsində də rədd edilməlidir.

39. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)- 2689/2022 saylı qətnaməsi qismən ləğv edilməli, iddia cavabdehlərdən 28413,05 manat pul tutulması hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirimədən saxlanılmalıdır.

40. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2689/2022 saylı qətnaməsi qismən ləğv edilsin. İddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27313,05 manat əsas borc, 1000 (min) manat cərimə, 100 (yüz) manat mediasiya xərci olmaqla, ümumillikdə 28413,05 manat (iyirmi səkkiz min dörd yüz on üç manat beş qəpik) məbləğində pulun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar